Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1363/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni məlumat vərəqinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, vəkili X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili X3 iştirakı ilə, İddiaçı (bunda n sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, bundan sonra üçüncü şəxs) “əmək pensiyası məbləğinin vəzifə maaşına, büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavənin 60 faiz məbləğində artımlar barəsində müvafiq məlumat vərəqəsinin üçüncü şəxsə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə iddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-382/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx. xxx-cı ildə anadan olmuş, 01.09.1983-cü ildə M.P.Bagirov adına üzümçülük sovxozuna fəhlə təyin edilmiş, 02.11.1984-cü ildə ordu sıralarına getdiyi üçün işdən azad edilmişdir. 02.02.1987-ci ildən 28.08.1987-ci ilə qədər zavodda fəhlə işləmiş, 27.08.1987-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş, 28.07.1992-ci ildə oranı bitirmişdir. 18.01.1993-cü ildən 01.07.2015-ci ilə qədər Samur gömrük postunda müxtəlif vəzifələrdə işləmiş və 01.07.2015-ci ildə xidmət illərinə görə vəzifəsindən azad edilmişdir.
2. İddiaçıya aid pensiya işinə əsasən cavabdeh tərəfindən 21.07.2015-ci il tarixli məktubla iddiaçı barəsində tərtib edilmiş “Məlumat vərəqəsi” DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilmiş, Depart ament tərəfindən 05.08.2015-ci il tarixli qərarla iddiaçıya 01.07.2015-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin olunmuşdur.
3. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-ci il tarixli 1207 saylı Fərmanına, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna və onun 22 təqvim ilindən artıq xidmət edərək yaşa görə pensiya hüququ qazandığı üçün qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunun 26.3-cü, 32.1-1-ci maddələrinə uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən büdcədənkənar ödənişlərin (hazırda 60 faiz) və digər əlavələrin təminat xərcliyinə (pul təminatına) hesablamaqla yeni məlumat vərəqəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət etmiş, müraciətinə cavab olaraq b ildirilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi DSMF-nin səlahiyyətlərinə aid olunduğundan həmin idarəyə müraciət etməsi məqsədəmüvafiq hesab edilir.
4. İddiaçı DSMF-yə müraciət etmiş, müraciətinə cavab olaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsu si Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Göründüyü kimi, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması üçün təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumatlar sonuncu xidmət keçdiyi orqandan İdarəyə daxil olmalıdır. Qeyd olunanlara əsasən ərizədə qeyd edilən büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitə görə vəzifə maaşına əlavənin yenidən hesablanması məsələsinə sonuncu xidmət keçdiyi orqandan İdarəyə məlumatlar daxil olduqdan sonra baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraa t
5. İddiaçı 16 iyun 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək pensiyası məbləğinin vəzifə maaşına, büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavənin 60 faiz məbləğində artımlar barəsində müvafiq məlumat vərəqəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 yanvar 1993-cü ildə cavabdehdə işə qəbul edilmiş, 1 iyul 2015-ci ildə Xaçmaz Gömrük İdarəsinin (indiki Şimal Ərazi Baş Gömrük İdarəsi) Təhqiqat Bölməsinin rəisi vəzifəsindən pensiya hüququ ilə vəzifəsindən azad olunmuşdur. Onun xüsusi rütbəsi olmaqla, 22 təqvim ilindən artıq iş stajı vardır. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 №-li Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi (sonradan 29 fevral 2016-cı il tarixli, 810 №-li Fərmanla 01 mart 2016-cı il tarixdən 50 faizi və 24 yanvar 2017- ci il tarixli, 1207 №-li Fərmanla 01 fevral 2017-ci il tarixdən etibarən isə 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına uyğun ödənilən əlavələr və digər əlavələr kimi daxil edilmişdir. Onun pensiya təyinatı üçün məlumat vərəqi DGK-dan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim olunarkən vəzifə maaşına artırılan büdcədənkənar fondundan əmək haqqına tətbiq olunan əlavə artımlar nəzərə alınmadan, yəni 25 faiz hesablanmışdır. Hazırda qeyd olunan əlavə 60 faiz nəzərdə tutulduğundan əmək pensiyası hesablanarkən bu məbləğ əsas götürülməlidir. Lakin onun üçün bu məbləğ hesablanmamışdır. Ona görə də əhəmiyyətli dərəcədə az pensiya alır. Onun “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə komitə sədrinin müvafiq əmrinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin cavabı əsassızdır.
7. Cavabdeh iddiaya dair etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.06.2018-ci il tarix li 100/123 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında” Təlimat ləğv edilmiş və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” təsdiq edilmişdir. Cavabdehin 07.06.2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Təlimat”ın 1.4-cü bəndinə və bu Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə uyğun olaraq təminat xərcliyinə daxil edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.06.2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Təlimat”a əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın, yəni Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə 50 faizinin və 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə isə 60 faizinin sabiq əməkdaş iddiaçının təminat xərcliyinə daxil edilməsi qeyrimümkündür. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı təqaüdə çıxarkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin 29.02.20 16-cı il tarixli 810 nömrəli və 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xidmətinə xitam verilmiş və təminat xərcliyinə daxil olan nəzərdə tutulmuş (müvafiq olaraq 50 faiz və 60 faiz) vəzifə maaşına yuxarıda qeyd olunan sonrakı artımları xidmətdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülməmişdir. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Qanunun 29,3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı (“Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən həyata keçirilir. Göründüyü kimi iddiaçının xidmətinə Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tar ixli 810 nömrəli və 24 01.2017ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xitam verildiyindən, o, pensiyaya çıxdığı gün həmin Fərmanlarla müəyyən edilmiş (müvafiq olaraq 50 faiz və 60 faiz) əlavələri almadığından onun pensiyasının qeyd edilən fərmanlara əsasən yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsi mümkün deyildir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-5084/2020 saylı iş) 15 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı gömrük orqanlarında xidmətdən ehtiyata 01.07.2015-ci il tarixdən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzi nə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır.
10. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X13-məruzəçi, X4 və X7, 2-1(103)-382/2021 saylı iş) 15 mart 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiyası məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. İddiaçı 1 may 2021-ci il tarixdə qərarın surətini almış, 31 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) kasasiya şikayətinin dəlilləri 13. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli, 388 saylı Fərmanının 1-ci, ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə verilməyə başlanılan vəsaitin aylıq vəzifə maaşına əlavələrin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli, 437 saylı qərarı ilə təsdiq edil miş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda həmin vəsaitdən aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə edildiyi göstərilmişdir, yəni, qeyd olunan vəsait məhz aylıq vəzifə maaşlarına əlavə kimi ödənilir.
15. İddiaçı kasasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26cı, 60-cı, 71-ci, Əmək Məcəlləsinin 157-ci, 177-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci, 1.0.5-ci (1.0.5-ci maddəsinin 01.01.2019-cu ilədək qüvvədə olmuş redaksiyası), “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli, 135 №-li qərarı ilə təsdiq edilmiş “Təminat xərclərinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatla rın təqdim olunması” Qaydalarının 3-cü bəndinə istinad edərək qeyd etmişdir ki, vətəndaşın əsas hüquqlarından birinin məhdudlaşdırılması yolverilməzdir. Ona görə də, təminat xərcliyinə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin müəyyən faizi (hazırda 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanıldığı üçün əməkdaşların aylıq vəzifə maaşlarına həmin əlavələri təminat xərcliyinə (pul təminatına) yenidən hesablamaqla barələrində yeni məlumat vərəqəsi cavabdeh tərəfindən üçüncü şəxsə göndərilməlidir. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apelyasiya i nstansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmə k pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; (-); 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (1 yanvar 2019-cu il tarixə qədər olan redaksiya); 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (1 yanvar 2019-cu ildən sonrakı redaksiya); 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq p ayı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (26 may 2019-cu ildən sonrakı redaksiya); (-). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu hüququn qüvvəyə mindiyi günsən tez olmamaqla ömürlük təyin edilir (1 iyul 2017-ci il tarixə qədər olan redaksiya). 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiya nın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiya).
21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı: (-)
1. Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun. (-). 29 fevral 2016-cı il tarixli 810 nömrəli Az ərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, İİ kitab, maddə 274) ilə 1-ci hissədə “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilmişdir. 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 yanvar 2017-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1, maddə 54) ilə 1-ci hissədə “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir.
22. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-840/2021 saylı 19 may 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadına istinad edərək büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin (60 faiz məbləğin) təminat xərcliyinə (pul təminatına) əlavə edilməsi barədə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə qədər cavabdehə müraciət olmadığından həmin əlavələrin pensiyanın yenidən hesablanmasının mümkün olmadığını bildirmişdir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Mə hkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. İddiaçı nın kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
27. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-ci il tarixli Fərmanına uyğun olaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin tərtib edilib üçüncü şəxsə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
28. Məhkəmə kollegiyası hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixdə qəbul etdiyi 03/2020 saylı qərardadına istinad etməyi zəruri hesab edir. 29. 8 oktyabr 2020-ci il tarixli qərardadda inzibati kollegiya vurğulamışdır ki, “Əmək pensiyaları haqında” Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı g ündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya mə bləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır (75-ci bənd).
30. Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 1 iyul 2017-ci il tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir (76-cı bənd).
31. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən m əqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (81-ci bənd).
32. Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır (82-ci bənd).
33. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən b ir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur (84-cü bənd).
34. Dəyişikliyin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, yeni tənzimləmə əmək pensiyalarının onu almaq hüququnun yarandığı gündən (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla) təyin ediləcəyi ilə bağlı mövcud qaydaya toxunmamışdır. Buna görə, pensiyalar yenə də hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. Dəyişiklik onunla bağlı olmuşdur ki, artıq əvvəlki qaydadan fərqli olaraq keçmiş dövr üçün təyin edilmiş pensiyalar müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər (90-cı bənd).
35. Kollegiya dəyişikliyin mahiyyətini təhlil edərək belə qənaətə gəlir ki, ke çmiş dövr üçün alınmamış pensiyaların ödənilməsinin müəyyən edilmiş yeni qaydası şəxsə münasibətdə əvvəlki qaydadan əhəmiyyətli dərəcədə fərqlənən nəticələr (mülkiyyət hüququ təşkil edən alınacaq məbləğlərin həcminin azalması ilə bağlı) doğurur. Əmək pensiyası ilə bağlı alınacaq məbləğin bu qaydada azaldılması şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi nəticəsində baş verdiyindən, bu hal, həmin şəxslərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Buna görə də, sözügedən yeni normanın qanunun qüvvəyə minməsindən əvvəl hüquq əldə etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi həmin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edəcək və müvafiq olaraq yeni tənzimləmənin geriyə şamil edilməsinə səbəb olacaqdır. Beləliklə, aydınlaşdırılmalı ola n məsələ ondan ibarətdir ki, inzibati hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi yol veriləndirmi, yaxud hansı hallarda və şərtlərdə yol verilən hesab oluna bilər? (91-ci bənd)
36. Kollegiya yuxarıda qeyd edilənləri, xüsusən də Avropa Məhkəməsinin presedent hüququnda Konvensiya üzrə razılığa gələn dövlətlərin əmək pensiyası təminat sistemini məqsədəuyğun hesab etdikləri qaydada, o cümlədən bu sahədə mövcud qanunvericiliyə dəyişikliklər etmək və qüvvədə olan qanunvericilikdən irəli gələn əmək pensiyası hüququnu yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüquqlarının olduğunun qəbul edildiyini nəzərə almaqla hesab edir ki, müəyyən hədlərə və şərtlərə ciddi riayət etməklə sosial təminat hüququ sahəsində yeni tənziml əmələrin geriyə şamil edilməsi yol verilən hesab edilə bilər (96-cı bənd).
37. Bununla bağlı olaraq kollegiya həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarındakı hüquqi mövqe ilə bağlı məsələyə münasibət bildirilməsini də zəruri hesab edir (bax: 24-26-cı bəndlər). İlk növbədə qeyd edilməlidir ki, həmin qərar və oradakı hüquqi mövqe qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun norması ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi həmin qanuna münasibətdə və təqribən 20 il bundan öncə mövcud olmuş şərtlər çərçivəsində ifadə olunmuşdu. Həmin qərardan sonra ölkəmizin inkişafı və həyata keçirilmiş köklü islahatlara uyğun olaraq ictimai münasibətlər və pensiya sistemi çoxsaylı dəyişikliklərə məruz qalmışdır. Belə ki, ötən dövr ərzində çoxsaylı yeni hallar və çağırışlar ortaya çıxmış, müvafiq olaraq onlara münasibətdə də yeni hüquqi yanaşmalar yaranmışdır. Təsadüfi deyildir ki, həmin qərardan sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün sosial təminat hüququ ilə bağlı müxtəlif məsələlərə münasibət bildirdiyi bir çox qərarlarında qanunvericinin bu sahədə geniş mülahizə səlahiyyətinə malik olduğunu qəbul etmiş, lakin həm də bu mülahizə sərbəstliyinin müəyyən məhdudiyyətlərə tabe olduğunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin zaman içərisində bu sahədə formalaşdırdığı hüquqi mövqelərinə görə tənzimləmələr Konsti tusiyada təsbit olunmuş bərabərlik hüququna, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun olmalı, ədalətlilik, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinin tələblərinə cavab verməli, eləcə də eyni kateqoriyaya aid olan şəxslərin hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə təminat verməklə ayrı-seçkiliyə rəvac verməyəcək qaydada həyata keçirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin ümumiyyətlə yolverilməz olduğu ilə bağlı qəti hüquqi mövqe də ifadə etməmişdir (bax 61-65-ci bəndlər) (97-ci bənd).
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadı ilə inzibati kollegiya belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
39. Hazırkı işin mübahisə olunmayan hallarına görə iddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona 19.12.2014-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən onun pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezide ntinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir.
40. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı tətbiq edilməklə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi nəzərə alınmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxsə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan redaksiyasında qeyd edilirdi ki, təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət i llərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir.
41. Bu normaya 30 noyabr 2018-ci il tarixli Qanunla “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmiş və bu əlavə 26 dekabr 2018-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir.
42. Əlavə edilmiş normanın tələbinə görə təminat xərcliyinə (pul təminatına) büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilmir.
43. İddiaçı büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin (60 faiz məbləğin) təminat xərcliyinə (pul təminatına) əlavə edilməsini xahiş etmiş dir.
44. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanına 29 fevral 2016-cı il tarixdə və 24 yanvar 2017-ci il tarixdə dəyişiklik edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə isə dəyişiklik isə daha sonrakı vaxtda-30 noyabr 2018-ci il tarixdə edilmiş, 26 dekabr 2018-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə qədər cavabdehə müraciət etməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir.
45. Məhkəmə kollegiyası Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 o ktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadın işığında hazırkı mübahisə ilə bağlı hüquqi qiymətləndirmə apararaq bildirir ki, yeni tənzimləməni nəzərdə tutan qanun 30 noyabr 2018-ci il tarixdə qəbul edilmiş, 26 dekabr 2018-ci il tarixdə mətbuatda dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmə hüququ Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı (1 mart 2016-cı il tarixdə dərc edilmişdir) və Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı (25 yanvar 2017-ci il tarixdə dərc edilmişdir) əsasında yaranmış iddiaçının hüququnun həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. İddiaçı qanunun qü vvəyə mindiyi günədək müraciət etməklə özünün hüququnun Prezident fərmanlarının müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdi. Məhz buna görə də, məhkəmə kollegiyası hesab edir ki, yeni tənzimləmənin iddiaçının hüququna təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Lakin iddiaçı 4 dekabr 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərkən ona verilən imkanı itirmişdir.
46. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi 8 oktyabr 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi oxşar xarakterli hazırkı məsələyə baxarkən, 8 oktyabr 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.
47. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır.
48. Mübahisə edilən apelyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan məhkəmə kollegiyası şikayəti təmin etmək üçün əsas görmür.
49. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-382/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.