Məhkəmə qərarları › İş №2-1(102)-1368/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1368/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1368/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü, müddətin buraxılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-cizginin yenidən tərtib edilməsi tələbinə dair» iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-826/2023 nöm rəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 846 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Zığ qəsəbəsi, 6 nömrəli vərəm xəstəxanasının qarşısında yerləşən 600 kv.metr torpaq sahəsinə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2022 saylı,xx.xx.2022-ci il tarixli qə rarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının «İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında» xx.xx.1998-ci il tarixli, 846 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 6 nömrəli vərəm xəstəxanasının qarşısındakı sahədə ayrılmış 600 kv.metr torpaq sahəsinin cizgisinin (planı və ölçü sxeminin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-826/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov-sədrlik edən və məruzəçi, M.Tağızadə və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. Cavabdehin nəzərinə çatdırılmışdır ki, onun tərəfindən kassasiya şikayəti müddət ötürülməklə verilmişdir.

7. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan çatışmazlığın 30 iyun 2023-cü il tarixədək aradan qaldırılması cavabdehə təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə ona xəbərdarlıq edilmiş dir. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə cavavbdehə rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM) Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASS ASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

13. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

14. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2-1(103)-826/2023 saylı qərarı 27 fevral 2023-cü il tarixdə cavabdehə poçt vasitəsi və xəbərnamə ilə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti məhkəməyə 31 mart 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra təqdim olunmuşdur.

15. Cavabdehə bu barədə xəbərdarlıq edilməsinə və çatışmazlığın aradan qaldırılmadığı təqdirdə baş verə biləcək hüquqi nəticələrin izah olunmasına baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamış, məhkəməyə cavabdeh tərəfindən müddətin üzürlü səbəbdəb buraxıldığı və buraxılmış müddətin bərpası barədə ə rizə təqdim olunmamışdır.

16. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

17. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar