Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1359/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Fəxrəddin Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 21(103)-421/2021 nömrəli iş üzrə 10.02.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N-cü ilin noyabr ayında Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1994-cü ilin mart ayına qədər Azərbaycanın bütövlüyü uğrunda Qarabağda Binəqədi könüllül ər batalyonunun tərkibində döyüşlərdə iştirak etmişdir. O vaxtlar Prezidentin 16.01.1994-cü il fərmanına əsasən (yəni yaşı 45-i keçmiş və çox uşaqlıları) cəbhədən geri buraxılmasına əsasən onu Binəqədi hərbi komissarlığı tərəfindən özləri gətiriblər, evə buraxılmışlar. Sonra 1997-ci ildən 2003-cü ilə qədər Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olmuşdur. Uzun müddətdən sonra veteran vəsiqəsinin yenisini almaq üçün Müdafiə Nazirliyinə 2017-ci ildə müraciət etmişdir. Onların o vaxt göndərdiyi arayış ona gəlib çıxmamışdır. O, yenidən 2019-cu ildə müraciət etmişdir. Arxivdən verilən arayışa görə onun adı Binəqədi batalyonunda var. 704 nömrəli batalyonda adı hallanmır. Ona görə ona veteran vəsiqəsini verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkə məsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(112)2633/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Veteranlar haqqında" Qanununun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 22.1, 28.1.1, 28.2, 45.1, 45.2, 47.1, 47.2, 52.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68.1, 68.2, 73.1, 73.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabi netinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”sinə istinad etməklə belə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(112)-2633/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icr aat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 2-1(103)-421/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə cavabdehin nümayəndəsi C.Mirzəliyeva tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(112)2633/2020 nömrəli qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Veteranlar haqqında" Qanununun 3 və 7-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəl ləsinin 73.2-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 22.1, 28.1.1, 28.2, 45.1, 45.2, 47.1, 47.2, 52.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”sinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatına istinadən belə hesab etmişdir ki, iddiaçının xidməti barədə, qanuni əsaslarla ehtiyata buraxılmasına dair məluma t aşkar olunmadığı halda birinci instansiya məhkəməsinin qərarı ilə cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması əsassızdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin iddiaçıya məxsus hərbi biletində onun hərbi hissəyə daxil olması və ehtiyata buraxılması barədə qeydlərin olmaması barədə iradı isə absurddur. İş materiallarından görünür ki, iddiaçı hərbi xidmətə gedərkən ona «hərbi bilet əvəzi müvəqqəti vəsiqə» verilmişdir. AR MN və aidiyyatı üzrə AR SHXÇDX həmin müvəqqəti vəsiqənin yerinə hərbi bilet verərkən, müvafiq qeydiyyatları aparılmasını təmin etməm iş, indi isə inzibati orqanların öz qüsurlu hərəkətinə, yəni müdafiə və hərbi xidmətə çağırış üzrə dövlət funksiyalarını həyata keçirən orqanların işinin lazımi səviyyədə təşkil edilməməsinə görə, iddiaçının hüquqları pozulmuş, onun döyüşlərdə iştirak etdiyini təsdiq etməkdən imtina edilmişdir. Hərbi xidmətə çağırılmış şəxs özü-özünü hərbi hissənin ştatına daxil etməli yaxud ərzaq və əşya təminatına salmağa borclu deyil. Bu xüsus AR MN tərəfindən təmin edilməlidir. Baxmayaraq ki, MN müxtəlif strukturları hərb hissələrdəki nizam-intizamı, kadr işinin təşkilini və s. yoxlamağa borcludurlar, cavabdeh bu xüsusi təmin etməmişdir.
9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1(103)-421/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Səfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab ed ir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahis əyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlillərı əsassızdır.
19. Belə ki, Azərbaycan Respublikası “Veteranlar haqqında" Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
20. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütöv lüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir».
21. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakim iyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmi ş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetm ə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiy i (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orq anları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
23. Həmin Əsasnamənin 1-ci maddəsinin qeydində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət tə qibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
24. Azərbaycan Respublikasının "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 3-cü maddəsinə əsasan, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyah ılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
25. Azərbaycan Respublikası «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu onun ehtiyata buraxılması ilə hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
26. Azərbaycan Respublikası Müdafiə Nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 09-dan 1994-cü il mayın 10dək döyüş əməli yyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Həmçinin təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. 27. “X2 şi kayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.07.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anla yışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
28. Göründüyü kimi, «Müharibə veteranı» statusunu alınması üçün şəxs hərbi hissə tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə yanaşı, onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması qanunvericilik tələbləri baxımından şərtləndirilmişdir.
29. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin arxiv arayışları ilə 1949-cu il təvəllüdlü İddiaçı 16.11.N-cü il tarixdə keçmiş Binəqədi rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına göndərildiyi, N №-li hərbi hissənin Binəqədi taborunun siyahısı qovluğunda (əsas: səh-12) Binəqədi RHK-dan çağırılmış hərbi bilet əvəzi müvəqqəti vəsiqə ilə gəlmi ş hərbi mükəlləfiyyətlilərin adlı siyahısında Binəqədi RHK-dan çağırılmış X1 adı qeyd olunduğu müəyyən edilir.
30. N №-li hərbi hissə komandirinin 15.01.1994-cü il tarixli 10 №-li əmrində (əsas: səh.9, §-2, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq Bakı şəhəri Binəqədi RHK-a göndərilməsi barədə məlumat olsa da, İddiaçı məxsus NZ ******* №-li hərbi biletin 7-ci səhifəsində Binəqədi rayon hərbi komissarı tərəfindən aparılmış qeydə görə İddiaçı 16.11.N-14.11.1994-cü il tarixlərdə gedən hərbi döyüşlərdə iştirak etmişdir.
31. Göründüyü kimi, arxiv arayışlarında N №-li hərbi hissə komandirinin noyabr N-cü il, may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məluma t aşkar olunmamışdır.
32. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən işə iddiaçının hərbi hissədən qanuni əsaslarla hərbi hissədən tərxis olunması və siyahılardan çıxarılması barədə hər hansı bir sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir.
33. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının xidməti barədə, qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat aşkar olunmadığı halda cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması əsassızdır.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəv i hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 21(103)-421/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.