Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1369/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fövqəladə hallar orqanlarından xaric edilmə barədə əmrin ləğvi, ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən keçmə, Ali Məhkəmənin göstərişlərinə əməl edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-235/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Cavabdeh 8 fevral 2021-ci il tarixli, 0159/ş nömrəli əmri ilə X2 Xidmətinin Nərimanov rayon Yanğından mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni, daxili xidmət baş çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir.
2. Əmr onunla əsaslandırılmışdır ki, 23 dekabr 2020-ci il tarixində tibbi müayinə zamanı İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Əmrin verilməsinə əsas qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X1”nin 30 dekabr 2020-ci il tarixli, 3516/K nömrəli müayinə aktına istinad olunmuşdur.
3. Həmin akta əsasən iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və benzodiazepin qrupuna aid olan törəmə aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, FHN-in 8 fevral 2021-ci il tarixli, 0159/ş saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - X2 hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni, daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsi, 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2013-cü ildən Cavabdeh orqanlarında xidmət edir. Xidməti dövründə nümunəvi əməkdaş hesab edilmişdir. Heç vaxt barəsində intizam tənbeh tədbiri tətbiq olunmamışdır. Əksinə, xidməti yuxarı rəhbərlik və rəis heyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir. 23 dekabr 2020-ci il tarixdə Nazirlik əməkdaşları tərəfindən Baş İdarəyə çağrılmış, ona narkoloji testdən keçməli olduğu bildirilmişdir. Buna etirazı olmadığından FHN-in tibb mərkəzinə gətirilmiş, orada müayinə olunmuş, nəticə neqativ çıxmışdır. Sonra elə həmin gün yenidən müayinə edilməsi üçün Respublika Narkoloji Mərkəzinə aparılmış və orada yenidən müayinə edilmiş, nəticə yenə neqativ olmuşdur. Daha sonra “Məhkəmə-tibbi ekspertiza və X1“nin binasına aparılmış, orada yenidən sidik və qan analizi vermişdir. 5 yanvar 2021-ci il tarixinədək işləmiş və həmin tarixdən növbəti məzuniyyətə çıxmışdır. Məzuniyyət qurtardıqdan sonra 7 fevral tarixində işə çıxmışdır. 10 fevral 2021-ci il tarixdə işə gələrkən rəis onun xidmətdən azad olunduğunu qeyri-rəsmi bildirmiş və “Məhkəmə-tibbi ekspertiza və X1” aktının əsas götürüldüyünü bildirmişdir. O, bunun əsassız olduğunu, narkotik maddədən istifadə etmədiyini, yanlış akt yazıldığını bildirmiş, həmin gün, yəni 10 fevral 2021-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi tibb baş İdarəsində qan və sidik analizləri verərək özünü yenidən müayinə etdirmişdir. Orada da narkotik maddə tapılmamışdır. Göründüyü kimi, 3 səlahiyyətli dövlət qurumu onun narkoti k maddə qəbul etmədiyini müəyyən etdiyi halda, Birliyin müayinədən 7 gün sonra tərtib etdiyi akt qanuni və əsaslı, mötəbər sənəd hesab edilə bilməz.
6. Bundan əlavə, məhkəmə və istintaq təcrübəsində narkoloji xəstələrin müayinə edilərək rəy verilməsi Birliyə yox, Respublika Narkoloji Mərkəzinə həvalə edilir və bu qurumun rəyi əsas götürülür. Çünki, burada daha yüksək ixtisaslı mütəxəssislər çalışır. Şəxsin narkoloji xəstə olub-olmamasının aydınlaşdırılması Birliyin səlahiyyətində deyil. Odur ki, cavabdeh Birliyin yox, Narkoloji Mərkəzin gəldiyi nəticəyə inanmalı idi. Sorğuya Mərkəzdən verilən 2 mart 2021-ci il tarixli, xx/xx-2459 saylı cavab məktubunda iddiaçının 23 dekabr 2020-ci il tarixdə, saat 14:53-də tibbi müayinədən keçirilməsi, narkotik maddə aşkar edilməməsi göstərilmişdir.
7. D igər tərəfdən, Birliyin aktı əsaslı olsa belə əmrdə istinad edilən “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 6.7-ci maddəsi ona şamil edilə bilməz. Çünki həmin maddə heç də müalicə məqsədi ilə, yaxud qanunla müəyyən edilən istehlak normasında, yaxud təsadüfən narkotik maddə qəbul edənlərə yox, narkoloji xəstələrə şamil edilməlidir. İddiaçının isə narkoloji xəstə olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Birlik vəkil sorğusuna görə aktın surətini verməsə də, əmrdə “23 dekabr 2021-ci il tarixli müayinə zamanı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır” sözünün yazılması onu təsdiq edir ki, xəstə olmağına dair rəy yoxdur. Şəxsin qanında narkotik maddə tapılması onun narkoloji xəstə olması anlamını vermir. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 1.0.4-cü maddəsində göstərilir ki, narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir.
8. Cavabdehin onun barəsindəki əmrdə istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə gəldikdə isə, bu siyahıya əsasən narkoloji xəstələrə məhdudiyyət müddəti 5 il müəyyən edilmişdir. Göstərilən müddət başa çatdıqdan so nra bu xəstələr 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilər. Bu bəndlər isə FHN-ə yox, 9-cu bənd silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələrə, 10-cu bənd isə müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrə aiddir. Cavabdeh və yanğından mühafizə xidməti 13-cü bənddə öz əksini tapmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə dair siyahıya görə də narkoloji xəstə Cavabdeh və yanğından mühafizə xidmətində işləyə bilər. Yalnız məcburi müa licəyə cəlb olunanlara 5 illik məhdudiyyət qoyula bilər. Cavabdeh əmrdə istinad etdiyi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun tələblərini də pozmuşdur. Belə ki, həmin Qanunun xidmətkeçməyə xitam verilməsinin əsaslarından bəhs edən 33-cü maddəsində narkotik maddə istifadəçisinin orqandan xaric edilməsi nəzərdə tutulmamışdır. İstinad edilən 33.1.5-ci maddəyə gəldikdə isə, uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar şəxsin vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda bu maddəyə istinad edilə bilər. Belə rəy isə iddiaçı barəsində mövcud deyil. 9. “Respublika Narkoloji Mərkəzi”nin 2 mart 2021-ci il və 07 iyun 2021-ci il tarixli məktublarında (iş v. 18 və 83) qeyd edilmişdir ki, iddiaçı 23 dekabr 2020-ci il tarixində saat 14:53 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi"ndə narkoloji tibbi müayinədən keçmiş və müayinənin nəticəsində 10 parametr: OPİ(-), THC(-), TCA(-), COK(-), BZO(-), BAR(-), MDMA(-), MET(-), AMP(-), MTD(-), TML(-) aşkar edilməmişdir.
10. Birinci instansiya məhkəməsində icraat zamanı 17 mart 2021-ci il tarixli sorğu ilə iddiaçının 23 dekabr 2020-ci il tarixdə Tibb Xidmətində müayinə olunub-olunmaması, müayinə olunduğu təqdirdə müayinənin nəticəsi barədə məlumatın təqdim edilməsi Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətindən tələb edilmiş (iş v.32), sorğuya cavab olaraq FHN-in Tibb Xidmətinin 29 aprel 2021-ci il tarixli məktubunda iddiaçının 23 dekabr 2020-ci il tarixdə Tibb Xidmətinə müraciət etmədiyi və müayinələrdən keçmə diyi bildirilmişdir (iş v.36).
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etirazın dəlillərinə görə, iddiaçı 23 dekabr 2020-ci il tarixində "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinə əsasən narkoloji sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə dövri tibbi müayinəyə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1”ndə həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində “Heroin” narkotik maddəsi və benzodiazepin qrupuna aid törəmə aşkar edilmişdir. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərb aycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndinə əsasən, narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Bu baxım dan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1”nin keçirdiyi müayinənin nəticələrini özündə əks etdirən 30 dekabr 2020-ci il tarixli, 3516/K saylı protokol əsasında iddiaçı FHN-in 8 fevral 2021-ci il tarixli, 0159/Ş saylı əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçının narkoloji xəstə olması faktı qanunvericiliyə müvafiq qaydada həyata keçirilmiş tibbi müayinə əsasında müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nın 9-cu maddəsinə əsasən, şəxsin narkoloji xəstə olması nəti cəsinə bu halda gəlmək olar ki, o, tibbi müayinədən keçsin və bu müayinənin nəticəsində onun narkotik maddədən istifadə etməsi faktı öz təsdiqini tapsın.
12. İddiaçı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nin onun narkotik istifadəçisi olması barədə rəy verməsi səlahiyyəti olmadığını bildirsə də, bu dəlil tam əsassızdır. Belə ki, “Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza X3" Elmi-Təcrübi və Tədris Birliyində Məhkəmə Narkoloji xidmətləri haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar psixiatriya və narkologiya ixtisaslarına uyğun olaraq ixtisaslaşmış həkimlərməhkəmə-tibb ekspertləri tərəfindən aparılır. Əsasnamənin 11-ci bəndinə əsasən, məhkəmə psixiatrik və məhkəmə narkoloji şöbələrin rəhbərləri Səhiyyə Nazirliyinin əmr və təlimatlarını, şöbələr haqqında əsasnaməni, məhkəmə psixiatrik, məhkəmə narkoloji işlərini nizamlayan normativ göstəriş, qayda və təlimatları, Birliyin əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərdikləri ərazidə müvafiq xidmətləri təşkil edir. Bu baxımdan birliyin verdiyi rəy konkret halın müəyyən edilməsi üçün sübut hesab edilir və rəsmi sənəd kimi müəyyənedici xarakterə malikdir.
13. İddiaçını digər dəlili ilə bağlı etirazda qeyd edilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.5-ci maddəsinə əsasən, Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması kobud pozuntu hesab edilir. Konkret halda iddiaçının xidmətinə xitam verilməsi onun ərizədə göstərdiyi kimi “uzunmüddətli xəstəliklə” deyil, yol verdiyi kobud pozu ntu ilə bağlıdır.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qərarı ilə (hakim Fərid Mədətli) iddia rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, 23 dekabr 2020-ci il tarixində iddiaçının tibbi müayinəsi zamanı narkotik vasitədən istifadə etdiyi aşkarlandığından, barəsində verilən qərar qanuni və əsaslı olmuşdur. İddiaçının xidmətinə xitam verilməsi, onun iddia ərizəsində göstərdiyi kimi uzunmüddətli xəstəliklə deyil, yol verdiyi kobud pozuntu ilə bağlıdır.
16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasınıi xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarına əsasən (hakimlər - Cahangir Yusifov (sədrlik edən və məruzəçi), Həmid Həmidov və Elmira Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 nömrəli, 2021-ci il 10 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının müayinəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” tərəfindən aparılması heç də qanunvericiliyə zidd olmamışdır. Ən azından “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda belə bir qadağanedici norma mövcud deyil. Bu baxımdan, apellyasiya məhkəməsi mübahisələndirilən ekspertiza aktı ilə müəyyən edilən müayinə nəticələrini inandırıcı hesab e tmişdir. Respublika Narkoloji Mərkəzi və DTX-nın poliklinikasının iddiaçıda narkotik vasitə aşkar edilmədiyinə dair müayinə nəticələri ilə bağlı olaraq isə apellyasiya məhkəməsi qeyd etmişdi ki, həmin müəssisələrdə aparılan müayinə nəticələri Birlik tərəfindən elmi-metodik üsullardan istifadə edilməklə aparılan ekspertiza tədqiqatının nəticələri ilə eyniləşdirilə və işin həqiqi hallarını əks etdirə bilməz.
19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 2022-ci il 27 yanvar tarixli qərarının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)784/2022 nömrəli, 2022-ci il 22 iyun tarixli qərarına əsasən (hakimlər – Xəqani Məmmədov (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, qanunvericiliyin normalarının tələblərindən göründüyü kimi, narkotik vasitə qəbulu fövqəladə hallar orqanı əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə u yğun olaraq kobud pozuntu hesab olunduğu üçün fövqəladə hallar orqanlarından xaric edilməyə əsas ola bilər. Bu hissədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
22. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.
23. Apellyasiya məhkəməsi iddiaçının tibbi müayinəsinin qanunvericiliyin tələb etdiyi kimi dövlət narkoloji tibb müəssisəsində aparılıb-aparılmadığı məsələsini aydınlaşdırmadan mübahisəni həll etmişdir. Halbuki, bu məsələ mübahisənin həlli baxımından həlledici əhəmiyyətə malik olmuşdur. Apellyasiya məhkəməsi iddiaçının müayin əsinin səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” tərəfindən aparılmasının heç də qanunvericiliyə zidd olmadığını bildirsə də, bu mövqeyini əsaslandırmamış, həmin qurumun qanunvericiliyin tələbləri baxımından dövlət narkoloji tibb müəssisəsi sayılıb-sayılmamasını aydınlaşdırmamışdır. Odur ki, təkrar baxışda hansı qurumların qanunvericiliyin tələbləri baxımından dövlət narkoloji tibb müəssisəsi hesab olunduğu məsələsi dəqiq müəyyənləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçının əsas dəlillərindən biri də məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nin dövlət narkoloji tibb müəssisəsi olmadığı ilə bağlı olmuşdur. İddiaçının qənaətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Nark oloji Mərkəzi” publik hüquqi şəxsi dövlət narkoloji tibb müəssisəsi kimi qəbul olunmalıdır. Lakin məhkəmələr işin hallarının tam və hərtərəfli araşdırılması prinspini pozmaqla bu dəlildən irəli gələn lazımi araşdırmanın aparılmasını təmin etməmişlər, söözügedən qurumlardan hansının və ya başqa bir qurumun dövlət narkoloji tibb müəssisəsi olduğunu aydınlaşdırmamışlar.
24. Kollegiya həmçinin qeyd edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq edilməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi-hüquqi əsasını təşkil edə bilər. Bunun üçün isə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıld ığına diqqət yetirilməlidir. 25. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb mü əssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
26. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmətibbi ekspertiza və X1”nin 30 dekabr 2020-ci il tarixli 3516/K nömrəli aktını mötəbər və aidiyyəti sübut kimi qəbul etmiş, narkotik vasitədən istifadə faktını təsdiq edən sənədin rəy olmadığını, eləcə də onun ekspert-kimyaçı tərəfindən tərtib olunduğunu müvafiq qaydada müzakirə etməmiş və qiymətləndirməmişdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı bu məsələnin də hərtərəfli araşdırılması və qiymə tləndirilməsi təmin edilməlidir.
27. Kollegiya həmçinin hesab etmişdir ki, apellyasiya məhkəməsi Respublika Narkoloji Mərkəzi və DTX-nin poliklinikası tərəfindən verilmiş iddiaçıda narkotik vasitələrin aşkar edilmədiyinə dair müayinə nəticələrini də lazımi qaydada əsaslandırmadan qəbul etməmişdir. İşin hallarından həmçinin görünür ki, iddiaçı məhkəmələrə vəsatət təqdim edərək iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün qanında hər hansı narkotik maddə olub-olmadığını, varsa, maddəni nə müddət əvvəl qəbul etdiyini, eləcə də narkoloji xəstə olub-olmadığını və müalicəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirmək məqsədilə narkoloji ekspertiza keçirilməsini və ekspertizanın keçirilməsinin Narkoloji Mərkəzə həvalə edilməsini xahiş etmişdir. Lakin həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri səbəblərini göstərmədən vəsatəti rədd etmişlər. Bununla da, məhkəmələr işin hallarının tam və hərtərəfli araşdırılmasına dair xidməti vəzifələrini düzgün icra etməmişlər. Halbuki, iş materiallarında iddiaçının xeyrinə iki müayinə nəticəsi olduğu halda, məhkəmə nəyə görə onun ziyanına olan digər nəticəni əsas götürdüyünü, eləcə də nə üçün vəsatəti təmin etmədiyini ciddi və inandırıcı şəkildə əsaslandırmalı idi. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2023 nömrəli, 2023-cü il 3 mart tarixli (hakimlər Mirzə Tağızadə-sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Pərviz Hüseynov) qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılm ışdır.
29. İşin mübahisəli halları və kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınaraq apellyasiya məhkəməsi tərəfindən məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, AR SN Respublika Narkoloji Mərkəzi tərəfindən məhkəməyə 7254 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyi təqdim edilmişdir. 30. 7254 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “... 1) Müayinə zamanı sidik nümunəsində hər hansı bir narkotik vasitə aşkar olunmadı. 2) İddiaçı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İddiaçı NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 3) xx.xx.2020-ci il tarixdən 2021-ci ilin fevralına qədər narotik vasitə qəbulu Xromotoqra fia üsulu ilə aşkarlanması istisna olunmur. 4) İddiaçı 23 dekabr 2020-ci il tarixdə səhər işə gəlməmişdən əvvəl narkotik maddə qəbul etsə idi, həmin günün birinci yarısı Azərbaycan Respublikası Cavabdeh poliklinikasında, günorta Respublika Narkolojİ Mərkəzində aparılan müayinələrdə, axşam isə “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin labaratoriyasında sidik müayinəsi edilərkən aşkara çıxarıla, aşkarlana bilər....”
31. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza Və X1” tərəfindən məhkəməyə ünvanlanmış 14 dekabr 2022-ci il tarixli, 5007 saylı məktubda qeyd edilmişdir ki, “... “MTE və PAB” phş dövlət narkoloji tibb müəssisəsi deyil, lakin hazırda qüvvədə olan, Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəməsi, Daxili İşlər Nazirli yi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1999-cu il tarixli, 09 saylı əmrinə 10 nömrəli əlavədə göstərilən “Məhkəmə-kimya şöbəsində maddi sübutların ekspertizasının keçirilmə qaydaları”na əsasən maddi sübutların məhkəmə-kimyəvi ekspertizasını təhqiqat və istintaq orqanlarının qərarı və məhkəmənin qərardadı əsasında aparmaqla yanaşı, zəhərlənməyə və ya narkotik və başqa maddələrin qeyri-müalicəvi məqsədlə qəbuluna şübhə yarandıqda bioloji mayelərin, insan ifrazatının, dəri səthindən yuyuntuların məhkəmə-kimyəvi tədqiqatı göndəriş əsasında da aparılır və bu zaman ekspert-kimyaçı tərəfindən “Ekspert rəyi” deyil, “Məhkəmə-kimyəvi tədqiqat Aktı” tərtib olunur. Eyni zamanda bildiririk ki, Respublika Narkoloji Mərkəzində və digə r tibb müəssisələrində narkotik və pisixotrop maddələrin təyini sidik nümunəsində ekspress-test üsulu ilə aparılır və alınmış nəticə istiqamətverici xarakter daşıyır. Ona görə də narkotik və pisixotrop maddələrin ekspress-test üsulu ilə təyinindən sonra alınan nəticələr mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlarla dəqiqləşdirilməlidir. “MTE və PAB” phş-nin Məhkəmə-kimya şöbəsində də canlı şəxslərdən götürülmüş bioloji obyektlərdə (qan və sidikdə) və meyitdən götürülmüş bioloji obyektlərdə (qan, sidik, daxili üzv hissələrində) narkotik, pisixotrop və dərman maddələrinin təyini nazik təbəqəli xromatoqrafıya metodu ilə aparılır. İddiaçı barəsində verilmiş xx.xx.2020-ci il tarixli, 3516/K nömrəli Akt onun hal-hazırda narkotik vasitədən istifadə edib-etməməsini göstərir. Onun xroniki narkomaniya xəstəliyinə düçar olubolmamasının təyini isə məhkəmə-narkoloji ekspertizasının keçirilməsi ilə həll edilə bilər.”
32. Apelyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə uyğun işi təkrar araşdırdıqdan sonra belə nəticəyə gəlmişdir ki, hazırda iddiaçının işdən xaric edilməsinə əsas olmuş hal, onun narkoloji xəstə olması deyil, narkotik vasitələrdən istifadə etmiş (birdəfəlik olsa belə) olmasıdır. Cavabdehin əsaslandığı xx.xx.2020-ci il tarixli, 3516/K nömrəli Akt isə iddiaçının narkoloji xəstə olmasını deyil, müayinə edildiyi tarix üçün narkotik vasitədən istifadə faktını əks etdirmişdir. İddiaçının mövqeyinin əksinə Məhkəmə Tibbi Ekspertiza və X1 iddiaçının narkoloji xəstə olmasını deyil, birdəfəlik narkotik vasitədən istifadə faktını xromatoqrafik metodlarl a aparılmış kimyəvi ekspertiza nəticəsində təsdiq etmə səlahiyyətində olmuşdur.
33. Dövlət narkoloji tibb müəssisəsi statusunda olan Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib edilmiş 7254 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən də aydın olur ki, iddiaçının müayinə edildiyi gün üçün Birlik tərəfindən birdəfəlik narkotik vasitədən istifadə faktının aşkar edilməsi mümkün olmuşdur.
34. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən xaric edilməsinə dair cavabdehin qəbul etdiyi inzibati akt - 8 fevral 2021-ci il tarixli, 0159/ş saylı əmri qanuni əsaslarla qəbul edildiyindən qanuni olmuş, həmin qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
35. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin ol unmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
36. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və apelyasiya şikayətində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Narkoloji xidmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş ş əxsdir. 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir. Maddə 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Maddə 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. Maddə 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir. Maddə 20.1. İnsan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir. Maddə 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərba ycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti üç ay müddətində: (7-ci absaz) həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş tibbi yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; (17-ci abzas) həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəa liyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi mü ayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd
2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd
3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd
5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd
6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düça r olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Şəxsin narko loji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd
2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd
3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd
21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdud iyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” İ. Peşə növlərinin və vəzifələrin Siyahısı Bənd
10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr. Bənd
13. Qəza-xilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağ-xilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri. İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. 43. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə h aqqında” Qanun Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə
10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində n əzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsasl ar olduqda xitam verilir: 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
44. Əmək Məcəlləsi Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə i lə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb ol unduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunver iciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
50. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, Ali Məhkəmənin əvvəlki məhkəmə qərarında qeyd edilmiş göstərişlər yerinə yetirilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
51. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının fövqəladə h allar orqanlarında xidmətinə xitam verilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
53. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təm in edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.