Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1361/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin y anında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən DƏK-nin xx.xx.1998-ci il tarixli 9402 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə X1 adına Bakı şəhəri, Rəsulzadə qəsəbəsi ünvanında yerləşən q eyriyaşayış binasına dair tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, tikinti altı sahə 680,6 kv metrdir, bina 1998-ci ildə mişar daşı ilə inşa olunmuş, iki mərtəbəlidir, “A” (kafe, şadlıq evi) və “B” (ofis) tikililərindən ibarət olmaqla ümumi sahəsi 680,6 kv. metr təşkil edir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına verilmiş 397028 №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0681 ha torpaq sahəsində (torpaq sahəsinin mülkiyyət növü-Dövlət; torpaq sahəsi üzərində hüququn növü – istifadə) yerləşən qeyri-yaşayış bina sı Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) 9 nömrəli reyestr kitabının 831 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. İddiaçıların (İddiaçı1) hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********51 №li xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, öncədən qeydiyyatdan keçmiş qeyriyaşayış binasının (yarımçıq tikili) faktiki olaraq inşası başa çatmışdır və tikiliyə bitişik tikinti altı sahəsi 217,5 kv. metr olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikinti altı sahəsi 118,4 kv. metr olan xidmət binası inşa olunmuşdur.
4. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 №li məktubu ilə məhkəməyə təqdim olunmuş: - X5 (satıcı) ilə İddiaçı1 (alıcı) və İddiaçı2 (alıcı) arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1E05 kv/m. olan qeyri-yaşayış binasının alqı-satqısına dair bağlanmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanınd a müayinə keçirilərkən müəyyən olunmuşdur ki, qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının (yarımçıq tikili) faktiki inşası başa çatmış, tikiliyə bitişik 217,5 kv. metr əlavə sahələr tikilmiş və faktiki şadlıq sarayı kimi istifadə olunur. Arxiv texniki pasportunda “A” və “B” tikililəri qeyd olunmuşdur. Əlavə olaraq 118,4 kv. metr xidmət binası inşa olunmuşdur. Qeyd olunan tikililər qeydiyyatdan keçməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 2 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq **** ****** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 0,068060 ha torpaq sahəsində yerləşən 0,0010 kv. metr qeyri-yaşayış binası onların hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətlərindədir. Mülkiyyə tlərində olan yarımçıq tikilini inşa edib başa çatdırmışlar və qanuni istifadələrində olan və texniki pasportda göstərilən 0,068060 ha torpaq sahəsində həmin tikiliyə bitişik əlavə qeyri-yaşayış binası tikilmişdir. Hal-hazırda onlar əlavə tikililərə yeni çıxarış almaq istəyirlər. Bununla bağlı cavabdeh İdarəyə ərizə ilə müraciət etmişlər. Lakin cavabdeh əsassız olaraq onlara müraciətlərindən imtina etmişdir.
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Belə ki, İddiaçı1 müvafiq tələblə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etsə də, İddiaçı2 müvafiq tələblə bağlı İdarəyə müraciət etməmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmi şdir ki, qeyd olunan tikiliyə bitişik tikinti altı sahəsi 217,5 kv. metr olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikinti altı sahəsi 118,4 kv. metr olan xidmət binası inşa olunmuşdur. Əlavə inşa olunmuş sahələrə və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən İdarə tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli **********51 №li cavab məktubu ünvanlanmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Az ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar qanuni əsaslarla istifadələrində olan Bakı şəhəri, ünvan 4 ünvanında 0,068060 ha torpaq sahəsində inşa edilmiş və DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə tərtib olunmuş texniki pasportda əks olunmuş daşınmaz əmlakın (qeyri-yaşayış binası) faktiki inşasını başa çatdırdıqdan sonra, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqları üzrə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeyddə düzəliş edilməsini tələb edirlər.
10. Cavabdeh həmin qərardan apellyasiya ş ikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.İ.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 verilmiş şəhadətnamə yarımçıq tikili üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəddir. Yarımçıq tikili başa çatdırıldıqdan sonra icra hakimiyyəti tərəfindən istismara qəbul edilməli və bununla bağlı akt tərtib olunmalı idi. Lakin iddiaçılar tərəfindən həmin qeyri-yaşayış binasının istismara qəbul aktı inzibati icraat zamanı nə İdarəyə, nə də məhkəmə icraatı zamanı məhkəmələrə təqdim edilmişdir.
15. Məlumat üçün bildiririk ki, iddiaçıların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binasının ölçüsünə dəyişiklik edilməsini istədiyi sahə qeyri-yaşayış binasının ümumi sahəsi deyil, tikinti altı sahəsidir.
16. İdarə daşınmaz əmlakın dövlət reyest rində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. 17. '‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 31.1.1-ci maddəsinə əsasən rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və səhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək İcra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlill əri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Müb ahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə s übutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün h esab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məlum olduğu kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 2 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********0906301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
24. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərba ycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
25. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş nəticəyə gələrkə n iş üzrə qəbul etdiyi 10 fevral 2023-cü il tarixli qərarda göstərmişdir ki, iddiaçıların hüquqmüəyyənedici sənədləri ilə adlarına tərtib edilmiş çıxarışlar arasında uyğunsuzluq olduğundan qanuni əsaslarla mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 4 ünvanında 0,068060 ha torpaq sahəsində inşa edilmiş və DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə tərtib olunmuş texniki pasportda əks olunmuş daşınmaz əmlakın (qeyriyaşayış binası) faktiki inşasını başa çatdırdıqdan sonra, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqları üzrə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeyddə, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, düzəliş edilməsi ni tələb edirlər.
28. İddiaçının tələbini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli üzrə əsas hüquqmüəyyənedici sənəd qismində nəzərə alınmalı olan 26 oktyabr 1999-cu il tarixli texniki pasport çıxış edir ki, həmin texniki pasportda tikili altı sahənin 680,6 kv.m. olaraq qeyd edilməsi, tikintisi başa çatdırılan qeyri-yaşayış sahəsinin ölçüsünün 680,6 kv.m. olmasına dəlalət edir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən nəticəyə gəldiyi zaman işdə olan bir sıra mühüm əhəmiyyət kəsb edən sübutları tam və hərtərəfli araşdırmamış, onlara hüquqi qiymət verməmişdir.
30. Belə ki, ilk öncə qeyd edilməlidir ki, işin 8-ci səhifəsində olan iddiaçıların adlarına (1/2 hissə), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (daşınmaz əmlakın reyestr nömrəsi **********809-06301, qeydiyyat tarixi xx.xx.2022-ci il) görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi ( kvadrat metrlə) 0,0010 ölçüdə yazılmış, torpaq sahəsinin ölçüsü (hektarla) 0,06860 kimi göstərilmişdir.
31. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsi sözügedən çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin (kvadratmetrlə) 0,0010 rəqəmində yazılması, əslində daşınmaz əmlakın hansı ölçüdə olmasının müfəssəl və dəqiq şəkildə müəyyən etməməklə yanaşı, onun həqiqətən hansı ölçüdə, yəni 0,0010 rəqəminin neçə kvadratmetrə bərabər olmasını araşdırmamışdır.
32. Belə ki, işin növbəti, yəni 9-cu səhifəsində olan 26 oktyabr 1999-cu il tarixli eyni daşınmaz əmlaka dair X4 adına tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunda tikinti altı sahə 680,6 kv.m kimi müəyyən edilmişdir.
33. Aydın məsələdir ki, 0,0010 kv.m və 680,6 kv.m. rəqəmləri arasında çox böyük fərq var, lakin apellyasiya instansiyası məhkəməsi bunun nədən əmələ gəlməsini ümumiyyətlə araşdırmamış, halbuki apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının qanuni və əsaslı olmasını məhz sözügedən 1999-cu ildə tərtib edilmiş texniki pasportundakı 680,6 kv.m. rəqəminə istinadən əsaslandırmışdır.
34. Eyni zamanda qeyd edilməlidir ki, işin 35-ci səhifəsində olan cavabdeh tərəfindən iddiaçıların adlarına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi və qeydiyyat tarixi eyni olan çıxarışda “ daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” sətrində ümumiyyətlə heç bir ölçü yazılmamışdır.
35. Lakin apellyasiya məhkəməsi işin həmin ziddiyyətli halını araşdırmamışdır.
36. Bununla yanaşı işin 117-ci səhifəsində X1 adına 12 mart 1992-ci il tarixli, reyestr kitabı 23, qeydiyyat 9402 nömrəsi olan, Dövlət Əmlak Komitəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, Z.İ.Yusifova Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Park küçəsi 1-də yerləşən, ölçüsü göstərilməmiş, Rəqs meydançasının yarımçıq tikilisi satılmışdır.
37. Digər tərəfdən işin 124-cü səhifəsində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan gö rünür ki, “daşınmaz əmlakın növü” qeyri-yaşayış binası, “daşınmaz əmlakın ünvanı (olduğu yer) Bakı şəhəri, ünvan 2 “Daşınmaz əmlakın ümumi sahəsi ( kvadrat metrlə)” -0,0010, “Torpaq sahəsinin ölçüsü (hektarla) – 0,068060 kimi qeyd edilmişdir.
38. Eyni zamanda işin 113-115-ci səhifələrində olan alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin 1-ci bəndində yazılmışdır ki, “Satıcı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1E-05 k. m. olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni “alıcıların” mülkiyyətinə verir: satıcı X5 (1/2 hissə) – alıcı İddiaçı1, - satıcı X5 (1/2 hissə) – Alıcı İddiaçı2.”
39. Beləliklə yuxarıda göstərilənlərə rəsmi sənədlərdən göründüyü kimi, sözügedən daşınmaz əmlakın ölçüləri həmin müxtəlif ölçülərdə qeyd edilmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qanuna uyğun və düzgün məhkəmə aktı qəbul edilməsi məqsədi ilə apellyasiya instansiyası məhkəməsi adıçəkilən sənədlərdə qeyd edilmiş daşınmaz əmlakın ölçülərində olan kəskin fərqlərin yaranma mənbəyini tam və hərtərəfli araşdırmalı, bunların dəqiq səbəbini və nəhayət iddiaçıların nəyi aldıqlarını müəyyən etməli idi.
41. Lakin apellyasiya instansiyası məhkəməsi bunların heç birini etmədən sadəcə olaraq 26 oktyabr 1999-cu il tarixli texniki pasportdakı tikili altı sahəsinin 680,6 kv.m. olduğuna istinadən əsassız məhkəmə qərarı qəbul etmiş, bununla da İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərini pozmuşdur.
42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apel lyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.