Məhkəmə qərarları › İş №2-1(102)-1368/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1368/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1368/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 30.05.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməklə) “ünvan 1 ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qeydiyyatdan çıxarılması öhdəliyini n cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 2-1(103)3527/2023 nömrəli qərarından üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 10 dekabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.2 kv/m olan fərdi yaşayış evini almış və bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən X2 (xx.xx.2005-ci il təvəllüdlü); Maraqlı şəxs2 (xx.xx.1968-ci il təvəllüdlü); Maraqlı şəxs3 (xx.xx.2007-ci il təvəllüdlü ) ünvan 2 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı cavabdehə müraciət edərək üçüncü şəxsləri ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçıya 16 mart 2023-cü il tarixli imtina məktubu ilə üçüncü şəxslərin qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı əsasında aldığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi ünvanında yerləşən 38 nömrəli ev iddiaçının xüsusi mülkiyyətindədir. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən arayış alarkən iddiaçıya məlum olmuşdur ki, ona məxsus evdə naməlum şəxslər xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.1968-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.2007-ci il təvəllüdlü Maraqlı şəxs3 qeydiyyatdadırlar. Həmin şəxslər alqı-satqı əsasında iddiaçının evi aldığı X1 həyat yoldaşı və uşaqlarıdır. Aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcılar satılan əmlakda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmalarını təmin etməyi öhdələrinə götürsələr də, bu öhdəliyi yerinə yetirməmi şlər. İddiaçı yuxarıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, cavabdeh tərəfindən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli imtina məktubu verilmiş və ona məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, 2-1(112)-8751/2023 nömrəli qərarı ilə (hakim T. Məlikov) iddia təmin edilmiş, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən evin hazırkı mülkiyyətçisidir, üçüncü şəxslər isə keçmiş mülkiyyətçinin qohumlarıdır. Üçüncü şəxslər iddiaçıya məxsus evdə faktiki olaraq yaşamır, onların həmin evə dair i stifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Belə olan halda, həmin şəxslər sözügedən mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın imtinası isə iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

9. Üçüncü şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 2-1(103)-3527/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) apellyasiya şikayə ti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Apellyasiya məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5 və 9-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad etmişdir.

13. Üçüncü şəxs Maraqlı şəxs2 həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassator onun yalnız sonuncu, 08 dekabr 2023-cü il tarixə təyin edilmiş apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında iştirak etməsinə baxmayaraq digər iclaslarda iştirakının lazimi qaydada təmin edilməməsi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşayaraq istifadə hüquqlarının mövcud olması iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin mübahisələndirilməsi və bununla bağlı Xətai Rayon Məhkəməsinin icraatında məhkəmə mübahisəsinin olması və sözügedən ev ilə bağlı alqısatqı müqaviləsi bağlanarkən cinayətin törədilməsi ilə bağlı ciddi şübhələr olmasını bildirmişdir.

15. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün kassator Mülki Məcəllənin 152.3, 158.3, 158.4, 228.4, 228.5-c ü və İPM-in 11, 12.1,15.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırı ş, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (-). Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-). Maddə

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-). 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-).

18. İnzibati Prosessual Məcəll ə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlill əri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab etmək olar. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.

26. Hazırkı mübahisə iddiaçının xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlıdır.

27. Mübahisə ilə bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı 10 dekabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.2 kv/m olan fərdi yaşayış evini almış və həmin ev onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər isə keçmiş mülkiyyətçinin qohumlarıdır.

28. Bundan əlavə işdən görünür ki, üçüncü şəxslərin istinad etdiyi məhkəmə mübahisəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)-3889/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə üçüncü şəxslərin iddiaçıya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

29. Həmçinin, üçüncü şəxslər iddiaçıya məxsus evdə faktiki olaraq yaşamır, onların həmin evə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

30. Belə ola n halda, həmin şəxslər sözügedən mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın imtinası isə iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

31. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tət biq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxsin iddiaçıya məxsus evə dair hərhansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuşdur məhkəmələr iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

32. Hazırkı qərarın 19-cu bəndinə qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslər in mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

33. Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 17-18a və 19-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.

35. Odur ki, kas sasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 21(103)-3527/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar