Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1359/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi, inzibati orqanın xx.xx.2011-ci il tarixədək edilmiş hərəkətlərinin mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmə tinə qarşı “yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi” tələbinə inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)3714/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2003-cü il tarixli, 186 nömrəli əmri ilə, Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunları komandanın xx.xx.2003-cü il tarixli, 887 ş/h nömrəli əmrinə əsasən baş-leytenant İddiaçı 2-ci sərhəd dəstəsi 19-cu sərhəd zastavasının r əisi vəzifəsindən azad olunmaqla 6-cı sərhəd dəstəsinə 4-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2008-ci il tarixli, 280 nömrəli əmri ilə, Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunları komandanın xx.xx.2008-ci il tarixli, 1522 ş/h nömrəli əmrinə əsasən 6-cı sərhəd dəstəsinin 4-cü sərhəd zastavasının rəisi mayor İddiaçı 5-ci sərhəd dəstəsinin 4-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin edildiyi üçün şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, xx.xx.2008-ci il tarixdən vəzifəsindən azad edilməklə 5-ci sərhəd dəstəsinin rəisinin sərənc amına göndərilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunları komandanının “Xüsusi mürəkkəb xidmət şəraiti olan və yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən, uçuş işlərində olan zabit və gizirlər üçün əlavə güzəştlərin müəyyən edilməsi barədə” xx.xx.2006-cı il tarixli, 11 nömrəli əmri ilə “Dəniz səviyyəsindən 1500 m və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısı” və “Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısı” təsdiq edilmiş, həmçinin, Dövlət Sərhəd Xidmətində xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində xidmət edən zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 15 təqvim günü müddətində əlavə məzuniyyət verilmişdir.
4. Həmin əmrə əlavə edilmiş “X üsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısı”nda iddiaçının xidmət keçdiyi 6-cı sərhəd dəstəsi üzrə 4-cü (Qəmərvan) sərhəd zastavası xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısına daxil edilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək, xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 4-cü (Qəmərvan) sərhəd zastavasının rəisi vəzifəsində olduğu müddətdə xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixinədək ümumilikdə 64 ay ona qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq ödənilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda “Dövlət Sərhəd Xidmətini n hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 1.9-cu bəndinə istinad edərək, iddiaçının hüququnun yarandığı gündən 3 il ərzində müraciət etmədiyini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsinin imkan xaricində olduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 4-cü (Qəmərvan) sərhəd zastavasının rəisi vəzifəsində olduğu müddətdə - xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixinədək ümumilikdə 64 ay ona qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvimi 15 il müddətində xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 0134 nömrəli əmri ilə zastava rəisi vəzifəsindən (mayor rütbəsində) azad olunmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla xəstəliyə görə Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. Xidmət müddətində 2003-cü ilin iyulundan 2008-ci ilin noyabrınadək N nömrəli hərbi hissənin 4-cü (Qəmərvan) sərhəd zastavasının rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi sərhəd zastavası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 137 nömrəli qərarına əsasən yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında, DSX rəisinin xx.xx.2006-cı il tarixli, 1 nömrəli əmrində və hal-hazırkı xx.xx.2020-ci il tarixli, 041 nömrəli əmrində olmasına baxmayaraq, xidmət müddətində ona veriləcək yüksəklik pulu, xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı pul əlavəsi və əlavə məzuniyyət verilməmişdir. Göstərilənlərə əsasən, nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin uzun müddət (55 gündən artıq) keçməsinə baxmayaraq müraciəti cavablandırılmamışdır. İddiaçı bu faktı inzibati orqanın imtinası kimi qiymətləndirir.
9. Cavabdeh iddiaya qarşı etirazında iddianın təm in olunmamasını məhkəmədən xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 12 iyun 2023-cü il tarixli, 2-1(112)-3332/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 2006-2008-ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (müraciət etdiyi vaxtdakı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, 2006-cı ildən etibarən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulan 15 təqvim günü müddətində əlavə məzuniyyət almaq hüququna malik hərbi q ulluqçuya aid edilmişdir. Deməli, iddiaçının əlavə məzuniyyət hüququ həmin tarixdən yaranmışdır. Qanunverici hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi qaydasını müəyyən etmiş, bu zaman həmin norma qanuna daxil edilənədək xidmət edən şəxslərə münasibətdə də kompensasiyanın ödənilməsini nəzərdə tutmuşdur. İşdən görünür ki, iddiaçı xidmət müddətində növbəti məzuniyyətdən istifadə etsə də, 2006-cı ildən etibarən qüvvədə olan əmrə əsasən ona əlavə məzuniyyət verilməmişdir. Qanunvericiliyin müvafiq normalarının tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıya 2006-2008-ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə kompensasiya ödənilməlidir. Cavabdeh qanunvericilikdə yalnız növbəti məzuniyyətə görə komp ensasiya ödənilməsinin nəzərdə tutulmasına istinad edərək, iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən görünür ki, əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Digər məzuniyyətlərdən fərqli olaraq, növbəti məzuniyyət kimi əlavə məzuniyyətin verilməsi barədə norma imperativ xarakter daşıyır, bununla bağlı şəxsin hər hansı bir əlavə sənəd təqdim etməsinə zərurət yoxdur. Şəxs növbəti məzuniyyətə çıxdıqda ona əlavə məzuniyyət də əlavə edilməklə təqvim ili ərzində bir dəfə vahid ümumi məzuniyyət verilir. Yəni xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı zabit heyətinə təqvim ili ərzində ümumi məzuniyyət 60 gün müddətinə verilir ( 45 gün növbəti məzuniyyət + 15 gün əlavə məzuniyyət).
12. Birinci instansiya məhkəməsi iddia tələbinin yüksəkliyə və xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunverici hərbi qulluqçuların, o cümlədən ehtiyatda olan hərbi vəzifəlilərin almadığı pul təminatının sonradan tələb edilməsi hüququnu tanımış, lakin bu hüququ müddətlə məhdudlaşdırmışdır. İddiaçı 2003-2008-ci illərdə xüsusi xidmət şəraitinə və yüksək dağ yerlərində xidmətə görə verilməli olan pul təminatını almadığını bildirsə də, bununla bağlı 14 il sonra, 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçula rının pul təminatı haqqında” Əsasnaməyə əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, analoji norma Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə qəbul edilənədək qüvvədə olan Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamələrdə də öz təsbitini tapmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Elşən Kazımov və Mirzə Tağızadə) 21 dekabr 2023cü il tarixli, 2-1(103)-3714/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasın a yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgü n həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia t ələbi iddiaçıya 2006-2008ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (müraciət etdiyi vaxtdakı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və cavabdeh həmin qərardan apellyasiya şikayəti vermədiyindən həmin hissədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Bu baxımdan hazırkı kassasiya icraatının predmetini iddiaçının şikayəti əsasında iddianın rədd edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
24. İddianın rədd edilən hissəsinə münasibətdə məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qəra rının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
25. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
27. Qeyd edilən hissədə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2003-cü il tarixdən 2006-cı ilədək istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının və xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixinədək olan dövr üzrə yüksəkliyə və xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin (hal-hazırkı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq birdəfəyə ödənilməsinə nail olmaqdan ibarətdir.
28. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
29. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın m əhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. 30. 2011-ci il 1 yanvar tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə iddia müddəti tətbiq edilən iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 31. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
32. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək i nzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2985/2023 nömrə li, xx.xx.2023-cü il tarixli 2-1(102)2940/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-384/2024 nömrəli qərarları). Belə yanaşma hüquqi müəyyənlik prinsipinə əsaslanır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə ona xx.xx.2003-cü il tarixdən 2006-cı ilədək istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının və xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixinədək olan dövr üzrə yüksəkliyə və xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu ba xımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır.
34. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
35. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri m übahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
36. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və t əhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
38. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə sözügedən hissədə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamışdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddi anın rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalı, şikayət qalan hissədə təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-3714/2023 nömrəli qərarı iddianın rədd edilən hissəsində ləğv edilir. Həmin hissədə iddia mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.