Məhkəmə qərarları › İş №2-1(102)-1364/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1364/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1364/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; mülkiyyət hüququnun qeydə alınması ilə bağlı reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrinə əsasən, Abşeron RİK-nin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçü n işçilərin hər birinə 0.08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Qərara əlavə olunmuş adlı siyahının 20-ci sırasında iddiaçının adı qeyd edilmişdir.

3. İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsini xahiş etmiş, bununla bağlı, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək ona göndərilmişdir.

4. İddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında ona ayr ılmış 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi əsası ilə ərizəsini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydi yyata alınması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun reyestrdə qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edildiyindən, hüquqların qeydə alınmasından imtina əsassız və qanunsuzdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsi Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir, həmçinin ərazinin 40 m. yaxınlığından orta təzyiqli qaz xətti (219 mm.lik) keçir. Bundan əlavə, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçülər i arasında uyğunsuzluq var.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: P.A.Hüseynov) 2-1(112)-6845/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin sovxozdan kənarda yerləşdiyini qeyd etsə də, iddiaçının müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinin hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə cizginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bundan sonra Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinə əsasən Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxa rışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmiş, həmin cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları da qeyd olunmuş, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluğun olması, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır. Qeyd olunan hallar iddiaçının təqsiri deyil, həmin məsələlər cavabdeh tərəfindən yerinə yetirilən vəzifələrə aiddir. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçməsi də torpağa mülkiyyət hüququnun qeydiyyata alınmasına heç bir maneçil ik törətmir. Həmçinin, qeyd olunan hallarla əlaqədar sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan əmr və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m inənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.İ.Bəktaşi) 2-1(103)-597/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtinası və iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq var. Həmçinin, məhkəmə tərəfindən sovxozun ayrıc aktı əldə edilərək ekspertiza təyin edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edər ək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

20. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Abşeron r ayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmri ilə ona ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlıdır.

21. Cavabdehin imtinasının və etirazının əsasını isə iki məsələ təşkil edir: torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi; ərazinin 40 m yaxınlığından orta təzyiqli qaz xəttinin (219mm-lik) keçməsi.

22. Məhkəmə kollegiyası torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçməsinin torpağa mülkiyyət hüquqlarının qeydiyyata alınmasına heç bir maneçilik törətməməsi halına istinad edərək qeyd edir ki, cavab dehin qaz xətti ilə bağlı dəlili əsassızdır. Belə ki, qaz xəttinin mövcudluğunun mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmasına dair qanunvericilikdə hər hansı imperativ norma mövcud deyildir.

23. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin “torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi” ilə bağlı dəlilinin hərtərəfli araşdırılmalıdığını, bununla da İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulduğunu hesab edir.

24. Belə ki, ilk növbədə, cavabdeh torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kə narda yerləşməsi ilə bağlı dəlil irəli sürsə də, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” iş materiallarına əlavə edilməmişdir.

25. İşə baxan apellyasiya instansiyası məhkəməsi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin cizgisinə və xəritədən çıxarışına istinadən qeyd etmişdir ki, cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları qeyd olunmuş, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır.

26. Əvvəla, mubahisə predmeti olan torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsinin yerli icra hakimiyyətinin səlahiyyətinə aid olub-olmaması məsələsinə apellyasiya instansiyası məhk əməsi qiymət verməmişdir.

27. Bundan əlavə, iş materiallarında sovxozun ayrıc aktı mövcud olmadığı halda, eyni zamanda torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşibyerləşməməsi ilə bağlı mütəxəssis rəyi verilmədiyi halda, həmçinin Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktublarda da torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi məsələsinə toxunulmadığından (hərçənd ki, həmin məsələyə qiymət verilməsi də yerli icra hakimiyyətinin səlahiyyətinə aid deyildir), məhkəmənin gəldiyi qənaət aydın deyildir və hər hansı mötəbər sübuta əsaslanmır.

28. Odur ki, təkrar apellyasiya baxışında mübahisənin düzgün həlli üçün sovxozun ayrıc aktı tələb edilməli (cavabdeh torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyinə istinad etdiyindən, ayrıc aktının mövcudluğu ehtimal olunur), iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının (yerində baxış keçirilməklə, mütəxəssis tərəfindən müəyyən edilməlidir) sovxozun ayrıc aktının hüdudları daxilində yerləşməsi məsələsinin həlli istiqamətində müvafiq mütəxəssis və ekspert rəyi alınmalı, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlər (Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı əmri) əsasında iddia tələbinin qanuniliyinə qiymət verməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar