Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1367/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.08.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: "xxxx" MMC) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2023-cü il tarixli, 2-1(103)-3326/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 21.11.1985-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1971-ci il tarixdə vəfat etmiş X4 əmlakı vərəsəsi olan arvadı X1. Həmin şəhadətnamədə miras əmlak olaraq ünvan 1 ünvanda 524,8 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 116 kv.metr olan A tikilisinin ½ hissəsi göstərilmişdir. 2. 27.07.2001-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, 12 saylı Dövlət Notariat kontoru tərəfindən xx.xx.1992-ci ildə təsdiq edilən və reyestrdə 2 kitab 762 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.1998-ci ildə vəfa t etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, TİB-n 20.07.01-ci il tarixdə verdiyi 30/1470 №-li arayışa və 15.06.86-cı il tarixdə TİB-n 242 №-li kitabın 16406-cı səh. verdiyi 30/703 qeydiyyat vəsiqəsinə əsasən mərhuma məxsus Bakı şəhəri, Şirvan-zadə küçəsi, ev 38-dən ibarətdir.
3. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin seriya FM, 015125 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Şirvan-zadə küçəsindəki ümumi sahəsi 261,9 kv.m olan 38 saylı fərdi yaşayış evi müəyyən edilmiş paylarda İddiaçı, X10 və X6 adına xx.xx.2001-ci il tarixdə xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 2-162/2007 saylı qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən mülkün həyətinə giriş hissəsinin bölünərək, daş hasar inşa etdirməklə - eni 1,85 m. hissə İddiaçı, eni 1,75 m. hissədə isə iş üzrə cavabdehlər X7, X9 verilməsi, hasar bölgüyə uyğun olaraq 15 m. sədd boyunca, 2,5 m. hündürlüyündə inşa edilməsi, hasarın inşası üçün çəkiləcək xərclərin İddiaçı aid edilməsi qət edilmişdir.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********13 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin baş planı ilə faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqləri möv cuddur. Həmçinin, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyət olduğundan texniki pasportda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların razılıq ərizələri təqdim edilməmişdir. Bundan əlavə, ünvan 3 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması məsələsinə münasibət bildirilməsi ilə bağlı aidiyyəti quruma sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi ünvan və ətraf ərazi layihələndirildiyindən hər hansı sənədləşmə işinin aparılması məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Mə hkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış evinin altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən yaşayış evinin altında yerləşən ümumi sahəsi 307.6 kv.metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
9. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7653/2021 saylı qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı məhkəmə icraatın a cəlb edilmişdir. İddiaçının əsaslandırması:
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında yerləşən bir mərtəbəli evin altında olan torpaq sahəsinin öz adına özəlləşdirilərək qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina etmişdir. İmtina əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli, 2-162/2007 saylı qətnaməsi ilə payçılar arasında olan payları bölünmüş, aradan hasar çəkilmiş və cavabdeh təşkilat həmin məhkəmədə də maraqlı şəxs kimi iştirak etmişdir. Cavabdehin etirazları:
11. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, qeyd olunan əmlak "xxxx" MMC tərəf indən **********, ********** nömrələri ilə müraciət olunmuş ümumi sahə daxilində yerləşir. Ekspert rəyi:
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1310/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birini sual: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən may 1981-ci ildə X5 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilsin. İkinci sual: Koordinatları müəyyən edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən m ay 1981-ci ildə X5 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamı ilə üçüncü şəxs "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 4,2 ha torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə, hansı hissədə üst-üstə düşür?
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/445 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə ekspertlər qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Birinci suala cavab: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən may 1981-ci ildə X5 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid paspor tda göstərilən evin yerləşdiyi torpaq sahəsinin 225 saylı orta məktəbin yanından gəldikdə Seyfəddin Dağlı küçəsinin cənub tərəfində yolun kənarında yerləşdiyi müəyyən edilmişdir. İkinci suala cavab: Azərbaycan SSR Kommunal Nazirliyi tərəfindən may 1981-ci ildə X5 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsinin (İddiaçı istifadəsində olan sahə) Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamı ilə üçüncü şəxs "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş (yerquruluşu planında nəzərdə tutulan) 4,2 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarix li, 2-1(112)-303/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Ko mmunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir.
16. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir.
17. Lakin iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarix li, 164 nömrəli Sərəncamı ilə "xxxx" MMCnin icarəsinə verilmişdir.
18. Belə ki, işdə olan həmin Sərəncamdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “LUX RESİDENCE" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
19. İşdə olan 10/445 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən də görünür ki, Azərb aycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən may 1981-ci ildə X5 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsinin 225 saylı orta məktəbin yanından gəldikdə Seyfəddin Dağlı küçəsinin cənub tərəfində yolun kənarında yerləşdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan SSR Kommunal Nazirliyi tərəfindən may 1981-ci ildə X5 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsinin (İddiaçı istifadəsində olan sahə) Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamı ilə üçüncü şəxs "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş (y erquruluşu planında nəzərdə tutulan) 4,2 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
20. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdiyi torpaq sahəsinin digər şəxsin istifadəsinə verilməsi ilə bağlı inzibati akt mövcuddur.
21. İddiaçının iddia etdiyi torpaq sahəsinin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında "xxxx" MMC-yə ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair həmin hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.
22. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahə si ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə sərəncamın onun istifadəsində olan torpaq sahəsinə münasibətdə ləğv edilməsinə və ya dəyişdirilməsinə) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir.
23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3326/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati M əhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən yaşayış evinin altında yerləşən ümumi sahəsi 307.6 kv.metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair əsaslar mövcuddur. Odur ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair Sərəncamın mövcud olması və iddiaçının həmin Sərəncamı mübahisələndirməməsi səbəbindən iddia tələbini rədd etmək qanunsuz və əsassızdır.
26. Torpaq sahəsinin iddiaçıya məxsus olm asını göstərən sənədlər daha əvvəl qəbul edilmiş və tərtib edilmiş hüququmüəyyənedici sənədlər olmaqla hazırda qüvvədədir.
27. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “LUX RESİDENCE" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında verilmişdir.
28. İşin hazı rkı hallarından isə iddiaçının ona ayrılmış torpaq sahəsindən başqasının istifadəsinə dair hər hansı icazəsinin olduğu müəyyən edilmir.
29. Digər tərəfdən, cavabdehin digər imtina əsaslarına münasibətdə Kollegiya qeyd edir ki, faktiki vəziyyət ilə baş plan arasında perimetrik ölçü və konfiqurasiya fərqlərinin mövcud olması iddiaçının təqsiri deyil və qeyd edilən uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifəsidir.
30. Paylı mülkiyyətçilərin razılıq ərizələri ilə bağlı cavabdehin imtina əsasına gəldikdə isə, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2-162/2007 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ünvan 2 ünvanda yerləşən mülkün həyətinə giriş hissəsinin bölünərək, daş hasar inşa etdirməklə - eni 1,85 m. hissə İddiaçı, eni 1,75 m. hissədə isə iş üzrə cavabdehl ər X7, X9 verilməsi, hasar bölgüyə uyğun olaraq 15 m. sədd boyunca, 2,5 m. hündürlüyündə inşa edilməsi, hasarın inşası üçün çəkiləcək xərclərin İddiaçı aid edilməsi qət edilmişdir.
31. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 68-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddia olunan torpaq sahəsinin baş planı ilə faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddia olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamı əsasında "xxxx" MMC-nin icarəsinə verilmiş 4.20 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bundan əlavə, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 38 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması məsələsinə münasibət bildirilməsi ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi ünvan və ətraf ərazi layihələndirildiyindən hər hansı sənədləşmə işinin aparılması məqsədəuyğun deyildir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsini tələbi pozulmuşdur. Qeyd edilən fərdi yaşayış evi paylı mülkiy yət olduğundan texniki pasportda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların razılıq ərizələri təqdim edilməmişdir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin verdiyi apellyasiya şikayətində və yuxarıda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir b) 3-cü şəxsin kassasiya şikayətinin dəlilləri 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun müvafiq olaraq 8 və 9cu maddələrinin tələbi pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9.1.2-ci maddəsinə əsasən, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması hü quqların dövlət qeydiyyatına alınması qaydalarına aiddir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 29 və 82ci maddələrinin tələbi pozulmuşdur. Birinci instansiya zamanı keçirilmiş ekspertiza rəyi ümumiyyətlə nəzərə alınmamışdır. Əgər məhkəmə tərəfindən ekspertiza rəyinin mötəbərliyi şübhə doğururdusa müvafiq təkrar və ya əlavə ekspertizanın keçirilməmişdir. Halbuki məhkəmənin belə bir səlahiyyəti mövcuddur. Həmçinin işin mübahisə doğurmayan halları bundan ibarətdir ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyən edici sənədlər məhkəmə tərəfindən tədqiq edilməmiş və nəzərə alınmamışdır (Bakı şəhər İcra hakimiyyətinin müvafiq sərəncamı). b) kassasiya şikayətinə etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişd ir. TƏTBİQ EDİLƏN HÜQUQ 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı (A zərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apel lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
43. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. 46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar da qeyd edilmişdir.
47. İş materiallarından göründüyü kimi torpaq sahəsinin iddiaçıya məxsus olmasını göstərən sənədlər daha əvvəl qəbul edilmiş və tərtib edilmiş hüququmüəyyənedici sənədlər olmaqla hazırda qüvvədədir.
48. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddia olunan torpaq sahəsi iddiaçının hüquq sələflərinə qanuni əsaslarla verildiyindən, həmin şəxslər torpaq sahəsinə mülkiyyət hüququnu 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinə əsasən əldə etmişlər. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.
49. Cavabdehin şikayətində təkrarlanan dəlilinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsinin faktiki vəziyyəti ilə baş plan arasında perimetrik ölçü və konfiqurasiya fərqlərinin mövcud olması iddiaçının təqsiri deyil və qeyd edilən uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifəsidir (bununla bağlı, həmçinin bax: “Azərbaycan Respublikasında torpaq münasibətlərin in tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndi).
50. Apellyasiya instansiyası məhkəməsi, həmçinin haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxsin əsaslandığı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşa yış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında verilmişdir. İddiaçının ona ayrılmış torpaq sahəsindən başqasının istifadəsinə dair hər hansı icazəsinin olduğu müəyyən edilmir.
51. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3326/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.