Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1367/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1367/2022) (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; məhkəmə aktından şikayət vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ab şeron Ərazi idarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(105)-367/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayon Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh 19 may 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 may 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 8 iyun 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 193 saylı qərarı ilə əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmiş Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qey diyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(118)-123/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaqdan istifadə və torpağa sahiblik məsələlərinin həll edilməsi İcra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Hazırkı halda isə mübahisəli torpaq sahəsinin səlahiyyətsiz şəxs tərəfindən ayrıldığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsindən göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət q eydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(105)-367/2022 nömrəli qərardadı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən edilmişdir ki, mübahisələndirilən qərarın surəti 17 yanvar 2022-ci il tarixli müşayiətedici məktubla tərəflərə göndərilmiş və iddiaçının ünvanına (Abşeron rayonu, Novxanı kəndi) göndərilmiş məktub 21 yanvar 2022-ci il tarixdə təqdim edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qərarının surəti iddiaçının nümayəndəsi və vəkili Vəkil 21 fevral 2022-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya şikayəti iddiaçıya rəsmi qaydada təqdim edildiyindən şikayətin verilmə müddəti qərarın iddiaçıya təqdim edildiyi vaxtdan hesablanmalıdır. İddiaçı tərəfindən ver ilmiş apellyasiya şikayəti Sumqayıt İnzibati Məhkəməsinə 17 mart 2022-ci il tarixdə daxil olmuşdur. Halbuki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 21 fevral 2022-ci il tarixdə bitmişdir. Bundan başqa, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(118)-123/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayətində şikayətin İddiaçı tərəfindən verilməsi qeyd olunsa da, şikayətin “imza etdi” hissəsində X1 adı qeyd olunmuşdur. Məhkəmə tərəfindən hüquqi yardım edilməsinə baxmayaraq, şikayətin “imza etdi” hissəsindəki yanlışlıq aradan qaldırılmamış, eləcə də ötürülmüş məddətin bərpasına dair ərizə verilməmişdir.
9. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı iddiaçıya şəxsən çatdırılmadığı üçün xəbəri olmamış və vəkil şifahi formada 21 fevral 2022-ci il tarixdə müraciət edərək qəbzlə həmin qərarı almış və elə həmin gün də apellyasiya şikayəti hazırlanaraq poçta təqdim edilmişdir (apellyasiya şikayətinin göndərilməsi barədə qəbz kassasiya şikayətinə əlavə olunur). Həmçinin qərar rəsmi qaydada iddiaçının vəkilinə göndərilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsi: Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
13. İnzibati Prosessual Məcəllə: Maddə
1. Azərbaycan Respublikas ının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDL ƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
17. Hazırkı işin hallarından müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarın surəti 17 yanvar 2022-ci il tarixli müşayiətedici məktubla tərəflərə göndərilmiş və iddiaçının ünvanına (Abşeron rayonu, Novxanı kəndi) poçt vasitəsilə göndərilmiş məktub işdəki xəbərnaməyə əsasən 21 yanvar 2022-ci il tarixdə təqdim edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qərarının surəti iddiaçının nümayəndəsi və vəkili Vəkil 21 fevral 2022-ci il tarixdə şəxsən təqdim edilmişdir. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində öz ünvanı kimi Abşeron rayonu, Novxanı kəndini göstərmiş, onunla aparılacaq yazışmaların və təqdim ediləcək məhkəmə sənədlərinin başqa ünvana göndərilməsi barədə birinci instansiya məhkəməsindəki icraat zamanı hər hansı vəsatət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən həmin ünvana məhkəmə qərarının göndərilməsi qanuni olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının ünvanına məhkəmə tərəfindən göndərilmiş sənədlər də çatdırılmış, geri qaytarılmamış, eləcə də iddiaçını birinci instansiya məhkəməsində təmsil edən vəkili də sənədlərin onlara çatmadığını bildirməmiş, başqa ünvana göndərilməni tələb etməmişdir. Beləliklə, məhkəmə aktı iddiaçıya rəsmi qaydada təqdim edilmiş hesab edildiyindən apellyasiya şikayətinin verilmə müddəti də qərarın iddiaçıya təqdim edildiyi vaxtdan hesablanmalıdır. İddiaçı tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti Sumqayıt İnzibati Məhkəməsinə 17 mart 2022-ci il tarixdə daxil olmuş, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə verilmişdir.
18. Həmçinin iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2022ci il tarixli, 2-1(118)-123/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayətində şikayətin İddiaçı tərəfindən verilməsi qeyd olunsa da, şikayətin “imza etdi” hissəsində X1 adı qeyd olunmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi tərəfindən prosesual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi, şikayətin “imza etdi” hissəsində yanlışlığın aradan qaldırılması təklif edilsə də, iddiaçı məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətinin “imza etdi” hissəsində göstərilən çatışmazlığı aradan qaldırmamışdır.
20. Odur ki, iddiaç ının şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(105)-367/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.