Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1358/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-406/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2000-ci il tarixdən Ağdam Hərbi Məhkəməsinin hakimi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, 2000-ci ilin sentyabr ayından hazıradək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının iki misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin siyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) dekabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin sıyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlinin qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) 1993-cü il tarixi üçün maddi yardım ödənilmiş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin sıyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilmışdir. N nömrəli hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh.14) 1993-cü ilin bir aylıq əmək haqqı dəyərində maddi yardım ödənilmiş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsı heyətinin siyahısında hakim, leytenant İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsı heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh. 160) 1993-cü ildə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə və hərbi intizamı qoruduqlarına görə birdəfəlik olaraq iki aylıq əmək haqqı məbləğində mukafatlandırılmış şəxsi heyətin sıyahısında hakim, leytenant İddiaçı adı qeyd edilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissənin 1994-1995-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qo vluqlarında İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000-ci ilin sentyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2000-ci ilin sentyabr ayından hazırki vaxtadək olan d övr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) və keçən dövr üçün hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli, 21(112)-1055/2022 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin yanvar ayından 2000-ci ilin sentyabr ayınadək Ağdam Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmiş, ədliyyə polkovnik-leytenantı rütbəsinə malik olmuşdur və müharibə veteranıdır. 2000-ci ilin sentyabr ayından ona pensiya təyin edilmişdir. 29 iyul 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Mə clisi tərəfindən “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 250 saylı Qanun qəbul edilmişdir. Qeyd olunan Qanuna əsasən, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün 6 - ali, İ, İİ, İİİ, İV və V ixtisas dərəcələri müəyyən edilmiş və həmin Qanunla “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında" Əsasnamə təsdiq edilmişdir. Əsasnamədə hakimlərə ixtisas dərəcələrinin ömürlük verilməsi, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqqın verilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 04 noyabr 1992-ci il tarixdə “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında" 364 saylı Qərarı qəbul edil mişdir. Həmin Qərara əsasən ixtisas dərəcələri üzrə müvafiq haqlar, o cümlədən İV ixtisas dərəcəli hakimlərə minimum əmək haqqının iki misli məbləğində əlavə haqq verilməsi və qərarın 01 yanvar 1993-cü il tarixdən tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli, 844 saylı qərarına əsasən ona V ixtisas dərəcəsi verilmiş və “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməsinin 5-ci bəndinə əsasən beşinci ixtisas dərəcəsində qalma müddətinin 3 il olması nəzərə alınaraq onun ixtisas dərəcəsi İV dərəcə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, 2000-ci ilin sentyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının iki misli həcmində indeksasiya nəzərə alınmaqla ödə nilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması barədə 02 aprel 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. İşə əlavə edilmiş xəbərnamədən də göründüyü kimi, həmin ərizə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 06 aprel 2021-ci il tarixdə təqdim edilmişdir. Sözügedən ərizənin təqdim edildiyi vaxtdan bir aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizə ilə əlaqədar heç bir cavab göndərilməmişdir.
7. Cavabdeh orqanın iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1055/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddiа qismən təmin edilmiş, İddiaçı xx.xx.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) və yaranmış fərq məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 üzərinə qoyulmuşdur.
