Məhkəmə qərarları › İş №2-1(102)-1360/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1360/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1360/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fili alına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2826/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona pensiya təyin olunması üçün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST mərkəzinə müraciət etmişdir.

2. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının təqdim edilən əmək kit abçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 7 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə şübhələr olan xx.xx.1988-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) xx.xx.1988-ci il tarixind ən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay adına əmək haqqı hesablanmayıb, eyni zamanda, 1993-cü il üzrə əməkhaqqı cədvəlləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməyib. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında öz əksini tapmış və iddiaçının faktiki olaraq da işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə si verərək “iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmiş, iddia icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 saylı cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın imtinası əsassızdır. Belə ki, ona məxsus olan əmək kitabçasında yuxarıda göstərilən illər üzrə əmək fəaliyyəti göstərməsi ilə bağlı qeydlər mövcuddur. Əmək kitabçası əsasında müəyyən edilir ki, o, 1988-ci ildən 1999-cu il tarixədək tam şəkildə “Magis tral-Ekspress" ASC-də əmək fəaliyyətində olmuş, işləmişdir. Bu xüsusat əmək kitabçası ilə təsdiq edildiyindən yuxarıda qeyd edilən illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Cavabdeh qurumun imtinası məhz pensiya təyin edilməməsi, məhz müavinətin ödənilməsinə zəmin yaratmaqdan ibarət olmuşdur ki, imtinada bununla bağlı da qeyd aparılmışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu onunla əsaslandırılmışd ır ki, iddiaçının əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına və cavabdehin keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti zamanı 198 9-cu ildə 6 ay, 1994-cü ildə 1 ay əməkhaqqı hesablanmayıb, eyni zamanda 1993-cü il üzrə əməkhaqqı cədvəlləri Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməyib.

8. Cavabdeh tərəfindən verilən imtina əsaslıdır və iş üzrə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, iddiaçıya xx.xx.2022-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır.

9. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə çatmışdır.

10. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 23 il 7 ay sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay əməkhaqqı hesablanmayıb, eyni zamanda 1993-cü il üzrə əməkhaqqı cədvəlləri Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməyib. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

11. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növün dən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tə rəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. Cavabdeh orqan tərəfindən həmin sənədlərin üzləşdirilməsi zamanı iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair əməkhaqqı cədvəllərində əməkhaqqı almaması həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasını istisna edir. Belə ki, iddiaçının sığorta stajı hesablanarkən onun əməkhaqqı almadığı dövrlər nəzərə alınmamışdır. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5533/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənəd in əmək kitabçası olduğunu təsbit edirdi.

14. Adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır.

15. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədlər (arayış, ə mr və s.) nəzərə alınır.

16. İş materiallarında olan iddiaçıya məxsus Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: - xx.xx.1974-xx.xx.1975-ci il tarixləri arasında fəhlə (1 il 1 ay 28 gün); - xx.xx.1978-xx.xx.1978-ci il tarixləri arasında motorist üzrə kursant (8 ay 2 gün); - xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında motorist (10 ay 27 gün); - xx.xx.1979-xx.xx.1988-ci il tarixləri arasında konduktor, sürücü (8 il 7 ay 03 gün); - xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasında sürücü (19 gün); - xx.xx.1988-xx.xx.1999-cu il tarixləri arasında sürücü (10 il 8 ay 18 gün); - xx.xx.1999-xx.xx.2001-ci il tarixləri arasında sürücü (2 il 5 ay 23 gün); - xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasında sürücü (3 ay 14 gün) peşəsində işləmişdir.

17. Göründüyü kimi iddi açının əmək kitabçasında qeyd edilən əmək stajı 24 il 10 ay 14 gün təşkil edir.

18. Bundan başqa, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmət dövrü 2 il 21 gün təşkil etmişdir.

19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (iddiaçının işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilməklə) aparılmış və həmin müəssisə (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir.

20. Məhkəmə cavabdeh inzibati orqanın “1993-cü il üzrə əməkhaqqı cədvəllərinin Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməməsi” dəlili il ə bağlı qeyd edir ki, müəssisənin sənədlərinin (əməkhaqqı cədvəlləri və s.) arxivə təhvil verilməməsi, qeyd olunan səbəbdən qarşılıqlı yoxlamanın baş tutmaması iddiaçının məsuliyyət sferasına aid edilə, onun təqsirli davranışına bağlı olan və bunun üzərindən şəxsin pensiya hüququnun təmin olunmasından imtinaya əsas olan hal kimi qiymətləndirilə bilməz.

21. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının 1988-1994-cü illərdə işlədiyi müəssisənin mövcudluğu işin mübahisəsiz halıdır.

22. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “iddiaçının əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay adına əmək haqqının hesablanmaması” dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən aylar iddiaçının iş stajına hesablanmasa da belə, onun hərbi xidmət dövrü nəzərə alınmaqla 25 il dən artıq (26 il 04 ay 3 gün) sığorta stajı mövcud olmuş olur.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2826/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-5533/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçının işlədiyi aylar üzrə müəssisə tərəfindən əməkhaqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya Fond tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Hazırki iş üzrə iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırılma zamanı iddiaçının xx.xx.1992xx.xx.1999-cu illər üzrə əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay əməkhaqqı hesablanmadığı, eyni zamanda 1993-cü il üzrə əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Həmçinin iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti zamanı 1999-cu il üzrə oktyabr, noyabr, dekabr, 2000-ci il üzrə yanvar, fevral, aprel, dekabr və 2001-ci il üzrə aprel, may, iyun, iyul, avqust, sentyabr aylarında əməkhaqqı hesablandığı müəyyən edilmişdir.

28. İş üzrə apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən yuxarıda qeyd edilən mübahisələndirilən dövrləri iddiaçının sosial sığorta stajına əsassız olaraq tam hesablamışdır.

29. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına və Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti zamanı 1 989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay əməkhaqqı hesablanmayıb, eyni zamanda 1993-cü il üzrə əməkhaqqı cədvəlləri Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməyib. Həmçinin 1988-1995-ci illər üzrə əmr kitabları Nazirliyin Mərkəzi arxivinə təhvil verilmədiyi sözügedən arayışda öz təsdiqini tapmışdır.

30. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022ci il tarixli arxiv arayışına əsasən "xxxx" MMC-yə xx.xx.1999-cu il tarixində işə qəbul olunduğu, 2001-ci ilin oktyabr ayında işdən azad olunduğu aşkar edilmişdir. Əmək haqqı cədvəllərinə baxış zamanı 1999-cu il üzrə oktyabr, noyabr, dekabr, 2000-ci il üzrə yanvar, fevral, aprel, dekabr və 2001-ci il üzrə aprel, may, iyun, iyul, avqust, sentyabr aylarında əməkhaqqı hesablandığı müəyyən edildiyi üçün yalnız əməkhaqqı hesablanan aylar iddiaçının sığorta stajına daxil edilib. Belə ki, cavabdeh tərəfindən həmin sənədlərin üzləşdirilməsi zamanı iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair sənədlərin tam olmaması, həmçinin iddiaçının mübahisələndirilən dövrlərdə adına əməkhaqqı hesablanmaması, əmrlər kitabının olmaması səbəbindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilmir.

31. Məhkəmə müvafiq qərarda bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır.

32. Göründüyü kimi, məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövrlərin iddiaçıya məxsus əmək kitabçasında qeyd edildiyinə əsaslanaraq həmin illərin onun sosial sığorta stajına əlavə edilməli olduğu nəticəsinə gəlmiş, cavabdeh orqanın iddiaçının həmin dövrlər ərzində tam əməkhaqqı almadığı barədə dəlili ni araşdırmamışdır. Halbuki, məhkəmə xidməti vəzifə borcuna görə iş üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməli, iddiaçının adına əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı idi.

33. Məhkəmə sübutları tam, hərtərəfli araşdırmalı və araşdırmanın nəticəsi olaraq düzgün qiymətləndirməlidir. Sözügedən iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasındakı qeydlərlə arxiv arayışındakı qeydlər arasındakı uyğunsuzluğu araşdırmamış, həmin məsələyə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına ça tmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılm asının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə ic raat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudlu ğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. İddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.

44. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı 24 il 10 ay 14 gün təşkil edir.

45. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin qeyd etdiy i, iddiaçıya əmək haqqının hesablanmadığı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay nəzərə alınmadıqda belə, onun hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq (26 il 04 ay 3 gün) sığorta stajı mövcud olmuş olur.

46. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

47. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya ins tansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2826/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar