Məhkəmə qərarları › İş №2-1(102)-136/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-136/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-136/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar söz: növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın ləğvi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəkili və nümayəndəsi iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi h aqqında” 29 avqust 2016-cı il tarixli ******** nömrəli qərarının ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1202/2019 saylı 03 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13.11.2015-ci il tarixli ******** nömrəli qərarına əsasən 01.04.2009-cü ildən 01.10.2015-ci ilədək olan dövr üzrə iddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar ver gi yoxlaması təyin edilmişdir. Cəmiyyətdə səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəsatətinə əsasən Binəqədi rayon Məhkəməsinin 02.11.2015-ci il tarixli 5(001)-402/2015 saylı Qərarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi ilə əlaqədar təyin edilmişdir. Yoxlamanın nəticəsi 11.07.2016-cı il tarixli ****** saylı Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında 29 avqust 2016-cı il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ******** nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərarla iddiaçıya 2009-cu ilin mənfəət vergisi üzrə 666.60 manat, 2011-ci ilin mənfəət vergisi üzrə 538 10.67 manat, 2012-ci ilin mənfəət vergisi üzrə 172614.87 manat, 2013-cü ilin mənfəət vergisi üzrə 208287.74 manat, 2014-cü ilin mənfəət vergisi üzrə 191453.86 manat, 2010-cu ilin ƏDV üzrə 348509.17 manat, 2012-ci ilin ƏDV üzrə 750596.11 manat, 2013-cü ilin ƏDV üzrə 3120574.29 manat, 2014-cü ilin ƏDV üzrə 59588.60 manat əlavə vergi məbləği hesablanmış, 2013-cü ilin mənfəət vergisinin azaldılmasına görə 104143.87 manat, 2014-cü ilin mənfəət vergisinin azaldılmasına görə 95726.93 manat, 2013-cü ilin ƏDVnin azaldılmasına görə 1560287.15 manat, 2014-cü ilin mənfəət vergisinin azaldılmasına görə 29794.30 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin qərarla 2009-cu ilin ƏDV üzrə 144.60 manat, 2011-ci ilin ƏDV üzrə 66789.79, 2015-ci ilin ƏDV üzrə 909284.31 manat məbləğin artıq hesablanması mü əyyən edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ******** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)-41/2018 saylı qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 avqust 2016-cı il tarixli ******** nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)-41/2018 saylı qərarından cavadeh apellyasiya şikayəti verərək, 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1202/2019 saylı 03 iyul 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)-41/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1202/2019 saylı 03 iyul 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəli llərinə görə aşağı instansiya məhkəmələr maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir.Həmçinin, məhkəmələr qanunvericiliyin tələblərini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, iddia tələbi üzrə mübahisə olunan məsələlərə tam araşdırma aparmadan və müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən hüquqi qiymət verməklə düzgün nəticəyə gəlməmiş və iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, iş üzrə həlledici rol oynamış məhkəmə-mühasibatlıq ekspertizasının rəyi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəməmühasibatlıq ekspertizasının rəyin ə əsasən yoxlanılan dövrdə, yəni 2009 – 2015-ci illərdə müəssisənin dövlət büdcəsi qarşısındakı vergi öhdəliyi 1.720.769,** manat (689.028,44 manat mənfəət vergisi + 1.031.741,11 manat ƏDV) təşkil etmişdir. Bununla yanaşı, vergi ödəyicisinin eyni dövr üzrə bəyan etdiyi vergi öhdəliyi 1.415.192,82 manat (9.925,9 manat mənfəət vergisi və 1.405.266,92 manat ƏDV) təşkil etmişdir. Vergilərin azaldılması dedikdə bəyan edilmiş məbləğlə bəyan edilməli olan məbləğ arasındakı fərq başa düşülür. Hazırkı halda, ekspert rəyinə əsasən verginin azaldılmış ümumi məbləği 305.576,73 manat (1.720.769,** – 1.415.192,82) olmuşdur. Başqa sözlə, ekspert rəyi nəzərə alındıqda belə, iddiaçı tərəfindən 305.576,73 manat vergi məbləği az hesablanmışdır. İddiaçı mənfəət vergisi üzrə öhdəliyini 9.925,9 manat bəyan etdi yi halda, vergi orqanı bu öhdəliyi 626.833,74 manat müəyyən etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası isə mənfəət vergisi üzrə öhdəliyi vergi orqanından da yüksək – yəni, 689.028,44 manat müəyyən etmişdir. Göründüyü kimi məhkəmə hesablanmış mənfəət vergisini tam ləğv etməklə ciddi səhvə yol vermişdir. Çünki, ekspert tədqiqatı zamanı mənfəət vergisinin daha çox yayındırıldığı üzə çıxmışdır. Buna baxmayaraq, məhkəmələr ekspert rəyini düzgün tətbiq etməmiş və səyyar vergi yoxlamasının nəticələrini tam şəkildə ləğv etmişdir. Belə ki, səyyar vergi yoxlamasının nəticələrini qiymətləndirərkən məhkəmə hesablanmalı vergi məbləği əvəzinə borcun olub-olmaması məsələsini əsas götürmüşdür. Halbuki, səyyar vergi yoxlaması vergi ödəyicisinin borcunun olub-olmamasına deyil, vergilərin düzgün hesablanıb- hesablanmamasına münasibət bildirir. Hazırkı halda, hesablanmalı vergi üzrə vergi borcunun yaranıb-yaranmaması heç bir əhəmiyyət kəsb etmir. Çünki, vergi hesablanmadan edilmiş ödənişlər vergi ödəyicisi üçün artıq ödəmə hesab olunur və istənilən anda bu məbləğ geri tələb oluna bilər. Ekspert qarşısında qoyulmuş məsələlər üzrə ətraflı araşdırma və tədqiqat aparılmamış, qoyulmuş suallara cavab olaraq, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə qeyd edilən fikirləri köçürülməklə, formal rəy tərtib olunmuşdur. Başqa sözlə, yayındırılmış verginin konkret hansı hesabat dövrlərinə təsadüf etdiyi göstərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfin dən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 102-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və tam olmadıqda, əlavə ekspertiza, əsassız olduqda isə təkrar ekspertiza təyin edilə bilər. Eyni zamanda, qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsin də müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, həm birinci instansiya, həm də ki apelyasiya instansiya məhkəməsi adıçəkilən 04.10.2018-ci il tarixli **** nömrəli ekspert rəyini tədqiq etmədən və qiymətləndirmədən, onun məzmununda istinad olunan hallara diqqət yetirmədən həmin rəyə əsaslanmaqla qərar qəbul etmişdir. Bununla da, məhkəmə tərəfindən istinad olunan ekspert rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş və nəticədə maddi hüquq normalarının və yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması və iş üzrə qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Kassator Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1202/2019 sayl ı 03 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1202/2019 saylı 03 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkməsi tərəfindən araşdırılan halları ilə müəyyən olun ur ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13.11.2015-ci il tarixli ******** nömrəli qərarına əsasən 01.04.2009-cü ildən 01.10.2015-ci ilədək olan dövr üzrə iddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, cəmiyyətdə səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəsadətinə əsasən Binəqədi rayon Məhkəməsinin 02.11.2015-ci il tarixli 5(001)402/2015 saylı Qərarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi ilə əlaqədar təyin edilmişdir. Yoxlaman ın nəticəsi 11.07.2016-cı il tarixli ****** saylı Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında 29 avqust 2016-cı il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ******** nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2009-cu ilin mənfəət vergisi üzrə 666.60 manat, 2011-ci ilin mənfəət vergisi üzrə 53810.67 manat, 2012-ci ilin mənfəət vergisi üzrə 172614.87 manat, 2013-cü ilin mənfəət vergisi üzrə 208287.74 manat, 2014-cü ilin mənfəət vergisi üzrə 191453.86 manat, 2010-cu ilin ƏDV üzrə 348509.17 manat, 2012-ci ilin ƏDV üzrə 750596.11 manat, 2013-cü ilin ƏDV üzrə 3120574.29 manat, 2014-cü ilin ƏDV üzrə 59588.60 manat əlavə vergi məbləği hesablanmış, 2013-cü ilin mənfəət vergisinin azaldılmasına görə 104143.87 manat, 2014-cü ilin mənfəət vergisinin azaldılmasına görə 95726.93 manat, 2013-cü ilin ƏDV-nin azaldılmasına görə 1560287.15 manat, 2014-cü ilin mənfəət vergisinin azaldılmasına görə 29794.30 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin qərarla 2009-cu ilin ƏDV üzrə 144.60 manat, 2011-ci ilin ƏDV üzrə 66789.79, 2015-ci ilin ƏDV üzrə 909284.31 manat məbləğin artıq hesablanması müəyyən edilmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlaması aktında hesablanmış mənfəət vergisi belə əsaslandırılmışdır ki, yoxlama nəticəsində müəyyən olundu ki, Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinin tələbləri pozulmaqla 2009-cu ildə sair xərclərin 3030,0 manat artıq göstərilməsi səbəbindən vergiyə cəlb olunan mənfəət 3030,0 manat, mənfəət vergisi 666, 60 manat azaldılmışdır. 