Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1362/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1953, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-482/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdə “Ni-Sa” (Hu-Ca) kompaniyasının müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixdə öz xahişi ilə “Ni-Sa” (Hu-Ca) kompaniyasının müdiri vəzifəsindən azad edilmişdir.
3. İddiaçının müraciəti ilə əlaqədar cavabdeh orqan tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli ********* *2 saylı məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq iddiaçıya xx.xx.2016-cı il tarixindən əmək pensiyasının təyinatı aparılarkən xx.xx.2006-cı il tarixinədək 16 il 8 ay sığorta stajı nəzərə alınaraq 148,31 manat pensiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları əsasında əmək pensiyalarının baza və sığorta hissələrinin artırılması ilə pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata çatdırılmışdır. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işləmiş olduğu “Ni-Sa” (Hu-Ca) firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindəd ir. Qeyd olunanları nəzərə alaraq həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Ni-sa” (Hu-Ca) firmasında, 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X1 (İKF) işlədiyi dövrlərin sığorta stajına əlavə olunaraq yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən əmək pensiyasının təyinatı aparılarkən xx.xx.2006-cı il tarixədək 16 il 8 ay sığorta stajı nəzərə alınaraq ona 148,31 man at pensiya məbləği hesablanmışdır. Pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata çatdırılmışdır. Pensiya təyin edilərkən əmək kitabçasında öz əksini tapmış xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi, “Ni-sa” (Hu-Ca) firmasındakı əmək stajı və 1998-ci ilin aprel ayından 2010-cu ilin sentyabr ayınadək "xxxx" İKF-da işlədiyi dövrün əmək stajı sığorta stajına əlavə olunaraq düzgün hesablanmamışdır. Həmin firmada işlədiyi dövr əmək stajı əmək kitabçasına qeyd edilməsə də, 2006-cı ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi 2016-cı il tarixdə təqaüdə çıxarkən həmin vaxt qeydiyyatda olduğu Fondun Nərimanov şöbəsinə təhvil verdikdə "xxxx" İKF-da olan pensiya tutumlarına əsasən sığorta stajı qeyd olunmuşdur və bu hal Fondun Nərim anov şöbəsinin əməkdaşlarına da məlum olmasına baxmayaraq sonradan bilmişdir ki, onun qeyd edilən firmalarda işlədiyi dövrlərin pensiya hesablanarkən əmək stajı sığorta stajına əlavə olunaraq hesablanmamışdır. Həmin illərin əmək stajı kimi alınmaqla düzgün hesablanması ilə bağlı ərizə ilə Fondun 1 saylı Bakı Ərazi şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə ona imtina məktubu verilərək qeyd edilən dövrlərin sığorta stajına əlavə olunmasının mümkün olmadığı bildirilmişdir.
6. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərilmiş sorğuya verilən Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda “Ni-sa” (Hu-Ca) firmasının ar xiv sənədlərinin Arxivin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sorğuya verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, statistik vahidlərin dövlət reyestrində “Ni-sa” kiçik müəssisəsi xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir. Halbuki iddiaçı 1992-ci ildən həmin firmada işlədiyini iddia edir. “Dəyanət 1” İKF ilə bağlı iş materiallarında olan DSMF-nin Nərimanov rayon şöbəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, iddiaçının "xxxx" İKF-də işlədiyi 2006-2010cu illər pensiya təyin edilərkən onun sosial sığorta stajına daxil edilmişdir. Onun həmin firmada işlədiyi 1998-2006-cı illərə gəldikdə isə müəyyən olunur ki, həmin illərdə işləməyi ilə bağlı heç bir mötəbər sübut tə qdim edilməmişdir. Həmin illər iddiaçının əmək kitabçasında da qeyd edilməyib. Beləliklə, iddiaçının xx.xx.1992-xx.xx.1998-ci illərdə “Nisa” (Hu-Ca) firmasında, 1998-2010-cu illərdə "xxxx" X1 işlədiyi illərin daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi əsassızdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia tələbi təmin edilərək iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Ni-sa” (Hu-Ca) kompaniyasında və xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" X1 işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə pensiyanin yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaç ının müraciətinə baxılarkən Əmək Məcəlləsinin 87-ci maddəsinin, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinin tələbləri nəzərə alınmamış, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998- ci il tarixədək “Ni-sa” (Hu-Ca) kompaniyasında və 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X1 işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsindən əsassız olaraq imtina edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-482/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti işin faktiki halları və cavabdehin imtina məktubuna uy ğun tərtib olunmuş, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 26-cı maddələrinə, Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.1 və 3.2-ci bəndlərinə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şi kayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyul un 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.....
