Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1367/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkün sayılmaması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3 iştirakı ilə ) qarşı mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və mənzilin Yasamal rayon İcra Hakimiyyətinin balansına qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2830/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında olan mənzil barəsində xx.xx.2002-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən özəlləşd irmə qərarının ciddi qanun pozuntuları ilə verildiyi üçün ləğv edilməsi və həmin mənzilin Yasamal rayon İcra Hakimiyyətinin balansına qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-2166/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-2830/19 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi hallar nəzərdə tutulmuşdur. Həmin hallar maddənin 284.0 və 384.0.5-ci maddələrinin tələbləri ilə «dövlət və ya bələdiyyə orqanının və onların vəzifəli şəxslərinin əmlaka sahi blik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələbi ilə bağlı iddialara iddia müddəti şamil olunmur». Məhkəmə müddətlə bağlı bu maddi hüquq normanı tətbiq etməli olduğu halda, qanunsuzluğa yol verərək vətəndaşların müraciəti ilə bağlı tələbləri tənzimləyən prosessual normaları tətbiq edərək iddianın mümkün sayılmaması barədə qanunsuz məhkəmə qərardadı vermişdir. Halbuki yuxarıda göstərdiyi maddi hüquq normasına əsasən məhkəmə bu işə mahiyyəti üzrə baxmalıdır. İş materiallarından da göründüyü kimi, onun iddia tələbi İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icrası ilə əlaqədar iddia tələbidir. Məhkəmə 2013-cü ildə bu işə baxanda iddianın xüsusi mümkünlük şərti də t əmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. O, da iddiaçı kimi hazırkı tələblə bağlı cavabdehə müraciət etmişdir, sonuncu bundan imtina etdikdən sonra hazırkı mübahisə yaranmışdır. İşin bu faktiki halı iş materiallarında olan sənədlərlə də sübut olunur. Apelyasiya məhkəməsi tərəfindən verilən qərardadında göründüyü kimi, apelyasiya məhkəməsi də bu iş barəsindən qanunsuz da olsa verdiyi qərardadla onun yuxarıda göstərdiyi dəlillərlə razılaşaraq bu işə iddia müddətinin tətbiqini istisna edərək göstərmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin hazırkı halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı mövqeyi ilə razılaşmır. Belə ki, hakim məhkəmə qərardadının 2-ci sə hifəsində göstərmişdir: «Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən irəli sürməsi üçün subyektiv hüququnun olmadığına dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı hazırkı iddianı öz adından qaldırsa da, məhrum əri X7 birinci nikahdan olan 1992-ci ildən itkin düşmüş 1971ci il təvəllüdlü X13 hüquqlarının bərpası məqsədilə qaldırılmışdır». X5 Əli Telman oğlunun ölmüş elan edilməsində məqsədi onun üçün xalasının adında saxlanılan mənzilin 1/3 hissəsini mənimsəmək məqsədilə 2005-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə erməni əsirliyində olan oğlu X18 barəsində ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsi almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilən məhkəm ə qətnaməsinə əsasən hərbi xidmət zamanı əsir düşən X18 üçün atasının adında saxlanılan həmin 1/3 hissənin də 2 yerə bölməsini notarius tərəfindən xəbəri olmadan 2 yerə böldükdən sonra xəbəri olmadan yaşadığını mənzili hərrac yolu ilə satışa çıxartmışdır. Məqsədi də olmuşdur ki, biznesmen həyat yoldaşı olan həmin ərəbin pulu ilə mənzilini alıb vahabiliyin təbliği üçün qərargaha döndərsinlər. Çünki, Səbinənin həyat yoldaşı dəfələrlə mənzilini bu məqsədlə ondan istəmişdir. O, isə imtina etmişdir. O, sonralar başa düşdü ki, Şəbinə həyat yoldaşı ilə birlikdə onun mənzilini mənimsəmək istəyir. Bu məqsədlə hətta qanunsuz olaraq oğlu X18 barəsində ölüm elan edilməsi haqqında məhkəmə qətnaməsi də almışdır. Halbuki, hərbi qulluqçunun ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsi qeydiyyatda olduğ u yer üzrə məhkəmədə baxılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(103)-2820/2019 saylı işin ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (xx.xx.2020-ci il tarixdə müvafiq bildiriş göndərilmişdir.) Əsa slandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yox lamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2830/2019 saylı qərardadla, iddiaçı X6 apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 21(81)-2166/19 saylı qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 1.2, 35.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 5.1, 5.2, 72.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayəti əsasən hüquqi faktların təhlilinə və onlara, iddiaçının qənaətinə görə, maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə deyil, iddiaçının özünün həyat tarixçəsinə həsr edilmişdir. Digər tərəfdən apelyasiya məhkəməsi iddiaçının kasasiya şikayətində toxunduğu iddia müddəti ilə bağlı iddiaçının mövqeyi ilə razılaşaraq, öz qərarında göstərmişdir ki, «Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması əsasları kimi, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə və iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı qərar (inzibati akt) qəbul edilmədiyindən özəlləşdirmənin qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia tələbi Azərba ycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən etmə və tanınma haqqında iddia növünə uyğundur. Belə ki, iddiaçı hazırkı iddianı irəli sürməklə yaşadığı və 1/3 hissədə paylı mülkiyyətində olan mənzilin özəlləşdirilməsi zamanı yol verilmiş qanun pozuntusunun məhkəmə tərəfindən tanınmasını və təsdiq edilməsini xahiş edir. Bu növ iddialar üzrə isə iddia müddətinin tətbiq olunması istisna olunur. Göstərilənlərə əsasən məhkəmə birinci instansiya məhkəməsinin hazırkı halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı mövqeyi ilə razılaşmır». Bununla belə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd edilən iddianı irəli sürməsi üçün subyektiv hüququnun olmadığına dair məhkəmənin iş üzrə gəldi yi nəticə qanuni və əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddianı öz adından qaldırsa da mərhum əri X7 birinci nikahından olan, 1992ci ildən itkin düşmüş 1971-ci il təvəllüdlü X10 hüquqlarının bərpası məqsədi ilə qaldırmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X11 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli razılıq ərizəsi əsasında ünvan 3 ünvanında yerləşən mənzil əri X7 adına özəlləşdirilmiş, X14 vəfat etdikdən sonra həmin mənzil X8 vərəsəlik qaydasında keçmişdir. Bundan sonra X9 iddiaçının adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni məhkəmə qaydasında mübahisələndirmiş, X7 3 qanun üzrə vərəsəsi (həyat yoldaşı və 2 övladı) olduğu nəzərə alınaraq məhkəmə tərəfindən qeyd edilən mənzil üzərində 1/3 hissədə iddiaçının, 1/3 hissədə 3-cü şəxs S.Cabbarovanın paylı mülkiyyət hüququ tanınmış, X15 vərəsəlik qaydasında keçməli olan hissə X7 adında saxlanılmışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X1 Əli Telman oğlunun bioloji anası deyildir, onun atası ilə nikahda olarkən X16 övladlığa götürməmiş, Ə.Cabbarov itkin düşdükdən sonra onun əmlakının mühafizə və idarə olunması üçün qəyyum olaraq təyin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş materiallarına əlavə edilmiş xx xxxx 2011-ci il tarixli, 2 (103)-1323/2011 saylı qətnaməsindən görünür ki, X6 xx.xx.1985-ci ildən X10 övladlıqda olması faktının təsdiq edilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X 2 Bətulə İlyas qızı tərəfindən qanunla müəyyən edilmiş qaydada övladlığa götürülməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İn zibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya xud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 5.2-ci maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin Məcəllənin 72.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş hesab edilmiş fiziki şəxsin iştirak etməli olduğu iş üzrə xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün təyin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi qismində çıxış edir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, başqa şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət et məyə yalnız qanunla nəzərdə tutulmuş hallarda yol verilir. Hazırkı halda qanunla nəzərdə tutulmuş əsaslar mövcud olmadığından X6 X10 hüquqlarının müdafiəsi üçün qaldırdığı iddia mümkün sayıla bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2830/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1367/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1367/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver