Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1368/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin edilməsi, 01.01.2006-cı il tarixədək olan əyani təhsil müddətinin sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni 28.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1122/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
2. Azərbay can SSR X7 Təhsili Komitəsi tərəfindən 24.07.1984-cü il tarixdə verilmiş 600607 seriyalı diploma əsasən, iddiaçı 25.06.1982-ci il tarixdə “Dülgər” peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almış, 25.06.1982-ci ildən 29.06.1984-cü ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus İT-İ saylı ******* saylı əmək kitabçasına əsasən, o, 01.08.1984cü ildən 07.03.1985-ci ilədək Azərbaycan Neft Sənayesi Nazirliyi Qobustan Vışkaquraşdırma kontoru İstehsalat Birliyində quraşdırıcı, 22.03.1985-ci ildən 22.09.2008ci ilədək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində motorçu şagirdi, motorçu, 23.01.2009-cu ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzücü heyətində motorçu, 02.05.2014-cü ildən X2 matros vəzifələr ində işləmiş, 07.12.2018-ci ildən hal-hazıradək üzücü heyətdə nəqliyyat donanması gəmilərində matros peşəsində işləyir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X4 18.02.2020-ci il tarixli 153 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1979-1982-ci illərdə Şamaxı rayonunun Nərimankənd kəndindəki “K.Marks” adına kolxozda işləmişdir. 4. "xxxx" QSC X3 27.02.2020-ci il tarixli arayışına əsasən, iddiaçı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 22.03.1985-ci il tarixdən 22.09.2008-ci il tarixədək motorçu şagirdi, motorçu, 23.01.2009-cu ildən hal hazıradək motorçu, matros vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. Bu gəmilər liman akvator iyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçının üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 34 il 07 ay 04 gün, ümumi iş stajı 35 il 02 ay 10 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********)) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
6. Cavabdeh **********5 saylı, 16 mart 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmadığından ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni 28.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun zərərli işdə çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 21.2-ci bəndinin “b” yarımbəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndində (kod ********) göstərilmişdir. 28 fevral 2020-ci ildə o nun 57 yaşı tamam olmuş və 2006-cı ilə kimi 25 ildən çox ümumi iş stajı toplamışdır və həmin iş stajının 20 ilə yaxın hissəsi zərərli sahədə olmuşdur. Tələbinin təmin olunmasından imtina etmiş cavabdeh inzibati orqan onun yalnız əmək kitabçasına istinad etmiş, onun kolxozda işləməsini, hərbi xidmət və təhsil müddətini nəzərə almamışdır. Onun əmək kitabçasında göstərilən stajı, kolxozda iş stajı, hərbi xidmət və təhsil müddəti nəzərə alınarsa, ümumi iş stajı 41 ildən, zərərli sahədə stajı isə 35 ildən çoxdur, 2006-cı ilə kimi isə onun ümumi stajı 25 ildən çoxdur ki, onun da 20 ilə yaxını zərərli sahədə olmuşdur.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2020-ci il tarixli 2 -1(118)-1001/2020 saylı qərardadı ilə (hakim C.B.Məmmədov) iş aidiyyəti üzrə baxılması çün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(112)-5228/2020 saylı qərarı ilə (hakim: P.A.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 28.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır
12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq güzəştli iş stajı vardır. Odur ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
13. Birinci instansiya məhkəm əsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1122/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: N.Ç.Cəfərov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(112)-5228/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün iddiaçı tələb edilən ümumi və güzəştli iş stajını 01.01.2006-cı il tarixinədək toplamış olmalıdır. Lakin iddiaçı həmin tarixədək 25 illik ümumi iş stajını toplamamışdır.
18. Bundan əlavə, iddiaçı pensiya kapitalı ilə bağlı tələbə də cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kap italının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36545,19 manat təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sos ial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qa ydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 25. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, ya xud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
27. Azərbaycan Respublikas ının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkə mə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şi kayəti vermişdir.
33. Cavabdeh kassasiya şikayətində bir neçə məsələni mübahisələndirir ki, məhkəmə kollegiyası onların hər birinə ayrı ayrılıqda qiymət verməyi məqsədəmüvafiq hesab edir.
34. Əvvəla cavabdeh qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün o tələb edilən ümumi və güzəştli iş stajını 01.01.2006-cı il tarixinədək toplamış olmalıdır. Laklin iddiaçı həmin tarixədək 25 illik ümumi iş stajını toplamamışdır.
35. Cavabdeh tərəfindən mübahisələndirilən bu halı əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının 25 illik ümumi iş stajı iş materiallarına olan və iddiaçıya məxsus təhsil barədə sənəd, hərbi bilet, əmək kitabçası, iş yerindən arayışlar, həmçinin arxiv arayışları ilə təsdiq edilir.
36. Şikayətdə qeyd edilir ki, id diaçı əmək stajının müəyyən edilməsi üçün arayışlara istinad edilməsini tələb edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
37. Məhkəmə kollegiyası şikayət müəllifinin mövqeyini əsassız hesab edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sən əd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
38. Yəni, qanunvericilikdə sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmadığından, apelyasiya instansiyası məhkəməsi iddiaçının ümumi iş stajını hesablayarkən onun əmək kitabçası ilə yanaşı, iş yerindın verilmiş arayışları, arxiv arayışlarını və hərbi biletindəki qeydlərə istinad etməkdə haqlı olmuşdur.
39. Cavabdeh kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətində də bildirmişdir ki, iddiaçının təhsilinin əyani olmasına dair iş materiallarında hər hansı bir sübut olmadığından həmin dövr onun ümumi iş stajına daxil edilə bilməz.
40. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə qiymət verərkən bildirmişdir ki, qanunvericilikdə ümumi iş stajına yalnız əya ni təhsil müddətinin aid edilməsi barədə göstəriş olmadığından cavabdehin bu barədə dəlili əsassızdır. Yəni, apelyasiya instansiyası məhkəməsinin təhsil müddətinin ümumi iş stajına hesablanması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, təhsil müddəti ümumi iş stajına hesablanarkən təhsilin əyani olub-olmaması əhəmiyyət daşımır.
41. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 8-ci bəndində ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin yalnız əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur.
42. Hazır kı işdə iddiaçı Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən 24.07.1984cü il tarixdə verilmiş 600607 seriyalı diplomunu məhkəməyə təqdim etmişdir. Həmin diploma əsasən, iddiaçı 01 sentyabr 1979-cu il tarixdən 25.06.1982-ci il tarixədək Şamaxı 119 saylı kənd orta texniki peşə məktəbində təhsil almışdır. Həmin diplomda iddiaçının hansı formada təhsil alması (əyanı, qiyabi) qeyd edilməsə də, iş materiallarında iddiaçının əyanı deyil, başqa formada təhsil alması barədə də heç bir sübut yoxdur. Cavabdeh də iddiaçının əyani təhsil almaması barədə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası təhsil müddətinin iddiaçının ümumi iş stajına hesablanması barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
43. İddiaçın pensiya kapitalının yaranmaması barədə kassasi ya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 01.01.2006-cı ilədək yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 01.01.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxm aq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur.
44. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibət lərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
45. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi peşələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanu nunun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1122/2021 saylı iş üzrə 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.