Məhkəmə qərarları › İş №2-1(102)-1359/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1359/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1359/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-654/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NZ seriyalı ******* saylı, 22 aprel 1979-cu il tarixli hərbi bilet ilə müəyyən olunmuşdur ki, o, 22 aprel 1979-cü ildən 11 may 1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı, 20 yanvar 1978-ci il tarixli əmək kitabçası ilə müəyyən olunmuşd ur ki, • iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cü ilə qədər Neft və qaz çıxarma idarəsi "xxxx"-də elektrik ustası, • 22.04.1979-cü il tarixindən xx.xx.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmiş, • xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Neft və qaz çıxarma idarəsi "xxxx"-də neft və qaz operatoru, • xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər NQÇİ "xxxx"-dən köçürülməsi ilə 3-cü dərəcə üzrə QTQ – 3-cü dərəcəli maşinist, • 15.07.1982-ci ildən xx.xx.1983-cü ilə qədər “Azneftstroy” trestinin TMİ-2-də 2-ci dərəcəli fəhlə, • xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə qədər “Azneft” Lenin ordenli X11 Əli Bayramlı Qİİ-də 3-cü dərəcəli və 4-cü dərəcəli qazmaçı köməkçisi (3 il, 10 ay, 14 gün), • xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Əli-Bayramlı Qİİ-nin Kəlaməddin DİQE-də 4-cü dərəcəli qaz maçı köməkçisi, • xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər “Azneft” X22 Qİİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi və 5-ci dərəcəli qazmaçı, • xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilə qədər X7 Kəməri İdarəsində 5-ci dərəcəli çilingər • 18.05.2010-cu ildən xx.xx.2011-ci il qədər X30 X8 Xətti İstismar Xidmətinə yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə 5-ci dərəcəli çilingər • xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə qədər Şirvan X26ndə 4-cü dərəcəli gözətçi • 12.10.2011-ci ildən hal hazıradək X23 Kəmərləri sahəsində 4-cü dərəcəli gözətçi işləyir. 3. “Qaz İxrac” İdarəsi X23 Kəmərləri sahəsinin NA-01-06/537 №- li, 7 may 2019ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən hal-hazırda ARDNŞ-in “ Qaz İxrac" İdarəsının Hacıqabul MQKS-də 4-cü dərəcəli gözətçi peşəsində işləyir. Əmək kıtabçasına əsasən İddiaçı 2 may 2019-cu il tarixinə ümumi əmək stajı 37 il 11 ay 12 gündür. Onun 31 dekabr 2006-cı il tarixinə ümumi əmək stajı 25 il 7 ay 11 gündür. SOCAR-ın “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli, SOCAR **********80020115x00109 saylı Arxiv arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 10-cu bəndinin 10.1 yarımbəndinə əsasən Qazma üzrə 11 il 1 ay 29 gün “X12 Limited’’ şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 16 saylı və xx.xx.2019-cu il tarixli 17 saylı arayışlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə X10 İdarəsində 11 il 1 ay 18 gün, "xxxx" NQÇİ-də 10 ay, 4 gün; X9 İdarəsində 7 ay, 19 gün əmək stajı var. Cəmi: İddiaçı 31 dekabr 2006-cı il tarixinə güzəştli şərtlərlə 12 il 9 ay 11 gün əmək stajı var. 4. “X19” LTD-nin 16 №-li, xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışı ilə müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən X9 İdarəsinin 3 №-li avtobölməsində 3-cü dərəcəli X24 (SBQ-3) maşinisti peşəsində işləmişdir. “X12 Limited’' şirkətinin Kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı Şanıil oğlunun X9 İdarəsində (7 ay, 19 gün) əmək stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 sayl ı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə Şirvan TNİ-də 7 ay, 19 gün əmək stajı var. Belə ki, iddiaçı köçürmə yolu ilə xx.xx.1981-ci il tarixli, 147/k saylı əmrlə xx.xx.1981-ci il tarixdə X9 İdarəsinin 3 №-li avtobölməsinə 3-cü dərəcəli X24 (SBQ-3) maşinisti peşəsinə qəbul edilmişdir. 82/k saylı xx.xx.1982-ci il tarixli əmrlə İddiaçı xx.xx.1982-ci il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (7 ay, 19 gün). 