Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1368/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X3rşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə qərarının gec icra olunmasına görə kompensasiyanın ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X14 Təyinat İdarəsinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X14 Təyinat İdarəsinə(bundan sonra cavabdeh) qarşı “iddiaçının əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-225/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Azərbaycan Resp ublikasının vətəndaşıdır, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya qanuna əsasən müharibə əlillərinin (Böyük Vətən Müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərin yaşa görə əmək pensiyalarına həmin pensiyanın baza hissəsinin 70 faizi məbləğində əlavənin hesablanmasının nəzərə alınması, xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X29 Hərbi Qulluqçular və X19 İş İdarəsinə həvalə edilməsinə, bu barədə xx xxx 2016-cı il tarixli icra vərəqəsi verilməsinə baxmayaraq cavabdeh məhkəmə qərarını vaxtında icra etməmişdir. İddiaçı onun xeyrinə olan məhkəmə qərarının cavabdeh tərəfindən vaxtında icra edilməməsi nəticəsi ndə onda qanunun aliliyinə və ədalətin qələbə çalmasına şübhələr yaranmış və iddiaçı bununla bağlı mənəvi zərərə məruz qalmışdır. Belə ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini 2018-ci ilin aprel ayından icra etməyə başladığını Bakı şəhəri Yasamal rayon məhkəməsində barəsində məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati xəta haqqında protokola baxılan zaman, həm də iddiaçının cavabdehə qarşı təyin olunmuş pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə çıxarılmış xx.xx.2014-cü il tarixli qərara izah verilməsi barədə Bakı şəhəri Cavabdeh2 ərizəsinə baxılan zaman etiraf etmişdir. İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X23 Hə rbi Qulluqçular və X19 İş İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “məhkəmənin xx xxx 2016-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı cavabdehin mübahisəli hərəkətlərinin qanunsuz hesab edilməsi; iddiaçıya dəymiş zərərin məbləğinin dürüst məlumatlardan istifadə edərək müəyyən etməklə iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının qısa müddətdə icra etmək vəzifəsinin qoyulması; iddiaçının yaşını, onda olan ciddi xəstəliklərini və əlilliyin olmasını nəzərə alaraq, əvvəllər ödənilməmiş pul vəsaitlərinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması; məhkəmə qərarlarının icrası zamanı qəsdən maneələr yaratmaqla Qarabağ müharibəsinin fiziki cəhətdən yorğun və xəstə veterana qarşı zorakılıq, istehza hallarına və hüquqi özbaşınaliğ a yol verdiklərinə görə birinci cavabdehin məmurları X6, X7, X12, ikinci cavabdehin məmurları X1, X9 və X8 inzibati və digər məsuliyyətə cəlb edilməsi; icra sənədinin gecikdirilməklə icrası ilə bağlı vurulmuş zərərə görə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X29 Hərbi Qulluqçular və Xüsusi Rütbəli X15 pensiyaya əlavə almaq hüquqlarını pozduğu üçün iddiaçı ona qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, onun iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir, həmin iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı xx.xx.2015-ci ildə qəbul edilmiş və o uzun müddətdir ki, qüvvəyə minmişdir. Cavabd eh ilə məhkəmə mübahisəsi uzun müddət davam etmiş, nəticədə iddiaçının sağlamlığına ciddi zərər vurulmuşdur. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına maneə törətmiş, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuruna yalan məlumatlar verərək zərərin ödənilməsi barədə qərarın icra edilməsini bildirmişdir. xx.xx.2016-cı il tarixdə məhkəmə qərarının qəbul edilməsinə baxmayaraq zərərin ödənilməsi cavabdeh tərəfindən 2018-ci ilin aprel ayından ödənilməyə başlanmışdır. Daha sonra iddiaçı xx.xx.2018-ci ildə cavabdehin rəhbəri Z.Mirzəyevin qəbulunda olmuş, onun tərəfindən iddiaçının ərizəsinə baxıldıqdan sonra xx.xx.2018-ci ildən pensiya məbləği 91,29 manat məbləğində artımla ödənilir. Cavabdehin uzun müddət qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsi iddiaçıda qan unun aliliyinə və ədalətin qələbə çalmasına şübhələr yaratmış və iddiaçı bununla bağlı mənəvi zərərə məruz qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırkı iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı münasibətdə tam, cavabdehə qarşı isə - məhkəmənin xx xxx 2016-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı cavabdehin mübahisəli hərəkətlərin qanunsuz hesab edilməsi; iddiaçıya dəymiş zərərin məbləğinin dürüst məlumatlardan istifadə edərək müəyyən etməklə iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının qısa müddətdə icra etmək vəzifəsinin qoyulması; iddiaçının yaşını, onda olan ciddi xəstəliklərini və əlill iyin olmasını nəzərə alaraq, əvvəllər ödənilməmiş pul vəsaitlərinin birdəfəlik ödənilməsi vəzifəsi qoyulması; məhkəmə qərarlarının icrası zamanı qəsdən maneələr yaratmaqla Qarabağ müharibəsinin fiziki cəhətdən yorğun və xəstə veterana qarşı zorakılıq, istehza hallarına və hüquqi özbaşınaliğa yol verdiklərinə görə birinci cavabdehin məmurları X6, X7, X12 inzibati məsuliyyətə cəlb edilməsi hissəsində mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-249/2019 saylı iş) xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehdən icra sənədinin icrasını gecikdirməklə bağlı vurulmuş zərərə görə 250 manat kompensasiya məbləği iddiaçının xeyrinə tutulmuş, iddia tələbi qalan – cavabdehdən icra sənədinin icrasını gecikdirməklə bağlı vurulmuş zər ərə görə 4.750 manat tutulması hissəsində rədd edilmişdir. Birinci instansiya məhkəməsicavabdeh tərəfindən iddiaçının xeyrinə qəbul edilmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində sonuncunun sarsıntı və iztirab keçirməsi, bununla da mənəvi zərər almasını qəbul etmişdir. İddiaçı həm qərardaddan, həm də qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadının və qərarının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, qərardan narazı qalan cavabdeh də apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tar ixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X27məruzəçi, X16 və X22, 2-1(103)-1370/2019 saylı iş) x xxxx 2019-cu il tarixli qərarla iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Qərardad və qərarla razılaşmayan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası AliMəhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov, 2-1(102)-2772/ 2019 saylı iş) x xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apelyasiya Məhkəməsinin 21(103)-1370/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı isə qismən ləğv edilmiş, iş ləğv edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,icra sənədinin gecikdirilməklə bağlı vurulmuş zərərə görə iddiaçının xeyrinə 250 manat kimi məbləğin tutulması ümumiyyətlə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmamış, vurulmuş zərərin məbləğinin niyə məhz 250 manat müəyyən edilməsi apelyasiya instansiyası məhkəməsi qərarında öz əksini tapmamışdır, yəni apelyasiya instansiyası məhkəməsi vurulmuş zərər olaraq 250 manatın nə cür hesabl anmasını açıqlamamış, nəticə etibarı ilə bu qərar əsassız sayılmalıdır. Ən azı iddiaçı kompensasiya ilə bağlı öz tələbini açıqlamış və konkret olaraq məbləğin hesabatını təqdim etmiş, lakin apelyasiya instansiyası məhkəməsi buna qiymət verməyərək, əsaslandırmayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X10-məruzəçi, X11 və X17, 2-1(103)-225/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının nəticə hissəsindəki “250” ifadəsi “1.000” ifadəsi ilə əvəz edilmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə qərarın surətini almış, xx xxxxx 2020-ci il tarixdə kasasiya şik ayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Mülki Məcəllənin 21 və 23-cü maddələrinin hazırkı mübahisəyə tətbiqi maddi hüquq pozuntusudur. 21-ci maddə yalnız maddi zərəri, 23-cü maddə isə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı münasibətlərə şamil edilə bilər. Cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmamışdır. Məhkəmə qərarı əsasında tutulan pensiya “Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq hər ay ödənilən pensiyanın üzərinə əlavə edilir. Yəni iddiaçı məhkəmə qərarı əsasında tutulan pensiyanı almaqdadır. İddiaçı özü dəfələrlə İdarəyə qarşı fərqli iddialar qaldırmışdır ki, onların da əksəriyyəti qanuna zidd olduğu üçün mümkün sayılmamışdır. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödə nilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008-ci il tarixli. 7 saylı qərarının 8- ci bəndində Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməs ini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Göründüyü kimi, hətta məhkəmə qərarının icrasının gecikdirildiyinin qəbulu halında belə, bu vəziyyət avtomatik “mənəvi zərər dəymişdir” nəticəsinə gəlməyə əsas vermir. Mənəvi iztirab çəkdiyini iddiaçı sübut etməli idi. İşdə bu barədə hər hansı sübut yoxdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Mübahisə cavabdehin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1348/2104 saylı xx xxx 2016-cı il tarixli icra sənədinin icrasını gecikdirdiyi üçün vurulmuş zərərə görə kompensasiya məbləğinin iddiaçının xeyrinə tutulması ilə bağlıdır. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsiz liyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hö kmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Qanunverici icra sənədində göstərilən tələbin təmin edilməsi üçün 3 ay müəyyən etmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh icra sənədini vaxtında icra etməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prese dentlərinin tətbiqi haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndində qeyd edilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qor umaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir...Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidirKonvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələb ini nəzərə almalıdırlar. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarın da göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş ə mlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını nəzərə alıb apelyasiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə qəbul edilmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində id diaçı sarsıntı və iztirab keçirmiş, bununla da mənəvi zərərə məruz qalmışdır və bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 1.000 manat məbləğində müəyyən etməklə məhkəmə haqlı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X14 Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-225/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1368/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1368/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver