Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1360/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarına izah verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kada stri və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X1) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1304/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Bakı şəhər X3 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında ata adının “Balamirzə” əvəzinə “Balaşir” kimi oxunması, həmin sənədin ona məxsus olması və həmin qərara əsasən Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyat ına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarı ilə (hakim: P.A.Hüseynov) iddianın təmin edilməsi, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
3. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-131/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: S.İ.Bəktaşi və A.S.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından icra olunması üçün cavabdehə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. Cavabdeh məhkəmə qərarın izah olunmasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)277/2 021 saylı qərarına izah verilməsi xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 nömrəli 17 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.A.Hüseynov) ərizə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qərara izah tələb etsə də, anlaşılmazlığın nədən ibarət olduğunu göstərmədiyindən ərizə əsaslı sayıla bilməz.
8. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1304/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: A.P.Oruczadə, hakimlər: X.A.Cəmilova və R.Ə.Səmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 nömrəli 17 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarının nəticə hissəsindən aydın göründüyü kimi, cavabdeh üzərinə Bakı şəhər X3 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə qərarının nətic ə (qərara aldı) hissəsində cavabdehin üzərinə həvalə edilmiş öhdəliklər aydın və dəqiq şəkildə göstərilmiş, cavabdehin (ərizəçinin) hazırki ərizəsinin əsası məhkəmə qərarının aydın və ya dəqiq olmaması, həmçinin ziddiyyətli olması ilə əlaqədar olmayıb, yalnız cavabdehin (ərizəçinin) formal mülahizələrindən ibarətdir.
11. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və idarənin izah vermə barədə verdiyi ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddəsinə, Azərbaycan Respublikasının MülkiProse ssual Məcəlləsinin 217-ci maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 2.1 və 2.4-cü bəndlərinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.
13. Belə ki, məhkəmə qərarını icra etmək mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-277/2021 nömrəli qərarının nəticə hissəsində bağ sahəsinin hansı ünvanda yerləşməsi və bağ sahəsinin nömrəsi qeyd olunmamışdır, yəni hansı ərazidə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması aydın olmamışdır. İş materiallarından da göründüyü kimi bağ sahəsi “Köçəri” bağlar massivində 204 saylı BTK üçün ayrılan ərazidir. Lakin Azərbaycan SSR Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının arxiv arayışında 204 saylı BTK üçün ayrılan torpaq sahələrinin harada yerləşməsi qeyd olunmamışdır. İddiaçı tərəfindən faktiki göstərilən sahə isə Pirşağı bağ massividir. Məhkəmə qərarında mübahisələndirilən bağ sahəsinin Mərdəkan qəsəbəsində yoxsa Pirşağı bağ massivində yerləşməsi, həmçinin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Məhkəmə qərarının nəticə hissəsində göstərilən hallar dəqiqliklə qeyd edilmədiyinə görə məhkəmə qərarının icrası mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edə n şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi m üvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 17. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı 18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarı
19. Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandi yaya qarşı, § 60).
20. George Rumuniyaya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərardadı ləğv olunmalıdır.
24. Belə ki, inzibati iş üzrə məhkəmə qərarının izah olunması barədə İPM-də konkret göstəriş olmadığına görə, İPM-nin 1.2-ci maddəsinə əsasən MPM-nin məhkəmə aktının izah olunmasından bəhs edən 230-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. İlk öncə qeyd olunmalıdır ki, məhkəmənin inzibati iş üzrə yekun qərarı inzibati mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə aktı savadlı, hüquqi cəhətdən düzgün, anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə aktı gələcəkdə icrasının müəyyənliyini və mümkünlüyünü t əmin edəcək tələblərə cavab verən məzmunda olmalıdır.
25. Məhkəmə qərarı həmin tələblərə cavab vermədikdə məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə, qərarın icrasında qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Bu halda qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir. Bu prosessual vasitədən istifadə qaydaları və əsasları MPM-nin 230-cu maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyətlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qaldırıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolveri lməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz. 26. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 228-230-cu maddələrində qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsindən, əlavə qətnamədən və qətnamənin izah edilməsindən bəhs edilir.... Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışl ıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.
27. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyiş dirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
28. İşin hallarına görə, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 21(112)-277/2021 saylı qərarı ilə Bakı şəhər X3 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
29. Cavabdeh məhkəmə qərarının nəticə hissəsində bağ sahəsinin hansı ünvanda yerləşmə v ə bağ sahəsinin nömrəsinin qeyd olunmadığını əsas gətirərək qərara izah verilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etmişdir.
30. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş ərizədə anlaşılmazlığın nədən ibarət olmasını göstərilməməsi əsası ilə ərizəni təmin etməkdən imtina etmişdir.
31. Cavabdeh məhkəmənin həmin qərardadından apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsi də öz növbəsində ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmışdır. Lakin bu zaman apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən irəli sürülmüş dəlillərin heç birinə münasibət bildirməmiş, İPM-in 87.8-ci maddəsinin tələblərini pozmuşdur.
32. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsin in xx.xx.2021-ci il tarixli, 2-1(112)-277/2021 nömrəli qərarının nəticə hissəsində bağ sahəsinin hansı ünvanda yerləşməsi və bağ sahəsinin nömrəsi qeyd olunmamışdır, yəni hansı ərazidə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması aydın olmamışdır. İş materiallarından da göründüyü kimi bağ sahəsi “Köçəri” bağlar massivində 204 saylı BTK üçün ayrılan ərazidir. Lakin Azərbaycan SSR Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının arxiv arayışında 204 saylı BTK üçün ayrılan torpaq sahələrinin harada yerləşməsi qeyd olunmamışdır. İddiaçı tərəfindən faktiki göstərilən sahə isə Pirşağı bağ massividir. Məhkəmə qərarında mübahisələndirilən bağ sahəsinin Mərdəkan qəsəbəsində yoxsa Pirşağı bağ massivində yerləşməsi, həmçinin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Məhkəmə qərarının nəticə hissəsində göstərilən hallar dəqiqliklə qeyd edilmədiyinə görə məhkəmə qərarının icrası mümkün olmamışdır.
33. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində qeyd edilən məsələlərə ümumiyyətlə münasibət bildirməmiş, cavabdehin ərizəsinin formal mülahizələrə əsaslandığını qeyd etmiş, gəldiyi nəticəni əsaslandırmamışdır.
34. Məhkəmə tərkibi hesab edir ki, qanunvericilik normalarının tələbləri baxımından cavabdehin ərizədə qeyd etdiyi halların araşdırılması zəruridir. Azərbaycan Respublikası İPM-nin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladı qda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
35. George Rumuniyaya qarşı iş üzrə 15 mart 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin ədalətli məhkəmə baxışına olan hüququnun pozulması barədə qənaətə gələrkən mövqeyini həm də onunla əsaslandırmışdır ki, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili milli məhkəmə tərəfindən nəzərə alınmamışdır.
36. Beləliklə göründüyü kimi yuxarıda göstərilən halların araşdırılması üçün kassasiya şikayəti təmin edilməli, məhkəmə qərarının icrasında yaranmış çətinliyin aradan qaldılması üçün iş yenidən apelyasiya instansiyası məhkəməsinə qayt arılmalıdır.
37. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 21(103)-1304/2023 qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.