Məhkəmə qərarları › İş №2-1(102)-1361/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1361/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1361/2021 14.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (iş № 2-1(102)-1361/2021) (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəx s "xxxx" MMC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli, 2-1(103)-71/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06.09.2018-ci il tarixli **********716700 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2-1(81)1210/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmiş, iddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli 21(103)-71/2021 nö mrəli qərarına əsasən (sədrlik edən Aida Hüseyn, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2-1(81)-1210/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

4. Məhkəmə qərarı iddiaçıya 06.05.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı 07.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli 2-1(103)-71/2021 nömrəli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh 09.09.2021-ci il tarixində məhkəməyə vəsatət təqdim edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. VƏSATƏTİN DƏLİLLƏRİ

6. Cavabdeh vəsatətində göstərmişdir ki, cavabdehin 18.02.2021-ci il tarixli **********312600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə mübahisələndirilən 06.09.2018-ci il tarixli **********716700 saylı “Vergilərin hesablanması barədə” qərar ləğv edilmiş və hesablanmış məbləğ azaldılaraq şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

8. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

9. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılm asını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

11. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2- ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin vəsatəti təmin olunmalıdır.

13. Belə ki, hazırkı qərarın 11-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

14. Hazırkı iş üzrə iddiaçının tələbi 06.09.2018-ci il tarixli **********716700 saylı qərarın ləğv edilməsi olmuşdur. Cavabdehin 18.02.2021-ci il tarixli **********312600 saylı qərarı ilə i sə mübahisələndirilən qərar ləğv edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili də iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir.

15. Qeyd edilənlərdən göründüyü kimi, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Belə olan halda, cavabdehin vəsatəti təmin edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin vəsatəti təmin edilsin. İş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar