Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1365/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: baş örtüyündə fotoşəkil ilə pasport və şəxsiyyət vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “baş geyimi ilə fotoşəklin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1353/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı pasport almaq üçün baş örtüyü ilə fotoşəklinin çəkilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli, 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Paspor tlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin 3.8-ci bəndinə əsasən, vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna kimi isə konkret nəzərdə tutulmuş hallar qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsi y olverilməzdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilmiş baş geyimi ilə fotoşəklin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq ona pasport və şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Gəncə şəhər “ASAN” xidmət mərkəzində pasport üçün şəkil çəkdirən zaman ona hicabla şəkil çəkdirməyə icazə verilməmişdir (qadağandır deyilmişdir). “ASAN” xidmət mərkəzinin “B” pəncərəsində xidmət göstərən xanım şikayətlərə baxan Qul iyeva Günay adlı əməkdaşı çağırmış, Quliyeva Günay isə hicabla şəkil çəkdirilməsinin qanun əsasında qadağan olunduğunu bildirmişdir. Həmin əməkdaşdan ona qanunun izah olunmasını xahiş etmişdir. Quliyeva Günay onu müdiriyyətin otağına yönləndirmişdir. Müdiriyyət ondan ərizə yazmasını istəmişdir. O da əlaqə nömrəsini və poçt ünvanını qeyd etməklə ərizə yazaraq müdiriyyətə təqdim etmişdir. Həmçinin bununla bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə zəng edərək polis mayoru Hacı Əliyevlə danışmışdır. Həmin polis mayoru qanun əsasında hicabla şəkil çəkdirməyə qadağa olmadığını təsdiqləmişdir. Bundan sonra, rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Sonuncu tərəfindən onun ünvanına göndərilmiş məktubun mətnindən aydın görünür ki, qurum rəsmisi Azərbaycan qanunlarını və özünün is tinad etdiyi qanunları səhv təfsir etməklə vətəndaşın hüquqlarını kobud şəkildə pozur. Əgər qanunda hicabla şəkil çəkdirmək üçün X1 standartları əsas götürülürsə, o zaman həmin təşkilatın qaydalarına əsasən dini adətlərə görə hicabla şəkil çəkdirmək üçün hər hansı bir qadağa yoxdur. Əgər belə bir qadağa yoxdursa və başqa qanunvericilik aktları ilə də tənzimlənmirsə, o halda Azərbaycanda qüvvədə olan hansı qanunvericilik aktında bu qadağa nəzərdə tutulmuşdur. Qanunla qadağan yoxdursa, o zaman hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının tələbinə əsasən, cavabdehin hicabla şəkil çəkdirməyə qadağanın olması barədə bildirdikləri tamamilə əsassız və qanunsuzdur. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə müvafiq o laraq fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır. Sözügedən tələb Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalıdır və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilmir. Eyni zamanda, sözügedən beynəlxalq sənəddə, dini azadlıq baxımından və dini inanclar üzrə, habelə tibbi və digər mədəni tələblər baxımından baş geyimləri ilə fotoşəkil çəkilməsi halları dövlətin səlahiyyətinə buraxılmışdır. Eyni zamanda, digər bir çox beynəlxalq təşkilatlar sözügedən səlahiyyətin dövlət tərəfindən təhlükəsizlik tədbirləri ilə bağlı icra edilməsini tələb edirlər. Belə bir zərurət yaranmadığı təqdirdə, baş örtüyünün açılmasının tələb edilməsi dini azadlığın pozulması deməkdir. İCAO-nun 9303 nömrəli sənədinin 1-ci hissəsinin 1-ci cildinin 4-cü fəslinin 11 saylı əlavəsində pasportlar, istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə olan fotoşəkildən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Hətta bunun foto nümunələri də göstərilmişdir. Burada yaşıl işarə ilə işarələnmiş fotoşəkillərdən də aydın görünür ki, hicabla şəkil çəkdirilməsinə hər hansı bir qadağa yoxdur. Yalnız müəyyən ölçülər nəzərdə tutulmuşdur. Lakin təəssüflər olsun ki, qanunlara istinad edən məmurlar elə istinad etdikləri qanunları da özləri pozur.
4. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(112)-5740/2022 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddiа rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikasının qanunvericiliyində şəxsiyyəti təsdiq edən sənədin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsinə icazə verilməsinə dair müddəanın mövcud olmadığına, beynəlxalq qanunvericilikdə təsbit edilmiş istisnalardan hər hansı birinin məhkəmə araşdırması zamanı müəyyən edilmədiyinə istinad etmiş və cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı hesab etmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1353/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik e dən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Məhkəmələr iddianın rədd edilməsinin, cavabdeh isə İddiaçı müraciətinin təmin olunmamasının əsas hüquqi dəlili kimi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3.1-ci maddəsini göstə rir. Həmin maddəyə görə şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın... Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkil yerləşdirilir. Daha sonra AR Prezidentinin xx.xx.2012-ci il tarixli, 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri”ndə qeyd edilir ki, fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır. İCAO-nun 9303 saylı sənədinə görə isə, guya başörtüklü fotoşəkilə yol verilmir, yalnız milli qanunlarda nəzərdə tutulmuş hallar istisnadır. Azərbaycan Respublikasının qanunvericiliyində isə belə bir imkan nəzərdə tutulmadığı üçün başörtüklü şəkillə şəxsiyyət vəsiqəsi almaq qanuni deyildir.
11. Məhkəmələrin və cavabdehin bu mövqeyi tamamilə əsassızdır və İCAO-nun 9303 saylı sə nədinin mənaca təhrif edilməsindən ibarətdir. 9303 nömrəli qaydaların heç bir bəndində başörtüklü şəklin yalnız milli qanunvericilikdə nəzərdə tutduğu halda icazəli olması təsbit edilməmişdir. Bu yalanı ilk dəfə cavabdeh öz imtinasında ortaya atmış, məhkəmələr isə təkrarlamışdır. Təsadüfi deyil ki, nə cavabdeh, nə də aşağı məhkəmələr 9303 saylı qaydaların konkret bəndinə istinad edə bilmirlər. Çünki heç bir bənddə başörtüyü ilə şəkilə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Əksinə həmin qaydalar şəxsiyyət vəsiqəsində üzün tam göründüyü hicablı şəkli icazəli sayır. İnzibati prosessual qaydalara əsasən bunun əksini sübut etmək cavabdehin üzərinə düşür.
12. Azərbaycan Respublikasının heç bir qanunvericilik aktında şəxsiyyət vəsiqəsi üçün hicablı şəklin çəkilməsi qadağası yoxdur. Azərbayc an Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələbləri pozulmuşdur.
13. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Hicablı şəkillə şəxsiyyət vəsiqəsində görünmək şəxsin vicdan azadlığından irəli gələn bir hərəkətdir və qanunla qadağan olunmadığı üçün daxili işlər orqanlarının bu hərəkətə mane olmaq səlahiyyəti yoxdur.
14. Şəxsiyyət vəsiqəsi haqqında qanunvericilik düzgün tətbiq edilməmişdir.
15. Belə ki, istər “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun, istərsə də həmin qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin tələbinə görə şəxsiyyət vəsiqəsindəki şəkil şəxsin gündəlik görünüşünə uyğun olmalıdır ki, onun sənədlə eyniləşdirilməsi mümkün olsun. Mənim kimi inanclı qadınların gündəlik görünüşü isə hicablıdır. Şübhəsiz, mən başıaçıq şəkil çəkdirsəm, məni sənədimlə vizual olaraq eyniləşdirə bilməyəcəklər. Bu mənada cavabdehin imtinası həm də şəxsiyyət vəsiqəsinin fəlsəfəsinə və şəxsiyyət vəsiqəsi haqqında qanunvericiliyin məqsədinə ziddir.
16. Bundan əlavə, şəxsiyyət vəsiqəsi haqqında qanunvericiliyə və müasir standartlara əsasən artıq şəxsiyyət vəsiqəsi biometrikdir və şəxsin sənədlə eyniləşdirilməsi biometrik meyarlarla aparılır. Bu mənada biometrik şəxsiyyət vəsiqəsi dövründə şəkil şərti xarakter daşıyır. Hansısa şərti məsələyə görə vicdan azadlığı kimi fundamental azadlığı məhdudlaşdırmaq qanuni sayıla bilməz.
17. Həmçinin bərabərlik hüququ pozulmuşdur
18. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərab ərdir. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən.... asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi "Azərbaycan Respublikasının Ərazisində X3 İcazə Vəsiqəsində" hicabla şəkil çəkilməsinə etiraz etmir və şəxsin dini etiqad və İCAO-nun 9303 nömrəli sənədində göstərilmiş hicablı şəkil nümunəsinə uyğun olaraq hicablı şəkil çəkməklə vəsiqə verir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Konstitusiyası - 7-ci maddənin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. - 12-ci maddənin 1-ci hissəsinə əsasən insa n və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 18-ci maddənin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə
9. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı ya xud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. 21. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunu - 1-ci maddəsinin 1-ci hissəsi. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. - 3-cü maddəsinin 1-ci hissəsi. Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq M ülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkil yerləşdirilir.
22. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2012-ci il tarixli, 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri” - 1-ci bəndi. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra – vəsiqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur. - 2-ci bəndi. Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkil üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvi rini əks etdirən “X2” yerləşdirilir.
23. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” - 2.1-ci bəndi. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. - 2.10-cu bəndi. Vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanla rda həyata keçirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkilin çəkilişi zamanı baş örtüklərinə dövlət tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla icazə verilmir. Bu istisnalar dini, tibbi və ya mədəni mülahizələrlə əlaqəli ola bilər. Üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir.
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şik ayətinin dəlilləri mahiyyətcə imtina məktubu və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından baş örtüyündə fotoşəkil çəkdirməklə iddiaçıya pasport və şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiym ətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Həmçinin qeyd olunmalıdır ki, apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı başörtüyündə fotoşəklini çəkdirməklə cavabdeh tərəfindən şəxsiyyətini təsdiq edən müvafiq sənədlərin ona verilməsinə nail olmaqdan ibarətdir.
33. Bununla bağlı kassasiya şikayətinin əsas dəlili kimi, İddiaçı Azərba ycan Respublikası qanunvericiliyində şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmə qadağasının olmadığına, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan hərəkətləri edə biləcəyinə istinad edir. Onun qənaətinə görə, hicablı şəkillə şəxsiyyət vəsiqəsində görünmək şəxsin vicdan azadlığından irəli gələn bir hərəkətdir və qanunla qadağan olunmadığı üçün cavabdehin buna mane olmaq səlahiyyəti yoxdur. Hansısa şərti məsələyə görə vicdan azadlığı kimi fundamental azadlığı məhdudlaşdırmaq qanuni sayıla bilməz. Belə ki, istər “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun, istərsə də həmin qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin tələbinə görə, şəxsiyyət vəsiqəsindəki şəkil şəxsin gündəlik görünüşünə uyğun olma lıdır. Onun kimi inanclı qadınların gündəlik görünüşü isə hicablıdır. Bu mənada cavabdehin imtinası həm də şəxsiyyət vəsiqəsinin fəlsəfəsinə və şəxsiyyət vəsiqəsi haqqında qanunvericiliyin məqsədinə ziddir.
34. Bununla bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3-cü maddəsinə görə, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkil yerləşdirilir. 35. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qan ununun tətbiqi barədə” Əsasnamənin 2.10-cu bəndinə görə, vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçirilir.
36. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən bu Qərarın 22-23cü, 35-36-cı bəndlərində istinad olunan normaların məzmunundan göründüyü kimi, milli qanunvericilik həmin sənədlər üçün fotoşəkilin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun çəkilməsini nəzərdə tutur. Həmin normalara əsasən şəxsin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsini və pasportu) verən orqanlarda həyata keçirilir.
37. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədində şəxsiyyəti təsdiq edən sənədlərə dair, o cümlədən həmin sənədlərdəki fotoşəkillərə dair tələblər müəyyən olunmuşdur. Azərbaycan Respublikası qanunvericiliyi şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi üçün fotoşəkilin çəkilməsi ilə bağlı məsələni tənzimləyərkən şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərə dair həmin məhz tələblərə əsaslanır. Lakin bu zaman nəzərə almaq lazımdır ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin baş örtüyü və ya hicabla yol verilən nümunələrinin müəyyən edilməsi mütləq deyil, tövsiyə xarakteri daşıyır və dövlətin bununla bağlı mülahizə sərbəstliyini istisna edən tələb kimi qiymətləndirilə bilməz. Başqa sözlə, həmin sənədi n müddəaları baxımından şəxsiyyəti təsdiq edən sənəd üçün fotoşəkilin çəkilişi zamanı baş örtüyündən istifadəyə icazə verilibverilməməsi məsələsinin həlli dövlətin müstəsna səlahiyyətinə aiddir və onun məsuliyyət sferasına daxildir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, həmin məsələni həll edərkən dövlət ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı maraqları və konstitusion dəyərləri nəzərə alaraq daha üstün olan dəyərlərin qorunması baxımından hərəkət etməyə borcludur. Məhkəmənin vəzifəsi dövlətin bu sahədə mülahizə sərbəstliyini nəzərə alaraq, qanunvericilikdə nəzərdə tutulmuş bu kimi tədbirlərin ədalətli və mütənasib olubolmadığını müəyyən etməkdən ibarət olmalıdır.
38. Hazırkı mübahisəyə münasibətdə şəxsiyyəti təsdiq edən sənəd üçün fotoşəklin çəkilişi zamanı baş örtüyündən i stifadəyə icazə verilməməsi ilə bağlı dövlətin mülahizə sərbəstliyinə qiymət verərkən, onun demokratik cəmiyyətin mövcudluğu üçün həyati əhəmiyyət kəsb edən ictimai asayişi və ictimai təhlükəsizliyi, eləcə də bunun üzərindən başqalarının hüquq və azadlıqlarını qorumaq ehtiyacı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, müxtəlif dini konfessiyaların nümayəndələrinin birgə yaşadığı demokratik cəmiyyətlərdə müxtəlif qrupların maraqlarını uzlaşdırmaq və hər kəsin inanclarına hörmətlə yanaşmağı təmin etmək üçün etiqad azadlığına məhdudiyyətlər qoyulması zərurəti də yarana bilər. Bu, dövlətin öz yurisdiksiyası daxilində hər kəsin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı pozitiv öhdəliyindən də irəli gəlir.
39. Bu baxımdan şəxsiyyəti təsdiq edən sə nəd üçün baş örtüyü və ya hicabla fotoşəkil çəkdirmək məsələsinə başqalarının hüquq və azadlıqlarının qorunması və ictimai asayişin (ictimai təhlükəsizliyin) təmin edilməsi prizmasından baxmaq lazımdır. Ona görə də, bu sahədə azadlığa məhdudiyyətlərin qoyulmasının qanuni məqsədlərə (hüquq və azadlıqlarının qorunması və ictimai asayişin təmin edilməsi məqsədlərinə) xidmət etdiyi nəzərə alınmalı və həmin məqsədlərə nail olmağa yönəlmiş ictimai tələbatın təzahürü kimi qiymətləndirilməlidir.
40. Eyni zamanda qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.3-cü maddəsinin tələbləri baxımından, şəxsiyyəti təsdiq edən sənəd üçün fotoşəkilin çəkilişi zamanı baş örtüyündən istifadəyə icazə verilməm əsində ifadə olunan məhdudiyyət hazırkı mübahisəyə münasibətdə həmin hüququn mahiyyətini dəyişmək keyfiyyətinə malik tədbir kimi də qiymətləndirilə bilməz.
41. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 9-cu maddəsinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutu lmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.
42. Avropa İnsan hüquqları Məhkəməsinin “X4rşı iş (No.24479/07, 13 noyabr 2008-ci il) üzrə” qərarında Məhkəmə qeyd etmişdir ki, sürücülük vəsiqələrində istifadə edilməsi üçün subyektlərin şəxsiyyəti təsdiq edən fotoşəkillərdə “başı açıq” göstərilməsini tələb edən mübahisəli qaydalar din və vicdan azadlığı hüququnun həyata keçirilməsinə müdaxilə təşkil edir. Sözügedən müdaxilə qanunla nəzərdə tutulmuşdur və Konvensiyanın 9-cu maddəsinin ikinci bəndində sadalanan qanuni məqsədlərdən ən azı birinə, yəni ictimai təhlükəsizliyin təmin edilməsinə xidmət etmişdir. Din azadlığı, ilk növbədə, fərdi vicdan məsələsi olsa da, eyni zamanda, təkbaşına və ya başqaları ilə birlikdə, ictimai yerlərdə və dini inancını paylaşanların əhatəsində öz dinini ifadə etmək azadlığını nəzərdə tutur. Bununla belə, Konvensiyanın 9-cu maddəsi din və ya inancdan irəli gələn və ya təsirlənən hər bir hərəkəti müdafiə etmir. Bundan əlavə, 9-cu maddə həmişə dini inanclara uyğun şəkildə davranmaq hüququnu təmin etmir və belə davranan insanlara vacibliyi sübut olunmuş qaydalara məhəl qoymamaq hüququnu vermir. Daha sonra, məhkəmə qeyd etmişdir ki, sürücülük vəsiqələrində subyektin başıaçıq olduğunu göstərən şəxsiyyəti təsdiq edən fotoşəkillər ictimai təhlükəsizlik və asayişə cavabdeh olan orqanlara, xüsusən də yol hərəkəti qaydalarına uyğun olaraq aparılan yoxlamalar kontekstində sürücünü müəyyən etmək və onun müvafiq nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin olub-olmamasını yoxlamaq üçün lazım idi. Məhkəmə xüsusilə vurğulamışdır k i, Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndinə əsasən ictimai təhlükəsizliyi təmin edilməsi üçün bu cür yoxlamaların həyata keçirilməsi zəruridir. Məhkəmə hesab edir ki, lisenziyanın verilməsi üçün şəxslərdən baş örtüklərini çıxarmaları tələbi təsadüfi (sporadik) olduğu üçün bu cür yoxlamaların həyata keçirilməsi üçün tədbirlər cavabdeh dövlətin mülahizə sərbəstliyinə daxildir. Son olaraq, Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən müdaxilə prinsipcə əsaslandırılmışdır və qarşıya qoyulan məqsədə mütənasibdir. Ərizəçinin 9-cu maddə ilə bağlı şikayəti əsassızdır.
43. Avropa İnsan hüquqları Məhkəməsinin “X2rşı iş üzrə” (No.44774/98, 10 noyabr 2005-ci il) üzrə qərarında ərizəçinin 9-cu maddə ilə nəzərdə tutulan hüquqlarına müdaxilə ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi hicab taxma qla dinin tələblərinə tabe olmuş və bununla da İslam dininin qoyduğu vəzifələrə ciddi şəkildə riayət etmək istəyini nümayiş etdirmişdir...Məhkəmənin president hüququnda əks olunduğu kimi, bu məsələyə əhalinin əksəriyyətinin qadın hüquqlarına və dünyəvi həyat tərzinə güclü bağlılıq nümayiş etdirməklə yanaşı, İslam inancına sadiq olduğu ölkədə “başqalarının hüquq və azadlıqlarının” qorunması və “ictimai asayişin qorunması” çərçivəsində baxmaq lazımdır. Buna görə də, bu sahədə azadlığa məhdudiyyətlərin qoyulması, bu iki qanuni məqsədə nail olmaq üçün aktual sosial ehtiyacın ödənilməsi kimi qiymətləndirilə bilər, xüsusən də Türkiyə məhkəmələrinin qeyd etdiyi kimi... bu dini simvol son illərdə Türkiyədə siyasi əhəmiyyət kəsb etmişdir. Təlimatda qeyd olunan müvafiq qaydalar bu kontekstdə nəzər dən keçirilməlidir və yuxarıda qeyd olunan qanuni məqsədlərə nail olmaq...məqsədi daşıyan tədbir kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanları və Razılığa gələn Dövlətlərin bu sahədəki mülahizə sərbəstliyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, məsələyə müdaxilə prinsipcə haqlıdır və qarşıya qoyulan məqsədə mütənasibdir. Konvensiyanın 9-cu maddəsinin pozuntusu baş verməmişdir. 44. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71 -ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
45. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə şəxsiyyəti təsdiq edən sənəd üçün baş örtüyü və ya hicabla fotoşəkil çəkdirməyə qoyulan məhdudiyyət yuxarıda qeyd olunan kontekstdə qəbul edilməli, dövlətin güddüyü legitim məqsədlərə xidmət edən mütənasib tədbir kimi nəzərdən keçirilməli və bu mənada “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununda məhdudiyyətlərlə bağlı nəzərdə tutulmuş tələblərə uyğun sayılmalıdır. Belə yanaşma “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müvafiq müddəalarına və Avropa İnsan hüquqları Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə də uyğundur.
47. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əs aslanmadığından, şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1353/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.