Məhkəmə qərarları › İş №2-1(102)-1362/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1362/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1362/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının operativ vergi yoxlamasının nəticələrinə əsasən vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsinə dair qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "cavabdehin **********4467 nömrəli, xx.xx.202 2-ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2942/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehin **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 1000 manat, **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 2000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq cavabdehin **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 1000 manat, **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 2000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

4. Qeyd edilən qərarlar əsassız və qanunsuzdur. Belə ki, cavabdeh operativ vergi nəzarəti həyata keçirilməsi barədə müvafiq qərar qəbul edərək iddiaçının icarə müqaviləsi əsasında restoran və kafe kimi icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yoxlamalar həyata keçirmişdir.

5. Vergi orqanı hesab edir ki, iddiaçı tərəfindən həmin restoranda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxs işlərin (xidmətlərin) ye rinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin, Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən onun texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatından istifadə etməklə əhali ilə pul hesablaşmaları apardığı qənaətinə gəlmişdir.

6. İddiaçının vergi məsuliyyətinə cəlb edildiyi hər iki qərarda müvafiq olaraq 016576 nömrəli xx.xx.2022-ci il tarixli və 006176 nömrəli, xx.xx.2022-ci il tarixli aktlara istinad edilsə də, həmin tarixdə Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən heç bir akt tərtib edilməmiş, tərtib edilmiş olsa belə qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, həmin aktlar iddiaçıya təqdim edilməmiş və qərarda istinad edilən aktlardan onun xəbəri olmamışdır. 1 nəfər fiziki şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi barədə vergi orqanının gəldiyi qənaət həqiqətə uyğun deyildir. Belə ki, vergi orqanının qeyd etdiyi həmin şəxs operativ vergi nəzarətinin həyata keçirildiyi gün işə qəbul olunmaq üçün ona müraciət edən və hal-hazırda adını belə xatırlamadığı, işin tələblərinə cavab vermədiyi üçün işə qəbul etmədiyi şəxsdir və həmin gün restoranda tərəfindən heç bir işə cəlb olunmamışdır. Qeyd edilən halın müəyyən edilməsi üçün vergi orqanının əməkdaşları tərəfindən həmin şəxsin izahatı alınmamış, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər. Operativ vergi nəzarətinin həyata keçirildiyi gün yuxarıda qeyd edilən fakt müəyyən edilərkən vergi orqanının əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə heç bir akt tərtib edilmədiyindən qanunvericiliyin tələblərinə əsasən həmin aktlarda bu barədə qeyd aparmaq hüququ pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. cavabdehin etirazı:

7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinin birinci hissəsi ilə bağlı, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********2531 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı ş, Xətai r, Gəncə pr.3 ünvanında yerləşən Fəridə Kafesi adlı obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 3 (üç) nəfər fiziki şəxs arasından 1 (bir) nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsi nə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006176 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir.

8. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisin in vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4467 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4468 nömrəli Tələbnamə vergi ödəyicisinə göndərilmişdir.

9. İddia ərizəsində qeyd edilənlərə dair, Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 10.4-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisini n və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmişdir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi 2 obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəf indən qeyd edilən tələblərə riayət edilmişdir.

10. İddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslə əmək münasibətinin mövcud olmasına dair arqumenti əsassızdır. Belə ki, vergi orqanının işçiləri operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman, X1 iş başında aşkarlanmış və vergi orqanı işçilərinə restoranda xidmət göstərmişdir və 070 *** ** ** nömrənin məxsus olduğu Ozan adlı müsahibi həmin şəxslə müqavilənin olmamasını etiraf etmişdir. İddiaçı iddia edir ki, həmin şəxslə ümumiyyətlə tanışlığı yoxdur və həmin gün iş görüşməsi üçün kafedə olmuşdur. Nəzərə almaq lazımdır ki, iş görüşməsinə gələn şəxsin iş başında xidmət göstərməsi məntiqə uyğun deyildir. İkinci olaraq, iddiaçı iddia edir ki, onun barəsində akt yazılarkən, o obyektdə olmamışdır. Bu arqumenti əsassızdır, be lə ki, iddiaçının aktı imzalamaqdan və sənədləri qəbul etməsindən imtina barədə özünün Aktda imzası vardır və bu da onun orda olmasına işarədir. Üçüncü olaraq, iddiaçı müvafiq aktda iddiaçı özünün istəyi ilə aktın ona poçtla göndərilməsini istəmiş və iddiaçıya aktın göndərilməsi təmin edilmişdir. Həmin istək iddiaçının öz imzası ilə təsdiq olunur. 11.İddianın ikinci hissəsi ilə bağlı, Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2531 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla eyni ünvanda, eyni obyektdə Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş və “Əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Aktla (xx.xx.2022-ci il DVX № 016576) rəsmiləş dirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il saat 18:55-də 1 ədəd lülə kabab sifariş verilmiş və ödənilmiş 7 AZN dəyərində NKA çeki vurulmamış və həmçinin aşkar olunmuşdur ki, iddiaçının NKA-nın nasaz vəziyyətdədir. Nasazlıq səbəbi isə, xx.xx.2022-ci ildən lisenziyanın bitməsi ilə əlaqədardır və bu səbəbdən həmin çekin bərpa edilməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin 11.05..2023-cü il tarixli, 2-1(112)-4840/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********4467 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barəd ə” qərarı ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bir nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə qəbul edilmiş, iddiaçının mübahisələndirdiyi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4467 nömrəli qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir.

14. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4467 nömrəli qərarda təsvir edilən pozuntunun aşkar edilməsi haqqında akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir, belə olan halda həmin aktda təsvir edilən pozuntuya görə iddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması haqqında qərar xx.xx.2022-ci ilə qədər qəbul oluna bilərdi, lakin cavabdeh pozuntunun aşkar edildiyi xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra 40 gün keçdikdən sonra iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərarı qəbul etmişdir.

15. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********4467 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsində göstərilən tələblərə riayət edilmədən, müəyyən edilmiş müddət başa çatdıqdan sonra qəbul edildiyi üçün ləğv edilməlidir.

16. İddiaçının mübahisələndirdiyi digər qərara gəldikdə isə işin faktiki hallarına əsasən iddiaçı göstərilmiş xidmətin əvəzində ödənilmiş məbləğlə bağlı nəzarət-kassa aparatından istifadə etməmişdir, bu barədə 016576 nömrəli xx.xx.2022-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir, həmin akt iddiaçı tərəfindən qeyd-şərtsiz imzalanmışdır, aktda göstərilənlərin həqiqət uyğun olmadığı barədə iddiaçı tərəfindən aktda qeydiyyat aparılmamışdır, habelə işd ə olan sənədlərdən göründüyü kimi obyektdə istifadə edilən nəzarət-kassa aparatın lisenziya müddəti xx.xx.2022-ci ildə başa çatmışdır, iddiaçı aktda göstərilənlərin həqiqət olmadığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, odur ki, məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6006 nömrəli qərarının ləğv edilməsi üçün əsasların olması məhkəmə araşdırılması zamanı müəyyən etməmişdir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixl i, 21(103)-2942/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-4840/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, vergi orqanı yoxlama zamanı obyektdə işləyən 3 nəfərdən 1 nəfərin - X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı operativ vergi nəzarətinə dair xx.xx.2022-ci il tarixdə akt tərtib etmiş, akt yalnız vergi orqanının əməkdaşları tərəfindən imzalanmışdır. Müqavilə bağlamadan işə cəlb edildiyi iddia edilən şəxsin izahatı alınmamış, vergi orqanı tərtib etdiyi aktda vergi ödəyicinin izahat verməkdən imtina etdiyini qeyd etmişdir. Vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini a şkar etdiyi şəxsin həmin obyektdə konkret hansı işlə məşğul olması, həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas, yaxud əlavə iş yeri olması kimi məsələləri araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. Məhz akt tərtib edilən tarixdə həmin şəxsin qeyd olunan obyektdə işləməsi faktı hər hansı sübutla öz təsdiqini tapmır. Bundan əlavə, cavabdehin həmin obyektdə Vergi Məcəlləsinin 41-ci maddəsi ilə nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkiliş üçün qanunla verilmiş səlahiyyətindən istifadə etmək imkanı mövcud olsa da hazırkı iş üzrə vergi orqanı operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkilişin nəticələrini məhkəməyə təqdim etməmiş dir.

20. Göründüyü kimi, cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən həmin 1 nəfər şəxsin izahatı alınmamış, bu şəxsə münasibətdə qeyd olunan halların mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi icraat materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imza və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvv əyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. 21.Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində iddia tələbinə qarşı etirazın dəlillər sadalanmış, əlavə olaraq aşağıdakılar qeyd edilmişdir.

23. Məhkəmə cavabdehin apellyasiya şikayətinin təmin olunmama əsası kimi yeganə olaraq aşağıdakı dəlili irəli sürmüşdür. Müqavilə bağlamadan işə cəlb edildiyi iddia edilən şəxsin izahatı alınmamış, vergi orqanı tərtib etdiyi aktda v ergi ödəyicisinin izahat verməkdən imtina etdiyini qeyd etmişdir. Vergi orqanı həmin şəxsin hansı işlə məşğul olması, həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas və ya əlavə iş yerinin olubolmaması məsələlərini araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. Akt tərtib edilən vaxtı, həmin şəxsin qeyd olunan obyektdə işləməsi faktı hər hansı sübutla öz təsdiqini tapmır. Bundan əlavə, cavabdeh VM 41-ci maddəsi ilə nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə operativ vergi nəzarəti ilə bağlı foto və ya video çəkiliş üçün qanunla verilmiş səlahiyyətindən istifadə etmək imkanı mövcud olsa da, hazırkı iş üzrə vergi orqanı operativ vergi nəzarəti ilə bağlı foto və video çəkilişin nəticələrini məhkəməyə təqdim e tməmişdir.

24. Məhkəmənin qeyd etdikləri bağlı bildirilir ki, izahat verməkdən iddiaçı imtina etmişdir və video çəkilişin aparılmasına özü tərəfindən razılıq verilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, X1 həmin şəxslə ümumiyyətlə tanışlığı yoxdur və həmin gün iş görüşməsi üçün kafedə olmuşdur. Nəzərə almaq lazımdır ki, iş görüşməsinə gələn şəxsin iş başında xidmət göstərməsi məntiqə uyğun deyildir. Belə ki, həmin şəxs iş başında aşkarlanmış və vergi orqanı işçilərinə restoranda xidmət göstərmişdir və 070 *** ** ** nömrənin məxsus olduğu Ozan adlı müsahibi həmin şəxslə müqavilənin olmamasını etiraf etmişdir. Bakı İnzibati Məhkəməsində və apellyasiya icraatı zamanı isə iddiaçı iddia ərizəsindən fərqli olaraq, həmin şəxsin orada əvvəllər işlədiyini, lakin orada təmizlik əşyalarının qaldığını və onları aparmaq üçün orada olduğunu və həmin vaxtı vergi işçilərinin onu əmək müqaviləsi olmayan işçi kimi rəsmiləşdirdiklərini bildirmişdir. Görüldüyü kimi, iddiaçının iddia ərizəsində göstərdikləri və məhkəmə verdiyi izahatlar arasında fərqlər var məhkəmələrin heç biri cavabdehin təkidlərinə baxmayaraq həmin nüansları nəzərə almamışdır.

25. Əlavə olaraq, hər iki instansiya məhkəmələrinə təqdim olunmuş “elektron əmək müqaviləsinə dair” Bildirişlərdə işçinin Məmmədova Rəna operativ vergi yoxlamasının keçirildiyi saatdan bir neçə saat sonra işə götürüldüyü müəyyən olunur. Əgər, həmin xanım oradan olan əşyalarını götürmək üçün orda idisə və ya iş görüşməsi üçün kafedə olmuşdursa, niyə məhz operativ vergi yoxlamasından sonra həmin şəxslə əmək müqaviləsi bağlanmışdır ? Bu belə idis ə, həmin vaxtı iddiaçı və Rəna xanım niyə izahat verməkdən imtina etmişdirlər? Yuxarıdakı sualları aydınlaşdırmadan məhkəmə ədalətsiz, əsassız və qanunsuz qərar qəbul etmişdir.

26. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı normalar Vergi Məcəlləsinin 50-ci maddəsində təsbit edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinin tələbinə görə operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Başqa sözlə, operativ vergi nəzarəti zamanı münasibətləri Vergi Məcəlləsinin 50-ci maddəsi ilə yanaşı, 39-43-cü və 46-49-cu maddələri də tənzimləyir. Foto və video çəkilişin aparılmasını nəzərdə tutan 41.1-ci maddə Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələri ilə kompleks şəkildə qiymətləndirilməlidir.

27. Vergi Məcəlləsinin 48-ci maddəsində tərtib edilən protokola dair ümumi tələblərdə foto və video çəkilişin aparılması tələblər siyahısında nəzərdə tutulmadığından səyyar vergi yoxlamaları və OVN zamanı icra olunan hərəkətlər əsasən protokol və aktlarla rəsmiləşdirilir, yalnız zərurət olduqda bu hərəkətlərlə bağlı foto və video çəkiliş aparılır.

28. Eyni zamanda, sözügedən normanın (41-ci maddə) məzmunundan da göründüyü kimi foto və ya video çəkilişdən istifadə olunması imperativ tələb kimi nəzərdə tutulmamışdır. Vergi orqanları baxış zamanı aşkar olunmuş pozuntu hallarının qeydə alınması zamanı foto və video çəkilişdən istifadəni həyata keçirməkdə səlahiyyətlidir.

29. Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəql iyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.

30. Qeyd edilənlərə əsasən vergi nəzarəti tədbirləri zamanı video çəkilişlərin edilməsi əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış həyata keçirilən zaman tətbiq e dilir.

31. Belə ki, nə Vergi Məcəlləsində, nə də ki "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır.

32. Odur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən bildiri lən bu dəlil də tamamilə əsassız və qanunsuz olmaqla, maddi hüquq normalarının yanlış şərh edilməsidir.

33. Yuxarıda qeyd olunanları nəzərə almadan məhkəmə əsassız və qanuna zidd şəkildə qərar qəbul etməklə işin faktiki hallarına qiymət vermədən, sadəcə iddiaçının göstərdiklərini nəzərə almaqla, təktərəfli şəkildə qərar qəbul etmiş və ədaləti məhkəmə baxışı prinsipini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 35.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyası nın müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli v ə şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir.

37. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla e ynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, şikayətin təmin oluna bilməməsi, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanunsuz olmasından və iddiaçının hüquqlarını pozmasından irəli gəlir (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddə si) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. 41. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

42. Həmin Qanunun 61-ci maddəsinin müddəalarının tələbinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1.) Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2.). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (61.4.).

43. Eyni ilə Vergi Məcəlləsinin 49.2- ci maddəsinin tələbinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.

44. Mübahisələndirilən qərarda cavabdehin əsaslandığı faktiki halları təsdiq edən sübutlar göstərilməmiş, buradan, həmin qərar icraat zamanı tədqiq olunm uş faktlar və sübutlarla əsaslandırılmamışdır.

45. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

46. Hazırkı işdə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan xüsusilə maraqlı şəxs üçün əlverişsiz inzibati akt qəbul edərkən əsaslı şübhələrdən azad sübutlara əsaslanmalıdır.

48. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, vergi yoxlaması zamanı obyektdə işləyən 3 nəfərdən 1 nəfərin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı operativ vergi nəzarətinə dair akt tərtib edi lsə də, yalnız vergi yoxlamasını keçirən şəxslər tərəfindən imzalanmış həmin aktda göstərilən tarixdə həmin şəxsin qeyd olunan obyektdə işləməsi faktı hər hansı sübutla öz təsdiqini tapmır. Bundan əlavə, cavabdehin həmin obyektdə Vergi Məcəlləsinin 41-ci maddəsi ilə nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkiliş üçün qanunla verilmiş səlahiyyətindən istifadə etmək imkanı mövcud olsa da, hazırkı iş üzrə vergi orqanı operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkilişin nəticələrini məhkəməyə təqdim etməmişdir.

49. Cavabdeh şikayətində qeyd edir ki, “...izahat verməkdən iddiaçı imtina etmişdir və video çəkilişin aparılmasına özü tərəfindən razılıq verilməmişdir...sözügedən nor manın (41-ci maddə) məzmunundan da göründüyü kimi foto və ya video çəkilişdən istifadə olunması imperativ tələb kimi nəzərdə tutulmamışdır. Vergi orqanları baxış zamanı aşkar olunmuş pozuntu hallarının qeydə alınması zamanı foto və video çəkilişdən istifadəni həyata keçirməkdə səlahiyyətlidir.”.

50. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, inzibati orqan nəzərə almalıdır ki, inzibati orqanların normativ aktlarda təsbit olunmuş səlahiyyətləri onların mütləq hüquqları kimi deyil, vəzifəsi kimi rəhbər tutulmalıdır və inzibati orqanlar həmin vəzifələrin (səlahiyyətlərin) icrasından özbaşına (bunun üçün qanuni əsaslar olmadan) imtina edə bilməzlər.

51. Hazırkı halda, operativ vergi nəzarəti tədbirl ərinin keçirilməsi ilə əlaqədar “Baxış protokolu”nun tərtibi əsaslarını və qaydalarını müəyyən edən Vergi Məcəlləsinin 41-ci maddəsinin müddəalarının tələbinə görə, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur (41.1). Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsa sında açıqlana bilər (41.2).

52. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə, həm də ilk növbədə inzibati icraat çərçivəsində istifadə edilməsi üçün foto və (və ya) video çəkilişdən istifadə olunduğu qanun normasında aşkar olaraq təsbit edilmişdir. Vergi orqanının həmin səlahiyyətdən hər hansı səbəbdən istifadə etməməsi onu vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarını sübut etmək öhdəliyindən azad etmir.

53. Cavabdehin şikayətində video çəkilişin aparılmasına iddiaçı tərəfindən razılıq verilmədiyinə dair dəlil də əsassızdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi inzibati icraat materiallarında vergi ödəyicisi İddiaçı iltizamı vardır. Həmin iltizamda o, operativ vergi nəzarəti zamanı foto və video çəkilişlərin aparılmasına etiraz etmədiyini bəyan etmişdir.

54. Cavabdehin vergi yoxlaması çərçivəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli digər aktda isə onun tərtib edildiyi tarixdən sonrakı - xx.xx.2022-ci il tarixdə baş verdiyi qeyd olunan fakta istinad edildiyindən, bununla da, mübahisələndirilən inzibati akt mötəbər sübutlara əsaslanmadığından, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdehin sübut edə bilmədiyinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.

55. Beləliklə, İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.

56. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

57. Yuxarıda göst ərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2942/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar