Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1365/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X8 Komit əsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) “fərdi yaşayış evinə və istifadədə olan torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-115/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: ünvan 2 ev 36-da yerləşən, 25.40 kv.m yaşayış, 214,90 kv.m köməkçi sahəsi olan, 100 kv.m. torpaq üzər ində yerləşən 2 otaqdan ibarət yaşayış evi X4 məxsus olmuşdur. X1 RİH başçısına müraciət edərək, onun torpaq sahəsinə bitişik olan 20x5 m. ölçüdə torpaq sahəsində yaşayış evi, mətbəx və sanitariya qovşağı tikilməsinə icazə verilməsini xahiş etmiş və Xətai RİH başçısının xx.xx.2000-ci il tarixli, 141 saylı sərəncamı ilə onun xahişi təmin edilmişdir. Bakı şəhəri Xətai RİH başçısı fərdi yaşayış evinin tikintisinin başa çatması ilə əlaqədar istismara qəbul edilərək hüquqi qeydiyyatdan keçirilməsi barədə xx.xx.2004-ci il tarixli, M-451 saylı sərəncam verilmişdir. Xətai Rayon Xətai Bələdiyyəsi ilə X6 arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixdə bağlanmış 08/120 saylı müqavilə əsasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 340 kv.m. torpaq sahəsi X4 icarəyə verilm işdir. X6 həmin yaşayış evini (ünvan 2 ev 36-da yerləşən, 240,3 kv.m ümumi, 25.40 kv.m yaşayış, 214,90 kv.m olan, 100 kv.m. torpaq torpaq üzərində yerləşən 2 otaqdan ibarət) xx.xx.2004-ci il tarixdə notariat qaydada bağlanmış müqavilə əsasında İddiaçı satmışdır. Bundan sonra ünvan 2 ev 36-da yerləşən, 240,3 kv.m ümumi, 25.40 kv.m yaşayış sahəsi olan 2 otaqdan ibarət yaşayış evinə İddiaçı mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmıdır. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciət edərək, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunun tələblərinə əsaslanaraq istifadəsində olan torpaq sahəsi üzərində yerləşən, alqı-satqı müqaviləsi ilə ona m əxsus fərdi yaşayış evinə və istifadəsində olan torpaq sahəsinə vahid əmlak kimi reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya **********22 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla cavab verərək, bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilmədiyindən və yaşayış evinin yerləşdiyi torpaq sahəsi yaxınlıqdan k eçən dəmir yolunun mühafizə zolağında yerləşdiyi və yaşayış evinə bitişik əlavə tikililərin inşa edildiyi müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 9-cu Dairəvi küçəsi, ev 36-da yerləşən, alqı-satqı müqaviləsi ilə ona məxsus fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ev 36-da yerləşən evi X2 alqı-satqı yol u ilə almışdır. Hal-hazırda istifadəsində olan torpaq sahəsi 340 kv.metrdir. Həmçinin Bakı şəhəri Xətai RİH başçısının xx.xx.2000-ci il tarixli, 141 saylı sərəncamı ilə əvvəlki mülkiyyətçi X4 yaşayış evi, mətbəx və sanitariya qovşağı tikilməsi məqsədi ilə 20x5 ölçüdə torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xətai RİH başçısı fərdi yaşayış evinin tikintisi başa çatması ilə əlaqədar istismara qəbul edilərək hüquqi qeydiyyatdan keçirilməsi barədə xx.xx.2004-ci il tarixli, M-451 saylı sərəncam vermişdir. X5 ilə əvvəlki mülkiyyətçi X6 arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 08/120 saylı müqavilə bağlanmışdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi hər hansı ətraflı dəlil irəli sürmədən iddianın əsassız olduğunu bildirmiş və iddianın rədd olunmas ını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1499/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim R.Daşdəmirov) iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, 9-cu Dairəvi küçəsi, ev 36-da yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı istinad etdiyi xx xxxxxx 2004-cü il tarixli, 08/120 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə həmin torpaq sahəsinə çıxarış verilmə si üçün əsas ola bilməz. İş materiallarından da göründüyü kimi müqavilənin tərəfləri Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi ilə X6 olmuşdur. Yəni, müqavilə iddiaçı ilə bağlanmamışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1499/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin həmin qərardan həm iddiaçı, həm də cavabdeh apelyasiya şikayəti vermişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1499/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının qismən ləğv edilərək iddianın tam təmin edilməsini, cavabdeh isə iddia tələbinin təmin olunan hissəsində qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-115/2020 saylı, 1xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi) S.Seyidova və V.Məmmdov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)1499/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı “Bakı şəhəri, Xətai rayonu, 9-cu Dairəvi küçəsi, ev 36-da yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi” hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarı nı onunla əsaslandırmışdır ki, apelyasiya icraatı zamanı iş materiallarını araşdıran məhkəmə tərkibi yaşayış evinin qeydiyyatının olmasını müəyyən etdiyindən iddiaçıya bu hal ilə bağlı sənədlərin təqdim olunması təklif edilmişdir. Axırıncı məhkəmə iclasında iddiaçının vəkili qeyd edilmiş evin məhkəmə qərarından əvvəl qeydiyyata alınması ilə bağlı sənəd təqdim edərək, bu halın diqqətdən yayındığını bildirmişdir. Fərdi yaşayış evinin qeydiyyat sənədi olduğu halda birinci instansiya məhkəməsi əsassız olaraq qeyd edilmiş fərdi yaşayış evinə ikinci dəfə qeydiyyat sənədinin verilməsi ilə bağlı qərur qəbul etmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kass asiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 36 saylı evə dair X3 mülkiyyət hüquqları cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfındən qeydə alınmışdır. Hazırda onun istifadəsində olan torpaq sahəsi 340 kv.metrdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası: (Həyətyanı sahələr v ə bağlar alımda olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə: Kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla v erilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş materialları təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçının tələbi «Bakı şəhəri, Xətai rayonu, 9-cu Dairəvi küçəsi, ev 36-da yerləşən, alqı-satqı müqaviləsi ilə ona məxsus fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» barədə qərar qəbul edilməsindən ibarətdir. Apelyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, apelyasiya icraatı za manı iş materiallarını araşdıran məhkəmə tərkibi yaşayış evinin qeydiyyatının olmasını müəyyən etdiyindən iddiaçıya bu hal ilə bağlı sənədlərin təqdim olunması təklif edilmişdir. Axırıncı məhkəmə iclasında iddiaçının vəkili qeyd edilmiş evin məhkəmə qərarından əvvəl qeydiyyata alınması ilə bağlı sənəd təqdim edərək, bu halın diqqətdən yayındığını bildirmişdir. Halbuki, nəinki sonuncu məhkəmə iclasında, ümumiyyətlə apelyasiya icraatı zamanı iddiaçı tərəfindən evin qeydiyyata alınması barədə sənəd təqdim olunmamışdır. Evin qeydiyyata alınması barədə qeydiyyat vəsiqəsi işə hələ birinci instansiya məhkəməsində baxılarkən təqdim olunmuşdur və iş materiallarının 49-cu səhifəsinə tikilmişdir. Daha sonra məhkəmə kollegiyası bildirmişdir ki, fərdi yaşayış evinin qeydiyyat sənədi olduğu halda birinc i instansiya məhkəməsi əsassız olaraq qeyd edilmiş fərdi yaşayış evinə ikinci dəfə qeydiyyat sənədinin verilməsi ilə bağlı qərur qəbul etmişdir. Məhkəmə kollegiyası bu əsaslandırmanı qanunauyğun hesab etmir. Çünki daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində müəyyən olunmuşdur. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşı nmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılır. Göründüyü kimi, iddiaçıya 2006-cı ilin iyulun 6-dan əvvəl evə dair qeydiyyat vəsiqəsinin verilməsi, həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün maneə deyildir. Bundan başqa, apelyasiya məhkəməsi iddiçının tələbini fərdi yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi sənəd verilməsi barədə iddia kimi qiymət vermişdir. İddia ərizəsinin «xahiş edirəm» hissəsində isə yaşayış evinə və torpaq sahəsinə vahid sənəd verilməsi tələb olunmamışdır. İddia ərizəsində irəli sürülmüş tələb, bu qərarın giriş hissəsində göstərilən məzmundadır. Həmçinin cavabdehin etiraz dəlillərindən görünür ki, ümumiyyətlə iddiaçının mülkiyyətində olan evin dəmir yolunun mühafizə zolağına düşdüyü iddia olunur. Qeyd olunanlara əsa sən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi, iddianın təmin olunmuş hissəsində qərarın ləğv edilib həmin hissədə iddianın rədd olunması barədə düzgün nəticəyə gəlməmişdir. İddia tələbinin «istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» hissəsində məhkəmələrin müəyyən etdiyi faktik hallarla məhkəmə kollegiysı razılaşır. Həqiqətən də iddiaçının hüquqlarının rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi, Xətai Bələdiyyəsi ilə X6 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış 08/120 saylı icarə müqaviləsində göstərilən torpaq sahəsidir. Bu hissədə iddianın hüquqi təhlili ilə bağlı qeyd olunmalıdır ki, əvvəla bu icarə müqaviləsinin müddəti bitmişdir. Bundan başqa, həmin torpaq sahəsindən iddiaçının istifadəsinin qanuni əsasları yoxdur. Çünki Torpaq Məcəlləsinin 5-ci maddəsinin birinci hissəsinə görə, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Yəni torpaq sahəsindən istifadə hüququnun yaranması üçün mütləq qaydada torpaq sahəsinin istifadəyə verilməsi barədə çıxarılmış qərar və ya torpaq mülkiyyətçisi ilə istifadəçi arasında bağlanmış müqavilə olmalıdır. Bu şərtlər xaricində torpaqdan istifadə, torpaqdan hüquqi əsası olmayan istifadə sayılır. İddiaçı ilə bu cür müqavilə bağlanmamışdır, ona torpaq sahəsi verilməsi barədə torpaq mülkiyyətçisinin qərarı yoxdur. Bu hal ona dəlalət edir ki, iddiaçının torpaq sahəsi ilə bağlı iddia vermək üçün subyektiv hüququ yoxdur və həmin iddia tələbi uğurlu deyildir. Məhkəmələr də iddiaçının bu tələbini mahiyyət etibarilə uğurlu saymamış, iddianı rədd etmişdir. Lakin iddiaçının torpaq sahəsi ilə bağlı subyektiv hüququnun olmaması, həmin iddianın mümkünlük baxımından həllini tələb edir ki, məhkəmələr bu məsələyə qiymət verməmişlər. Ona görə də bu hissədə qərarın ləğvi, kassasiya kollegiyasının iddianın təmin olunmalı olduğu barədə qənaəti kimi qəbul edilməməli, yuxarıda qeyd olunduğu kimi iddiaçının həmin iddianı irəli sürməyə subyektiv hüququ baxımından mümkünlük şərtinə cavab verməsi araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı i ş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-115/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1365/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1365/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver