Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1365/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi mübahisəsi, ƏDV-in əvəzləşdirilməsinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergil ər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(105)-123/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli Qərar ilə İddiaçı MMC-yə 2023-cü ilin oktyabr ayı üzrə 173.337,66 manat əlavə dəyər vergisi hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2023-cü il tarixli, **********592200 nömrəli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli qərara əsasən 2023-cü ilin oktyabr ayına ƏDV üzrə 173.337,66 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarda hesablamanın əsası ilə bağlı qeyd edilir ki, “tərəfinizdən təqdim olunan 2023-cü ilin yanvar-oktyabr aylarının ƏD V bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X5 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci, 13.2.8-ci və 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, h abelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,281680033,27)+667569,13)*18%=173777,43 vergi məbləği” hesablanmışdır. Halbuki, iddiaçının 27 noyabr 2023-cü il tarixdə təqdim etdiyi 2023-cü ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinin kameral vergi yoxlaması keçirilməsi zamanı müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********662600 saylı məktubla əlaqədar bildirirlir: Məktubda qeyd edilir ki, elektron qaimə fakturası ilə 2023-cü ilin sentyabr ayında "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri ü zrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X5 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarı qanunsuz və əsassız hesab edir. İddiaçıya anbar tikintisi məqsədilə Azərbaycan Təhsil İşçiləri X5 Respublika Komitəsindən ayrılmış maliyyə yardımları ƏDV-dən azad olunan əməliyyat olduğundan, cavabdeh vergi orqanı anbar tikintisi ilə bağlı göstərilmiş xidmətlərə görə 2023-cü ildə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsini də etibarsız saya raq, həmin məbləği bərpa etmişdir. İlk öncə qeyd edir ki, 2023-cü ilin müxtəlif aylarında təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapmış əvəzləşdirmənin 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bərpa edilməsi tamamilə qanunsuz olmuşdur. Mübahisələndirilən qərar qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı MMC ( VÖEN **********) kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Müəssisə 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikinti quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X5 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri d ə mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,28-1680033,27)+667569,13)*18%=173777,43 vergi məbləğinin hesablanması qanuna müvafiq hesab edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat o lduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qərarın tarixinin 08 yanvar 2024-cü il tarixli olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2909/2024 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC kiç ik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur ki, qeyd olunan fəaliyyət növü üzrə əldə edilən gəlirlər (dövriyyə) VM-nin 159.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilir. Bu isə o deməkdir ki, iddiaçı həmin fəaliyyət çərçivəsində aldığı mallara (işlərə, xidmətlərə) görə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdir. Cavabdeh vergi orqanının iddiaçı tərəfindən tikinti- quraşdırma və söküntü işlərinin və digər xidmətlərin dəyərinin maliyyə yardımı əsasında ödənilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, ƏDV-nin əvəzləşdirilməsini istisna edən Vergi Məcəlləsinin 175.6-cı maddəsində “ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər" dedikdə nəzərdə tutulan vergi ödəyicisinin gö stərdiyi fəaliyyətin Vergi Məcəlləsinin 159-cü maddəsinə əsasən vergitutma obyekti olmamasıdır. Halbuki, yuxarıda da qeyd etdildiyi kimi iddiaçının fəaliyyəti, eləcə də fəaliyyəti ilə bağlı görülmüş tikinti-quraşdırma və söküntü işləri ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat hesab edilir. Həmçinin məhkəmə xidmətlərin dəyərinin ödənildiyi pul vəsaitinin (maliyyə yardımının) mənbəyinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsində yalnız dövlət büdcəsindən ayrılan vəsait əsasında alınmış mal, iş və xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi istisna edilmişdir ki, iddiaçı tikinti-quraşdırma və söküntü işlərininin və digər xidmətlərin dəyərini dövlət büdcəsindən ayrılan vəsait əsasında ödəməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli Qərar qəbul edilərkən Vergi Məcəlləsinin müddətlər və hesabat dövrləri ilə bağlı tələbləri gözlənilməmişdir. Belə ki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Qeyd olunan müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyici sinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.4, 72.1, 177.1, 177.2, 178 və 175.1-ci maddələri).
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-471/2025 nömrəli iş üzrə 21 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsi nin 11 sentyabr 2024cü il tarixli, 2-1(118)-2909/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
11. Apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində Vergi Məcəlləsinin 13.2.8, 37.2, 85.4, 85.5, 159.1, 164.1.5, 175.6, 177.2 və 178-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
13. Belə ki, iddiaçı tərəfindən əməliyyatlarla bağlı ƏDV ödənilməsini təsdiq edən hər hansı dəlil təqdim edilməmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 13.2.8-ci maddəsində malın anlayışı verilmiş və həmin anlayışa əsasən mal dedikdə hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su başa düşülür. Həmin maddəyə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Qeyd edildiyi kimi ƏDVnin məqsədləri üçün pul vəsaiti mal sayılmadığından, əldə edilmiş xidmətlərin ödənişi maliyyə yardımı əsasında həyata keçirildiyindən, həmin əməliyyatlar ƏDV-yə cəlb edilmədiyindən həmin əməliyyatlara görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsindən də söhbət belə gedə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qəbul etdiyi qərarda iddiaçının həmin əməliyyatlarla bağlı ödədiyi ƏDV məbləği ifadəsini qeyd edərək işin həqiqi halları ilə uzlaşmayan, reallığı yansıtmayan ifadələr işlətmiş, Vergi Məcəlləsinin 175-ci maddəsini yanlış təfsir edərək tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan m əlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.... Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin g örülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbayc an Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (i şlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxa lı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicis inin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.... 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam mə bləğdə əvəzləşdirilir.... 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyi şdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Cavabdeh vergi orqanı mübahisə predmeti olan qərarını və kassasiya şikayət ini onunla əsaslandırır ki, vergi ödəyicisi İddiaçı MMC 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X5 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respub likası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1 977894,281680033,27)+667569,13)*18%=173777,43 manat vergi məbləği hesablanmışdır.
24. Məhkəmə kollegiyası iş materiallarına istinad edərək qeyd edir ki, iddiaçı kiçik yaylaq evləri və qısamüddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olur. İşin mübahisəli halı iddiaçının ƏDV-yə cəlb olunan əməliyyat hesab edilməyən “maliyyə yardımı” hesabına həyata keçirdiyi anbar tikintisi ilə bağlı aldığı xidmətlər müqabilində ödədiyi ƏDV məbləğlərini əvəzləşdirilmək hüququnun olubolmaması ilə bağlıdır.
25. Cavabdeh vergi orqanı hesab edir ki, iddiaçı anbar tikintisini “maliyyə yardımı” əsasında həyata keçirdiyindən və “maliyyə yardımı” da ƏDV-yə cəlb olunan əməliyyat hesab edilmədiyindən, alınmış xidmətlərə görə üçüncü şəxslərə ödənilmiş ƏDV məbləğlərinin Ver gi Məcəlləsinin 175.6-cı maddəsinin tələbləri baxımından əvəzləşdirilməsi yolverilməzdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həyata keçirdiyi fəaliyyət növü (kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi) üzrə əldə etdiyi gəlirləri Vergi Məcəlləsinin 159-cu maddəsinin tələbi baxımından ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat hesab edilir. Bu isə o deməkdir ki, iddiaçı həyata keçirdiyi fəaliyyət çərçivəsində əldə etdiyi iş və xidmətlərə görə ödədiyi ƏDV məbləğləri vergitutulan əməliyyatlar bağlı həyata keçirilmiş ödəniş hesab edilir.
27. İndiki halda iddiaçının sahibkarlıq fəaliyyətində istifadə etmək məqsədilə tikdirdiyi anbar ilə bağlı aldığı xidmətlər də ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatlar çərçivəsin də baş tutmuş xidmətlər hesab edilir. Nəticə etibarilə iddiaçının həmin əməliyyatlarla bağlı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ mövcud olmuşdur.
28. Eyni zamanda cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 175.6-cı maddəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, qeyd olunan qanunvericilik norması ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə aid olduğundan və iddiaçının fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyət hesab edildiyindən, həmin norma hazırkı halda iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, ape lyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(105)-123/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.