Məhkəmə qərarları › İş №2-1(102)-1366/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1366/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1366/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi; “dülgər”, “ iş icraçısı”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi ş ərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-243/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 17 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, işlədiyi peşələrin Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən i stehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısında adı çəkilən peşələrlə və vəzifələrlə uyğun gəlmir və həmçinin 2006cı il 1 yanvar tarixə güzəştli iş stajının 12 il 06 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 9 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 2018-ci il 30 iyul tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 2006-cı il 1 yanvar tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək birdəfəyə ödənilməsinin cavabdehə həva lə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1961-ci il 30 iyul tarixdə Sabirabad rayonunda anadan olmuş, hal-hazırda Şirvan şəhər sakinidir. İddiaçının 1979-cü il 03 dekabr - 2018-ci il 30 sentyabr tarixə kimi 39 il, 3 ay, 27 gün əmək stajı vardır. Həmin əmək stajının 1979-cu il 3 dekabr - 1980-cı il 20 fevral tarixə kimi “Tikinti-Təmir İdarəsi”- də “dülgər”, 1980-ci il 20 fevral - 1980-ci il 23 aprel tarixə kimi “Sabirabad Tikinti-Təmir İdarəsi”-də “dülgər”, 1980-ci il 24 aprel - 1982-ci il 08 iyun tarixə kimi hərbi xidmətdə olmuş, 1982-ci il 21 aprel - 1982-ci il 1 dekabr tarixə kimi “Şirvanneft” NQÇİ-də “dülgər”, 1982-ci il 28 dekabr - 1983-cü il 25 fevral tarixə kimi “X1 Qovşağı”-da “dülgər”, 1984-cü il 21 iyun - 2004 -cü il 01 aprel tarixə kimi “Şirvanneft” NQÇİ-də “dülgər” 2004-cü il 06 aprel - 2009-cu il 05 oktyabr tarixə kimi “Şirvan” OYL-da “təmir-tikinti sexi”-də “iş icraçısı” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, iddiaçıya 2018-ci il 30 iyul tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin iddiaçı 2018-ci il 7 sentyabr tarixdə səhhəti ilə əlaqədar işdən azad edilmişdir. İddiaçı cavabdeh təşkilata 2020-ci il 3 fevral tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək, iddiaçıya 2018-ci il 30 iyul tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 2006-cı il 1 yanvar tarixə kimi qüvvədə olmuş “Vətəndaşların p ensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya 2020-ci il 13 fevral tarixli, **********1 saylı məktubla cavab olaraq müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra iddiaçı 2020-ci il 2 mart tarixdə ərizəyə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş sürətlərini və sənədlərin əslin cavabdeh orqana təqdim etmiş, lakin sənədlərin əslinə nəzərdən keçirilməsinə baxmayaraq cavabdeh orqan iddiaçıya 2020-ci il 17 mart tarixli, 20631031 saylı məktubla ərizəyə cavab olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Bunu da onunla əsaslandırmışlar k i, işlədiyi peşələrin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısını da adı çəkilən peşələrlə və vəzifələrlə uyğun gəlmir və həmçinin 2006-cı il 1 yanvar tarixə güzəştli iş stajının 12 il 6 aydan az təşkil edir. İddiaçı cavabdehin hər iki məktubunu əsassız hesab edir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 1984-cü il 21 iyun - 2004-cü il 1 yanvar tarixlərdə “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Təmir Tikinti Sexində "dülgər" peşəsində çalışıb. Lakin İddiaçının çalışdığı sahə (yəni neft-qazçıxarma) İddiaçının istinad etdiyi Nazirlər Kabin etinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıdakı 2290100a-16671 (dülgərlər) şifri altında nəzərdə tutulmuş peşənin aid olduğu sahə ilə üst-üstə düşmür. İddiaçı 1984-cü il 21 iyun - 2006-ci il 1 yanvar tarixlərdə "Şirvanneft" NQÇİ və "xxxx" BMMM-in Təmir Tikinti Sexində “dülgər” və “iş icraçısı” peşələrində çalışdığı dövrün güzəştli olduğunu iddia edir. İddiaçı bu barədə "xxxx" şirkətinin 2020-ci il 25 fevral tarixli, 5 nömrəli arayışına istinad edir. İddiaçının istinad etdiyi 2 saylı Siyahının müvafiq bölmələrinin iddiaçının çalışdığı neft-qaz hasilatı sahəsi ilə əlaqəsi olmadığı ortadadır. Belə ki, iddiaçının istinad etdiyi “İş icraçısı” (2290000b-24441) 2 saylı Siyahının “Bina, qurğu və digər obyektlərin inşaatı, yenidən qurulması, texniki təchi zatı, bərpası və təmiri” adlanan “XXVİİ Bölməsində, “dülgərlər” (2290100a-16671) peşəsi isə həmin bölmənin “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa)” adlanan 1-ci alt-qrupunda öz əksini tapıb. İddiaçının neft sahəsində çalışdığı aydındır. Həmin sahə üzrə güzəştli iş stajı verən peşələrin dairəsini 2 saylı Siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan Xll bölməsi müəyyənləşdirir. Həmin bölmədə isə “dülgər” və "iş icraçısı" peşələri ümumiyyətlə nəzərdə tutulmayıb. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 31 avqust tarixli, 2-1(112)-4997/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 2018-cı il 30 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təhsil və hərbi xidmət illəri (2 il 11 ay 16 gün) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 2006-cı il 1 yanvar tarixədək 28 il 11 ay 16 günü sığorta stajı mövcuddur, bunun 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil edir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-243/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 31 avqust tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının ”dülgər” və “iş icraçısı” peşələrində çalışdığı dövrü güzəştli əmək pensiyası hüququ verən staja aid edilməsi düzgün deyil. İddiaçı “x” şirkətinin 2020-ci il 25 fevral tarixli, 5 nömrəli arayışına istinad edərək, 1984-cü il 21 iyun - 2006cü il 1 yanvar tarixlərdə “x” NQÇİ və "xxxx" BMMM-in Təmir Tikinti Sexində “dülgər” və “iş icraçısı” peşələrində çalışdığı dövrün güzəştli olduğunu iddia edir. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı neft sahəsində çalışmı şdır. Həmin sahə üzrə güzəştli iş stajı verən peşələrin dairəsini 2 saylı Siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan Xll bölməsi müəyyənləşdirir. İddiaçının çalışdığı neft-qaz hasilatı sahəsi ilə əlaqəsi yoxdur və həmin bölmədə isə “dülgər” və “iş icraçısı” peşələri ümumiyyətlə nəzərdə tutulmayıb birinci instansiya məhkəməsinin iddiaçının ”dülgər” və “iş icraçısı” peşələrində çalışdığı dövrü güzəştli əmək pensiyası hüququ verən staja aid edilməsi düzgün deyil. Lakin birinci instansiya məhkəməsi qərarda iddiaçıya aid edilməyən istehsalat sahəsindəki peşəyə - “İş icraçısı” (22900006-24441) 2 saylı Siyahının “Bina, qurğu və digər obyektlərin inşaatı, yenidən qurulması, texniki təchizatı, bərpası və t əmiri” adlanan “XXVİİ Bölməsində, “dülgərlər” (2290100a-16671) peşəsi isə həmin Bölmənin "Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa)” adlanan 1-ci altqrupuna istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul edir və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçıya aid edilməyən istehsalat sahəsindəki peşəyə istinad edilməsi əsassızdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını id dia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqi baxımından düzgün təfsir etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi peşələrin məhz neft və qaz sahəsinə aid olmadığını, ona görə də yalnız həmin sahədə sözü gedən peşələr qeyd olunmamasını əsas gətirməklə həmin müddəalara düzgün şərh verməmişdir. İddiaçının işlədiyi sahə neft və qaz sahəsinə aid olmasına baxmayaraq, həmin sahədə müxtəlif iş sahələrinin olmasına dair peşə və vəzifələrin məhz neft və qaz sahəsinə aid olmaması kimi qəbul edilməsi düzgün anlam deyil. Çünki, şəxsin işlədiyi vəzifə və peşənin hansı sahədə işləməsi önəmli deyil, önəmli olan onun işlədiyi peşə və vəzifənin zərərli və ağı r sahə olmasıdır ki, bu da iddiaçının işlədiyi müəssisə tərəfindən sahənin ağır sahə olması barədə güzəştli arayış da öz təsdiqin tapmışdır. İddiaçının işlədiyi peşələri adi inşaat sahəsində olan peşə və vəzifələrlə uyğunlaşdıraraq sahənin ağır sahə olmadığı qənaətinə gəlir. Lakin istər cavabdeh, istər də apellyasiya instansiya məhkəməsi bu halları düzgün şərh etməmişdir. Çünki, iddiaçının işlədiyi sahə neft və qaz sahəsi olsa da, həmin sahədə yalnız neft və qazın çıxarılmasından ibarət işlərdən olması deyil. Belə ki, həmin sahədə tikinti-təmir işlərinin aparılması o deməkdir ki, neft və qazın çıxarılması prosesinin aparılması kimi tikinti-mühəndis inşaat işlərinin aparılır və bu da mədənlərdə və buruqlarda ilkin və sonradan tikinti-təmir və bərpa işlərinin aparılmasına zərurət yaradır. On a görə də istər iş icraçısı, istər də dülgər və yaxud da tikinti də müxtəlif peşə və vəzifələrin hamısı iş rejiminə əsasən özlüyündə ağır və zərərli sahədir. Bu peşələrin və vəzifələrin neft və qaz çıxarılma sahəsində qeyd edilməməsi ondan xəbər verməmişdir ki, həmin sahədə neft və qazın yalnız çıxarılmasından ibarət işlərdir. Həmin sahədə neftin və qazın çıxarılmasına kimi ilkin və sonradan tikinti və təmir-bərpa işləri aparılır. Bütün bu işlər ağır və zərərli iş sahəsindən ibarət işlərdir. İddiaçının aylıq əmək haqqının üzərinə 12 % əlavənin edilməsi və məzuniyyət günlərinə 6 təqvim gününün əlavə olması onun işlədiyi sahənin ağır iş sahəsi olmasını sübut etmişdir. Həmçinin bütün bu hallar “Şirvan OYL”nın 2020-ci il 25 fevral tarixli, 5 saylı güzəştli iş stajı haqqında arayışın da öz tə sdiqin tapmışdır.

13. Apellyasiya instansiya məhkəməsi hansı əsaslarla cavabdehin apellyasiya dəlilləri ilə razılaşaraq, lakin özünün qərarında qanunun tələblərinə uyğun olaraq heç bir əsaslandırmadan və şərh etmədən formal mülahizəyə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Halbuki, apellyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmaqla, qanunun tələblərinə uyğun olaraq işin faktiki hallarını özündə əks etdirməli olmalı və iş üzrə müəyyən edilən faktlardan ibarət olan qəti nəticə ilə əsaslanmaqla şərh edilməlidir. Bütün bu hallara apellyasiya instansiya məhkəməsi riayət etməyərək qanunun tələblərini pozmaqla maddi hüquq normalarını düzgün təfsir etməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə iş ə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü mad dələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

19. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi stajına malik olduğu mübahisələndirilmir.

20. İddiaçının güzəştli iş stajı ilə bağlı tələbinə gəldikdə, iddiaçının 2004-cü il 1 aprel tarixdən 2006-cı il 1 yanvar tarixədək təmir-tikinti sexində “iş icraçı sı” vəzifəsinin, həmin vəzifənin istehsalat sahəsindən asılı olmayaraq “qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” ilə bilavasitə əlaqəli olduğu, bu səbəblə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuş “iş icraçıları” (2290000b-24441) vəzifəsinə uyğunluğu qəbul edildikdə belə, bu, onun hazırkı məzmunda tələbinin təmin olunması üçün yetərli deyil. Belə ki, i ddiaçının işlədiyi və hazırkı tələbinin əsası kimi istinad etdiyi “dülgər” peşəsi və bu peşənin 2 nömrəli Siyahıdakı kodu (2290100a—16671) həmin Siyahının (********)

1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) sahəsinə aid edilmişdir ki, iddiaçı da “dülgər” vəzifəsini həmin istehsalat sahəsində icra etməmişdir.

21. İddiaçının bilavasitə çalışdığı istehsalat sahəsində icra etdiyi “dülgər” peşəsi (vəzifəsi) isə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən də, o, hazırkı məzmunda tələbinin əsası kimi 2290100a—16671 koduna istinad edə bilməz.

22. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-243/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar