Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1363/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmətdən buraxıldıqdan sonra yaşa görə əmək pensiyası təyin edilmiş və təkrarən hərbi xidmətə çağırılmış keçmiş hərbi qulluqçunun əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X4 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin vəkili (nümayəndəsi) X5 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin X1rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 yanvar tarixli 2-1(103)-339/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Müdafiə Nazirliyinin 2018-ci il 29 avqust tarixli yeni məlumat vərəqəsi əsasında onun əmək pensiyasının 2014-cü il 6 avqust tarixdən 2018-ci il 18 aprel tarixədək yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 29 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İdarəyə daxil olmuş məlumat vərəqəsində iddiaçının ümumi xidmət illəri 25 il 02 ay 08 gün olmaqla ona 2009-c u il 30 yanvar tarixindən hərbi qulluqçu kimi yaşa görə 414,16 manat əmək pensiyası təyin olunub. Sözügedən orqan tərəfindən daxil olmuş 2018-ci il 29 avqust tarixli Ze-59841 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İddiaçı 2019-cu il 14 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2019-cu il 29 aprel tarixli **********6 saylı cavabının qeyri-hüquqi hesab edilməsi, Müdafiə Nazirliyinin 2018-ci il 29 avqust tarixli, Ze-59841 nömrəli yeni məlumat vərəqəsi əsasında onun əmək pensiyasının 2014-cü il 6 avqust tarixdən 2018-ci il 18 aprel tarixədək yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1986-cı il 28 iyun tarixdən 1988-ci il 6 iyun tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, 1992-ci il 1 oktyabr tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirinin 0451 nömrəli, 2008-ci il 4 dekabr tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin Təlim və X9 fənlər kafedrasının kütləvi qırğın silahlarından mühafizə silsiləsinin baş müəllimi – kimya xidmətinin rəisi vəz ifəsindən “mayor” hərbi rütbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq, Təlim və Tədris Mərkəzi rəisinin 29 nömrəli, 2009-cu il 29 yanvar tarixli əmri ilə həmin tarixdən Mərkəzin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli, 2007-ci il 27 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na müvafiq olaraq Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş 2009-cu il 17 fevral tarixli “Məlumat vərəqəsi” cavabdehə göndərilmişdir. İddiaçının 2014cü il 6 avqust tarixdən 2018-ci il 4 iyul tarixədək təkrarən həqiqi hərbi xidmətdə olmağına dair məlumatlar d a nəzərə alınmaqla Müdafiə Nazirliyi tərəfindən yenidən tərtib edilmiş 2018-ci il 29 avqust tarixli “Məlumat vərəqəsi” təkrarən cavabdehə göndərilmişdir. Lakin 2008-ci il 4 dekabr tarixdən 2014-cü il 6 avqust tarixədək ehtiyatda olduğu müddət iddiaçının ümumi xidmət illərinə əlavə edilməmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 26-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçular bilavasitə məhkəmələrin qərarları ilə əvvəlki xidmət yerlərinə bərpa edildiyi halda onların həqiqi hərbi xidmətdən qanunsuz buraxıldıqları gündən hərbi xidmətə bərpa olunanadək keçən vaxt xidmət müddətlərinə daxil edilir. Onun həqiqi hərbi xidmətə təkrarən çağırılmağı məhkəmə qərarı əsasında deyil, məhz Müdafiə Nazirinin əmri ilə həyata keçirilmişdir. Bununla əlaqədar Müdafiə Nazirliyi tərəfind ən iddiaçıya pensiyanın yenidən hesablanması məsələsi ilə bağlı olaraq aidiyyətı üzrə cavabdehə müraciət etmək tövsiyə edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 iyul tarixli 2-1(82)-2162/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 avqust tarixli 2-1(81)3565/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət X10 Hərbi Qulluqçular və X8 İş İdarəsi Dövlət X13 X6 İdarəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli 2-1(81)3565/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdarda şamil edilir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 yanvar tarixli 21(103)-339/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1, 9.6, 37.3.1-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 68.2, 82-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayə tinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada) 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maa şından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 37.3, 37.3.1-ci maddələrinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün gözl ənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Normaların əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdə n buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (İşləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. İddiaçının iddia ərizəsində və şikayətində o nun 2014-cü ildə yenidən hərbi xidmətə “bərpa olunduğuna” dair dəlili də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, işin materiallarından, o cümlədən, Müdafiə Nazirliyinin iddiaçıya ünvanlanan 2019-cu il 19 mart tarixli 12/914 nömrəli məktubundan göründüyü kimi iddiaçı 2014-cü il 6 avqust tarixdən hərbi xidmətə bərpa olunmamış, həmin tarixli 056 nömrəli əmrlə təkrarən hərbi xidmətə çağırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 yanvar tarixli 21(103)-339/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1363/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1363/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver