Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1366/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müraciətə yazılı cavab verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə yazılı cavab ve rilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1401/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin əlillik haqqında arayışına əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış müxtəlif tarixli, lakin eyni məzmunlu ərizələrə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə əyani müayinə olunmağını nəzərə alaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona 2-ci qrup müddətsiz əlillik təyin olunmasında köməklik göstərilməsini xahiş etmişdir.
3. İddiaçıya ünvanlanmış elektron sənədin surətinə əsasən, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsindən daxil olmuş müraciətinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçıya bildirilmişdir ki, X1 X3 və səbəb əlaqəsi barədə xx.xx.2021-ci il tarixdə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən, iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə xx.xx.2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik statusuna malikdir və onun növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar iddiaçı göndərişin (forma-088) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 9 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsin ə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə iki dəfə olmaqla cavabdehə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandır mışdır ki, xx.xx.1996-cı ildən xx.xx.2013cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmiş, 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyi medalları, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin çox hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrində, son N ilini isə düşmənlə təmas şəraitində olan Qazax rayonunun Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Hal-hazırda ehtiyatda ola n zabitdir, Prezident təqaüdçüsüdür, 2014-cü ildən isə 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanasının 0280003AAFMA nömrəli göndərişi əsasında ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuş, bu barədə xx.xx.2021-ci il tarixə kimi dəfələrlə, xx.xx.2021-ci il tarixdə isə sonuncu dəfə onun şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 Heyəti sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu yerləşdirilmiş, məktubda ‘'0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndi rilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi də əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir" yazılmışdır. Bundan başqa, qeyd edilmişdir ki, bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş göndərilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021ci ilədək onun elektron şəxsi kabinetinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü bəndinə (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğ unun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin tələblərinə əsasən, “0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə (məktubların bir hissəsinin elektron şəxsi kabinetindən çıxarışını iddia ərizəsinə əlavə edir) ona göndərilməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə şəxsi kabinetinə baxış keçirən zaman ümumi səhifədə əlilliyin qiymətləndirilməsinin 5 rəqəmindən 4 rəqəminə endirildiyini, əlilliyin axrıncı qiymətləndirilməsinin sistemdən silindiyini, əlillik müddətinin və diaqno zunun dəyişdirildiyini görmüşdür. Bu səbəbdən də dəfələrlə cavabdehə müraciət etmişdir. Hal-hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən, xx.xx.2021-ci il tarixdə müraciətinə cavabdeh tərəfindən cavab verilməmiş və “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri növbəti dəfə pozulmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2362/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim Ş.A.Həsənova) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.6-cı maddəsinə əsasən, elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı va sitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Göründüyü kimi, elektron müraciətə bir qayda olaraq cavab elektron ünvan vasitəsilə elektron qaydada verilir. Elektron müraciətə poçt ünvanı vasitəsilə yazılı cavab müraciət edənin xahişi olduqda və ya müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə verilir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı elektron müraciətinə poçt vasitəsilə yazılı cavab məktubunun təqdim edilməsini tələb edirsə (cavabdehin elektron müraciətə elektron qaydada cavab verildiyi müəyyən olunsa belə) bu halda iddiaçı ilk növbədə cavabdeh orqana yazılı müracət etdiyini və həmin yazılı müraciətə cavab məktubunun poçt vasitəsilə ünvanına göndərilməsini xahiş etdiyini sübut etməlidir. Hazırkı iş üzrə isə iddiaçının elektron müraciətə yazılı cavab verilməsi ilə bağlı cavabdehə müraciət etməsi halı öz təsdiqini tapmamışdır.
10. Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasını əsaslandıra bilmədiyindən, ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq həmin məhkəmədə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1401/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin icraata qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul e dilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikasının Ali Məhkəməsi Pl enumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəs inə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin m ümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hü quqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən iddiaçının müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə ünvanına göndərilməsi tələbinə dair iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
25. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Nəzərə almaq lazımdır ki, inzibati orqan şəxsin müraciətinə hər bir halda cavab vermək öhdəliyi daşıyır. Müraciətdə qaldırılan məsələ həmin qurumun məsuliyyət sferasına aid olmadığı hallarda isə, həmin qurum ən azından müraciəti aidiyyəti orqana göndərməyə və bu barədə müraciət edənə məlumat verm əyə borcludur. Şəxsə cavab verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasında məqsəd şəxsin müraciətində qaldırılan məsələyə müraciətin ünvanlandığı orqanın münasibətini və bununla bağlı (həmin məsələnin həlli həmin qurumun məsuliyyət sferasına aid olduğu hallarda) iradə ifadəsini müraciət edənə çatdırmaqdan ibarətdir. Bu baxımdan əhəmiyyət kəsb edən məsələ, bir qayda olaraq inzibati orqanın münasibətini və iradəsini ifadə edən cavabın çatdırılması qaydası və üsulu deyil, həmin cavabın şəxsə çatdırılmasının təmin olunmasıdır (qanunvericilikdə cavabın çatdırılması üsulunun birbaşa və mütləq qaydada müəyyən olunduğu hallar istisna olmaqla). Hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciətinə cavabdehin məktubunun, yəni münasibətinin və iradə ifadəsinin çatdırıldığı iş üzrə materia llarla təsdiq olunur. Bu hal iddiaçının şəxsi kabinetinə elektron qaydada göndərilmiş və iş üzrə materiallara əlavə olunmuş elektron sənədin (bu qərarın 3-cü bəndində istinad edilən) surəti ilə, eləcə də iddiaçının özü tərəfindən təsdiq olunur. 27. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.6-cı maddəsinə əsasən, elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.
28. İstinad olunan normadan göründüyü kimi, elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəx sləri tərəfindən cavabın verilməsi qaydası və üsulu ilə bağlı qanunverici alternativ imkanlar nəzərdə tutmuşdur. Belə ki, elektron müraciətə, bir qayda olaraq cavab elektron ünvan vasitəsilə elektron qaydada verilir. Lakin müraciət edən ona poçt ünvanı vasitəsilə yazılı cavab verilməsini inzibati orqana bildirdiyi və ya müraciətdə elektron ünvanı göstərmədiyi hallarda, inzibati orqan ona poçt vasitəsi ilə cavab verməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının cavabdehə müraciətində ona poçt ünvanı vasitəsilə yazılı cavab verilməsini bildirdiyi iş üzrə materiallarla sübut olunmur. Həmçinin iş üzrə materiallardan iddiaçının elektron ünvana malik olduğu və cavabdehin iddiaçının müraciətinə cavabı onun elektron ünvanına göndərdiyi də görünür.
29. Nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılması üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərinin ödənilməsi mütləqdir. Hazırkı mübahisəyə münasibətdə iddianın digər mümkünlük şərtləri ilə yanaşı ümumi xarakterli hüquqi müdafiə marağının mövcud olması şərti də ödənilmiş olmalıdır. Nəzərə almaq lazımdır ki, ümumi xarakterli hüquqi müdafiə marağı o zaman mövcud olur ki, şəxs daha sadə, daha asan və məqsədəuyğun yolla tələbinə nail olmaq imkanına malik olmasın. Baxılan işdə iddiaçının cavabdehə müraciət edərək ona poçt ünvanı vasitəsilə yazılı cavab verilməsini bildirmək və bununla da öz istəyinə daha asan yolla və məqsədəuyğun şəkildə çatmaq imkanına malik olduğu halda, bu barədə cavabdehə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırdığı müəyyən olunmuşdur. Bu baxımdan iddianın mümkünlük şərti ola n ümumi xarakterli hüquqi müdafiə marağı mövcud olmadığından iddia mümkün sayıla bilməz.
30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1401/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.