2010-cu il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsi üzrə yoxlama ilə kənarlaşma aşkar olunmadı. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə (2011-2014-cü illər) vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən vergi ödəyicisinin yoxlanılan dövrdə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 90,82 %-i mal-material xərclərinin payına düşür. Yoxlama ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan mühasibat uçotu sənədlərinə, bank və ƏDV depozit hesabından çıxarışlara əsasən müəyyən edilmişdir ki, cəmiyyətin gəlirləri görülmüş və yerinə yetirilmiş işlər haqqında sənədlər-“forma-2”lər və banka daxil olmuş vəsaitlər əsasında formalaşdığından və həmin “forma-2”-lər üzrə texniki hesa batlar tərtib edilmədiyindən real xərcləri müəyyən etmək mümkün olmamış, "forma2" lər qarşılıqlı surətdə apraılmış əməliyyatlar əsasında dəqiqləşdirilmişdir. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından yoxlama zamanı Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli ** saylı Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən yoxlanılan dövr üzrə (2011-2014-cü illər) işlərin görülməsindən və mal-materialların satışından əldə olunmuş 190**907,81 manat (ƏDV-siz) gəlir (Qeyd etmək lazımdır ki, Cəmiyyət tərəfindən gəlir 2011-2014-cü illərdə (12619990,35 manat göstərilmişdir) məbləğinə görə şərti rentabellik tətbiq olunmaqla 635196,94 manat o cümlədən 2011-ci il üzrə 54773,19 manat (1643195,64:120x20)x20%), 2012-ci il üzrə 174608,63 manat (5238258,76:120x20)x20%), 2013-cü il üzrə 210621,26 manat (6318637,70:120x20)x20%) və 2014-cü il üzrə 195193,86 manat (58**815,71:120x20)x20%) mənfəət vergisi hesablanmışdır. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlaması aktında hesablanmış ƏDV belə əsaslandırılmışdır ki, cəmiyyət tərəfindən Departamentə təqdim olunmuş 2009-ci ilin aprel-dekabr ayları,2010-cu il,2011-ci il 2012-ci il, 2013-cü il,2014-cü il və 2015-ci ilin yanvar-avqust ayları üzrə ƏDV bəyannamələrinin düzgünlüyü AVİS hesabat /Axtarış informasiya sistemində olan məlumatlar və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan sənədlər (Forma-2-lər, üzləşmə aktları, ilkin mühasibat sənədləri və sair) əsasında yoxlanarkən müə yyən edilmişdir ki, cəmiyyət tərəfindən yerinə yetirilmiş işlərə görə tərtib olunmuş təhvil-təslim aktları üzrə məbləğlər ƏDV tutulan dövriyyələrdə düzgün göstərilməmişdir. Belə ki, 2009-cu ilin aprel-dekabr ayları üzrə dövriyyə 803,67 manat,ƏDV məbləği 144,66 manat artıq (o cümlədən dekabr ayında 144,66 manat artıq), 2010-cu ildə dövriyyə 1936162,06 manat, ƏDV məbləği 348509,17 manat ( o cümlədən dekabr ayında 348509,17 manat az) az, 2011-ci ildə dövriyyə 371054,39 manat, ƏDV məbləği 66789,79 manat artıq ( o cümlədən noyabr ayında 16020,0 manat artıq, dekabr ayında 50769,79 manat artıq), 2012-ci ildə dövriyyə 2888490,50 manat, ƏDV 519928,29 manat az (o cümlədən dekabr ayında 519928,29 manat az), 2013-cü ildə dövriyyə 17230972,16 manat, ƏDV 3101574,99 manat az (o cümlədən dekabr ayında 31 01574,99 manat az ), 2014-cü ildə dövriyyə 287947,17 manat, ƏDV 51830,49 manat az (o cümlədən dekabr ayında 51830,49 manat az) 2015-ci ildə dövriyyə 5051579,50 manat, ƏDV 909284,31 manat artıq (o cümlədən yanvar ayında 68980,0 manat artıq, fevral ayında 727519,99 manat artıq, aprel ayında 35785,36 manat artıq, may ayında 18618,74 manat artıq, iyul ayında 45756,0 manat artıq, avqust ayında 12624,22 manat artıq) ümumilikdə 3045624,18 manat (-144,66+348509,1766789,79+519928,29+3101574,99+51830,49-909284,31) məbləğində azaldılmışdır. Beləliklə Vergi Məcəlləsinin 159.1 və 166.1-ci maddələrinin tələbləri pozulmaqla büdcəyə hesablanmalı əlavə dəyər vergisi 3045624,18 manat azaldılmışdır. Bundan əlavə, cəmiyyət tərəfindən “X” firmasından (VÖEN *****) 2012-ci ildə 1281487, 88 manat, 2014-cü ildə 4 3100,60 manat məbləğində, cəmi 1324587,88 manat məbləğində asbest dam örtüyü alınmış, həmin dam örtüyündən görülmüş işlərdə istifadə olunmamışdır və mühasibat sənədlərində qalıq kimi göstərilməmişdir. Yəni həmin materialların sərfiyyatı haqqında heç bir sənədləşmə aparılmadığı üçün tərəfimizdən həmin məbləğlər əskikgəlmə kimi qəbul edildi. Beləliklə, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləği 2012-ci ilin dekabr ayında 230667,82 manat, 2014-cü ilin dekabr ayında 7758,11 manat olmaqla cəmi 238425,93 manat azaldılmışdır. Bundan başqa, cəmiyyət tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində aparılmış əvəzləşmələrin düzgünlüyü ödəniş sənədləri, ƏDV-nin sub-uçot hesabı və V**-larına əsasən yoxlanılarkən müəyyən olundu ki, Vergi M əcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmaqla “X” firması tərəfindən təqdim olunmuş 27.04.2013 cü il tarixli ** seriyalı V** əsasında 2013-cü ilin aprel ayında 18999,30 manat ƏDV məbləği tam məbləğdə əvəzləşdirildiyi halda 2013-cü ilin noyabr ayında təkrar əvəzləşdirilmişdir. Beləliklə 18999,30 manat ƏDV məbləği ödəniş məbləğindən artıq olaraq təkrar əvəzləşdirilmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmənin 01 avqust 2018-ci il tarixli qərardadı ilə iddaçı tərəfin vəsatətinə əsasən məhkəmə mühasibatlı ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmaqla onun keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə olunmuşdur: - müvafiq yoxlama dövrünə uyğun “Vergi ödəyicisinin vergi qaunver icliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi haqqında” 29 avqust 2016-cı il taruxli ******** nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə iddiaçı Iddiaçı MMC-nin ödəməli olduğu ƏDV və mənfəət vergisinin məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə iddiaçı MMC-nin vergi borcu nə qədərdir? - müvafiq yoxlama dövrünə uyğun iş materiallarında olan qanuni qüvvəyə minmiş ***** saylı 27 iyul 2017-ci il tarixli məhkəmə hökmü ilə müəyyənləşdirilmiş faktiki dövriyyə üzrə iddiaçı MMC-nin ödəməli olduğu ƏDV və mənfəət vergisinin məbləği ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə iddiaçı Iddiaçı MMC-nin vergi borcu nə qədərdir? Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən 04 oktyabr 2018-ci il tarixdə **** nömrəli ekspert rəyi təqdim olunmuşdur. İddia tələbini təmin edən, yəni mübahisələndirilən qərarı ləğv edən birinci instansiya məhkəməsi və onun nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi 04.10.2018-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Sözügedən ekspert rəyinə əsasən (1-ci sual üzrə) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 avqust 2016-cı il tarixli ******** nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə iddiaçı MMC-nin ödəməli olduğu ƏDV və mənfəət vergisinin ayrı-ayılıqda məblğləri həmin qərarın açılmasına səbəb olmuş 11 iyul 2016-cı il tarixli səyyar vergi yoxlaması aktında aşağıdakı kimi müəyyən olunmuşdur: ƏDV – 3.303.049,41 manat, mənfəət vergisi – 626.833,74 manat, (2-ci sual üzrə) ümumilikdə 2009 – 2015-ci il üzrə büdc əyə çatası ƏDV və mənfəət vergisinin məbləğinin 1.720.769,** manat (689.028,44 manat + 1.031.741,11 manat) təşkil etməsi müəyyən edilir. Şəxsi hesab vərəqəsinə əsasən 2009 – 2015-ci illər ərzində Iddiaçı MMC tərəfindən 2.261.240,53 manat vergi ödənilmişdir. Müəssisənin şəxsi hesab vərəqəsinə əsasən ödənilmiş vergiləri nəzərə alaraq, müəssisə tərəfindən 2009 – 2015-ci illər ərzində dövlət büdcəsinə ödənilməli olan vergi borcu məbləği müəyyən olunmur. İş üzrə cavabdeh ekspert rəyinin nəticəsinə etiraz edərək bildirmişdir ki, “ekspertin *****nömrəli 04.10.2018-ci il tarixli məhkəmə hökmünə istinad etməsi əsassızdır.Belə ki, yoxlama ilə 626833,74 manat mənfəət vergisinin, 3303049,41 manat əlavə dəyər vergisinin, cəmi 3929883,15 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respubli kasının Vergi Məcəlləsinin 58.1-ci və 56.1-ci maddələrinə əsasən 1789952,25 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmiş və yoxlamanın nəticələrinə dair sənədlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq cinayət işinin istintaqı dayandırılmışdır. Lakin ekspertin istinad etdiyi *****saylı 27 iyul 2017-ci tarixli hökmündə Cinayət Məcəlləsinin 179-cu, 308-ci, 313-cü maddələrinə əsasən məhkəmə istintaqı başa çatmışdır. Halbuki, vergi ödəməkdən yayınmaynan bağlı cinayət işi müvafiq işdən ayrılmış və hal-hazırda cinayət işinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır. Həmin işlər arasında qarşılıqlı əlaqənin mövcud olmamasına baxmayaraq ekspert əsassız olaraq müvafiq hökmə istinad etmişdir. Həmçinin, oktyabr 2018-ci il tarixli **** nömrəli ekspert rəyində müəssisə üzrə ümumilikdə 2009-2015-ci illər üzrə büdcəyə çatası ƏDV və mənfəət vergisi məbləği ayrı-ayrı illər üzrə göstərilmədiyindən, bununla da vergi ödəyicisinə tətbiq edilməli olan maliyyə sanksiyasının məbləği müəyyən deyildir.” Lakin nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin yuxarıda qeyd olunan dəlillərinə qiymət verilməmişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində mənfəət vergisi və ƏDV hesablanmasına əsas olmuş hallara-dövriyyənin düzgün göstərilməməsi, xərc sənədlərinin olmaması, istifadə edilmə miş malların qalıq kimi göstərilməməsi, eyni əməliyyat üzrə əvəzləşdirmənin təkrar aparılmasına məhkəmələr tərəfindən qiymət verilməmiş, yalnız dövriyyə ilə bağlı ekspert rəyinə istinad edilmiş, ekspertiza qarşısında yuxarıda göstərilən halların araşdırılması barədə sual qoyulmamış, ümumiyyətlə mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb olmuş hallar üzrə ətraflı məhkəmə araşdırması aparılmamış və qiymət verilməmişdir. Belə ki, səyyar yoxlama zamanı iddiaçının “X” firmasından 1.324.587,88 manat mal aldığı, lakin təsərrüfat fəaliyyətində istifadə edilməmiş həmin malların əskik gəldiyi müəyyən olunduğu üçün 238.425,93 manat ƏDV hesablanmışdır. Bundan əlavə, iddiaçı X firmasından əldə etdiyi 27.04.2013-cü il tarixli e-V**-ni (18.999,3 manat məbləğində) fərqli iki ayda (2013-cü ilin apre l və noyabr aylarında) əvəzləşdirmişdir. Başqa sözlə, iddiaçı eyni e-V**-ni 2 dəfə, yəni təkrar əvəzləşdirmişdir. Buna baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası bu məsələlərə ümumiyyətlə toxunmamaqla natamam araşdırma aparmış, məhkəmə isə öz növbəsində ekspertin yol verdiyi nöqsana əhəmiyyət verməmiş və bu barədə hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad etməklə nəticəyə gəlmişdir ki, ekspert rəyləri sübutun bir növü olmaqla iş üzrə digər sübutlarla və işin faktiki halları ilə birgə qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə, işə baxan a pellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, vergi orqanı Iddiaçı MMC-yə münasibətdə vergi hesablayarkən zəruri sənədlərin təqdim edilməməsinə istinad etsə də, sənədlərin təqdim olunmamasının səbəbi onların istintaq orqanında saxlanması olmuşdur. Halbuki, səyyar vergi yoxlaması məhz cinayət işində olan materialları əsasında aparılmışdır. Bundan başqa, işə baxan apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanının 29 avqust 2016-cı il tarixli ******** nömrəli qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və IPM-ın 38.1-ci maddələrinə (qərardan ş ikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-cı maddəsındə nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə hazırki mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkməsi yalnız inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsinə əsaslanaraq qərar qəbul etməklə haqlı olmamışdır. Kollegiya hesab edir ki, apelyasiya in stansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması üçün bütün mümükün hüquqlarından istifadə edilməmişdir. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək im kanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları tətbiqində səhvlərə yol verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyasına qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 03.07.2019-cu il tarixli 2-1(103)-1202/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar