Məhkəmə qərarları › İş №2-1(102)-1367/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1367/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1367/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-210/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus ИT-İ ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək Bakı şəhəri 87 nömrəli texniki məktəbində təhsil almışdır. xx.xx.1980ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə Bakı Metropolitenində hərəkət qatarı tərkibində elektrik avadanlıqlarının təmiri üzr ə çilingər-elektrik vəzifəsinə təyin edilmişdir. xx.xx.1982-ci ildə baxış və avadanlıq üzrə sahəyə elektrik avadanlıqlarına 2-ci dərəcə üzrə baxıcı çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.1982-ci ildə istismar sexinə maşinist köməkçisi keçirilmişdir (zərərli iş şəraiti-həftədə 36 saatlıq iş). xx.xx.1986-cı il tarixdə istismar sexinə elektrik qatarına maşinist keçirilmiş (ağır əmək şəraiti, 36 saatlıq iş həftəsi), xx.xx.1999-cu ildə əməyin ödənişinin vahid tarif cədvəlinin tətbiqi ilə əlaqədar olaraq 10-cu dərəcə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı sərəncamına əsasən BMP və “Azərelektrotikinti” SC yenidən təşkili edilərək dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.xx.xx.2014-cü il tarixdə Depolar üzrə İş Departamentinin istismar sahəsinə 10-c u dərəcə ilə qatar maşinisti (tək işləyən 3-cü dərəcəli sürücülük) vəzifəsinə keçirilmişdir.(yeraltı ağır əmək şəraiti ilə). xx.xx.2017-ci il tarixdə Hərəkət qatarının istismarı üzrə iş Departamentinin istismarı sahəsinə 10-cu dərəcə ilə qatar maşinisti vəzifəsinə keçirilmişdir (yeraltı ağır iş şəraiti ilə).

2. İddiaçı, 01 mart 1985-ci ildə Azərbaycan SSR, Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 29 yanvar 1986-cı ildə metronun hərəkət qatarları maşinisti peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir.

3. Həmçinin, iddiaçı 01 sentyabr 1978-ci ildə Azərbaycan SSR, Bakı şəhəri 87 nömrəli texniki məktəbin gündüz şöbəsinə daxil olmuş və 04 mart 1980-ci ildə elektrik qatarlarının maşinist köməkçisi peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir.

4. Nərimanov rayon Hərbi komissarlığı tərəfindən xx.xx.1980-cı il tarixdə verilmiş HЗ ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 5. "xxxx" QSC tərəfindən iddiaçıya verilən xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, o, həqiqətən xx.xx.1982-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti, peşələrində çalışmışdır (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində i şləmişdir (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). xx.xx.2017-ci il tarixindən X1 üzrə iş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). Yeraltı, həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraitində əmək stajı 38 il 07ay 16 gün (otuz səkkiz il yeddi ay on altı gün) təşkil edir və işçinin zərərli işinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə olunur.

6. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

7. Cavabdehin 06 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərd ə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 13 iyun 1982-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Bakı Metropoliteni" ASC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində X2 qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, X2 işlədiyi qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də X2 güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı, yəni xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fon dunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Ağsunun Kalva kəndində anadan olmuş, xx.xx.1978-1980-cı illərdə peşə məktəbində təhsil almış, xx.xx.1980-xx.xx.1982-ci illərdə ordu sıralarında xidmət etmişdir. xx.xx.1982-ci il tarixdə Bakı metropolitenində hərəkət edən tərkibin elektrik avadanlıqlarının elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir, xx.xx.1982-ci ildən metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdən zərərli iş şəraitində elektrik qatarının maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.1999cu ildə elektrik qatarının maşinisti kimi ona 10-cu d ərəcə verilmişdir. Bu günə kimi o, Bakı metropolitenində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində çalışır. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuş və xx.xx.2006-cı il tarixədək (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunu qüvvədə olduğu son müddət) ümumi iş stajı 27 il 4 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”na əsasən həmin stajdan 23 il 17 gününü "xxxx" QSC-də elektrik qatarının maşinist köməkçisi və maşinisti vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr xüsusilə zərərli və ağır əmək şəraitində iş hesab olunduğundan, xx.xx.2006-cı il tarixinədək qüvvəd ə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı, yəni xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə “DOST” xidmətinə müraciət etmişdir. Lakin cavab verilmədiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına xx.xx.2021-ci il tarixdə sorğu verilmişdir. xx.xx.2021-ci il tarixdə yazılmış **********9 nömrəli cavab məktubu ilə onun ərizəsinə imtina cavabı verilmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş bu imtina məktubundan narazıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 1 və 2 saylı siyahıları təsdiq edilmişdir. Qeyd edilən 2 saylı siyahıda iddiaçının işlədiyii peşə nəqliyyat-XXVİİİ bölməyə aid edilməklə (kod 23001000- Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadaları) aşağıda qeyd olunan kodlarla göstərilmişdir: 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri. xx.xx.1986-ci il tarixdən bu günə kimi metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinisti vəzifəsində işləyir. 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. xx.xx.1982-ci-ildən xx.xx.1986-ci il tarixinədək metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsində işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 13-cü maddəsinin “b” bəndinə əsasən peşə məktəbində təhsil və hərbi xidmət illəri də daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumi əmək stajı 27 il 4 ay təşkil etməklə, zərərli işdə işlədiyi müddət 2 3 il 17 gün olmuşdur.

10. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1978-1980-ci illər tarixində 57 saylı peşə məktəbində təhsil aldığını, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında xidmət etdiyini, xx.xx.1982-ci il tarixdə Bakı metropolitenində hərəkət edən sostavların elektrik avadanlıqlarının elektrik çilingəri vəzifəsinə qəbul edildiyini, xx.xx.1982-ci il tarixdən metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirildiyini, xx.xx.1999-cu il tarixdən elektrik qatarının maşinisti kimi ona 10-cu dərəcə verildiyini, bu günə kimi Bakı metropolitenində elektrik qatarlarının maşinisti vəzifəsində çalışdığını, bu səbəbdən də ona xx.xx. 2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğunu iddia edir. İddiaçı daha əvvəl xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 13 iyun 1982-ci il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında onun xx.xx.1982xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 1 y anvar 2006-cı il tarixədək yoxdur. Cavabdeh hesab edir ki, imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında" AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı is verindən asılı olmayaraq yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalısan sıqortaolunanların: kişilər - 60 yasına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin islərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin islərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini r əhbər tutur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən isdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olduğu göstərilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçı E. Əliyevə məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçı E. Əliyevə məxsus ******* nömrəli hərbi biletdən məlum olur ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üz rə icraat materiallarına əlavə edilmiş 13 iyun 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövr ərzində “Bakı Metropoliteni" ASCnin Depolar üzrə is Departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 03 avqust 2021-ci il tarixli A/206 nömrəli arayışında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində çalışdığı, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC-nın Depolar üzrə is Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində işlədiyi. xx.xx.2017-ci il tarixdən X1 üzrə İs Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, islərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, islərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının nəqliyyat bölməsinin (28) metropolitenlər bəndində (28.2) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr; metropoliten müəssisələrinin briqadirləri; d rezinaların sürücüləri; drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumpf aqreqatlarının maşinistləri; daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət ilə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər; elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasında, o cümlədən "xxxx" QSC tərəfindən təqdim edilmiş arayışda iddiaçının qatar maşinistinin köməkçisi, qatar maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdir, lakin həmin vəzifə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi, iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş im tina qanunauyğun olmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddiа təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyası təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon dunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən iş stajı (23 il 05 ay 19 gün), həmçinin hərbi xidmət dövrü (2 il 1 ay 9 gün) və təhsil dövrü (01 il 06 ay 3 gün) də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 06 ay 12 gün) ümumi iş stajı mövcud olmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlə rdə çalışan işçilər istifadə edirlər. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. (xx.xx.2019-cu il tarixli, 2-1(102)-2899/2019 saylı qərar)

14. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda, iddiaçının Bakı Metropolitenində elektrik qatarı maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı tə sdiq olunur.

15. Ona görə də məhkəmə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğundan və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyindən ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qənaətinə gəlmişdir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia t ələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-210/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, e ləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda, iddiaçının Bakı Metropolitenində elektrik qatar maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı təsdiq olunur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq, qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri imtinanın, iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etirazın məzmunu iddianın məzmunu ilə eynilik təşkil etməklə tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddən in qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

18. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanu na uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (xx.xx.1992-ci il tarixli) Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

67. Bənd “ğ”. Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir.

24. Əmək pensiyalar ı haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 25. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “vaqonların baxıcı — təmirçiləri” (kod 23001000—16275) və “vaqonların baxıcıları” (kod 23001000— 16279) nəzərdə tutulmuşdur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21. Nəqliyyat” bölməsində “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri” nəzərdə tutulmuşdur. 28. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbə r hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin ed ilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin d əlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmu ş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının işlədiyi peşələrin güzəştli pensiya hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş sahəyə və peşələrə uyğunluğuna dair apellyasiya məhkəməsinin qənaəti Ali Məhkəmənin analoji mübahisələr üzrə formalaşmış hazırkı hüquqi mövqeyinə də uyğundur (bax: Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1605/2023 nömrəli qərarı). Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya qədər q üvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli, 1173 nömrəli qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququ verən ağır şəraitli istehsalatların, sahələrin, vəzifələrin 2 nömrəli siyahısının nəqliyyat bölməsində dəmiryol və metropolitendə işləyən elektrik qatarların maşınistləri və maşınist köməkçiləri (XXX Dəmir yolu və metropoliten bölməsi-parovoz, teplovoz, elektrovoz, motovaqon (elektro) seksiyaların, motovozların maşınistləri və maşınist köməkçiləri, böyük maşınistlər) eyni bölmədə nəzərdə tutulmuş və onlara güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ tanınmışdır. Bundan başqa, Nazirlər Kabineti 24 dekabr 2022-ci il tarixdə həmin peşələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n Siyahısı”na əlavə etmişdir. Məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçı keçmiş SSRİ dövründə elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti işləyərəkən həmin peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edildiyindən, müstəqillik dövründə iddiaçı eyni peşəni, vəzifə və funksiyaları icra etdiyindən, 24 dekabr 2022-ci ildə həmin vəzifələr siyahıya əlavə edildiyindən və iddiaçının maşinist peşəsinin vəzifə və funksiyaları 24 dekabr 2022-ci ilə qədər və 24 dekabr 2022-ci ildən sonra fərqlənmədiyindən, yəni iddiaçı əvvəl və hazırda da güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitdə bu peşəni icra etdiyindən, onun 1 yanvar 2006-cı ilədək elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti işlədiyi dövr güzəştli peşə sayılmalıdır.

38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-210/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar