Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1365/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxx 1956-cı ildə təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-307/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Axşam Neft Texnikumu tərəfindən verilmiş DT-İ 751941 nömrəli, xx.xx.1982-ci il tarixli diploma əsasən, İddiaçı 1978-ci ildə texnikuma daxil olmuş, 1982-ci ildə metalların kəsimlə emalı ixtisası üzrə tam kursu bitirmişdir və dövlət ixtisas komissiyasının xx.xx.1982-ci il tarixli qərarı i lə ona texnik-texnoloq ixtisası verilmişdir. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasında olan məlumata əsasən, o, xx.xx.1974-ci il tarixdən - xx.xx.1974-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-Tikinti Trestində suvaqçı rəngsaz, xx.xx.1977-ci il tarixdən - xx.xx.1977-ci il tarixədək “Puşkin” adına sovxozda fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 79 №-li Peşə Məktəbində təhsil, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “Bakı Kondisoner Zavodu”nda ştamplayıcı sexinin ustası vəzifəsində çalışmışdır. xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 1 saylı Evtikmə Kombinatında fəhlə, qəlibçi, xx.xx.1990-cı il tarixdən - xx.xx.1990-cı il tarixədək Bakı Meyvə Tərəvə z Sənaye Birliyində fəhlə, xx.xx.1990-cı il tarixdən - xx.xx.1992-ci il tarixədək X3 satışı Təmir Tikinti İdarəsində rəngsaz, xx.xx.1992-ci il tarixdən - xx.xx.1992-ci il tarixədək Bakı Asbest və Keramika Kombinatında fəhlə (9 ay 23 gün); xx.xx.1992-ci il tarixdən - xx.xx.2004-cü il tarixədək 1 saylı Evtikmə Kombinatında dəmir-beton konstruksiyaları qəlibçisi (12 il 10 gün) vəzifələrində işləmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş 01/03 nömrəli, xx.xx.2021-ci il tarixli aydınlaşdırıcı arayışa əsasən, İddiaçı ”BBTl"-nin 01 saylı Evtikmə kombinatında 01 mart 1984-cü il tarixindən baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. 01 iyun 1984cü il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir. 01 fevral 1985-ci il tari xindən baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi keçirilmişdir. 12 may 1990-cı il tarixindən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Əsas: əmək kitabçası ”BBTİ"-nin 01 saylı Evtikmə kombinatında 21 dekabr 1992-ci il tarixindən baş korpus sahəsinə dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi kimi işə qəbul edilmişdir. 30 dekabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən işdən azad edilmişdir. Əsas: T-2 şəxsi kartoçkası. 1 saylı Evtikmə Kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 17 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət d övrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-l № ******* saylı əmək kitabçası, diplom və hərbi biletini surətlərinə əsasən sığorta stajı 18 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13907,77 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, №BA-03510-2021 saylı arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi BBTİ 1 №-li X4 dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricində olmuşdur. Qeyd olunanlarla bağlı ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının qanunsuz hesab edilməsi, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödə nilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01 mart 1974-cü ildən 30 dekabr 2004-cü il tarixə qədər müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumi iş stajı 29 il 9 aydan çox təşkil edir. İddiaçı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qanunla müəyyən olunmuş vəzifəsini icra etməmiş, qeyd olunan iş stajının bir hissəsini nəzərə almadan 23 avqust 2021-ci il tarixli, **********0 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyinindən imtina etmişdir. Cavabdeh tərəfındən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, imtinanı onunla əsaslandırmışdır ki, təqdim etdiyi əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən iş stajı 18 il 3 aydır, bu da tələb olunan 25 ildən azdır və pensiya kapitalı pensiya təyini üçün kifayət etmir. Cavabdehin hesaba almadığı dövr olan xx.xx.1984-xx.xx.1990-cı ildə işlədiyi müddətdə hətta ona iş yerindən yaşayış mənzili də verilmişdir. Odur ki, cavabdehin imtinası qanunsuz, əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdı r. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Əlavə olaraq, “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatının 1997-ci il tarixdən 2004-cü il tarixədək iş həcminin tam olmadığı müəyyən edilmişdir. Belə ki, müəssisə 1997-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fonduna hesabatlar təqdim etmişdir. Hesabatlarda 1997, 1998 və 1999-cu illərdə hər il üzrə işləyənlərin sayı 10 nəfər, 2000-ci il üzrə ştat cədvəl i 450 nəfər, işləyənlərin sayı 10 nəfər, 2001-ci il üzrə ştat cədvəli 150 nəfər, işləyənlərin sayı 32 nəfər (İİ rübdə 10, İ rübdə qeyd olunmayıb), 2002-ci il üzrə ştat cədvəli 150 nəfər, işləyənlərin sayı 18 nəfər, 2003-cü il üzrə ştat cədvəli 286 nəfər, işləyənlərin sayı 15 nəfər, 2004-cü il üzrə ştat cədvəli 234 nəfər, işləyənlərin sayı 36 nəfər (İİ rübdə 39, İ rübdə 15) qeyd olunmuşdur. Ştat cədvəli üzrə işçi sayı ilə MDSS hesablanan işçi siyahısındakı fərq həmin müəssisənin tam həcmdə işləmədiyini təsdiq edir. Qeyd olunan hesabatlarda İddiaçı adına rast gəlinməmişdir. Məlumat üçün bildirilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə 130 manat məbləğində müavinət təyin edilib və ödənilir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmə k olar ki, İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab olunmur. İddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 1 iyun 2022-ci il tarixli, 21(112)-2520/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, İddiaçı 65 yaşının tama m olduğu vaxtdan, yəni xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. İddiaçının əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər, təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 30 il 05 ay 14 gün sığorta stajı mövcuddur. “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatının 1997-ci il tarixdən 2004-cü i l tarixədək iş həcminin tam olmaması iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz.
11. Məhkəmə mövqeyini xx.xx.2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə əsaslandırmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 21(103)-307/2023 nömrəli (hakimlər A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, V.Ə. Baxışovavə və R.Ə.Qurbanov) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 iyun 2022-ci il tarixli, 2-1(112) -2520/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7 və 21-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta sta jı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 20. “İşçilərin əmək kit abçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kita bçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlər in və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İ nzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir k i, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə i stinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razıla şarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
31. İddiaçının xx xxxx 1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaş tamam olduğu 27 iyun 2021-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
32. İddiaçının əmək kitabçasında olan qeydlər və həqiqi hərbi xidmət i nəzərə alınmaqla onun 25 ildən artıq əmək (sosial sığorta) stajı vardır.
33. Cavabdehin mübahisələndirdiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi BBTİ 1 №-li X2 iş dövrlərinə gəldikdə iddiaçıya məxsus əmək kitabçasında həmin dövrlərə dair müvafiq qeydlər aparılmışdır. 34. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006- cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
36. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə ara şdırılması zamanı müəyyən edilməmişdir.
37. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
38. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yux arıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-307/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.