Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1362/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: fövqəladə hallar orqanlarından xaric edilmə barədə əmrin ləğvi və işə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-463/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Cavabdeh 1065/Ş saylı xx.xx.2007-ci il tarixli əmri ilə xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Cavabdeh 0070/Ş saylı 12 yanvar 2021ci il tarixli əmri ilə xx.xx.2021- ci il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 31.1.12-ci maddələrinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmişdir.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli “Nazi rliyin X10 Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmrdən çıxarışı ilə müəyyən edilmişdir ki, 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı Nazirliyin X10 Xidmətinin Neftayırma müəssisələri üzrə X1 13 nömrəli X2 Yanğından profilaktikası sektorunun inspektoru, daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlandığı, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X7” X12 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kob ud şəkildə pozduğunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövq əladə hallar orqanlarından xaric edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 5470-01/8 saylı məktubu ilə Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə bildirilmişdir ki, Cavabdeh əməkdaşı İddiaçı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xəstəlik vərəqəsinin əsaslı olubolmaması barədə məktubu tibbi sənədlər əsasında mütəxəssislər tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yaşayan 1986-ci il təvəllüdlü, İddiaçı “Böyrək sancısı" diaqnozu ilə 08.12 2020-ci il tarixdən 19 12.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəq əsi açılmışdır. Aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, bu məsələ tibb müəssisənin Tibbi Şurasında müzakirə olunmuş və açılmış əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi əsassız hesab olunaraq, onun ləğv edilməsi qərarı verilmişdir. 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevt R.Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. 4. xx.xx.2020-ci il tarixdə Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Xüsusi rütbəli əməkdaşlarla iş şöbəsinin baş zabiti, polkovnikleytenant Ramin Əlizadə, X10 Xidmətinin Şəxsi heyətlə iş şöbəsinin rəisi, daxili xidmət polkovniki Rəşid Əliyev, FHN-nin X5 şöbəsinin təxirəsalınm az yardım bölməsinin feldşeri, gizir Laçın Xudabaxışovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 8 dekabr 2020-ci il tarixində X10 Xidmətinin Neftayırma Müəssisələri üzrə X1 13 nömrəli X2 inspektoru, daxil xidmət mayoru İddiaçı narkoloji müayinədən keçirilməsi məqsədilə Nazirliyin Tibb Mərkəzinin laboratoriyasında müvafiq analiz götürülmüş, nəticədə onun sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Analizin nəticələri barədə daxili xidmət mayoru İddiaçı məlumat verilmiş, bununla bağlı ondan izahat almaq istədikdə o, izahat verməkdən imtina etmiş və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirmişdir. Daxili xidmət mayoru İddiaçı Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X3 yenidən tibbi müayinədən keçirilməsi təklif ol unmuş, lakin o, müxtəlif bəhanələr gətirərək müayinədən yayınmışdır.
5. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli iddiaçının sidikdə narkotestlərin təyini analizinin nəticəsindən görünür ki, iddiaçıya məxsus nümunədə “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixində fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, xidmət müddəti ərzində nazirliyin maraq və mənafelərini yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmiş, qulluq keçmə ilə bağlı vəzifələrinin icrasına xələl gətirə biləcək, habelə nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, etik davranış qaydalarına və normalarına, xidmətdənkənar davranışın qaydalarına əməl etmiş, xidməti ilə bağlı irad və töhmət almamış, qüsursuz xidmət etmişdir. Cavabdeh daxili xidmət mayorudur. Azərbaycan Respublikası Fövqəladə hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmri ilə “fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci bəndlərinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Lak in fövqəladə hallar orqanlarından xidmətdən azad olunmağı onunla əsaslandırılmışdır ki, guya narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Bununla bağlı olaraq onun barəsində Cavabdeh sorğusu əsasında əməliyyat işi aparılmış, Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək qan analizi vermiş və qanında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ilə bağlı heç bir hal aşkar edilməmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, AR FHN X10 Xidmətinin Neftayırma müəssisələri üzrə X1 13 nömrəli X2 Yanğından profilaktika s ektorunun inspektoru daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. 8 dekabr 2020-ci il tarixində iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkar olunmuş, müayinənin nəticəsi ilə razı olmadığına görə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 təkrar tibbi müayinədən keçməyi təklif olunmasına baxmayaraq İddiaçı tibbi müayinədən keçməkdən yayınaraq həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şə hər poliklinikasına müraciət edəcəyini bildirmişdir. Ona 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə məlumat əldə etmək üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək iddiaçıya açılmış əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə həkiminə qarşı intizam tənbeh tədbiri görülmüşdür. İddiaçının müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və tə krar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. İddiaçı Fövqəladə Hallar nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozduğunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələr inə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndi rəhbər tutularaq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Cavabdehin əmri qanuni və əsaslı olmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(112)-1191/2022 nömrəli qərarı ilə (hakim: X4) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının narkotik vasitədən istifadə edilməməsi ilə bağlı dəlilini əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Bakı şəhər Narkoloji Mərkəzi”nin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 321 saylı aktda nümunələrin analizi zamanı onda hərhansı narkotik tərkibli maddənin aşkar edilməməsi göstərilsə də, həmin aktın ümumiyyətlə hansı tarixdə tərtib edilməsi barədə heç bir qeyd edilmədiyindən müayinənin hansı tarixə olan nəticələri əks etdirdiyini müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də həmin akt, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022- ci il tarixli 008-943-1222 saylı məktubunda göstərilənlər, yəni iddiaçının ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının müəyyən edilməməsi, iddiaçının sidi yində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilmədiyindən məhz 8 dekabr 2020-ci il tarixində iddiaçının iş yerində narkoloji müayinədən keçirilərək Tibb Mərkəzinin laboratoriyasında ondan müvafiq analizlər götürülərkən sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələrin aşkar edildiyini təkzib edə bilməz. Bunun əksinə olaraq cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan da göründüyü kimi analizin nəticələri barədə iddiaçıya məlumat verilərkən izahat verməkdən imtina etməsi və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirsə də, əlavə olaraq Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X3 yenidən tibbi müayinədən keçməkdən yayınması, həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması iddi açının qərəzli olaraq məsuliyyətdən yayınması halına dəlalət edir və onun dəlillərini təkzib edən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə iddiaçıya 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız hesab olunaraq ləğv edilməsi halı da iddiaçının heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozduğu faktını təsdiq edir. Belə ki, həmin Qanunun tələbinə görə fövqəladə hallar orqanları əməkdaşları qanunvericiliyin tələblərinə riayət etməyə və etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. Cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı maddi və prosessual hüquq normalarına riayət edilməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilməmişdir. Cavabdehin mübahisələndirilən əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qəbul edilmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-463/2023 nömrəli qərarı ilə (hakimlər: X8 (sədrlik edən), X9 və X6) Bakı İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə qeyd edilmişdir ki, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan aydın göründüyü kimi, xx.xx.2020-ci il tarixində Nazirliyi Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli iddiaçının sidiyində ona məxsus nümunənin narkotestlərin təyini üzrə analizin nəticələrində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmiş (i.v.61. 