Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1362/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, "xxxx" MMC-nin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X3 üçüncü şəxs olmaqla) reyestrdən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1140/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.09.2006-cı il tarixli, 3 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən, sonuncu xxxx küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının İV mərtəbəsində, 4 otaqlı, ümu mi sahəsi 210 kv.m. olan 8 saylı mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul edib haqqını ödəməyi öhdələrinə götürmüşlər.
2. Mənzilin pay dəyəri "xxxx" MMC-yə ödənilmiş və bu barədə ona 27.09.2006-cı il tarixli kassa mədaxil orderi verilmişdir.
3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xxxx küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 saylı mənzilin üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19.09.2018-ci il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, xxx x küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 saylı mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi barədə tələbindən imtina üçün heç bir əsas olmamışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19.09.2018-ci il tarixli qərarı cavabdeh tərəfindən icra edilmiş, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində n mübahisəli mənzilə dair çıxarış verilmiş, daha sonra iddiaçı mübahisələndirilən mənzili X1. ( Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.12.2018-ci il tarixli, ******* №-li çıxarışı) İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat 7. "xxxx" MMC 27 avqust 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 21(81)-3759/2018 nömrəli inzibati işin təzələnməsini, onun üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativ tərəfindən inşa edilmişdir və həmin bina "xxxx" MTK-ya məxsusdur. Bununla bağlı müvafiq sənədlər mövcuddur: 12 oktya br 2004cü il tarixli, 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamı, Bakı şəhərinin xəritəsindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi, ayrıca aktı, 09 dekabr 2019-cu il tarixli, 246 №-li istismara icazə, 06 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu və s. Lakin 2020-ci ilin avqust ayında təsadüfən onlara məlum olmuşdur ki, qeyd etdiyi ünvanda yerləşən binanın bir sıra mənzillərinə çıxarış alınmış və həmin mənzillərə dair çıxarışlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3759/2018 saylı qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1, çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m. olan 8 saylı mənzilə dair çıxarışın verilməsi barədə iddia ərizəsi təmin edilmiş və bununla bağlı, İddiaçı adına qeyd etdiyi mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarış verilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, iddiaçı və "xxxx" MMC mənzilin alınmasına dair alqı-satqı müqaviləsi bağlamışdır. Halbuki, 05 mart 2006-cı il tarixli "xxxx" MTK və "xxxx" MMC arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləs inin 3.1.14-cü bəndində qeyd olunmuşdur ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanmalıdır. Qeyd edilən işə baxıldığı zaman "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqlarına toxunulmuşdur və həmin işdə "xxxx" üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalı idi. Məhkəmədə işə baxılması barədə "xxxx" Mənzil-Tikinti Kooperativi məlumatlı olmamış, müvafiq sənədləri təqdim etmək imkanı olmamış və bununla da hüquqları pozulmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli, 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: Ş.A.Həsənova) "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3759/2018 nömrəli iş üzrə 19.09.2018-ci il tarixli qərarı ərizəçi "xxxx" MTK-nın qanunla qorunan hüquq və maraqlarına toxunduğundan həmin qərar ləğv edilməlidir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7068/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: Ş.A.Həsənova) X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. Üçüncü şəxs X3 Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli, 11 sentyabr 2020-ci il tarixli qərardadından apelyasiya şikayəti verərək "xxxx" MMC-nin ərizəsinin rədd edilməsini, icraata xitam verilməsini və iş üzrə cinayət faktının olmasını nəzərə alaraq xüsusi qərardad çıxarılmaqla cinayət işinin başlanması üçün prok urorluq orqanlarına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2-1(103)-1140/2021 saylı qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və A.Ə.Hüseyn) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli, 11 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, "xxxx" MMC-nin ərizəsi təmin edilməmişdir.
14. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı Konstitusiya Məhkəməsinin 12.04.2017-ci il tarixli Qərarına da zidd olmuşdur. Belə ki, inzibati məhkəmə icraatına cəlb olunmadığı irəli sürülən "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) güma n olunan hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt məhkəmə tərəfindən müəyyən edilməmişdir. "xxxx" MMC, "xxxx" MTK və mübahisəli binada mənzil mülkiyyətçiləri arasında əmlak mübahisələrinin artıq uzun illərdir davam etməsinin həm də məhkəmə təcrübəsi ilə sübut olması, araşdırılması Konstitusiya Məhkəməsinin Qərarı ilə tələb olunan “vaxt” şərtinin "xxxx" MMC-nin lehinə olmadığına dəlalət edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak üçüncü şəxs A.Orucov tərəfindən, özgəninkiləşdirən İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının həqiqiliyinə və tamamlığına etimad göstərilərək, qanunla təsbit edilmiş qaydalara tam əməl olunmaqla, əldə edilmişdir. Reyestrin məzmununun dəqiqliyi işin mübahisəsiz halıdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 23.11.2018-ci il tarixli ********** nömrəli qeydiyyat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 19.09.2018-ci il tarixli qərarı əsasında aparılmış, bu qeydə dair hər hansı etiraz reyestrə daxil edilməmişdir. 15. "xxxx" MMC apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, üçüncü şəxs kimi cəlb edilmə barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
16. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Kassasiya şikayətinin dəlillə rini kassatorun üçüncü şəxs kimi cəlb edilmə barədə ərizəsində göstərilənlər təşkil edir və şikayətdə qeyd edilir ki, işdə olan bütün sənədlərdən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binası bütövlüklə "xxxx" MMC-yə məxsusdur və hazırki məhkəmə mübahisəsinin nəticəsi birbaşa onun qanunla qorunan maraqlarına və hüquqlarına toxunur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Üçüncü şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü və bu səbəbdən şikayətin icraata qəbul edilməli olmadığını qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə kollegi yasının iclasında "xxxx" MMC-nin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, üçüncü şəxs və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya, üçüncü şəxs A.Orucova və cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. «Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2017-ci il tarixli Qərarı:... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla q orunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində q ərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
25. Hazırkı iş üzrə iddiaçı ilk dəfə iddia ərizə ilə məhkəməyə müraciət edərək, sahibliyində və istifadəsində olan mənzilə dair hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş edərkən, onunla "xxxx" MMC arasında bağlanmış 27.09.2006-cı il tarixli, 3 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi d ə həmin müqavilə əsasında iddia tələbini təmin etmiş, daha sonra məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək müvafiq çıxarış verilmişdir.
26. Hazırda üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmasını tələb edən "xxxx" iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.09.2006-cı il tarixli, 3 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarlılığını mübahisələndirərək və "xxxx" MTK ilə Podratçı”-"xxxx" MMC arasında bağlanmış 05.03.2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinə istinad edərək qeyd edir ki, "xxxx" MMC tərəfindən mənzillərin satışının həyata keçirilməsi aralarında bağlanmış müqavilənin şərtlərinə zidd olmuşdur, bu səbəbdən həmin müqavilə əsasında çıxarışın verilməsi də qeyri-qanuni olmaqla "xxxx" MTK (hazırkı "xxxx" MM C) mülkiyyət hüquqlarına toxunur.
27. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, “Sifarişçi” - "xxxx" MTK və “Podratçı”-"xxxx" MMC arasında bağlanmış 05.03.2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Sifarişçi”nin tapşırığı ilə “Podratçı” öz vəsaiti və riski ilə Bakı şəhəri icra Hakimiyyəti Başçısının 237 №-li, 12.10.2004 cü il tarixli Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha. torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 kv.m., yaşayış sahəsi 8022 kv.m. yaşayış binası və 2220 kv.m. ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə « Obyekt» adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan «Obyekt»in müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi razılaşdıraraq «Podratçı»ya təhvil verməyi öhdəsinə götürür. - Müqavilənin 3.1.14-cü bəndinə əsasən, mənzillərin satılması üçün alıcılarla müqavilə "xxxx" MTK tərəfindən bağlanır.
28. Bundan əlavə, "xxxx" MMC xxxx küçəsi, 17-ci məhəllədə inşa edilən binanın ona məxsus olmasına dair digər sənədlər də - 12 oktyabr 2004-cü il tarixli, 237 №-li Bakı şəhər İcra Başçısının sərəncamı, Bakı şəhərinin xəritəsindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi 23.05.2007-ci il tarixli Torpaq sahəsinin ayrılmas ına dair İnşaat Pasportu, ayrıc aktı, 09 dekabr 2019-cu il tarixli, 246 №-li istismara icazə, 06 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu – təqdim etmişdir.
29. Göründüyü kimi, "xxxx" MMC tərəfindən təqdim olunan ilkin sənədlər xxxx küçəsi, 17-ci məhəllədə inşa edilən binanın üzərində onun mülkiyyət hüquqlarının olması barədə nəticəyə gəlməyə imkan verir. Belə olan halda isə, hazırkı iddia tələbinə baxılması və müvafiq qərarın qəbul edilməsi birbaşa onun hüquqlarına toxunan məsələdir.
30. Konstitusiya Məhkəməsinin müvafiq qərarında da qeyd edildiyi kimi, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarını n əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.
31. İşə baxan apellyasiya məhkəməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin –hazırkı halda "xxxx" MMC-nin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlı işin hallarına düzgün qiymət verməmiş, "xxxx" MMC-nin hazırkı işə üçüncü şəxs kimi cəlb edilməsinin “İşin hallarının araşdırılması prinsipi”nə və “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqi qiliyi və tamamlığı prezumpsiyası”na zidd olduğuna, həmçinin "xxxx" MMC, "xxxx" MMC və mübahisəli binada mənzil mülkiyyətçiləri arasında əmlak mübahisələrinin artıq uzun illərdir davam etməsinin həm də məhkəmə təcrübəsi ilə sübut olması, araşdırılması Konstitusiya Məhkəməsinin Qərarı ilə tələb olunan “vaxt” şərtinin "xxxx" MMC-nin lehinə olmadığına istinad edərək "xxxx" MMC-nin üçüncü şəxs kimi cəlb edilmə barədə ərizəsini rədd etmişdir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında da qeyd edildiyi kimi məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə həmin şəxs məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilə bilər.
33. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19.09.2018-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxsin –hazırkı halda "xxxx" MMC-nin pozulmuş hüquqlarının mövcudluğu işdəki ilkin sənədlərlə təsdiqləndiyindən, onun üçüncü şəxs kimi inzibati məhkəmə icraaatına cəlb edilməsi yolverilən olmalıdır.
34. Bundan əlavə, işə baxan apellyasiya məhkəməsi "xxxx" MMC tərəfindən “vaxtında” məhkəməyə müraciət edilməməsinə istinad etsə də, faktiki olaraq "xxxx" MMC-nin pozulmuş hüquqlarını bildiyi vaxtın başlanğıc anını müəyyən etmədən, bu barədə araşdırma aparmadan, sadəcə, bundan əvvəl digər mənzillərlə bağlı oxşar mübahisələr olmasına istinad etməklə belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC “vaxt” şərtinə əməl etməmişdir. Halbuki, hər bir mənzilə dair mübahisəyə fərdi yanaşılmalı və faktiki olaraq hazırkı iş üzrə mübahisəli mənzilin özgəninkiləşdirilməsinə əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19.09.2018-ci il tarixli qərarından nə vaxtdan məlumatlı olması məsələsinə hərtərəfli qiymət verilməlidir. 35.Həmçinin, apelyasiya instansiyası məhkəməsinin qərardadında göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak üçüncü şəxs A.Orucov tərəfindən, özgəninkiləşdirən İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının həqiqiliyinə və tamamlığına etimad göstərilərək, qanunla təsbit edilmiş qaydalara tam əməl olunmaqla, əldə edilmişdir. Reyestrin məzmununun dəqiqliyi işin mübahisəsiz halıdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 23.11.2018-ci il tarixli ********** nömrəli qeydiyyat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3759/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 19.09.2018-ci il tarixli qərarı əsasında aparılmış, bu qeydə dair hər hansı etiraz reyestrə daxil edilməmişdir.
36. Göründüyü kimi, məhkəmə dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasına istinad etmişdir. Halbuki, bu hal iddia tələbinə mahiyyəti üzrə baxılan zaman qiymət verilməli olan məsələdir. Hazırda isə bu prezumpsiyaya əsaslanmaqla üçüncü şəxsin hüquqlarının pozulub-pozulmamasına qiymət vermək yolverilməzdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarına əməl edilməməklə qəbul olunduğundan ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərarında əks olunmuş hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.
39. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1140/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.