Məhkəmə qərarları › İş №2-1(102)-136/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-136/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-136/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2-1(103)-914/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, **********5549 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara (xx.xx.2018-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmışdır) əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti 2A ünvanında yerləşən iddiaçıya məxsus obyektdə (fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda saatların və zərgərlik məmulatlarının pərakəndə satışı olmuşdur) operativ vergi nəzarəti həyata keçirilmiş, alış qi yməti ilə 291646 manat dəyərində malların, onların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan əldə edildiyinə dair xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009219 nömrəli akt tərtib olunmuşdur.

2. Sözügedən akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərarla iddiaçının Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 29164,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2019-cu il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin olunması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə B akı İnzibati Məhkəməsinə müraciət edərək, 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunmasını xahiş etmişdir.

4. Eyni zamanda, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə iddia müddətinin bərpa olunmasını xahiş etmişdir

5. Bakı İnzibati Məhkəməsinin (hakim: Pərviz Hüseynov) 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı buraxılmış prosessual müd dətin bərpa edilməsini məhkəmədən xahiş etsə də, müddətin üzrlü səbəbdən, habelə onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, prosessual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Valeh Ağayev və Afaq Nuriyeva) 29 yanvar 2021-ci il tarixli, 21(103)-403/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 08 oktyabr 2 020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /sədrlik edən və məruzəçi/, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) 28 aprel 2021-ci il tarixli, 2-1(102)-810/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

12. Kassasiya inst ansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia verilməsi müddətinin ötürülməsi barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu məsələ hərtərəfli araşdırılmalı, iddiaçının poçt vasitəsi ilə sənədləri rəsmi qaydada alıb-almadığı müəyyən edilməli və bundan asılı olaraq müvafiq qərar qəbul edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Azər Hüseynov) 14 iyun 2021-ci il tarixli, 2-1(103)-1718/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməy ə göndərilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərardadında göstərir ki, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi orqanının xx.xx.2018-ci il tarixli **********8009700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış, e-qutuda xx.xx.2019-cu il tarixdə saat 23:33-də oxunmuşdur. İddiaçı ərizədə həmin qərardan elektron kargüzarlıq vasitəsi ilə məlumatlı olmasını da qeyd etmişdir”. Birinci instansiya məhkəməsi qərardadı əsaslandırarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.21.3-cü maddəsini tətbiq etməklə hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir. Qeyd edilən maddənin məzmunu bundan ibarətdir ki, qərar elektron üsulla elektron kabinetə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin maddi hüquq norması Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, qanun isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Lakin tərəflər arasında sözügedən mübahisə 01 yanvar 2019-cu il tarixə qədər yarandığından (akt xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir) adıçəkilən maddi hüquq normasının tətbiq edilməsi yolverilməzdir və qanunsuzdur.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 30 noyabr 2021-ci il tarixli, 2-1(102)-1894/2021 nömrəli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya mə hkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmişdir. Bu qərardadlardan şikayət verilməsi İPM-in müvafiq normalarına əsasən istisna edilir. birinci instansiya məhkəməsində ikinci icraat

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli qərara əsasən barəsində 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada ona verilməmiş və qanunamüvafiq qaydada göndərilməmişdir. Həmin qərar qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razı deyil. Cavabdeh orqan onun iştirakı olmadan qanunsuz olaraq vergi yoxlaması keçirmişdir. Belə ki, cavabdeh vergi yoxlaması keçirərkən onun xəstə olmasından istifadə edərək ona ağ blanklara imza etdirmişdir. Ümumiyyətlə, yoxlamanın təfərrüatları barədə onun heç nədən xəbəri olmamışdır. Çünki həmin vaxt o, xəstə idi və hətta həkim nəzarətində olmuşdur. Onun bütün sənədləri həmişə qaydasında olmuş, hal-hazırda da mövcuddur. Sözügedən qərar qərəzli şəkildə qəbul olunmuş, sənədlər lazımi qaydada araşdırılmamış və ona göndərilməmişdir. Sonradan xx.xx.2018-ci il tarixli qərarın icraya yönəldilməsi barədə icra qurumundan məlumat almışdır. Həmin qərar qəbul edilərkən işin faktiki halları düzgün araşdırılmamış, bilavasitə onun iştirakı təmin edilməmiş, iş üzrə sübutlardan və toplanmış materiallardan qətiyyən onun xəbəri olmamışdır.

19. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, xx.xx.2018-c i il tarixli, **********5549 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar qəbul edilməklə xx.xx.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən mağazada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alış qiyməti ilə 291646 manat dəyərində malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan əldə edilməsi və satış məqsədi ilə saxlanılması müəyyən edilmiş, bu barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli, VN-16 seriyalı 009219 nömrəli akt iddiaçı tərəfindən imzalanmış, bir nüsxəsi qəbul edilmiş və nəzarət tədbiri zamanı izahat vermişdir. Tərtib edilmiş akt əsasında cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli “Vergi ödəyicisinin vergi qanun vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq iddiaçıya 29164,60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ərizəsində cavabdeh orqanın onun iştirakı olmadan qanunsuz olaraq vergi yoxlaması keçirdiyini, cavabdehin vergi yoxlaması keçirərkən onun xəstəliyindən istifadə edərək ona ağ blanklara imza etdirdiyini qeyd etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli aktı imzalamış və bir nüsxəsini qəbul etmiş, operativ vergi nəzarəti həyata keçirilərkən xx.xx.2018-ci il tarixdə etirafedici izahat vermiş və obyektdə qızıl satışı ilə məşğul olduğunu, şöbədə olan bütün malların ona məxsus olduğunu, siyahı üzrə tərtib olunmuş malların sayı və qiymətləri ilə razı olduğunu, malların alışına dair rəsmi sənədinin olmadığını, izahatı özünün yazdığı nı qeyd etmiş və imzası ilə təsdiq etmişdir. İş üzrə xx.xx.2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış və “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” xx.xx.2018-cİ il tarixli protokolla rəsmiləşdirilmiş, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X4 tərəfindən xx.xx.2018-ci il tarixli ekspert rəyi tərtib olunmuşdur. Həmin ekspert rəyinə əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazada olan malların alış qiymətinin 291646 manat olduğu müəyyən edilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin (hakim: Pərviz Hüseynov) 08 iyul 2022-ci il tarixli, 2-1(112)-138/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh orqanın onun iştirakı olmadan vergi yoxlaması keçirdiyini, cavabdehin vergi yoxlaması keçirərkən onun xəstə olmasından istifadə edərək ona ağ blanklara imza etdirdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, xx.xx.2018-ci il tarixli VN16 seriyalı 009219 nömrəli akt iddiaçının iştirakı ilə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmış, bir nüsxəsini qəbul etmiş, eyni zamanda operativ vergi nəzarəti həyata keçirilərkən xx.xx.2018-ci il tarixdə iddiaçının izahatı alınmış və iddiaçı ünvan 2 ünvanında yerləşən obyektdə qızıl satışı ilə məşğul olduğunu, şöbədə olan bütün malların ona məxsus olduğunu, siyahı üzrə tərtib olunmuş malların sayı və qiymətləri ilə razı olduğunu, malların alışına dair rəsmi sənədinin olmadığını, izahatı özünün yazdığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus mağazada həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun qaydada həyata keçirilmədiyini və cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verildiyini bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

22. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Elşən Kazımov və Şərafət Məmmədova) 06 iyul 2023cü il tarixli, 2-1(103)-914/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mübahisələndirir ki, həmin mallara dair məhkəməyə təqdim etdiyi sənədlər birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, o, faktiki olaraq həmin malları xx.xx.2017-ci il tarixli, 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 və xx.xx.2017ci il tarixli, AB/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 almış və müvafiq qaiməfakturalar (xx.xx.201 7-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli) tərtib olunmuşdur. Birincisi, iş materiallarına əsasən iddiaçının istinad etdiyi həmin fakturaların operativ vergi nəzarəti zamanı cavabdeh vergi orqanına, nə də ki, birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edildiyi müəyyən olunmur. İş materiallarından isə görünən odur ki, xx.xx.2018-ci il tarixdə iddiaçının iştirakı ilə tərtib olunmuş 009219 nömrəli akt onun tərəfindən imzalanmış və bir nüsxəsi qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2018-ci il tarixdə iddiaçının izahatı da alınmış və o, həmin izahatında ünvan 2 ünvanında yerləşən obyektdə qızıl satışı ilə məşğul olduğunu, şöbədə olan bütün malların ona məxsus olduğunu, siyahı üzrə tərtib olunmuş malların sayı və qiymətləri ilə razı olduğunu, malların alış ına dair rəsmi sənədinin olmadığını, özü tərəfindən izahatın yazıldığını və imzası ilə təsdiq etdiyini etiraf etmişdir. Ən azından, iddiaçının apellyasiya şikayətində bir tərəfdən boş blanka imza etdiyini, digər tərəfdən isə izahatı özü yazmadığını bildirən ziddiyyətli, əsaslandırılmayan dəlilləri nəinki qeyd edilənləri təkzib edir, əksinə, həqiqliyini təsdiq edir. Ona görə də, iddiaçının məhkəmə tərəfindən ekspertiza təyin edilməli olduğunu bildirən dəlilləri formal və işi uzatmaq məqsədini daşıyan dəlillər kimi qiymətləndirilməlidir. Onun apellyasiya şikayətində istinad etdiyi alqı-satqı müqavilələri əsasında təqdim edildiyini mübahisələndirdiyi qaimə-fakturalar - hazırkı mərhələdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Həmin fakturalar – X6 tərəfindən iddiaçıya təqdim edilmiş G DK seriyalı: xx.xx.2017-ci il tarixli 282203 nömrəli, xx.xx.2017-ci il tarixli 282202 nömrəli və xx.xx.2017-ci il tarixli 282201 nömrəli, habelə, X8 tərəfindən ona təqdim olunmuş xx.xx.2017-ci il tarixli 094829 nömrəli – elektron qaydada təqdim olunmayan kağız daşıyıcı üzərində tərtib olunmuş qaimə-fakturalardır. Halbuki, Vergi Məcəlləsinə əlavə edilmiş, 16 dekabr 2016-cı il tarixli, 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 1 yanvar 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş 71-1.1-ci maddəsinin birinci cümləsi nəzərdə tuturdu ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Həmin Məcəllənin 71.1.1.1-ci və 75.1.5.1-ci maddələrində n isə görünür ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim edilməlidir. İddiaçının hazırkı mərhələdə təqdim etdiyi qaimə-fakturalar Vergi Məcəlləsinin qeyd olunan tələbinə uyğun gələn elektron qaimə-fakturalar deyildir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərar ilə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası qismində vergi məsuliyyətinə cəlb olunması işin sübutlarla müəyyən olunan hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Konkret halda, iddiaçı tərəfindən cavabdehin mübahisələndirilən qərarı ilə onun hüquqlarının pozulduğu sübu ta yetirilmir.

25. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

26. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, vergi yoxlaması həyata keçirilərkən iddiaçı yoxlayıcılara bildirmişdir ki, müvafiq mühasibatlıq sənədləri mühasibdədir və sənədlərin verilməsi üçün ona şərait yaradılmasını, vaxt verilməsini xahiş edir. Lakin vergi yoxlamasını həyata keçirən yoxlayıcılar buna məhəl qoymamış, malların alışının yalnız elektron qaimə ilə həyata keçirilməli olduğunu bildirmiş və müvafiq akt tərtib edərək, qanunsuz protokol və qərarlar qəbul etmişlər. Halbuki, həmin mallar xx.xx.2017-ci il tarixli, 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 və xx.xx.2017-ci il tarixli, AB/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 alınmışdır və müvafiq qaimə-fakturalar (xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli) tərtib olunmuşdur. Yəni vergi ödəyicisinin həmin vaxt elektron qaimə tərtib etmək kimi bir öhdəliyi olmamışdır. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən mallar satın alınarkən onların alış sənədləri mövcud olmuşdur. Həmin qaimə fakturaları və digər sənədləri də məhkəməyə təqdim etmiş, həmin məsələ də məhkəmə iclasında araşdırılmışdır. Cavabdehin nümayəndəsi həmin qaimə fakturalara münasibətdə bildirmişdir ki, malların satın alındığı fiziki şəxslər X6 və X7 vergi orqanına təqdim etdiyi hesabat və bəyannamələrdə həmin malların satılması ilə bağlı heç bir məlumat yoxdur. X2 və X8 öz vergi hesaba tlarını düzgün tərtib etmirlərsə, bunun təqsiri iddiaçıda deyildir. İddiaçı faktiki olaraq həmin malları xx.xx.2017-ci il tarixli, 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 və xx.xx.2017-ci il tarixli, AB/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 almış və müvafiq qaimə-fakturalar (xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli) tərtib olunmuşdur. Vergi orqanı digər bir vergi ödəyicisinin məlumatlarına əsasən iddiaçının mühasibatlıq sənədlərini əsassız və qanunsuz saya bilməz. İddiaçı satın aldığı məhsula görə digər vergi ödəyicisini məcbur edə bilməz ki, vergi hesabatlarını düzgün tərtib etsin. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının V ergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.11-6 (xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyada). Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaiməfaktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifəsidir. Maddə 16.1.11-6 (xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: Maddə 23.1.1. Bu Məcəllə il ə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fə aliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura əsasında alınmasına nəzarət edilməsi. 50.1.13 (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada). malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturas ının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.8 (xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyada). Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məc əllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında; Maddə 58.8 (xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada m üəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: Maddə 71-1.1 (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin v ahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqind ə səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

34. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, **********5549 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara (xx.xx.2018-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid m əlumat reyestri”ndə qeydə alınmışdır) əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti 2A ünvanında yerləşən obyektdə (fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda saatların və zərgərlik məmulatlarının pərakəndə satışı) operativ vergi nəzarəti həyata keçirilmiş, alış qiyməti ilə 291646 manat dəyərində malların, onların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan əldə edildiyinə dair xx.xx.2018-ci il tarixli, VN-16 seriyalı 009219 nömrəli akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən sözügedən akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərarla iddiaçının Vergi Məcəlləsinin 58.8.2-ci m addəsinə əsasən 29164,60 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır.

35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı iddia tələbinin əsası kimi operativ vergi nəzarəti zamanı müəyyən edilmiş malların alışını təsdiq edən 4 ədəd qaimə-fakturanın mövcud olduğuna istinad edərək, həmin qaimə-fakturaların elektron qaydada tərtib edilmədiyindən operativ vergi nəzarəti zamanı cavabdeh tərəfindən nəzərə alınmadığını qeyd edir.

36. İddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apel lyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi 4 ədəd qaimə-fakturaya münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının istinad etdiyi həmin qaimə-fakturaların operativ vergi nəzarəti zamanı cavabdeh vergi orqanına və birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edildiyi müəyyən olunmur. Həmin qaimə fakturalar hazırkı mərhələdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Həmin qaimə fakturalar elektron qaydada təqdim olunmayan kağız daşıyıcı üzərində tərtib olunmuş qaimə fakturalardır. Halbuki, Vergi Məcəlləsinə əlavə edilmiş, 16 dekabr 2016-cı il tarixli, 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 1 yanvar 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş 71-1.1-ci maddənin birinci cümləsi nəzərdə tuturdu ki, bu Məcəllə ilə müəyyə n edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Həmin Məcəllənin 71.1.1.1-ci və 75.1.5.1-ci maddələrindən isə görünür ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim edilməlidir. İddiaçının hazırkı mərhələdə təqdim etdiyi qaimə-fakturalar Vergi Məcəlləsinin qeyd olunan tələbinə uyğun gələn elektron qaimə-fakturalar deyildir.

37. İş üzrə materiallardan müəyyən olunur ki, iddiaçı tərəfindən operativ vergi nəzarəti zamanı müəyyən edilmiş malların alışını təsdiq edən 4 ədəd qaimə-fakturanın əsli təqdim edilmişdir. Bunlar vergi ödəyicisi X6 tərəfindən iddiaçıya təqdim edilmiş GDK seriyalı: xx.xx.2017-ci il tarixli 282201 nömrəli, xx.xx.2017-ci il tarixli 282202 nömrəli və xx.xx.2017-ci il tarixli 282203 nömrəli, habelə, vergi ödəyicisi X8 tərəfindən iddiaçıya təqdim edilmiş GDK seriyalı: xx.xx.2017-ci il tarixli, 094829 nömrəli qaimə-fakturalardır. Həmin qaimə-fakturaların əsli apellyasiya instansiyası məhkəməsinə təqdim edilsə də, surətləri iddia ərizəsinə əlavə edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi həmin qaimə-fakturaların birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilməməsi barədə mövqeyində haqlı deyildir.

38. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2018-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmiş, bu barədə xx.xx.2018-ci il tarixli, VN-16 seri yalı 009219 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərar qəbul edilmişdir.

39. Bu qərarın 28-ci bəndində istinad edilən və operativ vergi nəzarətinin həyata keçirildiyi, eləcə də mübahisələndirilən qərarın qəbul edildiyi tarixlərdə qüvvədə olmuş redaksiyada Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinin əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaiməfaktura vermək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 50.1-ci və 50.1.13-cü maddələrinə əsasən, operativ vergi nəzarəti həmçinin malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 58.8-ci və 58.8.2-ci maddələrinə əsasən operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadıqda, alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

40. Göründüyü kimi, mübahisəli dövrdə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturanı vergi ödəyicisinin sahibliyində olan mall arın alışını təsdiq edən yeganə sənəd qismində nəzərdə tutan imperativ norma mövcud olmamış, əksinə həmin sənədin həm də kağız daşıyıcıda təqdim olunma imkanı da müəyyən edilmişdir. İddiaçı tərəfindən də operativ vergi nəzarəti zamanı müəyyən edilmiş malların alışını təsdiq edən kağız daşıyıcıda 4 ədəd qaimə-faktura təqdim edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin sənədlər Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blanklarıdır. Eyni zamanda bu sənədlərin mötəbərliyinin cavabdeh tərəfindən mübahisələndirilmədiyi və iş üzrə materiallarla təkzib olunmadığı da nəzərə alınmalıdır.

41. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı tərəfindən kağız daşıyıcıda təqdim edilmiş qaimə-fakturalar malların alışını təsdiq edən sənəd qismində qəbul olunmalı və nəzərə alınmalıdır.

42. Bundan başqa, apellyasiya məhkəməsinin istinad etdiyi Vergi Məcəlləsinin 711.1-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Başqa sözlə, qanunverici elektron qaimə-fakturanın yalnız Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən verilməsi qaydasını nəzərdə tutmuşdur. Həmin maddənin məzmunu baxımından, malları təqdim edən, işləri görən və ya xidmətləri göstərən şəxs tərəfindən ona aid öhdəliyə əməl olunmaması həmin malları, işləri və ya xidmətləri alan şəxsin m əsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticə doğura bilməz.

43. Hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi qeyd edilən halları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 21(103)-914/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərar ləğv edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar