Məhkəmə qərarları › İş №2-1(102)-1366/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1366/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1366/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarış verilməsindən imtina; bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X14 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı inzibati iş üzrə (üçüncü şəxs X15) “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3123/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərə k Bakı şəhəri, Qaradağ rayonu, Şahandağ bağ massivində yerləşən 77 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir

2. Cavabdeh 06 may 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıqyoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Qaradağ rayonu Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqyoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya ayrılmış 77 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsində qeyd edilmişdir ki, o, “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Ona Şabandağ sahəsində sahəsi 600 kv.m olan 77 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər X2 İcraiyyə K omitəsinin 11/546 saylı 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 600 kv.m olan 77 saylı bağ sahəsi verilmişdir. 11 aprel 2022-ci il tarixdə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmiş, lakim cavabdeh müraciətin təmin edilməsindən imtina edilmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

6. Bakı İnzibati Məhkəməs inin 06 mart 2023-cü il tarixli, 2-1(112)-2952/2023 saylı qərardadı ilə “Heydər Əliyev” Fondu zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-2952/2023 saylı qərarı ilə (hakim X3) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həm inzibati icraat, həm də məhkəmə icraatı zamanı təqdim etdiyi sənədlərdə uyğunsuzluq və ziddiyyətlər mövcuddur. İddiaçının təqdim etdiyi üzvlük kitabçasında onun işə başladığı tarix xx.xx.1994-cü il kimi göstərilsə də, iddiaçının təqdim etdiyi xx.xx.1994-cü il tarixli iclas protokolundan çıxarışda ona torpaq sahəsinin xx.xx.1994-cü il tarixdə, hələ işə başlamazdan əvvəl ayrıldığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının özünün təqdim etdiyi sənədlər biri-bi ri ilə uyğun gəlmədiklərinə görə onların mötəbərliyi öz təsdiqini tapmır.

9. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3123/2023 nömrəli iş üzrə 21 dekabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X1) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-2952/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

14. Qeyd edilmişdir ki, Bağçının üzvlük kitabçasının və "26 Bakı komissarı" adına Neft və Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı 1994-cü ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilir, ona Bakı şəhəri, Qa radağ rayonu, Lökbatan Hacıhəsən şossesində bağçılıq cəmiyyəti bağının sahəsindən xx.xx.1991-ci il tarixli qərarla sahəsi 600 kv. metr olan 77 nömrəli bağ sahəsi ayrılıb. Bu, işin faktiki halları ilə birmənalı şəkildə təsdiq olunur. Sözügedən faktlar nəinki cavabdeh orqan tərəfindən mübahisələndirilir, eyni zamanda onun özünün təqdim etdiyi məlumatlarda bu faktlar bir daha təsdiq olunur. Maddi hüququn istinad edilən normasına əsasən bağ sahəsinin kassatorun mülkiyyətinə verilməsinə dair əsas təşkil edən üzvlük kitabçası və bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin iclas protokolundan çıxarış vardır. Cavabdeh orqan çıxarışın verilməməli olması qənaətinə gələrkən səbəblərdən biri kimi həmin torpaq sahəsinin başqa hüquqi şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirib. Mübahisələn dirilən qərarda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra BŞİH) başçısının xx.xx.2005-ci il tarixli 330 №-!i sərəncamının surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun istifadəsinə verilməsi qərara alınıb. Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X7 adına X8 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış "Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunub.

15. Beləliklə, kassatorun iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə Heydər "Əliyev Fonduna istifadə üçün verilmiş (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür. Ancaq nə birinci instansiya, nə də apellyasiya məhkəməsi kassatorun qanuni istifadəsində olan torpaq sahəsinin X11 verilməsinin qanuni olub- olmaması və yaxud da onun adına torpaq sahəsinin ayrılmasına dair bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokolunun və 26 Bakı Komissarı adına Neft- Qazçıxarma İdarəsinin xahişi nəzərə alaraq Qaradağ rayonu Lökbətan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmasına dair Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarının ləğv edilib-edilməməsini ümumiyyətlə araşdırmayıb. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmas ının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatı na alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzə rdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. X13 Məhkəməsinin hüquqi mövqe yinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri, Qaradağ rayonu, Şahandağ bağ massivində yerləşən 77 saylı torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.

24. Eyni tələblə iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin müraciətini məhkəmə qaydasın da mübahisələndirən iddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır.

25. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayaraq bildirir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış qeydiyyat üçün əsas olsa da, normanın imperativ tələbinə əsasən üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər.

26. Lakin hazırkı iş üzrə “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı yoxdur. Belə ki, həmin siyahı həm cavabdeh tərəfindən təqdim edilməmiş, həm arxivdə aşkar edilməmişdir.

27. Şikayətdə qeyd edilir ki, bağ sahəsinin kassatorun mülkiyy ətinə verilməsinə dair əsas təşkil edən üzvlük kitabçası və bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin iclas protokolundan çıxarış olsa da, məhkəmələr bu halları əsassız olaraq qəbul etməmişlər.

28. Məhkəmə kollegiyası kassatorun mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş və iddiaçıya məxsus olduğu iddia edilən üzvlük kitabçası və bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin iclas protokolunun həqiqiliyi ciddi şübhə doğurur.

29. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi üzvlük kitabçası ( iş v. 11-17) kserosurtədir (əsli və ya notarial təsdiqli surəti təqdim edilməmişdir), həmçinin, kitabçanın özü kiril qrafikalı olsa da, ora daxil edilən məlumatlar latın qrafikalıdır. Bundan əlavə, kitabçanın ilk səhifəsində iddiaçının 1994-cü ildə bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi qeyd olunsa də, sonrakı səhifədə xx.xx.1990-cı il tarixli 10 saylı iclas protokoluna əsasən üzv qəbul edildiyi qeyd olunmuşdur.

30. Digər tərəfdən, sözügedən xx.xx.1990-cı il tarixli 10 saylı iclas protokolundan çıxarış iş materiallarında olsa da (iş v. 21), həmin protokol da kserosurətdir, əsli təqdim edilməmişdir və protokoldan çıxarışın hansı əsasla verildiyi bəlli deyildir (belə ki, protokolun özünün mövcudluğu müəyyən edilməmişdir).

31. Bundan əlavə cavabdeh orqanın iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 77 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmalı olmaması qənaətinə gəlməsinin səbəblərindən biri - həmin torpaq sahəsinin başqa hüquqi şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsidir. Belə ki, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamı ilə X7 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsi universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X7 adına X8 kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur.

32. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin harada yerləşməsinə dair hər hansı bir müəyyənedici sənəd təqdim edə bilməmişdir. Naturada gös tərdiyi torpaq sahəsi isə müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə digər bir hüquqi şəxsin adına ayrılmış torpaq sahəsi ilə üst üstə düşür. Hansı ki, bu fakt iş materialları ilə öz təsdiqini tapır.

33. Bundan başqa, iddiaçının göstərdiyi torpaq sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir, habelə mübahisə predmeti olan torpaq sahəsinin “Heydər Əliyev” Fondunun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamı mübahisələndirilməmişdir

34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən həmin sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı deyildir.

35. Beləliklə, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməy ə iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən mötəbər sənəd təqdim etməmişdir. Bu da "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.

36. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3123/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar