Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1363/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (adi cəlbetmə qaydas ında cəlb edilmiş üçüncü şəxs "xxxx" firması və zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs "xxxx" ASC) “cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-1743/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri S.Vurğun küçəsində 0,19426 ha torpaq sahəsi ndə yerləşən 120 nömrəli binada 1627,3 kv metr ümumi, 374,4 kv metr əsas, 1252,9 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13 mart 2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" firmasının adına qeydə alınmışdır.
2. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 327 nömrəli 09 iyul 2008-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda 0,2704 ha torpaq sahəsi 16 iyun 2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmış dır.
4. Cavabdeh tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən hüquq sahibi "xxxx" firmasının adına qabaqcadan qeydiyyat kimi 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvandakı daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ 24 dekabr 2010-cu ildə qabaqcadan qeydiyyata alınmışdır.
5. ƏSR/13-12 nömrəli, 13 dekabr 2010-cu il tarixli müqavilə və ƏSR/13-10 nömrəli 13 dekabr 2010-cu il tarixli arayışlara əsasən iddiaçı ünvan 3 ünvanda binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m olan 13 №-li mağazanı almışdır.
6. İddiaçı 10 avqust 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək “Hüquqların q abaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) ləğv edilməsini xahiş etmiş, müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 29 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Firması arasında 13 dekabr 2010cu il tarixli ƏSR/13- 10 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən iddiaçı ünvan 4 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir. Sonradan cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyriyaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) verilmişdir. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası və 0.2704 ha torpaq sahəsi ASC “Xalq” Bankının xey rinə 09 iyul 2015-ci il tarixində yüklü edilmişdir. İddiaçı hesab edir ki, Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın Dövlət reyestrindən arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Belə ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün ərizə (hüquqi şəxsin ərizəsi rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), dövlət rüsumunun ödənilməsi haqqında sənəd, plan-cizgi, tikintiyə icazə sənədləri tələb olunur ki, həmin sənədlər qeydiyyat aparılan zaman mövcud olmamışdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu barədə iddiaçıya 16 sentyabr 2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 5i-yaşayış binasına dair Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, 09 iyul 2008-ci il tarixli sərəncam və müvafiq torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış - hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarəyə ünvanladığı (Mərkəzi bankda ipotekada qalmaq şərtilə həmin torpaq üzərində yerləşən tikilinin qabaqcadan qeydiyyatına etiraz edilməməsi barədə) 15 dekabr 2010-cu il tarixli mək tubu nəzərə alınmaqla, Mars-M firmasının adına ********** qeydiyyat nömrəli 24 dekabr 2010-cu il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Daha sonra sözügedən qeyri-yaşayış binasına dair 26 dekabr 2019-cu il tarixli, 67/01 nömrəli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolu əsasında ASC "xxxx"-ın adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Həmçinin, sözügedən əmlakla bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1247/2019 saylı bildirişləri İdarəyə daxil olmuş, lakin müvafiq məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianı n təmin edilməməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 24 fevral 2022-ci il tarixli, 21(112)-2808/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın rədd etməsini onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş arxiv qovluğunda "xxxx" firmasının hüquqlarının qabaqcadan qeydiyyatı üçün təqdim edilmiş sənədlər sırasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsində sadalanan sənədlər mövcuddur. İddiaçının ləğv edilməsini tələb etdiyi arayışın verilməsi üçün hüquq sahibi kimi qeyd edilmiş "xxxx" firması tərəfindən ərizə ilə cavabdehə müraciət edilmişdir, həmin ərizə hüquqi şəxsin blankında yazılmış və "xxxx" firmasının möhürü ilə təsdiq edilmişdir, belə bir ərizənin mütləq qaydada çap edilmiş şəkildə olması qanunvericilikdə nəzərdə tutulmamışdır, hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas – torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış, habelə tikintiyə icazə verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 9 iyul 2008-ci il tarixli, 327 nömrəli sərəncamı hüququn qabaqcadan qeydiyyatı zamanı tikintiyə icazə sənədi kimi təqdim edilmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) 12 may 2022-ci il tarixli, 21(103)-1743/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-2808/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətin dəlillərinə görə, qərarda işin halları, iddiaçının arqumentləri, hətta qabaqcadan qeydiyyatın əsası olmuş sənədlərin mövcudluğu araşdırılmamışdır. 1
6. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş arxiv qovluğunda "xxxx" firmasının hüquqlarının qabaqcadan qeydiyyatı üçün təqdim edilmiş sənədlər sırasında plan-cizgi adlı sənəd yoxdur.
17. Qovluqda 25 dekabr 2010-cu il tarixli ödəniş qəbzinin surəti var. Halbuki daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, qeydiyyat nömrəsi ********** olan qabaqcadan qeydiyyatın tarixi 24 dekabr 2010-cu ildir. Yəni qeydiyyat dövlət rüsumu ödənilmədən aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində isə deyilir: “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülü yünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.” Yəni qeydiyyat anında hüquq əmələ gəlirsə, dövlət rüsumu hansı əsasla ondan sonra ödənilib. 18. “Memarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən “tikintiyə icazə memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi”dir.
19. Memarlıq layihəsinin qabaqcadan təsdiqi barədə heç bir məlumat yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin t əqdim edilməsi 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd..... Maddə
17. Qabaqcadan qeydiyyat 17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. 17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mə nzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. 17.3. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. 17.4. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri- yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. 17.5. Bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat” Bənd 1.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə). Bənd 1.4. Bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə).
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessu al hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məh kəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş arxiv qovluğunda "xxxx" firmasının hüquqlarının qabaqcadan qeydiyyatı üçün təqdim edilmiş sənədlər sırasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsində sadalanan sənədlər tam deyil.
30. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı daşınmaz əmlak üzərində hüququn "xxxx" firmasının adına qabaqcadan qeydə alınması barədə c avabdeh tərəfindən verilmiş arayışın ləğvinə nail olmaqdan ibarətdir. İddiaçının ləğv edilməsini tələb etdiyi arayışın verilməsi üçün hüquq sahibi kimi qeyd edilmiş "xxxx" firması tərəfindən ərizə ilə cavabdehə müraciət edilmişdir, həmin ərizə hüquqi şəxsin blankında yazılmış və "xxxx" firmasının möhürü ilə təsdiq edilmişdir, belə bir ərizənin mütləq qaydada çap edilmiş şəkildə olması qanunvericilikdə nəzərdə tutulmamışdır, hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas – torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış, habelə tikintiyə icazə verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli, 327 nömrəli sərəncamı hüququn qabaqcadan qeydiyyatı zamanı tikintiyə icazə sənədi kimi təqdim edilmişdir. 3
1. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, “əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən məlumatsız olduğu hallarda da əldə edən mülkiyyətçi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişsə və ya bilməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qey diyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları pozulmur”.
32. Beləliklə, kassasiya şikayətində istinad edilən dəlillər hazırkı mübahisəyə münasibətdə mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması hüququnu istisna edən hal kimi qiymətləndirilə və qabaqcadan dövlət qeydiyyatı haqqında arayışın ləğv edilməsinə səbəb ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 21(104)-1743/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.