Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-136/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 09.03.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun adına verilmiş 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-207/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Rusiya Federasiyası Təhsil Nazirliyinin İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun xx.xx.2005-ci il tarixli, П/1 nömrəli əmri ilə İddiaçı regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kurs tələbələrinin tərkibinə daxil edilmişdir.
2. Həmin Universitetin rektorunun xx.xx.2006-cı il tarixli, П/1-O nömrəli əmri ilə İddiaçı başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq, regionşünaslıq fakültəsinin İİ kurs tələbələrinin tərkibindən xaric edilmişdir.
3. Azərbaycan Beynəlxalq Universiteti ilə X1 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə görə, Universitet və sifarişçi mövcud qanunvericilik əsasında ali təhsilli kadr hazırlamaq barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə, Universitet İddiaçı, müsabiqədən keçdiyi təqdirdə, tarix ixtisası üzrə qiyabi şöbəyə qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür.
4. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2010-cu il tarixli, 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli diplomda onun 2005-ci ildə həmin Universitetə daxil olduğu və Dövlət attestasiya komissiyasının xx.xx.2010-cu il tarixli (əmr 3/628-1) qərarı ilə ona tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsinin verildiyi qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, A-8290/03-24 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı adına verilmiş B seriyalı 190415 nömrəli diplom (qeydiyyat nömrəsi 315) Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir.
6. Azərbaycan Respublikasının X3 xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, 147 nəfər şəxsin diplomlarının həqiqiliyinin yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi həmin müraciətə xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirməsi barədə verilmiş B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsası yoxdur.
7. Azərbaycan Respublikasının X3 xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, İddiaçı və digər şəxslərə verilmiş diplom blanklarının hüquqi əsasının olmaması, onların hər hansı ali təhsil müəssisəsinə qəbul olunmaması və onlar barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməməsi ilə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və toplanmış material ali təhsil müəssisələrinə aid saxta diplomların əldə edilməsi və istifadə edilməsi faktl arı ilə əlaqədar Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun adına verilmiş 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, B seriyalı 190415 nömrəli diplom blankının Azərbaycan Beynəlxalq Universitetinə veri lmiş dövlət nümunəli sənəd olması cavabdeh inzibati orqan tərəfindən 2012-ci ildə təsdiq edilmiş, həmin zaman diplom blankının hüquqi əsasının mövcud olmamasına dair hər hansı iradə ifadəsi bəyan olunmamış, indiyədək həmin diplom blankının ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə ona məlumat verilməmiş və bu hüquqi baxımdan əsaslandırılmamışdır. Bundan başqa, həmin diplom blankının etibarsızlığı məhkəmə qaydasında müəyyən edilməmişdir.
10. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirdiyini bildirməsinə baxmayaraq, həmin təhsil müəssisəsinə hansı yolla qəbul olunması barədə heç bir məlumat verməmişdir. İddiaçının Təhsil Nazirliyinə ünvanladığı ərizəsi nə cavab olaraq bildirilmişdir ki, "Təhsil-məzun" dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı aşkar edilməmişdir.
11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-886/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakim V.K.Qasımov) iddia rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2005-ci ildə Rusiya Federasiyası Təhsil Nazirliyinin İmam Şamil adına Qafqaz Xalqları Universitetinin İ kursuna qəbul edilməsi və başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar xx.xx.2006-cı ildə İİ kurs tələbələrinin tərkibindən xaric edilməsi işdəki sənədlərlə təsdiq edilsə də, onun həmin Universitetdən məhz Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi barədə heç bir sənəd mövcud deyil. Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə nəinki belə bir müddəa yoxdur, əksinə, İddiaçı Universitetin tələbələri sırasına qəbul edilməsi üçün onun müsabiqədən keçməsi şərti nəzərdə tutulmuşdur. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçının adına verilmiş xx.xx.2010-cu il tarixli, B seriyalı 190415 nömrəli diplomda onun 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olduğu göstərilsə də, bu, iş materialları ilə tamamilə təkzib edilir. Əgər diplom tərtib edilərkən Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış müqavilə iddiaçının Universitetə daxil olmasına əsas verən sənəd kimi nəzərdən keçirilmiş olsa belə, həmin müqavilə 200 5-ci ildə deyil, 2006-cı ildə bağlanmışdır. Eyni zamanda, cavabdehin iddiaya qarşı etirazından məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı aşkar olunmamışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-207/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa və apelyasiya şikayətinin dəlillərinə əsaslanır.
18. Kassasiya şikayətində təkrar olaraq qeyd olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının olmaması barədə mövqeyi onun Azərbaycan Respublikasında hər hansı ali təhsil müəssisəsinə qəbul olunmadığına, X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən onun barəsində ali təhsil müəssisəsinə qəbul barədə əmr verilmədiyinə əsaslanır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərlə də müəyyən olunduğu kimi, iddiaçı xx.xx.2005-ci il tarixli, 11/1 nömrəli əmrlə Rusiya Federasiyasında İmam Şamil adına Qafqaz Xalqları Universitetinin regionşünaslıq fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, daha sonra başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq tələbələrinin tərkibindən xaric edilmiş, daha sonra təhsilini Azərbaycan Beynəlxalq Universitetində davam etdirmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlər əsaslı hesab oluna bilməz. Cavabdeh inzibati orqanın iddiaçıya məxsus diplomun hüquqi əsasının olmama sı barədə həmin arqumentlərə söykənən mövqeyi əsassızdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu Maddə 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imta hanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.
21. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 402 nömrəli əmri ilə təsdiq edilmiş və 2005-2010-cu illərdə də qüvvədə olmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında" Əsasnamə Bənd 1.1. Respublika daxilində: 1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən dig ərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. 1.1.2 Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə köçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8-dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. 1.1.3. Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru) şəxsi işin göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir. Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər. 1.1.4. Tələ bənin eyni təhsil müəssisəsində bir ixtisasdan, yaxud bir təhsil formasından (əyani, axşam, qiyabi) digərinə köçürülməsi, rektorun (direktorun) əmri ilə həyata keçirilir. 1.1.5. Əgər qəbul zamanı hər hansı tələbə barədə idarə, müəssisə və təşkilatla fərdi müqavilə bağlanmışdırsa, onda belə tələbənin başqa tədris müəssisəsinə və ya bir ixtisasdan digərinə köçürülməsi zamanı uyğun tərəflərin razılığı nəzərə alınmalı, müqaviləyə yenidən baxılmalıdır. 1.1.6. Ali təhsil müəssisələrinin qiyabi və axşam şöbələrindən əyani şöbəyə köçürülmədə tələbələrin yüksək (əla və yaxşı) təhsil göstəricisi və ya səhhətindən irəli gələn zərurət əsas götürülür. 1.1.7. Qanuni fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisəsindən dövlət təhsil müəssisələrinin əlavə pulla (ödənişli) təhsil qruplarına tələbələrin kö çürülməsi həmin təhsil müəssisəsinin rəhbərliyinin (rektorunun və ya direktorların) razılığı ilə keçirilir. Bənd 1.2. Xarici ölkələrdən: 1.2.1. Tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. 1.2.2. Dövlət xətti ilə xaricdə təhsil alan Respublika vətəndaşları istənilən formada (ödənişli və ödənişsiz) köçürülə bilərlər. Dövlət xətti ilə təhsil almayan şəxslər isə köçürüldükdən sonra ödənişli əsaslarla təhsil alırlar. Xarici ölkələrdə təhsil alan tələbələr köçürülərkən fənn fərqləri 1.1.2-də göstəriləndən çox olarsa, tələbənin razılığı ilə o, bir kurs aşağı, o cümlədən birinci kursa da köçürülə bilər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" Bənd 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEAnın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplo m blanklarının qeydiyyatı aparılır.
23. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9 6.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
27. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı işin hallarına əsasən, İddiaçı 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 70.053 bal, XH altqrupunda 70.625 bal toplamış, həmin nəticələr üzrə heç bir ali təhsil müəssisəsinə qəbul olunmamış və onun barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul barədə müvafiq əmr verilməmişdir.
31. Bundan əlavə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından İddiaçı xx.xx.2005-ci ildə Rusiya Federasiyası Təhsil Nazirliyinin İmam Şamil adına Qafqaz Xalqları Universitetinin regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kursuna qəbul edildiyi və başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar xx.xx.2006-cı ildə həmin Universitetin regio nşünaslıq fakültəsinin İİ kursundan xaric edildiyi görünür. Bununla belə, onun iddia etdiyinin əksinə olaraq iddiaçının Rusiya Federasiyası Təhsil Nazirliyinin İmam Şamil adına Qafqaz Xalqları Universitetindən Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də onun köçürülmə ilə bağlı iddialarını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, ali təhsil müəssisəsinə köçürülmə həmin dövrdə qüvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilməli və sənədləşdirilməli, bununla bağlı müvafiq sənədlər onun köçürüldüyü təhsil müəssisəsinə və digər aidiyyəti qurumlara təqdim olunmalı idi. İddiaçı tərəfindən həmin qaydalara əməl olunduğu iş üzrə materiallardan müəyyən olunmamışdır. Əksinə, A zərbaycan Beynəlxalq Universiteti ilə iddiaçının atası arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanılmışdır və həmin müqavilənin şərtlərinə görə Universitet İddiaçı tələbə qəbulu üzrə müsabiqədən keçdiyi təqdirdə, tarix ixtisası üzrə qiyabi şöbəyə qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Beynəlxalq Universiteti ilə iddiaçının atası arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə nəinki belə bir müddəa yoxdur, əksinə, həmin müqavilədə İddiaçı Universitetə qəbul edilməsi onun müsabiqədən keçməsi ilə şərtləndirilmişdir.
32. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 2005-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetinə daxil olması barədə xx.xx.2010-cu il tarixli, B seriyalı, 190415 nömrəli diplomda aparılmış qeydlər iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə qəbulu və orada təhsil alması ilə bağlı müqavilə 2005-ci ildə deyil, 2006-cı ildə bağlanmışdır.
33. Bu qərarın 20-22-ci bəndlərində istinad olunan normalara görə, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin, "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərin in nümunələri və onların verilməsi Qaydası"na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirakı müəyyən olunsa da, onun qanuni əsaslarla həmin müsabiqənin nəticələri üzrə 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunması, eləcə də 2006-cı ildə Rusiya Federasiyası Təhsil Nazirliyinin İmam Şamil adına Qafqaz Xalqları Universitetindən Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi iş üzrə materiallarla təsdiq olunmur.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəmə sinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-207/2022 nömrəli,14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.