76, 77), lakin bununla bağlı o, izahat verməkdən imtina etmiş və ona Məhkəmə Tibbi Ekspertiza və X3 yenidən tibbi müayinədən keçirilməsi təklif olunsa belə, analizin nəticələri ilə razı olmayaraq müayinədən yayınmış və aşkar edilmiş bu neqativ halı təkzibedici hərəkətlərə getməmiş, müvafiq səhiyyə orqanlarında sözügedən məsələnin təkzibinə çalışma q əvəzinə, ümumiyyətlə, işə çıxmamış, 19 nömrəli Şəhər poliklinikasına gedərək həmin poliklinika tərəfindən ona xəstəlik vərəqi açılmasına nail olmuş, lakin həmin xəstəlik vərəqəsi düzgün verilmədiyindən sonradan ləğv olunmuş, beləliklə də xx.xx.2020-ci il tarixədək üzrsüz səbəbdən xidməti buraxmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri Narkoloji Mərkəzində qeydiyyatda olmaması, onun əvvəllər narkotik vasitədən istifadə etmədiyini bildirən dəlilləri və bununla bağlı işə əlavə olunmuş sənədlər, yuxarıda tədqiq olunan sənədlərlə müəyyən olunan faktların təkzibinə əsas olan hallar kimi qiymətləndirilə bilməz. Beləliklə də iddiaçının üzərində, həm xx.xx.2020-ci il tarixdə ondan götürülən analiz nümunəsində narkotik vasitənin aşkar olunması fak tının aşkar olunduğu təkzib olunmamış qalmış, ikinci bir tərəfdən isə həm də onun xidməti vəzifəsindən irəli gələn qanunvericiliyin tələblərini və intizam qaydalarını kobud surətdə pozduğu öz təsdiqini tapmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndində isə göründüyü kimi, narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun qeyd olunan 10.10.0.8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən e dilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə borcludur.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Bununla bağlı olaraq onun barəsində Cavabdeh sorğusu əsasında əməliyyat işi aparılmış, Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək qan analizi vermiş və qanında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ilə bağlı heç bir hal aşkar edilməmişdir. Həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəli işi tam, ətraflı və obyektiv araşdırmamış, sübutları düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi bu sahədə ixtisaslaşmış orqan olmadığından onun verdiyi analiz nəticələrinə istinad etməsi və inzibati tənbeh təbirinin verilməsi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Xüsusi rütbəli əməkdaşlarla iş şöbəsinin baş zabiti, polkovnik-leytenant Ramin Əlizadə, X10 Xidmətinin Şəxsi heyətlə iş şöbəsinin rəisi, daxili xidmət pol kovniki Rəşid Əliyev, FHN-nin X5 şöbəsinin təxirəsalınmaz yardım bölməsinin feldşeri. gizir Laçın Xudabaxışovun iştirakı ilə tərtib edilmiş akt barəsində qeyd edilməlidir ki, ona bu barədə heç bir şifahi və rəsmi qaydada məlumat verilməmiş və iş materiallarına əlavə edilmiş aktlar formal xarakter daşıyır. Həmçinin Bakı şəhər Baş Səhiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli PHŞ/1.1.1-2-2022- 1528 saylı məktub özlüyündə formal xarakterlidir. Belə ki, əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsinin əsassız hesab edilməsinə səbəb olan nöqsanların və qüsurların nədən ibarət olması barədə məlumat verilməmişdir. Ümumiyyətlə, 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevt R.Qasımovaya qarşı intizam tənbeh tədbiri görülməmişdir. Təqdim edilmi ş sənədlərə diqqət yetirdikdə sənədlərin kserosurət olması, aydın və oxunaqlı olmadığından həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir. İddiaçı ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmiş, Cavabdeh rəhbərliyin və tabe olduğu rəis heyətinin bütün əmr, göstəriş və tapşırıqlarını yüksək səviyyədə icra etməyə çalışmış, heç vaxt rəhbərlik tərəfindən xidməti ilə bağlı irad və töhmət almamış, qüsursuz xidmət etmişdir. Xidməti dövründə ona "usta" məharət dərəcəsi verilmiş, üzərində intizam tənbeh tədbirləri olmamışdır. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutların tam və hərtərəfli araşdırılmasına və nəticə etibarı ilə onların qiymətləndirilməsinə açıq aşkar formal və səthi yanaşmış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdır mamış, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərməmişdir.
16. Bakı şəhər Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli 443 saylı arayışından görünür ki, ünvan 2 ünvanında olan xx.xx.1986-ci il təvəllüdlü İddiaçı Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Bakı şəhər Narkoloji Mərkəzinin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 321 saylı aktdan görünür ki, iddiaçıya məxsus sidik nümunənin analizinin nəticəsində narkotik tərkibli maddəyə rast gəlinməmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 008-943-1222 saylı məktubundan görünür ki, narkotik vasitə qəbul etməsi ilə bağlı barəsində məlumat daxil olmuş İddiaçı ətrafında z əruri əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Qısa müddətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İddiaçı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Vət. X. Məmmədov un sidiyində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilməmişdir. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutların tam və hərtərəfli araşdırılmasına və nəticə etibarı ilə onların qiymətləndirilməsinə açıq aşkar formal və səthi yanaşmış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Narkoloji xi dmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur;... 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olanvə ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir.... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və na rkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.12. Həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir;... Maddə 10.Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda nark oloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına veri lməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyri- ixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. Maddə 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir. Maddə
24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. 24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi h aqqında qeydlər olmalıdır. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. * 26 aprel 2022-ci il tarixli, 514-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 24.3-cü maddəyə “məşğul olan şəxslər” sözlərindən sonra “(bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla)” s özləri əlavə edilmişdirş (26 aprel 2022-ci il tarixdə qanuna əlavə edilmişdir) 24.4. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müa yinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi iləqərara alıram: Azərbaycan Respublikası Nazirlər Kabineti üç ay müddətində:... (7-ci abzas) həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş tibbi yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;... (17-ci abzas) həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsiz liyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd
2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd
3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd
5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli v ə işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd
6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun t ətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd
2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd
3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bən d
21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” İ. Peşə növlərinin və vəzifələrin Siyahısı Bənd
10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr. Bənd
13. Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri. İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti i lə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. 23. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.... Maddə 10.Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işi ni çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə;... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə;.... Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:.... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə;... Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər..... Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir:.... 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə;... Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
24. Əmək Məcəlləsi Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: … b) alkoqollu içkilər,narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması
25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə i lə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında verilmiş, form al baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, eləcə də iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış və qiymətləndirilməmişdir.
29. İddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması və təkrar müayinədən keçməkdən yayı naraq xx.xx.2020-xx.xx.2020 tarixlərdə heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması olmuşdur. Əmr verilərkən əsas olaraq 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanması və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X7” X12 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq təşkil etmişdir.
30. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının işə çıxmadığı müddətlə bağlı Tibbi şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokoluna əsasən İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. xx. xx.2020-ci il tarixdə sahə həkimi terapevt Rəna Qasımova FHNnin əməkdaşı İddiaçı “Lyumbaqo” diaqnozu ilə xəstəlik vərəqəsi açmış, lakin təlimat üzrə diaqnoza uyğun müayinələrin aparılmadığı məlum olmuş, ona töhmət verilməsi və xəstəlik vərəqələrinin ləğv edilməsi qərara alınmışdır.
31. Lakin apellyasiya instansiyası məhkəməsi hər bir halda xx.xx.2020xx.xx.2020 tarixləri arasında bülletenin qüvvədə olması faktını nəzərə almamışdır.
32. Bundan başqa, məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə ap arılmalıdır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydalarına əsasən şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.
34. Həmçinin hazırkı qərarın tətbiq edilən hüquq hissəsində göstərilən qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, mübahisə olunan dövrdə şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvaf iq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırkı işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər.
35. Kollegiya həmçinin qeyd edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi və hüquqi əsasını təşkil edə bilər. Bunun üçün isə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıldığına diqqət yetirilməlidir. 36. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il ta rixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır
37. Nazirliyi Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli iddiaçının sidiyində ona məxsus nümunənin narkotestlərin təyini üzrə analizini mötəbər və aidiyyəti sübut kimi qəbul etmiş, narkotik vasitədən istifadə faktını təsdiq edən sənədin rəy olmadığını, eləcə də onun ekspertkimyaçı tərəfindən tərtib olunduğunu müvafiq qaydada müzakirə etməmiş və qiymətləndirməmişdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı bu məsələnin də hərtərəfli araşdırılması və qiymətləndirilməsi təmin edilməlidir.
38. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan narkotik vasitədən istifadə edilməsinin aşkar edilmədiyinə dair müayinə nət icələrinə dair Bakı şəhər Narkoloji Mərkəzinin aktı ilə bağlı araşdırma aparmamış, məhkəmə həmin aktın nə vaxt tərtib edilməsi, verilmə səbəbi barədə sorğu verməmişdir. Bununla da, məhkəmələr işin hallarının tam və hərtərəfli araşdırılmasına dair xidməti vəzifələrini düzgün icra etməmişlər.
39. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-463/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidi