Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1358/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 09.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə ə mək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 2-1(105)-112/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Tağıyev” şirkətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)2111/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Tağıyev” şirkətində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)-147/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
4. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi, yəni iddiaçının həqiqətən də xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr ərzində “Tağıyev” şirkətində işlədiyi öz təsdiqini tapmamış dır. Qeyd edilən dövr iddiaçının sığorta stajına daxil edilmədiyi halda isə onun təhsil və hərbi xidmət dövrü ilə birlikdə sığorta stajı 21 il 11 ay 5 gün təşkil edir. Göründüyü kimi, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sığorta stajı ilə bağlı şərt ödənilmir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(102)-2086/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iş materiallarında olan sənədləri mötəbərliyi, mümkünlüyü, mənsubiyyəti üzrə kifayə t qədər dəyərləndirməmişdir. Belə ki, iddiaçının sosial sığorta stajı ilə bağlı mübahisəli dövr 2001-2004-cü illəri əhatə edir. Əmək kitabçasına əsasən iddiaçı bu dövrlərdə “Tağıyev” şirkətində fəhlə işləmişdir. Apellyasiya instansiyası məhkəməsi “Tağıyev” şirkətinin direktoru X1 tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli məktuba istinad edərək iddiaçının xx.xx.2001-xx.xx.2004-cü illərdə “Tağıyev” şirkətində işləmədiyi qənaətinə gəlmişdir. İş materiallarında həm də “Tağıyev” şirkətinin direktoru A.İ.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış mövcuddur. Həmin arayışda iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək şirkətdə əmək müqaviləsi əsasında işlədiyi qeyd edilmişdir (i.v. 12). Apellyasiya instansiyası məhkəməsi bu arayışı deyil, “Tağıyev” şirkətinin direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı əsas götürmüş, hansı əsasla ikinci arayışda olan məlumatın mötəbər olmasını qərarında əsaslandırmamışdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi “Tağıyev” şirkətinə sorğu ünvanlayaraq iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək həmin müəssisədə işə daxil olması və işdən azad edilməsinə dair əmrlər kitabından, həmçinin iddiaçının işlədiyi illər üzrə ödənilmiş əmək haqqı cədvəllərindən çıxarışın təqdim edilməsini tələb etmişdir. Poçtla göndərilmiş hər iki məktub ünvanlandığı müəssisəyə çatmamış, apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirkətə poçtla göndərilən hər iki məktubun geri qaytarılmasına baxmayaraq şirkətin adı ndan apellyasiya məhkəməsinə daxil olan cavab məktubunun həqiqətən şirkət tərəfindən göndərilməsi də araşdırılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası bir halı da xüsusi ilə vurğulamağı zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi iş materiallarında “Tağıyev” şirkəti tərəfindən təqdim edilmiş iki məktub mövcuddur. Həmin məktubların hər biri şirkətin direktoru A.Qasımov adlı şəxs tərəfindən imzalanmışdır. Lakin bu imzalara vizual qaydada nəzər yetirildikdə imzaların birinin digərindən kəskin fərqləndiyini adi gözlə görmək mümkündür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halı ilə bağlı araşdırmanın aparılmadığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, növbəti apellyasiya baxışı zamanı mübahisənin düzgün həll edilməsi üçün aşağıdakı məsələlər araşdırılmalıdır:
1. Dövlət Vergi Xidmətinə sorğu verilməklə “Tağıyev” şirkətinin hüquqi ünvanı, onun direktoru barədə məlumatlar öyrənilməli; 2. “Tağıyev” şirkətinin ünvanına sorğu verilməli, iddiaçının həmin şirkətdə 2001-2004-cü illərdə işləməsi ilə bağlı məlumatlar (əmrlər, əmək haqqı cədvəlləri və s.) istənilməli, zərurət yaranarsa, səlahiyyətli şəxsi məhkəməyə dəvət edilməklə mövcud hal barəsində ətraflı məlumat alınmalı, məktubların hansı məlumatlar əsasında tərtib edildiyi müəyyən edilməli və onların mötəbərliyi yoxlanılmalı;
3. Əmək kitabçasındakı məlumatların hansı sübutlarla təsdiq, yaxud təkzib olunmasının müəyyən edilməsi üçün əmr kitabları, arxiv sənədləri tələb edilməlidir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 2-1(105)-112/2025 nömrəli qə rarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçının pensiya yaşına - 65 yaşa çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Cavabdeh iddiaçının 21 il 11 ay 5 gün iş stajına malik olması halını qəbul etmiş, lakin əmək kitabçasında qeyd edilmiş xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Tağıyev” şirkətində işlədiyi müddəti onun sosial sığorta stajına daxil etməmişdir. Cavabdeh bu zaman həmin qeydlərlə bağlı əmək kitabçasının doldurulma qaydalarının pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlil iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, aparılmış məhkəmə araşdırması nəticəsi ndə sözügedən məktublar arasındakı ziddiyyətə aydınlıq gətirilmiş və iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Tağıyev” şirkətində işləməsi faktı “Tağıyev” şirkətinin direktoru X2 tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli məktubla da öz təsdiqini tapmışdır. Beliklə, qeyd edilən dövr iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.
9. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konst itusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün zi ddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etd iyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2283 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri ola n həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 2-1(105)-112/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.