Məhkəmə qərarları › İş №2-1(102)-1366/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1366/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1366/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun tanınması, akademik arayış ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.09.2020 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “diplomun tanınması ilə əlaqədar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-76/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Ukrayna Respublikasının Milli Mülki Müdafiə Universitetinin № 321/14 qeydiyyatlı, Dİ 042126 saylı diplomu ilə bakalavr dərəcəsi almışdır. Həmin diplom Ukrayna Təhsil Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli, № 2, A-04406-15 saylı əmri ilə təsdiq edilmişdir. İddiaçı cavabdehə müraciət edərək diplomunun Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasını və ali təhsil sahəsində ixtisasının tanınmasını xahiş etmiş, cavabdeh xx.xx.2017-ci il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olmuşdur. Bundan sonra, iddiaçı cavabdehin imtinasının ləğv edilməsi və diplomun tanınması ilə əlaqədar şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2010-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mandat komissiyasında imtahan verib tələbə statusu alaraq uğur qazanmış, həmin nazirlik tərəfindən Belarus Respublikasının Belarus şəhərində yerləşən təhsil müəssisəsinə tələbə kimi oxumağa göndərilmişdir. Sonradan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edərək, Belarus Respublikasından sənədlərinin geri alınaraq Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Milli Mülki Müdafiə Universitetinə qəbul olunmağın ı xahiş etmişdir. O, Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Milli Mülki Müdafiə Universitetinə təhsilini davam etdirmək üçün ******* saylı əmrlə 3-cü kursa göndərilmişdir. xx xxxx 2014-cü il tarixə kimi həmin universitetin əyani şöbəsində qanuni şəkildə təhsilini başa çatdırmışdır. Ukrayna Respublikasının Milli Mülki Müdafiə Universitetinin № 321/14 qeydiyyatlı, Dİ 042126 saylı diplomu ilə bakalavr dərəcəsi almışdır. Həmin diplom Ukrayna Təhsil Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli, № 2 A-04406-15 saylı əmri ilə təsdiq edilmişdir. xx xxxxxxx 2015-ci il tarixdə Cavabdehnə müraciət edərək, xarici dövlətdə ali təhsil proqramını uğurla bitirməyini, diplomunun Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasını və ali təhsil sahəsində ixtisasının tanınmasını xahiş etsə də, cav abdeh müraciətini təmin etməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun olmadığı ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilir ki, Ukrayna Respublikası Ukrayna Milli Mülki Müdafiə Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur, bu qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4257/2017 saylı xx xxxxxx 2017ci il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən iddiaçının adına verilmiş Дİ 042126 nömrəli, xx xxxx 2014cü il tarixli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-357/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və M.A.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4257/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-957/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-357/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2006/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4257/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1155/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: R.S.Nəbizadə və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2006/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bak ı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-76/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-4257/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki halların a uyğun olmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Belə ki, iddiaçının bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə köçürülməsini təsdiq edən əsas sənəd akademik arayış (transkript) hesab edilir. Lakin iddiaçının təqdim etdiyi sənədlərin siyahısında akademik arayış mövcud deyil. Qeyd olunanlara əsasən, iddiaçının adına verilmiş diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Mə hkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdehnə müraciət edərək diplomunun Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasını və ali təhsil sahəsində ixtisasının tanınmasını xahiş etmiş, Cavabdeh xx.xx.2017-ci il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh imtina məktubunda, etirazda və apelyasiya şikayətində iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olduğunu və bu səbəbdən tədris yükünün yerinə yetirilməsininin qeyri-mümkün olduğunu bildirsə də, kassasiya şikayətində fərqli mövqe nümayiş etdirərək diplomun tanınmasından imtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlərin siyahısında akademik arayışın mövcud olmadığını bildirmiş və bu zaman “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na istinad etmişdir. Əvvə la məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsində göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtina üçün hər dəfə fərqli mövqe ilə çıxış etmiş, bununla da qanunvericiliyin müddəalarını pozmuşdur. Bundan əlavə, cavabdehin kassasiya şikayətində istinad etdiyi akademik arayı ş haqqında müddəalar onun göstərdiyi kimi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda deyil, Azərbaycan Respublikası Təhsil Nazirinin xx xxxx 1997-ci il tarixli, 476 nömrəli əmri ilə təsdiq olunmuş, Ali təhsilin bakalavr pilləsi üçün təhsil haqqında dövlət sənədlərinin hazırlanması, doldurulması, qeydiyyata alınması, saxlanılması və verilməsi Qaydalarında göstərilmişdir. İddiaçı tərəfindən akademik arayışın təqdim edilməməsi ilə bağlı kassasiya şikayətindəki cavabdehin mövqeyinə gəlincə, bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya icraatı zamanı apelyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, xx xxxxxx 2019-cu il tarixində Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndis-Komanda İnstitutuna sorğu verərək İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixinədək “fövqəladə vəziyyətin xəbərdar və ləğv edilməsi” ixtisası üzrə mühəndis fakültəsində oxuyub-oxumaması barədə məlumatın, əgər oxuyubsa təhsil haqqında akademik arayışın surətinin təqdim edilməsi xahiş etmişdir. Belarus Respublikasının Mülki Müdafiə Universiteti tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Belarus Respublikasının FHN X1 müəssisəsinin xx.xx.2010-cu il tarixli 49 nömrəli əmri ilə İddiaçı əyani formada təhsil alması üçün birinci kursa qəbul edilmişdir. Həmin müəssisənin xx.xx.2012-ci il tarixli 9 nömrəli əmri ilə İddiaçı tələbə sırasından xaric edilmişdir. Belarus Respublikasının Təhsil Məcəlləsinin 5-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixində İddiaçı təhsil alması barədə arayış verilmiş və onun həmin dövr üçün imtahan-məqbul cədvəlindən çıxarış məktuba əlavə edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən xx xxxxxx 2019-cu il tarixində Ukrayna Mülki Müdafiə Milli Universitetinə sorğu göndərilərək, Belarus Respublikasının təhsil müəssisəsindən xaric edilmiş tələbə İddiaçı hansı əsasla Ukrayna Mülki Müdafiə Milli Universitetinə bərpa edilməsi barədə məlumat verilməsi xahiş edilmiş, Ukrayna Mülki Müdafiə Milli Universiteti tərəfindən Bakı Apelyasiya Məhkəməsinə dəftərxana vasitəsilə daxil olmuş xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Ukrayna Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli əmrinə əsasən İddiaçı təhsil proqramı üzrə şəxsi plana əsasən akademik fərqi verdikdə n sonra tələbə sıralarına bərpa edilmişdir. Məktuba tələbə İddiaçı təhsil aldığı müddətdə imtahan cədvəlindən çıxarış əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə əsasən, xarici dövlətl ərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 3.6-cı bəndinə əsasən, Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin döv lət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında hamin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsi nə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş sorğulardan da göründüyü kimi, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Belarus Respublikasının Fövqə ladə Hallar Nazirliyinin Mühəndis-Komanda İnstitutunda təhsil almış və həmin universitetdən xaric edildikdən sonra akademik fərqi verərək Ukrayna Mülki Müdafiə Milli Universitetində təhsilini bərpa edərək davam etdirmişdir. Beləliklə, Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar aşkar olunmadığından və bu hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın iddiaçının bakalavr diplomunun tanınmasından imtinası qanuna uyğun olmamaqla onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunması barədə gəldiy i nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-76/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar