Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1369/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; dinlənilmə hüququnun və işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-490/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı MMC-də (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində 2018-ci il üzrə mənfəət vergisinin 94.095,25 manat azaldılması, 94.095,25 manat əlavə hesablama, VM-in 58.1-ci maddəsinə əsasən 47.047,63 manat maliyyə sanksiyası, 2018-ci il üzrə sadələşdirilmiş verginin 4.583,80 manat azaldılması, 2.268,49 manat artıq hesablanması, 2.315,31 ma nat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 2.291,90 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 14.090,00 manat azaldılması, 14.090,00 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 7.045,00 manat maliyyə sanksiyası, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 480 manat maliyyə sanksiyası, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 200 manat maliyyə sanksiyasının, cəmi 112.769,05 manat verginin azaldılması, 2.268,49 manat artıq hesablanması, 110.500,56 manat əlavə hesablanması, 57.064,53 manat maliyyə sanksiyasının, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 116.228,69 manat, VM-nin 58.4-cü maddəsinə əsasən 58.114,35 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 52.661,85 manat, VM-nin 58.4-cü maddəsinə əsasən 26.330,93 manat, cəmi əlavə dəyər vergisi (qeydiyyatsız) üzrə 168.890,54 manat və 84.445,28 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********137136 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dö vlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X29 Departamentinin xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarına əsasən İddiaçı MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2020ci il tarixli, **********6189514 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı zəruri olan sənədlərin təqdim olunması üçün xx.xx.2019-cu il tarixli, **********187059 nömrəli tələbnamə verilmişdir. Həmin tələbnamə əsasında vergi müfəttişlərinə kassa sənədləri (mədaxil və məxaric orderlərin surəti, dövriyyə cədvəlləri), debitor və kreditor borclar haqqında arayış (yoxlama dövrünün əvvəlinə və sonuna olan qalıqlar), göndərilmiş hesab-fakturalar və aktlar, xidmət müqaviləsi ilə işləyən sürücülərin xidmət haqqı cədvəli, yoxlanılan dövr ərzində sifarişlərin siyahısı, vergi auditi tədqiqinin sorğu anketi, balansda olan nəqliyyat vasitələri haqqında məlumat, balansda olan nəqliyyat vasitələrini idarə edən sürücülər haqqında məlumat icarəyə götürülmüş nəqliyyat vasitələri və onları idarə edən sürücülər haqqında məlumat, əmək haqqının hesablanması cədvəlləri, debitor və kreditorlarla bağlanmış müqavilələrin surəti, daxil olmuş SMS-lərin təyinatı barədə izahat, 2018-ci ilin balansı, 2019-cu ilin balansı, direktorun və sürücülərin izahatları təqdim olunmuşdur. Həmin sənədlər əsasında vergi müfəttişləri bu nəticələrə gəlmiş dirlər. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişlərinin gəldiyi nəticələr: müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası: İddiaçı MMC tərəfındən taksi sifarişlərinin "xxxx" MMC, "xxxx" MMC və “X37 Marketing Technologies” MMC tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün vergi müfəttişləri tərəfindən İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır.
5. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017ci il tarixli 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən “Bizim Taksi" MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə “X37 Marketing Technologies” MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli, 17-06/12 nömrəli müqaviləyə əsasən, ******* ədəd sms alındığı, eyni zamanda İddiaçı MMC ilə “Softline" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə İddiaçı MMC tərəfindən yuxarıda göstərilən şirkətlərdən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin b ilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və “X37 Marketing Technologies” MMC-yə vergi müfəttişləri tərəfindən məktublar ünvanlanmış, lakin sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir.
6. İddiaçı MMC-nin direktoru tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müşt ərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi s ifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir.
7. İddiaçı MMC tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştəril ərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1.210.973*4,94 manat) 5.982.206,60 manat dövriyyə müəyyən edilmişdir. Sürücülərin izahatları əsasında mövcud olmayan fəaliyyətin müəssisəyə aid edilməsi: Səyyar vergi yoxlaması ilə bağlı “Bizim Taksi" MMC-nin direktoru tərəfindən verilmiş izahata əsasən müəssisə tərəfindən taksi sifarişlərinin y alnız nağdsız qaydada korporativ və goldenpay müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə müəssisə tərəfindən nağdsız (goldenpay və korporativ) müştərilərə deyil, eyni zamanda nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir.
8. Taksi sürücüləri 189 taksi ilə bağlı (189 taksi platforması vasitəsilə taksi xidm əti göstərən şirkətlər İddiaçı MMC və “Call Center" MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə PayPoint, Milliön və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Digər vergi ödəyicilərinin vergi öhdəliklərinin müəssisənin vergi öhdəliklərinə aid edilməsi: Sürücülər tərəfindən göstərilən taksi xidmətilərinin müqabilində balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək 189 taksi xidmətinin hesabına yığılır, o hesabdan isə 189 taksi xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda İddiaçı MMC, "xxxx" MMC) müəssisələrin hesabına deyil, 189 taksi ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddin oğluna (İddiaçı MMC-nin direkt oru) 227.908,41 manat, X24 ( İddiaçı MMC-nin əməkdaşı) 216.882,98 manat, X8 ("xxxx" MMC-nin əməkdaşı) 219.016,75 manat, X17 (“Ağ Taksi" MMC-nin əməkdaşı) 13.030,78 manat, X18 251.039,36 manat, X19 (''Call Center” MMC-nin əməkdaşı) 198.934,14 manat, X20 İddiaçı MMC-nin əməkdaşına 140.402,85 manat, X10 ("xxxx" MMC-nin əməkdaşı) 78878 manat, X21 98.911,33 manat, X4 (“Enar Taksi" MMC-nin əməkdaşı) 141.591,23 manat və X2 83.553,77 manat, cəmi 1.670.149,6 manat vəsait köçürülmüşdür.
9. Bu məbləğlərin heç biri 189 taksi ilə bağlı şirkətlərin dövriyyələrində əks etdirilməmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fiziki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də yoxlama ilə müəssisə tərəf indən 1192 fiziki şəxsinin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyəri cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən müəssisənin xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərini bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfindən 72621 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 33509 (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil, eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Yuxarıda qeyd olunmuş nəticələrə əsaslanaraq, vergi müfəttişləri yoxlama aktında yoxlama dövrü üzrə "Bizim Taksi” MMC tərəfindən vergilərin 281659.59 manat (mənfəət vergisi 94095.25 manat, ƏDV 168890.54 manat, sadələşdirilmiş vergi 4583.8 manat, ödəmə mənbəyində tutulan vergi 14090.0 manat) azaldıldığı, sadələşdirilmiş verginin 2268,49 manat artıq hesablandığı qeyd edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 140829.81 manat maliyyə sanksiyası və VM-nin 57.1-ci maddəsinə əsasən 680.0 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur və cəmi hesablama (281.659,59-140.829,81-2.268,49+680.0) = 420.900,91 manat məbləğində olmuşdur. Səyyar vergi yoxlamasının aktı əsasında xx.xx.2020-ci il tarixdə **********137136 saylı qərar və **********443400 saylı tələbnamə “Bizim Taksi" MMCyə təqdim olunmuşdur. Həmin qərardan verilmiş inzibati şikayətə baxılması əsasında xx.xx.2021-ci il tarixli, **********952700 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul olunmuşdur. 10. 11.09.2020-ci il tarixli, **********952700 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apell yasiya Şurasına şikayət olunmuş və şikayət üzrə bu günədək heç bir qərar qəbul edilməmişdir.
11. Qərarın ləğv olunması məqsədi ilə yoxlama üzrə əldə olunmuş nəticələrin yanlış olması barədə İddiaçı MMC tərəfindən təqdim olunan izahatlar və dəlillər: müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası üzrə: İddiaçı MMC nağdsız taksi sifarişlərinin yerinə yetirilməsini həyata keçirir və bu məqsədlə istifadəsinə olan avtonəqliyyat vasitələri ilə taksi xidmətini göstərir. İddiaçı MMC yalnız nağdsız qaydada sifarişlərin qəbulunu həyata keçirir və onları icra edir.
12. İddiaçı MMC tərəfindən taksi sifarişlərinin yerinə yetirilməsi zamanı istifadə olunan SMS-lər müxtəlif istiqamətlər üzrə göndərişləri mümkündür və bunlara aiddir: sifarişin təsdiqi, sifarişin dəqiqləşdirilməsi, sifariş məbləğin in və marşrutunun dəyişməsi, sifarişin ləğv olunması, kampaniya və aksiyalar barədə məlumat, xidmət keyfiyyətinin qiymətləndirilməsi, bayram təbrikləri, sürücülərə göndərilən sifariş smsləri, sürücülərə göndərilən və sifarişlə əlaqəli olmayan sms-lər. İddiaçı MMC-nin mühasibat uçotunun qurulması və aparılması qaydası icra olunmuş sifarişlərə bağlıdır və bu səbəbdən SMS-lərin uçotu aparılmır və göndərilməsinə nəzarət mövcud deyil. SMS-lərin hansı istiqamət üzrə göndərilməsi “Bizim Taksi" MMC-nin əməkdaşları tərəfindən həyata keçirilir və bu barədə müstəqil qərar qəbul edilir. Misal üçün: bayram təbriki SMS-lərinin kütləvi şəkildə bütün abonentlərə göndərilməsi və s.. Bu tip göndərişlər barədə qərarı öncədən planlaşdırmaq olmur və SMS-lərin göndərişləri faktiki hal və zərurət üzrə həyata keç irilir. Bundan əlavə olaraq qanunvericilikdə xidmətin təşkilində istifadə olunan SMS-lərin dəqiq uçotunun aparılmasına dair heç bir tələb mövcud deyil. "xxxx" MMC, "xxxx" MMC və “X37 Marketing Technologies” MMC ilə müqavilələr bağlandığı zaman İddiaçı MMC-nin direktoru X11 olub və müqavilənin hansı şərtlərlə bağlanılması (hədiyyə olaraq müəyyən sayda SMS-lərin pulsuz olaraq təqdim edilməsi və s.) tərəflər arasında müstəqil qaydada müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişlərinin dəlil kimi qeyd etdikləri pulsuz SMS-lərdən əlavə pullu SMS-lərin hansı səbəbdən alınması barədə (cəmi ******* ədəd SMS) bu da bildirilir ki, xidmətin təşkilində istifadə olunan SMS-lərin kifayət etməməsi, biznesin genişləndirilməsi kimi səbəblər əlavə pullu SMS-lərin alınmasını zəruri etmişd ir. Bundan əlavə olaraq, müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülməsinin mümkünlüyü barədə ekspert rəyinin alınması üçün "Bizim Taksi” MMC tərəfindən “X7”nə müraciət olunmuşdur. “X7”nin xx.xx.2020-ci il tarixli cavab məktubunda ekspert rəyi kimi bildirilmişdir ki, “SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib SMS-lər əsasında müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablama metodu kimi əsas götürülə bilməz”.
13. Buna baxmayaraq vergi müfəttişləri SMS-lərin cəmi sayından yalnız reklama sərf olunan 35%-i çıxaraq, İddiaçı MMC-nin əldə etdiyi mənfəətin hesablanması üçün xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarının hesablanması metodunda SMS-lərin 65%-ni nəzərə almışdır. Bu hesablama metodun nəticəsi kimi vergi müfəttişləri tərəfindən yanlış olaraq İddiaçı MMC tərəfindən göstərilən 1 taksi gedişinin orta qiymətinin 4.94 manat olduğu və bunun əsasında yanlış olaraq İddiaçı MMC “sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən" (“Bizim Taksi" MMC sifarişlərin ötürülməsi xidmətləri ilə məşğul deyil və yalnız taksi fəaliyyəti üzrə işləyir) əldə etdiyi gəlirin 1131047,1 manat olması müəyyən edilmişdir. Sürücülərin izahatları əsasında mövcud olmayan fəaliyyətin müəssisəyə aid edilməsi: Səyyar vergi yoxlaması zamanı vergi müfəttişləri tərəfindən 3 nəfər sürücüd ən izahatlar götürülmüşdür. İzahatlar götürülən zaman vergi müfəttişləri sürücülərə seçici və məqsədyönlü suallar verərək yalnız lazımı cavabın əldə edilməsinə nail olmuşlar.
14. Belə ki, sürücü qarşısında sual qoyulan zaman “Bizim Taksi" MMC-nin adı çəkilməyərək, onların “189 taksi”-yə aid fəaliyyətlərinə dair suallar verilirdi. Bildirilir ki, “189 taksi“ kimi fəaliyyət göstərən qurum mövcud deyil, bu 189 bir brenddir və bu brend altında bir çox müstəqil və bir-birinin fəaliyyətinə, yaxud vergi öhdəliyinə heç bir aidiyyəti olmayan müəssisələr çalışır. Sıravi sürücü bu barədə ətraflı məlumata malik olmaması səbəbindən izahatında "Bizim Taksi” MMC-nin fəaliyyətinə aid olmayan fəaliyyət barədə səhv izahat verib. Belə ki, bütün fəaliyyət dövrü ərzində İddiaçı MMC heç vaxt nağd taksi sifarişlə rini nə qəbul edib, nə də icra edib. İddiaçı MMC-nin izahatda sürücülər tərəfindən səhv qeyd olunan kimi heç bir ofisində sürücülərdən nağd pulun qəbulu həyata keçirilmir və İddiaçı MMC sürücülər ilə hesablaşmaları nağdsız qaydada aparır.
15. Buna baxmayaraq, vergi müfəttişləri sürücülərin izahatlarını yoxlamayaraq, yaxud bu barədə heç bir sübut və təsdiq əldə etmədən səyyar vergi yoxlaması üzrə müəyyən əsassız və səhv nəticələrə gəliblər. Digər vergi ödəyicilərinin vergi öhdəliklərinin müəssisənin vergi öhdəliklərinə aid edilməsi: Vergi müfəttişləri səyyar vergi yoxlaması aktında 11 nəfər fərdi sahibkar olan fiziki şəxslərin fəaliyyətləri zamanı yaranmış dövriyyəni, bu şəxslərlə heç bir hüquqi və faktiki fəaliyyət yaxud əlaqənin olmadığı halda, yanlış olaraq İddiaçı MMC-nin əldə edə biləc əyi gəlir kimi tanımışdır və bunu “189 taksi xidməti ilə bağlı olan şirkətlər” kimi əsaslandırmışdılar. Bununla əlaqədar bildirilir ki, nə Əskərov Ağa-Kərim Fəxrəddin oğlunun, nə X22, nə X5, nə X12, nə X13 (, nə X14, nə X15, nə X9, nə X16, nə X3, nə də X1 “Bizim Taksi" MMCnin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur (müqavilə yaxud digər hər hansı əsas). 16. "Bizim Taksi” MMC-nin müstəqil vergi ödəyici olmasına baxmayaraq vergi müfəttişləri qanunvericilikdə nəzərdə tutulmamış qaydada və öz fərziyyələrinə əsaslanaraq və bu barədə heç bir təsdiq yaxud sübut olmadığı halda digər vergi ödəyicilərin müstəqil öhdəliklərini “Bizim Taksi" MMC-yə aid edirlər. Əsassız hesablama metodun tətbiqi nəticəsində əldə edilmiş yanlış məlumatlar üzərində vergilərin hesablanması və sanksiyaların tətbiq edilməsini n əhəmiyyətsiz və səhv olması səbəbindən səyyar vergi aktının və qərarın bütün digər hissələri əhəmiyyətsiz və səhvdir.
17. Yuxarıda qeyd olunanlardan əlavə bildirilir ki, nə səyyar vergi yoxlaması aktından verdikləri etiraza, nə qərara mahiyyəti üzrə baxılmışdır. Belə ki, kifayət qədər tutarlı əsasların gətirilməsinə, əlavə ekspert rəyinin təqdim olunmasına baxmayaraq, nə etiraza cavabda (qərar), nə də qərardan şikayətə olan cavabda mahiyyəti üzrə dəlillərə baxılmamış və bununla bağlı ciddi araşdırma aparılmamışdır. Həmin cavabların mətnlərinə diqqət yetirilsə aydın olar ki, cavabdeh yalnız və yalnız səhv və yanlış olan səyyar vergi yoxlaması aktında göstərilən məlumata dəfələrlə istinad edir və hətta tərəflərindən verilən yeni izahat və cavablara baxmayaraq onların heç birini qəbul etm irlər. Tərəflərindən təqdim edilən bir sıra məlumatlar (izahatlar, əlavə sənədlər və s.) ümumiyyətlə nəzərə alınmamış, yaxud inkar edilmişdir.
18. Belə ki, xx.xx.2020-ci il tarixdə tərəflərindən təqdim olunan bəzi sənədlərin nüsxələrini yenidən elektron qaydada sorğu edilməsinə baxmayaraq, onlara bir cavab verilməmişdir. Sadə bir nümunə olaraq o da qeyd olunur ki, sifarişlər barədə ətraflı məlumat bir çox qutuları əhatə edən vərəqlərdə çap olunmuş və vergi müfəttişlərinə təqdim olunmuşdur. Lakin buna baxmayaraq vergi müfəttişləri, çox güman ki, təqdim olunmuş materialın çoxluğunu nəzərə alaraq, heç nəzərdən onu keçirməmiş və yalnız baxılması rahat olan və redaktə edilə bilən formatda sənədləri şifahi tələb etmişdirlər və bununla əlaqədar əllərindən gələn köməyi etmişdirlər. Yoxlama zamanı, bəzi yerlərdə, bizə hətta sənədlərin götürülməsi barədə heç bir təhvil-təslim aktı təqdim edilməmişdir, xüsusən də “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla və “Sənədlərin qismən yoxlamaya təqdim edilməsi barədə” aktla tanış olmamışlar və nüsxələri onlara verilməmişdir. Cavabdehin etirazları:
19. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs mühasibat uçotu sənədlərini, o cümlədən elektron və (və ya) kağız formatda məlumatları tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılm adığı halda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. (67.1.9).
20. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmadığına görə yoxlama qarşılıqlı əlaqələrə dair sənədlərə, bank sənədlərinə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə, müəssisə rəhbəri və sürücülər tərəfindən verilmiş izahatlara və digər sənədlərə əsasən aparılmışdır. Yoxlanılan dövrdə cəmiyyət özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin 189 taksi xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin sifarişlərinin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə 189 taksi xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının İddiaçı MMC-yə əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10,15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 faiz dəyərində xidmət haqqı tutulur.
21. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri İddiaçı MMC-yə ödənilir və sifarişin dəyərinin 20 faizi cəmiyyətdə saxlanılaraq yerdə qalan 80 faizi icra çıya xidmət haqqı kimi ödənilir. Yoxlama ilə bağlı cəmiyyətin direktoru tərəfindən verilmiş izahatda taksi sifarişlərinin yalnız nağdsız qaydada korporativ və goldenpay müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə cəmiyyət tərəfindən nağdsız (goldenpay və korporativ) müştərilərə deyil, eyni zamanda nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir.
22. Taksi sürücüləri 189 taksi ilə bağlı (189 taksi platforması vasitəsilə taksi xidmətləri göstərən şirkətlər İddiaçı MMC və "xxxx" MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə Pay Point, Milliön və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Sürücülər tərəfindən göstərilmiş taksi xidmətləri müqabilində isə balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək 189 taksi xidmətinin hesabına yığılır, o hesabdan isə 189 taksi xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda İddiaçı MMC, "xxxx" MMC, müəssisələrin hesabına deyil, “189” taksi ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddi n oğluna (İddiaçı MMC-nin direktoru) 227.908,41 manat, X24 (İddiaçı MMC-nin əməkdaşı) 216.882,98 manat, X8 ("xxxx" MMC-nin əməkdaşı) 219.016,75 manat, X17 ( "xxxx" MMC-nin əməkdaşı) 13.030,78 manat, X18 251.039,36 manat, X19 ("xxxx" MMC-nin əməkdaşı) 198.934,14 manat, X20 (İddiaçı MMC-nin əməkdaşı) 140.402,85 manat, X10 ("xxxx" MMC-nin əməkdaşı) 78.878 manat, X21 98.911,33 manat, X4 ("xxxx" MMC-nin əməkdaşı) 141.591,23 manat və X2 manat, cəmi 1.670.149,6 manat vəsait köçürülmüşdür.
23. Bu məbləğlərin heç biri “189” taksi ilə bağlı şirkətlərin dövriyyələrində əks etdirilməmişdir.
24. Bundan əlavə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fiziki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də yoxlama ilə m üəssisə tərəfindən 1192 fiziki şəxsinin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyəri cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən müəssisənin xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfındən 72621 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 33509 manat (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil, eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Bundan əlavə yoxlama zamanı taksi sifarişlərinin "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və “X37 Marketing Technologies” MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir.
25. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünv anlanmış və cavablar alınmışdır. Belə ki, “İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli, 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir.
26. Bundan başqa, İddiaçı MMC ilə “X37 Marketing Technologies” MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17-06/12 nömrəli müqaviləyə əsasən ******* ədəd sms aldığı, eyni zamanda Cəmiyyə t ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X37 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış, lakin sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir.
27. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir.
28. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) x idmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlan ılan dövrdə (1.210.973*4,94 manat) 5.982.206,60 manat dövriyyə müəyyən edilmişdir.
29. Eyni zamanda yoxlanılan dövrdə vergi ödəyicisinə məxsus və icarəyə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326.971,0 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən ümumilikdə 5.982.206,60 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alınmaqla, müəssisə ilə xidmət müqaviləsi bağlanmış sürücülər tərəfindən (5.982.206,xx-xx.6971) 5.655.235,60 manat dəyərində xidmət göstərildiyi aşkar edilmişdir. Xidmət müqavilələrinə və xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%nin İddiaçı MMC-yə xidmət haqqı formasında ödənildiyi nəzərə alınmaqla müəssisənin sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərin (5.655.235,60*20%) 1.131.047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə müəssisə 110.000,0 manat (ƏDV ilə) dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuşdur.
30. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla, 2018-ci ilin fevral ayında 201.605,8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci ma ddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yarandığından vergi ödəyicisi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə sadələşdirilmiş vergi bəyannamələrindəki 2018-ci ilin 2-ci rübü üçün 20.753,78 manat, 3-cü rübü üçün 19.485,7 manat və 4-cü rübü üçün 16.472,86 manat dövriyyə məbləği və müvafıq olaraq 2-ci rüb üçün 830,15 manat, 3-cü rüb üçün 779,43 manat, 4-cü rüb üçün 658,91 manat sadələşdirilmiş vergi məbləği azaldılmışdır.
31. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin 1-ci rübünün yanvar ayında 98.821,5 manat, fevral ayında 35.054,3 manat gəlir əldə etdiyi və bu rübdə sadələşdirilmiş vergi bəyannaməsində 19.280,64 manat əks etdirildiyi nəzərə alınmaqla, 114.595,16 manat dövriyyənin və ya 4.583,8 manat sadələşdirilmiş verginin azaldılması müəyyən edilmişdir.
32. Eyni zamanda Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq yəni 201.605,8 manat olduğu müəyyən edilmiş bu səbəbdən vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə cəmiyyətin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1.107.171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə ƏDV bəyannamələrinin təqdim edilmədiyi nəzərə alınmaqla (1.107.171,3/1.18*18%) 168.890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir (ƏDV qeydiyyatsız). Taksi xidmətlərinin göstərilməsi məqsədilə sifarişlərin ötürülməsində n əldə edilmiş gəlirlərin 2018-ci ilin mənfəət vergisinə cəlb edilməli olan hissəsinin ƏDV-siz məbləği 633.850,52 manat, avtomobil satışından ƏDV-siz 11.864,41 manat olmaqla, ümumilikdə ƏDV-siz gəlirinin 645.714,93 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə vergi ödəyicisinin xərcləri cəmi 175.238,69 manat təşkil etmişdir ki, əmək haqqı xərcləri 41.493,98 manat, sosial sığorta və işsizlikdən sığorta xərcləri 9.336,15 manat, sığorta haqları 1997,65 manat, bank xərcləri 1.467,90 manat, rabitə, sms, təmir və s. xərclər 120.943,01 manat təşkil etmişdir.
33. Beləliklə 2018-ci ildə müəssisənin mənfəət vergisinə cəlb edilməli olan ümumi gəlirləri 645.714,93 manat, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən ümumi xərcləri 175.238,69 manat olmu ş və müəssisə tərəfındən (645.714,93- 175.238,69) 470.476,24 manat mənfəət əldə edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi dərəcəsinin 20% olduğu nəzərə alınaraq, (470.476,24*20%) 94.095,25 manat mənfəət vergisinin azaldılması aşkar edilmişdir.
34. Yoxlama ilə əhatə edilən dövrdə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən, Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək, həmin məbləği dövlət büdcəsinə ödəməli olduğu halda, müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli 8 və 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı "xxxx"nın uçot qeydində xx.xx.2018-ci il tarixdə MMC-nin təsisçiləri olan X25 70.450,0 manat, X6 70.450,0 manat dividend verildiyi müəyyən edilsə də həmin məbləğlər barədə ödəyici tərəfindən vergi orqanına bəyannamə təqdim edilməmişdir.
35. Yoxlama ilə ümumi 140.900,0 manat təqdim edilmiş dividendə görə 14.090,0 manat ödəmə mənbəyində vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə 2018-ci il üçün 94.095,25 manat mənfəət vergisi, 2018-ci il üçün 4.583,80 manat sadələşdirilmiş vergi, 2018-ci il üçün 14.090,00 manat ÖMV və 2018 və 20 19-cu illər üçün 168.890,54 manat ƏDV (qeydiyyatsız) (2018-ci il üçün 116.228,69 manat; 2019-cu il üçün 52.661,86 manat) hesablanmışdır.
36. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********189514 nömrəli akt əsasında "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar qəbul edilmişdir.
37. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanuna müvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həm in materiallar əsasında xx.xx.2020-ci il tarixdə cinayət işi başlanmışdır.
38. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ekspertiza rəyi:
39. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-1(112)-3174/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq eks pertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: Yoxlama dövründə İddiaçı MMC-nin taksi xidməti kimi gəliri müəyyən edilsin. İkinci sual: Yoxlama dövründə İddiaçı MMC-nin taksi xidməti kimi gəlirinin vergiyə cəlb olunma hissəsi nə qədərdir? Üçüncü sual: Yoxlama dövründə İddiaçı MMC-nin sifarişli xidmət göstərməsi ilə bağlı gəliri müəyyən edilsin. Dördüncü sual: Yoxlama dövründə İddiaçı MMC-nin sifarişli xidmət göstərməsi ilə bağlı gəlirinin vergiyə cəlb olunma hissəsi nə qədərdir? Beşinci sual: Yoxlanılan dövrdə İddiaçı MMC tərəfindən əldə olunmuş 5.589.108 (beş milyon yüz səksən doqquz min yüz səkkiz) ədəd SMS ilə nə qə dər sifariş reallaşdırıla bilər? Altıncı sual: Yoxlanılan dövr üzrə sifarişlərin orta gediş haqqı nə qədər ola bilər? Yeddinci sual: Müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilərmi? Səkkizinci sual: Yoxlama dövründə İddiaçı MMC-nin mənfəət vergisi nə qədər təşkil edir? Doqquzuncu sual: Yoxlama dövründə İddiaçı MMC-nin əlavə dəyər vergisi nə qədər təşkil edir? Onuncu sual: Yoxlama dövründə İddiaçı MMC-nin sadələşdirilmiş vergisi nə qədər təşkil edir? On birinci sual: Yoxlama dövründə İddiaçı MMC-nin ödəmə mənbəyindən tutulan vergisi nə qədər təşkil edir?
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8534 №li, xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda göstərildiyi kimi vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tətbiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
41. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-520/2022 nömrəli qərarı, ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının vergi q anunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərarı ləğv edilmişdir.
42. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi ilə "xxxx" MMC, "xxxx" MMC və “X37 Marketing Texnologies” MMC arasında bağlanmış müqavilələrə əsasən 17 ay ərzində alınmış cəmi ******* ədəd SMS-ə uyğun olaraq 1 taksi gedişinin minimal orta qiyməti müəyyən edilməklə yoxlanılan dövrdə dövriyyənin müəyyən edilməsi, həmin dövriyyəyə uyğun vergi öhdəliklərinin yaranması nəticəsinə gəlsə də belə hesablama metodu qanunvericiliklə nəzərdə tutulmamışdır.
43. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sə nədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
44. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səy yar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.
45. Hazırkı mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir.
46. Göstərilən bu halların hər biri müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası əsasında verilmiş ekspert rəyi əsasında da müəyyən olunmuşdur.
47. Belə ki, ekspert xüsusi ilə Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla, SMSlərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib SMS-lər əsasında müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilməməsinə istinad etmişdir.
48. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/8534 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir.
49. Bundan əlavə məhkəmə vurğulayır ki, iddiaçı mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində taksi ilə sərnişin daşımalarını, həmçinin həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən sadələşdirilmiş vergi ödəyicisidir.
50. İddiaçının taksi fəaliyyəti ilə deyil, digər fəaliyyət növü ilə məşğul olmaqla (xidmət göstərməsi) gəlir əldə etməsi, buna görə vergi öhdəliklərinin yaranması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilə bilməmişdir.
51. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 5
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3259/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında ilkin ekspertizada qoyulmuş suallar təkrarlanmışdır.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9359 №li, xx.xx.2023-cü il tarixli rəydə ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda g östərildiyi kimi vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tətbiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.(Təkrar ekspertiza rəyinin nəticəsi ilkin ekspertiza rəyinin nəticəsi ilə eyni olmuşdur).
54. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-490/2023 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında eynilə əvvəlki ilkin və təkrar ekspertizada qoyulmuş suallar təkrarlanmışdır.
55. Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4608 №li, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda göstərildiyi kimi vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tətbiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.(Sonuncu ekspertiza rəyinin nəticəsi əvvəlki iki ekspertiza rəyinin nəticə si ilə eyni olmuşdur).
56. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-490/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-520/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi ilə "xxxx" MMC, "xxxx" MMC və “X37 Marketing Texnologies” MMC arasında bağlanmış müqavilələrə əsasən 17 ay ərzində alınmış cəmi ******* ədəd SMS-ə uyğun olaraq 1 taksi gedişinin minimal orta qiyməti müəyyən edilməklə yoxlanılan dövrdə dövriyyənin müəyyən edilməsi, həmin dövriyyəyə uyğun vergi öhdəliklərinin yaranması nəticəsinə gəlsə də, belə hesablama metodu qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin normanın məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir.
58. Göstərilən bu halların hər biri müvafiq olaraq məhkəmə-mühasibat lıq ekspertizası əsasında verilmiş ekspert rəyi əsasında da müəyyən olunmuşdur.
59. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın vəsatətinə əsasən iki dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9359 nömrəli, xx.xx.2023-cü il tarixli və 9/4608 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, təkrar ekspertiza tədqiqatı zamanı da ekspertlər tərəfindən eyni nəticəyə gəlinmişdir. Həmin rəylərə əsasən dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamış, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamış, vergi orqanı tərəfind ən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Ekspertlər xüsusi ilə Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla, SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib SMS-lər əsasında müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilməməsinə istinad etmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəylərində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmçinin ekspertin əvvəlki rəyi ilə razılaşmadığına görə cavabdeh təkrar ekspertiza barədə vəsatətlər vermiş, cavabdehin vəsatətləri təmin edilmiş, hazırki iş üzrə ilk ekspertizadan sonra iki təkrar ekspertiza keçirilmişdir və keçirilmiş ekspertiza tədqiqatları zamanı ekspertlər eyni nəticəyə gəlmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində taksi ilə sərnişin daşımalarını, həmçinin həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən sadələşdirilmiş vergi ödəyicisidir. İddiaçının taksi fəaliyyəti ilə deyil, digər fəaliyyət növü ilə məşğul olmaqla (xidmət göstərməsi) gəlir əldə etməsi, buna görə vergi öhdəliklərinin yaranması ilə bağlı əsaslı sübutları cavabdeh inzibati orqan məhkəməyə təqdim edə bilməmişdir.
61. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.
62. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
63. Şikayətin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
64. Bundan başqa, şikayətdə qeyd olunur ki, işə baxan aşağı instansiya məhkəmələri mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir.
65. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
66. Məhkəmə kollegiyasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə istinad etməsi anlaşılan deyil. Belə ki, Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi iddiaçının üzərinə qoyulmadığı təqdirdə məhkəmə kollegiyası Vergi Məcəlləsinin 3.8maddəsini şablon olaraq iş üzrə tətbiq etmişdir. Eyni zamanda mübahisə predmeti olan inzibati akt məzmun baxım ından anlaşılan olduğu halda, ünvanlandığı hüquqi şəxs və həll etdiyi məsələlər dəqiq göstərildiyi təqdirdə bu tələblərə riayət olunmadığı bildirilmiş və nəticədə tətbiq edilməli olmayan maddi hüquq normaları tətbiq edilmişdir.
67. Başqa sözlə, iddiaçının barəsində inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, əlavə vergi məbləğinin müəyyən edilməsinin səbəbləri, iddiaçının barəsində qəbul edilmiş qərarın qəbul edilməsinə əsas olmuş hallar, hesablamanın normativ əsasları həmin səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda əsaslandırılmışdır.
68. Bundan əlavə, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyin in pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
69. Məhkəmə kollegiyasının mövqeyini aşağıda qeyd olunanlara əsasən düzgün deyil.
70. İlk növbədə, işin faktiki halları baxımından məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tətbiqi anlaşılan deyildir. Belə ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş səyyar vergi yoxlaması aktına və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması sübuta yetirilmi ş, vergi ödəyicisinin məsuliyyət məsələsinə baxılmasının nəticəsi ilə bağlı inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir.
71. Bundan əlavə, qanunvericilik inzibati orqanın qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik prezumpsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Avropa Məhkəməsi qəbul etdiyi qərarındakı hüquqi mövqeyə əsasən təsdiq edir ki, fakt və hüquq prezumpsiyası baxımından iddiaçının vergidən yayınma halı birmənalı şəkildə təsdiqini tapır. (Yanoseviç İsveçə qarşı, §100, obyektiv əsaslarla əlavə vergilərin təyin edilməsi və məhkəmə qərarından əvvəl icrası ilə əlaqədar).
72. Yoxlama ilə əhatə edilən dövrdə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulduğu müəyyən edilmişdir.
73. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Prosessual hüquq normalarının pozulmasına dair:
74. Məhkəmə mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, qan uni və əsaslı olmayan qərar qəbul etmişdir.
75. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi ilə "xxxx" MMC, "xxxx" MMC və “X37 MarketingTexnologies” MMC arasında bağlanmış müqavilələrə əsasən 17 ay ərzində alınmış cəmi ******* ədəd SMS-ə uyğun olaraq 1 taksi gedişinin minimal orta qiyməti müəyyən edilməklə yoxlanılan dövrdə dövriyyənin müəyyən edilməsi, həmin dövriyyəyə uyğun vergi öhdəliklərinin yaranması nəticəsinə gəlsə də, belə hesablama metodu qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqd a və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin normanın məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir.
76. Məhkəmə kollegiyasının gəldiyi nəticə ilə aşağıda qeyd olunan səbəblərə görə düzgün deyil.
77. Yoxlama zamanı taksi sifarişlərinin "xxxx" MMC, "xxxx" MMC və "X37 Marketing Technologies" MMC tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaq ələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə "X37 Marketing Technologies" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17-06/12 nömrəli müqaviləyə əsasən ******* ədəd sms aldığı, eyn i zamanda Cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə Cəmiyyət tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X37 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış, lakin, sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir.
78. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilər inə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən ya yınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəs ilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir.
79. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1.210.973*4,94 manat) 5.982.206,60 manat dövriyyə müəyyən edilmiş və vergilər hesablanmışdır.
80. Əlavə olaraq bildiririk ki, mübahisələndirilən qərar əsasında hesablanmış vergilər ilə bağlı iddia tələbinin əsassız olması barədə etiraz (sübutlar əlavə edilməklə) və vergilərin hesablanmasına əsas olmuş digər əlavə sənədlər, iş üçün əhəmiyyətli olan və xüsusi bilik tələb olunmaqla araşdırılması və ekspertiza tədqiqatının aparılması üçün zəruri olan suallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Lakin aşağı instansiya məhkəmələri tərəfindən sübutların qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmamışdır. Bununla da İPM-nin 12.1-ci və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur.
81. Məhkəmə qərarının əsası kimi istin ad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun deyil, məhkəmə işin hərtərəfli araşdırılması üçün üzərinə düşən vəzifələrini icra etməmiş və iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir.
82. İş üzrə təkrar ekspertizaların keçirilməsi üçün cavabdeh tərəfindən vəsatətlərin verilməsinə əsas səbəb həm ilkin, həm də ikinci ekspertiza tədqiqatı zamanı ekspertlərin məhkəmə tərəfindən qoyulmuş suallara (o cümlədən cavabdeh tərəfindən ilkin ekspertiza tədqiqatı zamanı təqdim edilmiş suallara) ekspertlər tərəfindən ümumiyyətlə cavab verilməməsi olmuşdur.
83. İnzibati iş birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3174/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
84. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
85. Mülki Prosessual Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
86. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, İddiaçı MMC-nin işi üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizası ilə əlaqədar iş üçün əhəmiyyəti olan aşağıdakı sualların cavabdeh tərəfindən ekspert qarşısında qoyulmasını z əruri hesab edilmiş və bununla əlaqədar vəsatət məhkəməyə təqdim edilmişdir.
1. Yoxlanılan dövrdə "xxxx"İ MMC tərəfindən əldə olunmuş 5.589.108 (beş milyon beş yüz səksən doqquz min yüz səkkiz) ədəd SMS ilə nə qədər sifariş reallaşdırıla bilər? 2.Yoxlanılan dövr üzrə sifarişlərin orta gediş haqqı nə qədər ola bilər?
87. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5834 nömrəli ekspert rəyinin tədqiqat və nəticə hissələrindən göründüyü kimi ekspert inzibati iş üçün xüsusi əhəmiyyət daşıyan və məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş 11 (on bir) sualın (o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş yuxarıda qeyd olunan 2 sual da nəzərə alınmaqla) hər biri üzrə aparılmış tədqiqatın müfəssəl təsviri və onlara əsasən çıxardığı nəticə barədə rəyin tədqiqat hissəsində əsaslandırma verməmiş, rəyin nəticə hissədə də sualların heç birinə cavab verməmişdir.
88. Qeyd olunan hal da təkrar ekspertizaların keçirilməsinə zərurət yaratmışdır. Belə ki, inzibati işin məhkəmə icraatında olduğu dövrdə aşağı instansiya məhkəmələri tərəfindən 3 dəfə (ilk ekspertizadan sonra iki dəfə təkrar ekspertiza) ekspertiza keçirilməsinə baxmayaraq, ekspertlərin verdiyi rəylər işin faktiki hallarını əhatə etməmişdir. Aşağı instansiya məhkəmələri də qoyulmuş suallar inzibati işin materialları arasında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8534 nömrəli, xx.xx.2023-cü il tarixli 9/9359 nömrəli və xx.xx.2023-cü il tarixli 9/4608 nömrəli ekspert rəylərinin tədqiqat və nəticə hissələrindən göründüyü kimi ekspertlər inzibati iş üçün xüsusi əhəmiyyət daşıyan və məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş 11 (on bir) sualın hər biri üzrə aparılmış tədqiqatın müfəssəl təsviri və onlara əsasən çıxardığı nəticə barədə rəyin tədqiqat hissəsində əsaslandırma verməmiş, rəyin nəticə hissədə də sualların heç birinə cavab verməmişlər. Eyni zamanda ekspertlər ilkin rəyin nəticə hissəsini digər iki ekspert rəyinin nəticə hissəsinə köçürməklə kifayətlənmişlər.
89. Bundan əlavə, həmin rəylərin də nəticə hissələrində qeyd edilir ki, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq və dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Belə olan halda ekspertin vergi orqanı tərəfindən əlavə hesablan mış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmaması və hesablamanın qaydasının Vergi Məcəlləsində nəzərdə tutulmadığı barədə gəldiyi nəticə tamamilə əsassızdır. Əgər ekspertlər tədqiqatın aparılmasının mümkün olmadığını etiraf edirlərsə və hesablanmalı vergilərin hansı məbləğdə olmasını müəyyən də bilmirlərsə, hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmadığını və yaxud hesablanma qaydasının Vergi Məcəlləsində nəzərdə tutulmadığını bildirməklə ziddiyyətli məqamlar yaradır ki, bu da rəylərin mötəbərliyini şübhə altına alan hallardan daha birisidir.
90. Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.
91. Qeyd olunanlardan göründüyü kimi ekspertlər ekspertiza zamanı tədqiqatın hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişlər. Bununla da, Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinin, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinin tələbləri pozulmuşdur.
92. İnzibati Prosessual Məcəllənin 1.2-ci, 7.2-ci və 48.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələbləri pozulmuşdur.
93. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanuna müvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında xx.xx.2020-ci il tarixdə cinayət işi başlanmışdır.
94. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
95. Bunu nla bağlı icraatın dayandırılması barədə məhkəməyə vəsatət təqdim edilsə də məhkəmə tərəfindən icraat dayandırılmamışdır.
96. Qeyd olunan vəsatətə baxılması üzrə məhkəmə üzərinə düşən vəzifələri icra etməmişdir. Həmçinin məhkəmə qəbul etdiyi qərarda təqdim olunmuş vəsatəti qəbul və ya rədd etməsi barədə hər hansı bir qiymətləndirmə aparmamış, rədd edildiyi təqdirdə isə rəddin əsaslarını bildirməmişdir.
97. Qeyd olunan məsələ apellyasiya şikayətinin dəlillərindən biri olmasına baxmayaraq, məhkəmə kollegiyası tərəfindən İPM-nin 87.8-ci maddəsinə əsasən apellyasiya şikayətinin qeyd olunan dəlilinə də münasibət bildirilməmişdir.
98. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, məhkəmə tətbiq edilməli olan prosessual hüquq normalarını tətbiq etməmişdir. Bu faktlar isə məhkəmə aktının ləğv edilməsi üçün ciddi əsaslar sayılır. b. kassasiya şikayətinə etirazın dəlilləri
99. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
100. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya i nstansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaq la, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
101. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
102. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
103. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məh kəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
104. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
105. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “cavabdeh inzibati orqan vergi ödəyicisi ilə "xxxx" MMC, "xxxx" MMC və “X37 Marketing Texnologies” MMC arasında bağlanmış müqavilələrə əsasən 17 ay ərzində alınmış cəmi ******* ədəd SMS-ə uyğun olaraq 1 taksi gedişinin minimal orta qiyməti müəyyən edilməklə yoxlanılan dövrdə dövriyyənin müəyyən edilməsi, həmin dövriyyəyə uyğun vergi öhdəliklərinin yaranması nəticəsinə gəlsə də belə hesablama metodu qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-i xrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırkı mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Göstərilən bu halların hər biri müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası əsasında verilmiş ekspert rəyi əsasında da müəyyən olunmuşdur....iş üzrə məhkəmə qərarı əsasında keçir ilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırkı iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir.”
106. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi əsaslandığı ekspert rəyinin tədqiqat və nəticə hissələrindən göründüyü kimi ekspert iş üçün mühüm əhəmiyy ət kəsb edən və məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş 11 sualdan hər biri üzrə aparılmış tədqiqatın müfəssəl təsviri barədə rəyin tədqiqat hissəsində hər hansı əsaslandırma verməmiş, nəticə olaraq sualların heç birinə cavab verə bilmədiyini rəydə aşkar olaraq göstərmişdir. Eyni məzmunlu nəticə apellyasiya instansiyası məhkəməsində icraat zamanı təyin edilmiş təkrar ekspertizalar üzrə rəylərdə də əks olunmuşdur. Belə olan halda, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığına dair ekspertin gəldiyi “hüquqi mövqe”nin hansı səbəblərdən qəbul edildiyi məhkəmə qərarında əsaslandırılmalı idi.
107. Digər tərəfdən, bir halda ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün araşdırılmasını və qiymətləndiri lməsini zəruri hesab etdiyi suallara ekspert rəyində cavab ala bilməmişdir, məhkəmə həmin suallar üzrə vergi yoxlaması materiallarındakı məlumatların (o cümlədən, hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən yoxlayıcı orqana təqdim edilmiş materialların) mötəbərliyini qəbul etməməsini, həmin materiallar əsasında hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığına dair qənaətini əsaslandırmalı idi. Belə ki, Vergi Məcəlləsinin 83.2, 83.2.3-cü maddələrinə əsasən, vergi yoxlaması materialları vergi ödəyicisinin vergi öhdəliklərinin hesablanmasının müstəqil mənbəyi (əsası) kimi təsbit olunmuşdur.
108. Bundan başqa, işdən göründüyü kimi, vergi orqanı inzibati icraat prosesində, digər məlumatlarla yanaşı, həm də taksi xidməti ilə əlaqəli ödənişlər və dövriyyələr barədə rəsmi bank məlumatlarına, iddiaçıya rabitə xidməti göstərən hüquqi şəxslər tərəfindən təqdim olunmuş rəsmi məlumatlara da əsaslanmışdır.
109. Cavabdeh iddia tələbinə qarşı etirazında və apellyasiya şikayətində həmin xüsusatlara dair dəlillərini məhkəmənin diqqətinə çatdırsa da, həmin dəlillər araşdırma və qiymətləndirmə predmeti olmayıb. Bu qeyd olunalar, həm də ona görə əhəmiyyət kəsb edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün araşdırılmasını və qiymətləndirilməsini zəruri hesab etdiyi 11 suala ekspert rəyində cavab ala bilməmişdir.
110. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassa siya qaydasında mütləq ləğv olunmalıdır.
111. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
112. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.
113. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin nor maların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
114. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-490/2023 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.