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Müba hisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Hazırkı iş üzrə müəyyən olunur ki, 01 iyul 2017-ci il tarixədək olan dövrdə iddiaçıya ilkin olaraq 18 mart 2016-cı il tarixində 148,31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, 01 oktyabr 2019-cu il tarixindən onun əmək pensiyası 200 manata, 01 yanvar 2020-ci il tarixdən isə 233,20 manata çatdırılmışdır.
23. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona ilkin pensiya təyinatı aparılarkən, “Ni-sa” (Hu-Ca) firması və "xxxx" İKF-də işlədiyi dövrlər onun sığorta stajına daxil edilməmişdir.
24. İddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki, o, 02 aprel 1992-ci il tarixdən 25 mart 1998-ci il tarixədək “Ni-sa” (Hu-Ca) firmasında müdir vəzifəsində işləmişdir.
25. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 23 aprel 2021-ci il BA-01619-2021 saylı məktubunda qeyd olunmuşdur ki, keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin (indiki Xəzər rayon İcra Hakimiyyəti) arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri Döv lət Arxivinin Bakı filialında mövcuddur. Həmin sənədlərdə “Ni-sa” (Hu-Ca) firmasının qeydiyyatından keçibkeçməməsi barədə hər hansı bir məlumat olmasa da, müəssisəsinin yenidən qeydiyyatı haqqında məlumat keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin (indiki Xəzər rayon İcra Hakimiyyəti) arxiv fondu üzrə 18 iyun 1993-cü il tarixli, 284 saylı sərəncamı ilə Dövlət Arxivinin Bakı filialında mövcuddur.
26. İddiaçının işlədiyi həmin dövrdə məcburi dövlət sosial haqları ödəməsinə gəldikdə isə onun həmin işdə çalışdığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosia l sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.
27. Eyni zamanda, iddiaçının 1998-ci ilin aprel ayından 2010-cu ilin sentyabr ayınadək "xxxx" İKF-də çalışdığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kit abçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir (b.3).
28. İddiaçının təqdim etdiyi "xxxx" İKF-nin 10 mart 2022-ci il tarixli 01 saylı arayışına əsasən müəyyən olunmuşdur ki, o, 14 aprel 1998-ci il tarixdən 01 yanvar 2006cı il tarix ədək həmin firmanın direktoru vəzifəsində çalışmışdır.
29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 04 mart 2021-ci il tarixli **********269200 nömrəli məktubunda "xxxx" İstehsalat-Kommersiya Firmasının (VÖEN: **********) 27 oktyabr 1997-ci il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir.
30. Həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından, pensiya məqsədləri üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi 1 yanvar 2002-ci il tarixinədək nəzərə alınırdı. Sonrakı 01 yanvar 2006-cı il tarixədək həmin dövrə münasibətdə isə qeyd edilməlidir ki, 1 aprel 2018-ci il tarixdən qüvvəyə minmiş, “Məcburi dövlət sosial sığor ta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin iddiaçının hər iki müəssisədə işlədiyi dövrlərin cavabdeh tərəfindən pensiya təyin olunarkən nəzərə alınmaması, iddiaçının müvafiq müraciətinə isə yenidən imtina cavabının verilməsinin onun qanunla qorunan hüquqlarını pozması barədə mövqeyi əsaslı olmuşdur.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-482/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.