5. “X19” LTD-nin 17 №-li, xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışı ilə müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" NQÇİ-nin X1 (İAS) elektrik montyoru və 3 saylı Neftqazçıxarma Se xində 2-ci dərəcə neftqazçıxarma operatoru peşəsində işləmişdir. “X12 Limited” şirkətinin Kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı "xxxx" NQÇİ-də 10 ay, 04 gün əmək stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə "xxxx" NQÇİ-də 10 ay, 04 gün əmək stajı var. Belə ki, İddiaçı xx.xx.1978-ci il tarixli, 71/k saylı əmrlə xx.xx.1978-ci il tarixdə "xxxx" NQÇİ-nin X2 elektrik avadanlıqları və teleavtomatika üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə qəbul edilmişdir. xx.xx.1979-cu il tarixdə Sovet Ordusuna hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. (5 ay, 3 gün). Səh. 67-neft və qaz kondensatı hasilatı obyektlərində məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları). İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci il tarixdə "xxxx" NQÇİ-nin 3 saylı Neftqazçıxarma Sexinə 2-ci dərəcəli neftqazçıxarma operatoru peşəsinə qəbul edilmişdir. (əsas: əmr 76/k. xx.xx.1981-ci il.) 176/k saylı xx.xx.1981-ci il tarixli əmrlə İddiaçı xx.xx.1981-ci il tarixdən köçürmə yolu ilə X9 İdarəsinə getməsi ilə əlaqədar işdən azad edilmişdir. (5 ay, 1 gün) - (Səh.

67. Neft və qaz hasilatı üzrə operatorlar.)

6. Azərbaycan Respublikası Dövlət X20 tərəfindən məhkəməyə ünvanlanmış 317 №-li, 5 noyabr 2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, X31 filıalında mühafızə olunan Əli Bayramlı şəhər X32 İdarəsının 1997-2004-cü illərə aid əmrlər kitabında onun işləməyi barədə aşağıdakı kimi əmrlər vardır: Əli Bayramlı XİMQKİ-sinin 02 k №-li, xx.xx.1997-ci il tarixli əmri ilə İddiaçı xx.xx.1997-cu il tarixdən qəza sahəsinə 5-ci dərəcəli çilingər qəbul olunmuşdur. 18k №-li, xx.xx.2004-cü il tarixli əmrinə əsasən Əli Bayramlı XİX-nın 5-ci dərəcəli çilingəri İddiaçı xx.xx.2004/xx.xx.2005-ci il dövr üçün 02 avqust 2004-cü il tarixdə 21 təqvim günü əsas məzuniyyət və 6 təqvim günü müddətinə növbəti məzuniyyət verılmişdir. Qeyd: Əli Bayramlı şəhər X25 idarəsinin 2006-ci ilin əmrlər kitabı və əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. Həmçinin Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 12 №-li, xx.xx.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyy ən olunmuşdur ki, Hacıqabul rayon X26 İdarəsinin 110 №-li, xx.xx.1994-cü il tarixli əmrinə əsasən İddiaçı 4 oktyabr 1994-cü il tarixdə qaz kompressorların maşinisti qəbul edilmiş, 49 №-li, xx.xx.1996-cı il tarixli əmrə əsasən işdən azad edilmişdir 7. “Socar” tərəfindən məhkəməyə ünvanlanmış **********30020123X00048 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş iş stajı haqqında arxiv arayışından müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən X10 idarəsində qazmaçı köməkçisi peşəsində işləmişdir. “Azneft" İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən Əli-Bayramlı Qİİ-si, qazma sexi kimi X21 İşləri İdarəsinın tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işlərı” tresti yaradılm ışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimı trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi xx.xx.2012-ci il tarixdən Abşeron Qİİ-ın tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixlı, SOCAR/13-1000/01/SM-05000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X33 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstəri r. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək X10 İdarəsınə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Köçürülmə yolu ilə Kalaməddın DİQ Ekspedisiyasına 4-cü dərəcəli qazmaçı köməkçısı peşəsində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.1993-cü ilədək Əli-Bayramlı Qii-nə köçürülmə yolu ilə əlaqədar olaraq 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək 5-ci dərəcəli qazmaçı peşəsində işləmişdir. xx.xx.1994-cü ildən Azərbaycan Respublikası ƏQM-nin 38-cı maddəsinin İV-cü bəndinə əsasən praqula görə işdən azad edilmişdir. Ümumi iş stajı - 11 il, 1 ay, 18 gün Əsas: Fond 5, Siyahı 1, iş 42, 58, 80,

104. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 100000a-11297-kodu ilə qazmaçı köməkçisi peşəsi güzəştli şərtlərlə 11 il 1 ay 18 gün təqaüd almaq imkanına malikdir.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

9. Cavabdeh 3 iyun 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəçinin təqdim etdiyi 20 noyabr 1978-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi i ş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 24 avqust 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 dekabr 2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 13 noyabr 1978-ci ildən halh azıra kimi işləməklə ümumi stajı 41 il 3 ay təşkil edir. Həmin əmək stajının xx.xx.1978-xx.xx.1979-cu ilə kimi "xxxx" NQÇİ-də “elektrik-montyoru”, xx.xx.1981xx.xx.1981-ci ilə kimi həmin idarədə “neft və qaz hasilatı üzrə operator”, xx.xx.1981xx.xx.1982-ci ilə kimi "xxxx" NQÇİ-də “X24 maşinisti”, xx.xx.1983-xx.xx.1993-cü ilə kimi “Əli Bayramlı” NQÇİ-də “qazmaçı köməkçisi”, xx.xx.1993-xx.xx.1994-cü ilə kimi həmin idarədə “qazmaçı”, xx.xx.1994-xx.xx.1996-cı ilə kimi “Hacıqabul rayon X26 İdarəsi”ndə “qaz kompressorlarının maşinisti” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır sahədir və hesab edilməlidir ki, ona hüququnun yarandığı 15 dekabr 2017-ci il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərə yaşa görə pensiya təyin edilməli dir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

13. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1488/2021 nömrəli qərarı (hakim: X15) ilə iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 15 dekabr 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, İddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu, əmək kitabçası və arxiv arayışı üzrə işlədiyi mü ddətlər nəzərə alınmaqla 1 yanvar 2006-cı ilədək ümumi iş stajının 26 il 10 ay 14 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə, onun işlədiyi qazmaçı köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’ nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 100000a-11297-koduna, işlədiyi X24 maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’ nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə Siyahının 10.2-ci bölməsinin “Buxar la hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri” peşəsinə, işlədiyi neft-qaz çıxarma vəzifəsi isə həmin Siyahının 10.2-ci Bölməsinin “Neft-qaz hasilatı üzrə operatorlar” peşəsinə uyğun olmaqla 1 yanvar 2006-cı ilədək güzəştli iş stajı 12 il 7 ay 10 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışları mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Göründüyü kimi, hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətən daşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 15 dekabr 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin iddia tələbi “hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi” hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı özü müəyyən edir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 16. 18 fevral 2022-ci ildə X12 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından məhkəməyə daxil olmuş sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, şirkətin kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən X9 İdarəsinin 3 saylı avtobölməsində 3-cü dərəcəli X24 maşinisti peşəsində işləmiş və onun bu peşə üzrə 7 ay 9 gün əmək stajı vardır. İddiaçı köçürmə yolu ilə 147/k saylı xx.xx.1981-ci il tarixli əmrlə xx.xx.1981-ci il tarixdə X9 İdarəsinin 3 saylı avtobölməsində 3-cü dərəcəli X24 maşinisti peşəsinə işə qəbul edilmişdir. 82/k saylı xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1982-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 12-ci bəndinin (21300000 Xİİ.Qazma, neftin, qazın kondensatlar ının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) 2-ci yarımbəndinə əsasən İddiaçı Şirvan TNİ-də güzəştli şərtlərlə 7 ay 19 gün əmək stajı vardır. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək vəzifə öhdəlikləri və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun Şirvan RNİnin 3 saylı avtobölməsində 3-cü dərəcəli X24 maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında 2136200a-13969 şifrəsi ilə qeyd edilmiş buxarla hərəkət edən parafinsizləş dirici qurğuların maşinistləri peşəsinə uyğundur. Quruda Neft və X4 52 saylı xx.xx.1995-ci il tarixli əmrinə əsasən Şirvan TNİ-si xx.xx.1995-ci ildən struktur bölmə kimi Traktor nəqliyyat sexi adı ilə "xxxx" NQÇİ-nin tabeliyinə keçirilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin 158 saylı xx.xx.1997-ci il tarixli əmrinə əsasən “AZneft” İstehsalat Birliyinin "xxxx" NQÇİ-si ləğv edilmiş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X5 Müştərək Müəssisəsi "xxxx" BMMM yaradılmışdır. X13 Heyətinin 106 saylı xx.xx.2009-cu il tarixli əmrinə müvafiq olaraq "xxxx" X6 Müəssisəsi ləğv edilmiş, onun bazasında yeni müəssisə “X12 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı yaradılmışdır. 17. 24 fevral 2022-ci il tarixdə SOCAR “Qaz İxracı” İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cava b məktubundan müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X23 Kəmərləri İdarəsində “qaz kompressorlarının maşinisti” peşəsində işləməsi ilə bağlı MQKS-in arxivində, o cümlədən işçinin şəxsi işində heç bir məlumat aşkar edilməmişdir. Çingiz Əhmədovun xx.xx.1997-ci il tarixdən xx.xx.2010-cu il tarixədək X7 Kəmərləri İdarəsində 5-ci dərəcəli çilingər peşəsində işləməsi ilə bağlı onun şəxsi işində saxlanılan 68 saylı Uçot vərəqəsindən görünür ki, o, həqiqətən də "xxxx" QSC-nin “Azəriqaznəql” X14Bayramlı MQKİ-nin 02k saylı xx.xx.1997-ci il tarixli əmrinə əsasən həmin İdarənin Təmir sahəsində 5-ci dərəcəli çilingər peşəsinə iş qəbul edilmiş və həmin peşədə xx.xx.2011-ci ilədək işləmişdir. O, hal-hazırda SOCAR “Qaz İxracı” İdarəsinin Hacıqabul MQKS-də 4- cü dərəcəli gözətçi peşəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin 366 saylı xx.xx.2009-cu il tarixli Sərəncamına əsasən "xxxx" İstehsalat Birliyinin strukturuna daxil olan X26 sahələri, o cümlədən X27 sahəsi SOCAR-ın 05 saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən mövcud təşkilatı-hüquqi forması saxlanılmaqla SOCAR-ın “Qaz İxrac” İdarəsinin tabeliyinə verilmişdir. İddiaçının işlədiyi 5-ci dərəcəli çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və e malı(dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” Xİİ (********) bölməsinin “Neft-qaz və qaz kondensatının hasilatı” adlı 2-ci yarımbəndinin fəhlələr sırasında göstərilən çilingər peşələrinin aid olduqları istehsalatların heç birinin SOCAR “Qaz İxracı” İdarəsinin fəaliyyəti ilə uyğunluğu yoxdur. SOCAR “Qaz İxracı” İdarəsinin əsas fəaliyyəti qazın nəql xidmətlərinin göstərilməsindən, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki, texnoloji və metroloji əməliyyatların aparılmasından ibarətdir. 18. 19, 20 və 26 aprel 2022-ci il tarixlərdə SOCAR “Qaz İxracı” İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktublarından müəyyən olunmuşdur ki, Hacıqabul rayon Dövlət Arxivindən və məhkəmə tərəfindən göndərilmiş arxiv sənədlərində göstərilən X3 Qazı-Məmməd X26nin xət ti istehsalat idarəsi ilə SOCAR “Qaz İxracı” İdarəsi ilə heç bir hüquqi varislik və ya digər hüquqi bağlılıq münasibətləri olmadığından həmin arxiv sənədlərində qeyd edilən “qaz kompressorlarının maşinisti” adlı peşə haqqında, eləcə də bu peşənin əmək funksiyalarının və vəzifələrinin nədən ibarət olması ilə bağlı İdarədə məlumat yoxdur. Məktuba əlavə edilmiş arayışdan görünür ki, “qaz kompressor-qazı sıxmaq və təzyiq altında ötürmək üçün bir qurğudur”. Hacıqabul KS-də 1994-1996-cı illərdə işə qəbul edilmiş və işdən azad olunma barəsində sənədləşmələr əsasən rus dilində aparıldığı üçün həmin peşə qaz kompressorlarının maşinisti adı ilə sənədləşdirilmişdir. Onların da əsas vəzifə və funksiyaları təzyiq altında işləyən kompressor aqreqatlarının iş rejimlərinə nəzarət və xidmət etməkdən ibar ət olmuşdur. İnternet vasitəsilə aparılmış axtarışlarda və SOCAR-ın digər kompressor stansiyalarının nümayəndələri tərəfindən alınmış məlumatlarda “машинист газа компрессоров” peşəsinin “kompressor qurğularının maşinistləri” peşəsinin funksiya və vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan 2130302a-13775 koduna uyğun olan “kompressor qurğularının maşinistləri” peşəsi ilə eyni funksiya və vəzifələrdən ibarət olduğu müəyyənləşdirilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-654/2022 nömrəli qərarı (hakimlər: X16, (sədrlik edən və məruzəçi), X17 və X18) ilə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, - hərbi bileti, arxiv arayışı və əmək kitabçasının surətindən müəyyən olunmuşdur ki, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 24 il 7 ay 19 gün təşkil edir. İddiaçının 4 oktyabr 1994-cü ildən 27 dekabr 1996-cı il tarixədək Hacıqabul rayon X26 İdarəsində “qaz kompressorlarının maşinisti” işlədiyi müddət isə əmək kitabçasında qeyd olunmadığı üçün cavabdeh inzibati orqan tərəfindən stajına daxil edilmir. Bu barədə q eyd olunmalıdır ki, Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 12 saylı 1 mart 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Hacıqabul rayon X26 İdarəsinin 110 saylı 4 oktyabr 1994-cü il tarixli əmrinə əsasən İddiaçı 4 oktyabr 1994-cü il tarixdə qaz kompressorlarının maşinisti qəbul edilmiş, 49 saylı, 27 dekabr 1996-cı il tarixli əmrə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gü nədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Belə olan halda iddiaçının 4 oktyabr 1994-cü ildən 27 dekabr 1996-cı il tarixədək Hacıqabul rayon X26 İdarəsində “qaz kompressorlarının maşinisti” işlədiyi müddət (2 il 2 ay 23 gün) də nəzərə alınmaqla 1 yanvar 2006 -cı il tarixə ümumi stajı 26 il 10 ay 12 gün təşkil edir. - İddiaçının 20 noyabr 1981-ci il tarixdən 9 iyul 1982-ci il tarixədək işlədiyi (7 ay 20 gün) 3-cü dərəcəli X24 maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında 2136200a-13969 şifrəsi ilə qeyd edilmiş “buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri” peşəsinə, xx.xx.1983-cü il tarixdən xx.xx.1994- cü il tarixədək işlədiyi (11 il 1 ay 18 gün) “qazmaçı köməkçisi”, “qazmaçı” peşəsi adı çəkilən Siyahıda 110000a-11297 şifrəsi ilə qeyd edilmiş “qazmaçı köməkçisi” peşəsinə, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi (2 il 2 ay 23 gün) “qaz kompressorlarının maşinisti” peşəsi adı çəkilən Siyahıda 2130302a-13775 şifrəsi ilə qeyd edilmiş “kompressor qurğularının maşinistləri” peşəsinə uyğundur və həmin dövrlər üzrə onun güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəli llərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına ça tdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

26. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri A li Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şik ayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apel lyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin hazırkı qərarın 24-25-ci bəndlərində isti nad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Həmçinin qeyd edilməlidir ki, Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 12 saylı 1 mart 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Hacıqabul rayon X26 İdarəsinin 110 saylı 4 oktyabr 1994-cü il tarixli əmrinə əsasən İddiaçı 4 oktyabr 1994-cü il tarixdə qaz kompressorlarının maşinisti qəbul edilmiş, 49 saylı, 27 dekabr 1996-cı il tarixli əmrə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası h üquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Belə olan halda iddiaçının 4 oktyabr 1994-cü ildən 27 dekabr 1996-cı il tarixədək Hacıqabul rayon X26 İdarəsində “qaz kompressorlarının maşinisti” işlədiyi müddət də nəzərə alınmalıdır.

35. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olun ması üçün 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır.

36. Beləliklə, hazırkı qərarın 26-cı bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-654/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar