Məhkəmə qərarları › İş №2-1(102)-1360/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1360/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1360/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-1360/2020) Açar sözlər:(kassasiya icraatına xitam verilməsi, kassasiya şikayətinin geri qaytarılması barədə ərizə verilməsi) Bakı şəhəri xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil1 i ştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “aktın və qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-802/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı "İddiaçı" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli **********175433 saylı Səyyar vergi yoxlaması Aktının və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməs i tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Həmçinin, iddiaçı xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus bank hesablarına cavabdeh tərəfindən qoyulan sərəncamın götürülməsinə dair qərardad qəbul edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2347/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: E.Ə.Əliyev) iddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının banklarda olan hesablaşma hesabının üzərinə qoyulmuş sərəncamların icrasının dayandırılması, iddiaçının bank hesablarında vəsaitlərin mübahisələndirilə n borc məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olmaqla, mübahisələndirilən borc məbləğinin tutulmasına yönələn hər hansı hərəkətin edilməsi və həmin məbləğlə bağlı əlavə sərəncamların qoyulması, mübahisələndirilən borc məbləğinin iddiaçıdan tələb edilməsi, iddiaçının hesablaşma hesabatlarında bank əməliyyatlarının aparılmasına maneələr törədilməsi cavabdehə qadağan edilmişdir.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddianın uğurluluq ehtimalı aydın deyildir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, işin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin x eyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir.

5. İddiaçı və cavabdeh həmin qərardaddan apelyasiya şikayətləri verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-802/2020 nömrəli iş üzrə 06 mart 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2347/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin mahiyyəti üzrə araşdırılması məhkəmə tərəfindən sübutların hərtərəfli tədqiq edilməsini, onlara hüquqi qiymət verilməsini və gələcəkdə qəbul oluna caq qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunun ortaya çıxarılmasını zəruri edir. Göründüyü kimi, işin hazırkı mərhələsində iddianın gələcək aqibətini və mahiyyəti üzrə hansı yekun məhkəmə qərarının qəbul olunacağını, işin bu və ya digər tərəfin xeyrinə həll olunacağını müəyyən etmək mümkün deyil. Belə olan halda, müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır.

8. Apelyasiya instansiyası məhkəməsinin qərardadının cavabdehə təqdim edilməsi barədə iş materiallarında məlumat mövcud deyildir.

9. Cavabdeh həmin qərardaddan xx xxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının qismən (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətinin təmin edilməyən hissə sində) ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilmiş hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10. xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə göndərərək bildirmişdir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün artıq müvəqqəti xarakterli müdafiə tədbirinə ehtiyac yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: 11.Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi İ.Bəhramiyyə ərizəni müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi.

12. Cavabdehin nümayəndəsi və vəkili iş üzrə icraata xitam verilməsinə etiraz etmədilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası he sab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iş üzrə icraata xitam verilməlidir.

14. İddiadan imtina edilməsinə dair hüquq norması İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 55-ci maddəsi isə tənzimlənir. Həmin maddədə qeyd edilir ki, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya idd ianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

15. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin edilsin. İddiaçının ərizəsinə əsasən hazırki işin icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar