Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1369/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhər Prokurorluğuna və Bakı şəhər prokurorunun müavini Mehman Qocayevə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq 11.08.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Bakı Şəhər Prokurorluğuna və Bakı şəhər prokurorunun müavini Mehman Qocayevə (bundan sonra mətndə cavabdehlər) qarşı “xəbərdarlığın qanunsuz hesab edilməsi və sair” tələbinə dair iş üzrə idd iaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-865/2021 saylı, 1 mart 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər prokurorunun müavini baş ədliyyə müşaviri Mehman Qocayev tərəfindən 14.02.2020-ci il tarixdə müstəqil jurnalist İddiaçı yazılı xəbərdarlıq (qanun pozuntularından çəkindirmək barədə) təqdim olunmuşdur. Qeyd olunan “xəbərdarlıq”da sonuncuya bildirilmişdir ki, tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə ediləcəyi, peşə etikasına zidd olan və təhrikedici hərəkətlərlə hüquq mühafizə orqanlarının əməkdaşları ilə qəsdən və qərəzli şəkildə münaqişəli vəziyyət yaradılacağı, qanun çuluğu, demokratik prinsipləri, söz və mətbuat azadlığını pozan hərəkətlərə bir daha yol veriləcəyi təqdirdə barəsində qanunvericililikdə nəzərdə tutulan tədbirlər görüləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 13 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Prokurorluğu, prokurorun müavini Mehman Qocayevin 14.02.2020-ci il tarixdə onu dindirməsinin, ona rəsmi xəbərdarlıq elan etməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi, cavabdehin üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulması və gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması barədə qərar ç ıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müstəqil jurnalistdir, müxtəlif media qurumları ilə əməkdaşlıq edir. Jurnalist olaraq adətən, Bakı şəhərində keçirilən ictimai açıq tədbirlərdən, o cümlədən müxtəlif aksiyalardan reportajlar hazırlayır, kütləvi tədbirlərdən özünün sosial mediadakı səhifələrindən canlı yayımlar edir. 2020-ci ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilmiş, seçkilərdə iştirak etmiş bir qrup namizəd seçkilərin nəticəsindən narazı qalmışdır. 2020-ci ilin fevralın 11-də saat 16:00-dan başlayaraq parlament seçkilərində iştirak etmiş bir qrup namizəd öz etirazlarını ifadə vermək üçün Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşmış, bununla bağlı media üçün əvvəlcədən anons vermişlər. O, da həmin vaxt qanuni p eşə fəaliyyətini yerinə yetirmək üçün MSK-nın binasının qarşısına getmiş, axşam saatlarına qədər MSK-nın binası yaxınlığında peşə fəaliyyətini davam etdirmişdir. 4 saatdan artıq sərbəst şəkildə peşə fəaliyyətini yerinə yetirmiş, çəkiliş aparmış, müsahibələr almış, canlı yayımlar etmişdir. Minlərlə vətəndaş MSK binasının qarşısında baş verənlər haqqında onun yayımları sayəsində xəbər tutmuşdur. Fevralın 14-də onu MSK binasının qarşısında onunla bərabər çəkiliş aparmış müstəqil jurnalist həmkarları ilə birgə Bakı şəhər Prokurorluğuna dəvət edilmiş, orada onunla və həmkarları ilə MSK binası qarşısındakı aksiya ilə bağlı yayımlarına, reportajlarına görə “profilaktik” məzmunda fərdi söhbət aparılmışdır. O, MSK-nın qarşısında, qanuni peşə fəaliyyətini yerinə yetirdiyini, belə olaylardan xəbər toplayıb-yaymağı onun peşə borcu olduğunu bildirmişdir. Bununla belə, prokurorluq təmsilçisi ona rəsmi xəbərdarlıq təqdim etmişdir. Hesab edir ki, Bakı şəhər Prokurorluğunun peşə fəaliyyətini yerinə yetirməyinə görə ona xəbərdarlıq etməsi aşkar şəkildə onun jurnalist hüquqlarına müdaxilə məzmunu daşıyır, fikir və söz azadlığı hüququna qarşı yönəlib, qanunsuzdur. Belə ki, qanunvericiliyə əsasən Bakı şəhər Prokurorunun müavininin onu peşə fəaliyyətini yerinə yetirməyi kontekstində idarəyə çağırmaq, orada onu dindirmək, rəsmi xəbərdarlıq etmək hüququ, vəzifəsi yoxdur. Bakı şəhər Prokurorluğunun xəbərdarlığı aşkar şəkildə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin hüquqlarına müdaxilə məzmunu daşıyır, jurnalistlərin fikir və söz azadlığına qarşı yönəlib.
4. Bakı İnzibati Məhkəməsinin (hak im X1, 2-1(112)-4003/2020 saylı iş) 18 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən ona 14.02.2020-ci il tarixdə təqdim olunmuş yazılı xəbərdarlığı mübahisələndirməmiş, Bakı şəhər Prokurorluğu və Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən 14.02.2020-ci il tarixdə onun dindirilməsinin, ona rəsmi xəbərdarlıq elan edilməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi, cavabdehin üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ona iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) təklif o lunsa da, iddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq iddia tələbini dəqiqləşdirməmiş və hazırki tələbin bilavasitə hansı cavabdehə yönəldiyini göstərməmişdir. Buna görə də iddia bu hissədə mümkün sayıla bilməz. İddiaçının “prokurorluğun üzərinə gələcəkdə müəyyən hərəkətlərin edilməməsi kimi öhdəliyin qoyulması” tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd olunan tələb qeyri-müəyyən olduğundan iddia həmin hissədə də mümkün sayıla bilməz. Bundan əlavə, məhkəmə araşdırması zamanı həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində qeyd olunan tələblə (vurulmuş mənəvi zərərin əvəzi olaraq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi) bağlı cavabdehlərə heç bir müraciət olunmam ışdır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır.
6. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X4, 2-1(103)-865/2021 saylı iş) 1 mart 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiyası məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
8. İddiaçı 21 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv olunması, iddianın icraata qəbul edilməsi və təmin edilməsi, iddiaçının İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyanın 6, 8, 10, 18-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) kasasiya şikayətinin dəlilləri
9. İddiaçı iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə proseslərində bildirdi ki, o jurnalistdir. Bakı şəhər Prokurorluğunun 14 fevral 2020-cİ ildə etdiyi xəbərdarlıq da məhz jurnalist fəaliyyətinə görə edilib. Hətta xəbərdarlıqda da iddiaçının jurnalist fəaliyyəti ilə bağlı xəbərdarlıq elan edildiyi öz təsdiqini tapır.
10. Birinci instansiya məhkəməsində Bakı şəhər Prokurorluğunun nümayəndəsi iddiaçının məhz jurnalist olduğuna görə xəbərdarlıq edilməsini bildirmişdir. Bakı İnzibati Məhkəməsi qərardadında cavabdehin nümayə ndəsinin demədiyi ifadələr yazılıb. Belə ki, nümayəndə məhkəmədə bildirməyib ki, jurnalist fəaliyyətinə görə deyil, 11 fevral 2020-ci ildə iddiaçının qanunsuz hərəkətlərinə görə edilib, iddia tələbi qeyri-müəyyəndir, mənəvi zərərlə bağlı prokurorluğa müraciət edilməyib.
11. Apelyasiya instansiyası məhkəməsi iddiaçının arqumentlərinə qiymət verməyib.
12. İddiaçı məhz jurnalist olduğuna görə xəbərdarlıq edilib. Xəbərdarlıqda da açıq şəkildə iddiaçının jurnalist olduğu göstərilir və Bakı Şəhər Prokurorluğu onun yaydığı canlı yayıma münasibət bildirib. BŞP-nin xəbərdarlığından görünür ki, prokurorluğu bu hərəkətə vadar edən iddiaçının canlı yayım etməsi və bunun mediada, sosial şəbəkələrdə yayılmasıdır.
13. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının ifadə azadlığını müəyyən edən 10-cu maddəsinə əsasən hər kəsin öz düşüncəsini azad ifadə etmək haqqı var. Bu haqqa öz düşüncəsində qalmaq, dövlət hakimiyyətinin hər hansı müdaxiləsi olmadan və dövlət sərhədlərindən asılı olmayaraq bilgi və ideyaları almaq və yaymaq azadlığı daxildir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi isə deyir ki, bu haqlar onları gerçəkləşdirənlər üzərinə öhdəliklər və məsuliyyətlər də qoyur. İfadə azadlığının gerçəkləşdirilməsi yalnız bu maddədə sadalanan legitim məqsədlərlə, yalnız qanunla müəyyən edilmiş hallarda və yalnız demokratik toplumda gərəkli olan bəlli rəsmiyyətlərlə, şərtlərlə, məhdudluqlarla və ya sanksiyalarla müşayiət oluna bilər. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) məhkəmə icraat ı iştirakçılarının izahatları
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 16. “Prokurorluq haqqında” Qanun: Maddə
21. Prokuror aktlarının növləri Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə aşağıdakı aktlar çıxara bilər: xəbərdarlıq; təqdimat; qərar; qərardad; yazılı göstəriş; iddia ərizəsi (ərizə); məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest. Prokuror aktları onu çıxaran prokurorun özü və ya yuxarı prokuror tərəfindən geri götürülə, dəyişdirilə və ya ləğv edilə bilər. Maddə
21. Xəbərdarlıq Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir. Maddə
28. Prokurorluq işçilərinin hərəkətindən (hərəkətsizliyindən) və aktlarından şikayət Prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə şikayətin verilməsi prokuror aktlarının icrasını day andırmır.
17. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəy yən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilm ədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
19. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
21. İddiaçının iddia tələbi aşağıdakı kimi olmuşdur: 1) Bakı şəhər prokurorunun müavini tərəfindən 14 fevral 2020-ci il tarixdə onun dindirilməsinin qanunsuz hesab edilməsi; 2) Bakı şəhər prokurorunun müavini tərəfindən ona rəsmi xəbərdarlıq elan edilməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi; 3) cavabdehin üzərinə iddiaçıdan üzr istəməsi; 4) cavabdeh Bakı şəhər Prokurorluğunun üzərinə gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması; 5) vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi.
22. İddiaçının dəlillərinə görə 11 fevral 2020-ci il tarixdə saat 16-dan başlayaraq parlament seçkilərində iştirak etmiş bir qrup namizəd seçkilərin nəticələrindən narazı qaldıqlarından etirazlarını bildirmək üçün Mərkəzi Seçki Komissiy asının qarşısına toplanmışlar. Jurnalist olaraq axşam saatlarına qədər həmin ərazidə peşə fəaliyyətini davam etdirmiş, canlı yayımlar etmiş, hər hansı qanun pozuntusuna yol verməmişdir. Buna baxmayaraq 14 fevral 2020-ci il tarixdə digər jurnalist həmkarları ilə cavabdeh idarəyə dəvət edilib profilaktik məzmunda fərdi söhbətlər aparılmış, ona prokurorluq təmsilçisi peşə fəaliyyətini yerinə yetirməyinə görə ittiham etmiş, rəsmi xəbərdarlıq təqdim etmişdir. Cavabdehin rəsmi xəbərdarlığı qanunlara zidd olmuşdur.
23. İşdə olan cavabdehin iddiaçıya ünvanlandığı xəbərdarlıqda qeyd edilmişdir ki, tərəfinizdən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə ediləcəyi, peşə etikasına zidd olan və təhrikedici hərəkətlərlə hüquq mühafizə orqanlarının əməkdaşları ilə qəsdən v ə qərəzli şəkildə münaqişəli vəziyyət yaradılacağı, qanunçuluğu, demokratik prinsipləri, söz və mətbuat azadlığını pozan hərəkətlərə bir daha yol veriləcəyi təqdirdə barənizdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. 24. “Prokurorluq haqqında” Qanunun tələbinə görə prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə xəbərdarlıq çıxara bilər və qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.
25. Göründüyü kimi, xəbərdarlıq qanun pozuntularından çəkindirmək məqsədi daşıyır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüquq un digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
28. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
29. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqa malik olması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna etmir.
30. İşin hazırkı vəziyyətində iddiaçı cavabdeh tərəfindən onun qanunla qorunan h ansı hüquqlarına müdaxilə etməsini əsaslandıra bilməmişdir. İşdə olan sənədlərlə cavabdehin hərəkəti ilə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması sübuta yetmir.
31. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianı mümkün saymamaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.
32. Bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
33. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan məhkəmə kollegiyası şikayəti təmin etmir.
35. Məhkəm ə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-865/2021 saylı, 1 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.