9. Məhkəmənin sorğularına cavab olaraq:
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən daxil olmuş sənədlərdən görünür ki, “Azərbaycan Respublikası Bakı şəhər məhkəmələrinin rayon (şəhər) məhkəmələrinin və hərbi tribu nallarının hakimlərinə ixtisas dərəcələrinin verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 844 nömrəli, 01 iyul 1994-cü il tarixli qərarından çıxarışa əsasən Azərbaycan Respublikasının Milli Məclisinin “Azərbaycan Respublikasının Məhkəmə Quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq Ağdam qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 8/1073 nömrəli məktubdan görünür ki, hərbi tribunalların hakimlərinin əmək haqları 2000-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsi və Müdafiə Nazirliyi tərəfind ən ödənilmişdir. 2000-ci ilin sentyabr ayından hərbi məhkəmələrin (əvvəlki hərbi tribunallar) maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. İddiaçı Ağdam qarnizonu hərbi tribunalının hakimi vəzifəsində işlədiyi müddət ərzində (1993-2000-ci il sentyabr ayınadək) onun əmək haqqı Ədliyyə Nazirliyi tərəfindən hesablanmadığından, ixtisas dərəcəsinə görə əlavənin ödənilib-ödənilməməsi barədə məlumat yoxdur.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2-1190 nömrəli məktubdan görünür ki, Ağdam qarnizonu hərbi tribunalının sabiq hakimi İddiaçı işlədiyi dövrdə ixtisas dərəcəsinə görə əlavənin ödənilibödənilməməsi barədə məlumat Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının əmrlər kitabında aşkar edilməm işdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 178/21 nömrəli məktubdan görünür ki, hərbi tribunalların hakimlərinə və onların aparatında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara aid Ali Məhkəmədə mövcud olan arxiv sənədlərindən tələb olunan dövr üzrə İddiaçı aid tapılan sənədlərin təsdiqlənmiş surətləri təqdim edilir. Təqdim edilən sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin X5 Məhkəmənin 2020-ci ildə müraciəti əsasında əldə edilmiş Hərbi Tribunalların şəxsi heyətinə aid pul paylama cədvəllərinin təsdiq olunmuş kserosurətlərinin qovluğundan götürülmüşdür. Həmin məktuba əlavə edilmiş Ağdam qarnizonu hərbi tribunalının 1993-cü ilin dekabr ayı üzrə 15 və 16 məhkəməyə pu l paylama cədvəllərindən görünür ki, İddiaçı əmək haqqı ödənişləri edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, 48/22 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivində hərbi tribunalların hakimlərinin, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinin əmək haqqı cədvəlləri, şəxsi vərəqələri yoxdur. Tərəflərindən təqdim edilən sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi X5 Məhkəmənin 2020-ci ildə müraciəti əsasında əldə edilmiş Hərbi Tribunalların şəxsi heyətinə aid pul paylama cədvəllərinin təsdiq olunmuş kserosurətlərinin qovluğundan götürülmüşdür.
15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/ 2-2516 nömrəli məktubdan görünür ki, Ağdam Qarnizonu Hərbi Tribunalının hakimi İddiaçı barədə N nömrəli hərbi hissənin noyabr, dekabr 1993-cü il tarixli pul paylama cədvəllərindən, N nömrəli hərbi hissənin pul paylama cədvəlində olan birdəfəlik pul mükafatı və maddi yardım cədvəlində və N nömrəli hərbi hissənin 1993-cü il tarixli pul paylama cədvəlində olan xx.xx.1993-cü il tarixli, 6 nömrəli, xx.xx.1993-cü il tarixli, 7 nömrəli əmrlərindən arxiv çıxarışları ünvana göndərilir. Qeyd edilir ki, N nömrəli hərbi hissənin 1994-1998-ci il tarixli pul paylama cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Həmçinin bildirilir ki, N nömrəli hərbi hissənin 1999-2000-ci il tarixli pul paylama cədvəlləri və mühasibatlıq sənədləri Müdafiə Nazirinin Katibliyi Mə rkəzi Arxivinə daxil olmamışdır. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissənin pul paylama cədvəllərindən görünür ki, İddiaçı 1993-cü ildə pul təminatları ödənilmişdir.
16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2000-ci il tarixdən Ağdam qarnizonu hərbi tribunalının hakimi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 844 nömrəli, 01 iyul 1994-cü il tarixli qərarına əsasən Ağdam qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir. İddiaçı 2000-ci ilin sentyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minumum əmək haqqının iki misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanmasını və hesablanmış məbləğin ona ödənilməsini, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir.
17. Məhkəmənin mövqeyinə görə, İddiaçı 1994-2000-ci illərdə Ağdam qarnizonu hərbi tribunalının hakimi işləməsi və ona Milli Məclisin 01 iyul 1994-ci il tarixli qərarı ilə hakim kimi beşinci ixtisas dərəcəsi verilməsi işin mübahisəsiz haldır. İddiaçının müraciəti ilə bağlı cavabdehin imtinasını əsaslandırdığı dəlil isə iddiaçının 1994-2000-cı illər ərzində aldığı əmək haqqı cədvəllərinin və ixtisas dərəcəsinə görə əlavələrin ödənilməsi ilə bağlı sənədlərin aşkar olunmamasıdır. Məhkəmə araşdırılması zamanı da İddiaçı 1994-2000-ci illərdə işlədiyi dövr ərzində aldığı əmək haqları barədə mü vafiq sorğular göndərilsə də, həmin məlumatların əldə edilməsi mümkün olmamışdır. Lakin bu xüsusatlar iddiaçının hakim kimi fəaliyyət göstərdiyi müvafiq dövrdə əmək haqqı, o cümlədən ixtisas dərəcəsinə görə əlavələri almadığı qənaətinə gəlinməsinə əsas ola bilməz. Belə ki, iddiaçının həmin dövrdə vəzifə maaşını alması təkzib olunmaz haldır.
18. İddiaçının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) ilə bağlı tələbi əsaslıdır və bununla bağlı cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.
19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamas ını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-406/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə/sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1055/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının hakim kimi fəaliyyət göstərdiyi 1993-cü ildən sonrakı dövrə dair pul təminatı ilə bağlı heç bir məlumat müvafiq arxivlərdə tapılmamışdır. Lakin bu hal iddiaçının müvafiq dövrdə, yəni 1993-cü ildən sonra əmək haqqı, o cümlə dən ixtisas dərəcəsinə görə əlavələri almaması qənaətinə gəlinməsinə əsas ola bilməz. Cavabdeh inzibati orqan isə öz növbəsində imtinasında və apellyasiya şikayətinin dəlillərində iddiaçının 1994-2000-ci illərdə əmək haqqı, digər pul təminatları aldığı halda məhz qeyd edilən əlavənin onun tərəfindən alınmamasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, arxivdə sənədlərin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
22. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddiaçının məhz 1994-2000-ci illərdə əmək haqqı və s. aldığı halda sözügedən əlavəni almamasına dair sübut yoxdur. Bir halda ki, həmin dövr üzrə arxivdə heç bir sənəd tapılmır, bu həmin məvaciblərin alınmaması kimi q iymətləndirilməməlidir. Sözügedən əlavənin məcbur dövlət sosial sığortasına cəlb edilməli olub-olmaması, cəlb edilməli olduğu halda, bunun baş veribverilməsi ilə bağlı qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır.
23. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən iddiaçının ixtisas dərəcəsi nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması zamanı yaranmış fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət tarixindən-xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab etmişdir.
24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİL LƏRİ Kassasiya şikayətinin dəlilləri 25. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Qanunu ilə, “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı isə 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqınd a” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0, 2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi, iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslar da mövcud deyildir. Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etirazın məzmunu iddianın məzmunu ilə eynilik təşkil etməklə tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
109. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20.1.4. Qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə, bu Qanunun 20.1.4-cü maddəsində n əzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti i lə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 29. 29.07.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. 30. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimləri nə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. 31. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. 32. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respu blikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin m üddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə- həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiy i dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə k i, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.”
35. Hakimlərin statusuna dair Avropa Xartiyası Maddə 6.1. Hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Maddə 6.4. Müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilli yi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. 36. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçıların ın izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qar şı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları nın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla ey nilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmək pensiyasının yenidən hasablanması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzu m qalmır.
44. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
45. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə 2000-ci ilin sentyabr ayından hazıradək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanmasından, daha doğrusu iddiaçıya həmin dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqqın ödənilməməsi səbəbindən pensiyanın yenidən hesablanmasından cavabdehin imtinası ilə bağlıdır. İmtinanın əsası kimi cavabdeh N nömrəli hərbi hissənin 1994-1995-ci il tarixli şəxsi heyətə pul təminatının ödənil məsi cədvəlləri üzrə qovluqlarda İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumatların aşkar olunmadığına istinad etmişdir.
46. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qərarın 29-30-cu bəndlərində istinad olunan normalara görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır.
47. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın veilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Odur ki, həmin əlavə haqqın ödənilməməsi əslində qanunvericiliyin buna dair tələbinin pozulması anlamında qiymətləndirilməlidir.
48. Digər tərəfdən, həmçinin qeyd olunmalıdır ki, ödəmə ilə bağlı məlumatın aşkar olu nmaması həmin ödəmənin aparılmadığının mütləq təsdiqi kimi qiymətləndirilə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetiriılməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz.
49. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən tələblərin cavabdeh inzibati orqan tərəfindən nəzərə alındığı və qiymətləndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
50. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-406/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.