Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1361/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsi). Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (4 may 1960-cı il təvəllüdlü, FİN-xxxxxxx) oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci tarixli, 2-1(103)-588/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1 noyabr 1981-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. 4 mart 1992-ci il tarixdən prokurorluq orqanlarında işə qəbul edilmiş və Laçın rayon prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor təyin edilmişdir. O, 6 yanvar 2016-cı il tarixdə “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzasına v ə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinin tələbləri əsas tutularaq prokurorluq orqanlarından xaric edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, ona prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzasına əsasən və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, iddiaçının əmək müqaviləsinə əmək intizamının kobud şəkildə pozulmasına görə xitam verildiyindən ona prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. biri nci instansiya məhkəməsindəki birinci icraat
4. İddiaçı 24 iyun 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə 23 il 10 ay 2 gün müddətində qulluq etmiş, bundan əlavə 2 il müddətində, yəni 20 may 1979-ci il tarixdən 28 may 1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir və a yrı-ayrı idarə, müəssisə və təşkilatlarda 10 il 4 ay 3 gün iş stajına da malikdir. Habelə, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək 3 il 9 ay müddətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir və «Qarabağ müharibəsi» veteranıdır. Onun prokurorluq orqanlarında xidmət etdiyi 23 il 10 ay 2 gün və müddətli həqiqi hərbi xidmət dövrü də daxil olmaqla, 36 il 2 ay 5 gün ümumi iş stajı vardır. Ona qanunvericiliyin tələblərini nəzərə alaraq, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh onun prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarla xitam verilməsini və bu səbəbdən prokurorluq orqanlarının əməkdaşı kimi əmə k pensiyasının təyin edilməsinin mümkün olmamasını göstərməklə pensiya təyin olunmasindan əsassız olaraq imtina etmişdir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Cavabdeh etirazında yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli 2-1(112)-7863/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 17 il 6 aydan artıq müddətdə prokurorluq orqanlarında qulluq etməklə, 35 ildən artıq ümumi iş stajına malik olsa da, onun prokurorluq orqanlarından xaric edilməsi qulluqda son yaş həddinə çatması ilə bağlı olmamışdır. Beləliklə də, məhkəmə hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə daxil deyil. Odur ki, iddia əsassız olduğundan təmin edilə bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xah iş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-588/2022 saylı qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və E.E.Nağıyeva) Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli 21(112)-7863/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı hesab edir ki, məhkəmə kollegiyası işə baxarkən nəzərə almamışdır ki, “Əmək pens iyaları haqqında” Qanunun 9.4.1 və 9.4.2-ci maddələrində nəzərdə tutulmuş müddəaların, həmin Qanunun 9.4-cü maddəsinin istisna barədə normativ göstərişi ilə qarşılıqlı əlaqədə mənasından da aydın olur ki, prokurorluq orqanlarında qulluq keçməyə xitam verilmə əsaslarından asılı olmayaraq, yalnız xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilərinə xidmət illərinə və ya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi istisna olunur. Eyni zamanda, prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarla xitam verilmiş prokurorluq işçilərinə 60 yaşında güzəştli şərtlərlə əmək pensiya təyin edilməsinə qadağa və məhdudiyyət qoyan hər hansı bir norma və müddəalar nə “Əmək pensiyaları haqqında” Qanunda, nədə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda nəz ərdə tutulmamışdır. Həmin Qanunun 9.4-cü maddəsinin “xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla” kimi imperativ tələb müəyyən edən həmin normativ göstərişinə “qoşa nöqtə” durğu işarəsi ilə tabe olan 9.4.2-ci maddəsinin tələblərinə görə də, prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 9.4 və 9.4.2-ci maddələrinin qarşılıqlı əlaqədə mənasından da göründüyü kimi, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun istisna edilməsi halı yalnız xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilərinə aid edilmişdir.
14. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 29-cu maddəsində prokurorluq orqanlarında qulluğa, yaşa görə xitam verilmə əsası nəzərdə tutulmamışdır. Qanunda belə bir əsas nəzərdə tutulmuş olsaydı, o zaman “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin bununla bağlı müddəası “yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş” kimi yox, «prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmiş” formasında ifadə edilmiş olardı. Hərbi qulluqçulara münasibətdə həmin Qanunun 9.5.2-ci maddəsində “yaşa görə” sözü cümlənin əvvəlində yox, ortasında işlədilmişdir. Normativ hüquqi aktlarda sözün cümlənin əvvəlində, ortasında və ya sonunda işlədilməsi “Azərbaycan dili”nin qrammatika və üslubiyyat qaydalarına görə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan 9.4-cü maddədə işlədilən “yaşa görə” sözü xidmət illərinə və yaşa görə pensiya hüququnu özündə ehtiva etdiyindən, 9.4.2-ci maddənin mətninin əvvəlində işlədilən “yaşa görə” sözü həmin Qanunun 9.4.1-ci maddəsində təsbit olunan və əvvəllər qüvvədə olmuş müvafiq qanunvericilikdə dövlət pensiyasının ayrıca növü kimi nəzərdə tutulmuş xidmət illərinə görə pensiya hüququnu, hazırda qüvvədə olan yeni qanunvericiliklə müəyyən olunmuş yaşa görə pensiya hüququndan fərqləndirmək üçün xitabən işlədilmişdir. Bu məqsədlə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4-cü maddəsində xidmət illərinə görə sözləri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsindən sonra belə, 6 mart 2018-ci il tarixli 1030-VQD nömrəli AR Qanunu ilə olan dəyişikliklərə qədə r saxlanılmış və həmin vaxtdan yaşa görə sözləri ilə əvəz edilmişdir. Bu halları nəzərə almadan iş üzrə cavabdehin «yaşa görə» sözündən imtina üçün subyektiv qiymətləndirici ifadə kimi istifadə etməsi nəticədə əsassız məhkəmə mübahisələrinə gətirib çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər.... 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə pr okurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri....
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayəti verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsin in araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İşin halları ilə müəyyən olunur ki, iddiaçı 4 mart 1992-ci il tarixdən prokurorluq orqanlarında işə qəbul edilmiş, 6 yanvar 2016-cı il tarixdə “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzası və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinin tələbləri əsas tutularaq prokurorluq orqanlarından xaric edilmişdir.
25. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarla xitam verilmiş prokurorluq işçilərinə 60 yaşında güzəştli şə rtlərlə əmək pensiya təyin edilməsinə qadağa və məhdudiyyət qoyan hər hansı bir norma və müddəalar nə “Əmək pensiyaları haqqında” Qanunda, nədə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulmamışdır.
26. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş materiallarında olan ******* No-li əmək kitabçasının 11-ci vərəqindən görünür ki, o, “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzası və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinin tələbləri əsas tutularaq prokurorluq orqanlarından xaric edilmişdir.
27. Göründüyü kimi, iddiaçı prokurorluq orqanlarından xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azər baycan Respublikası Prokurorluğu X1 Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə, intizam tənbehi qaydasında, prokurorluq orqanlarından xaric edilmişdir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinin tələbinə əsasən isə prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri (9.4.1-ci bənd), yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin (9.4.2-ci bənd) (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
29. İddiaçıya münasibətdə onun 35 il prokurorluq orqanlarında qulluğu mövcud olmadığından və yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmədiyindən “Əm ək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbləri ödənilmir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci tarixli, 21(103)-588/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.