Məhkəmə qərarları › İş №2-1(102)-1361/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1361/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1361/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı xx. xx.1986-cı ildən bugünədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-538/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən xx xxxx 2020-ci il tarixdə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1968-ci il tarixdə Laçın rayonunun Xırmanlar kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döv lət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı xx.xx.1986-cı ildən bugünədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə doğulmuş, əmək fəaliyyətinə 1986-cı ildən başlamışdır. xx.xx.2019-cu il tarixdən ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra o əlilliyə görə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqanın xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir. Ona ş ifahi olaraq bildirilmişdir ki, əmək kitabçasında olan dövr nəzərə alınmamışdır. İddiaçı Laçın rayonundan məcburi köçkündür. xx.xx.1986-cı ildən Laçın rayon Təhsil şöbəsinin Ekoloji tərbiyə və təcrübəçilik mərkəzində (keçmiş Laçın RXMŞ-si Gənc Təbiətçilər stansiyası) işləyir. Torpaqlar işğal edildikdən sonra iddiaçının əmək kitabçası orada qaldı. Amma sonradan həmin müəssisə tərəfindən ona dublikat əmək kitabçası verildi. Bundan başqa iddiaçı işə girdiyi tarixlərə qədər əmək kitabçasından çıxarışı da həmin müəssisədən əldə etmişdir. Lakin cavabdeh bütün bu faktları nəzərə almamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2897/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi qərar a alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-538/2020 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, h azırkı mübahisə üzrə iddiaçının sosial siğorta stajını müəyyən edən qeydlərin qarşılıqlı yoxlanması zamanı onun əmək kitabçasındakı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işdə olan sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyi qənaətində olduğunu qeyd etsə də, yuxarıda göstərilən hallara düzgün qiymət verməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202 0-ci il tarixli, 2-1(103)-538/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qayd ada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Eləşən Həsənov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,hazırkı mübahisə üzrə iddiaçının sosial siğorta stajını müəyyən edən qeydlərin qarşılıqlı yoxlanması zamanı onun əmək kitabçasındakı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işdə olan sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyi qənaətində olduğunu qeyd etsə də, yuxarıda göstərilən hallara düzgün qiymət verməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya xx xxxx 2019-cu il tarixdən ikinci dərəcəli əlillik təyin edilmiş, o ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan onun sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının mövcud olmadığını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 30.2-ci maddəsinə görə əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri inzibat i orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.3-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan R espublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək qaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sanəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, İİ, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən - xx.xx.2006-cı il tarixədək olan iş stajı, ümumilikdə 19 il 04 ay təşkil edən iş stajı ona məxsus olan əmək kitabçası ilə öz təsdiqini tapdığından və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nunun 27.1-ci sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alındığından cavabdehin imtinası da əsassız görünür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 03 nömrəli arayışdan göründüyü kimi iddiaçı 1987-ci il ildən xxx kitabxanasında kitabxanaçı vəzifəsində işləyir və ümumilikdə 19 il 04 ay iş stajı var. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüqu qları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi, iddiaçının xx xxxx 2019-cu il tarixdə əlilliyə görə əmək pensiyası hüququ yaranmasına baxmayaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Suraxanı rayon Şöbəsi iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etməkdə haqlı olmamış və iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-538/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar