Məhkəmə qərarları › İş №2-1(102)-1369/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1369/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1369/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının mötəbərliyi; analıq məzuniyyətinin iş stajına daxil edilməsi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan R espublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-872/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2-1(118)-163/2024 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarix ədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-872/2024 nömrəli qərarı ilə (hakimlər İ.Quliyev /sədrlik edən və məruzəçi/, V.Hacıyev və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2-1(118)-163/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Məhkəmələr iddianı təmin edərkən qeyd etmişlər ki, hazırkı iş üzrə cavabdeh iddiaçının güzəştli (xüsusi) stajını mübahisələndirməyərək qəbul edir, yalnız onun ümumi stajının 25 ildən az (21 il 4 ay 10 gün (xx.xx.2006-cı ildən sonrakı 2 il 8 ay daxil olmaqla)) olmasına istinad edərək imtina cavabı verir. Halbuki bu tələb kişilərə aid tələbdir, qadınlara 52 yaşından əmək pensiyasının tələb olunması üçün onların xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi staja malik olması tələb edilir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1983-cü il tarixli 150-s saylı Sumqayıt Politexnikum Texnikumuna qəbul edildiyi və onun xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda təhsil alması nəzərə alınmamışdır. Belə ki, cavabdeh iddiaçının əyani şöbədə təhsil alması barədə sənəd təqdim edilmədiyinə istinad etmişdir. Məhkəmənin bununla bağlı verdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda əyani şöbədə təhsil almışdır. Lakin məhkəmə iddiaçının xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başladığını və həmin dövrün onun iş stajına daxil edildiyini nəzərə alaraq hesab etmişdir ki, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1985ci il tarixədək olan dövr onun sosial sığorta stajına daxil edilməlidir ki, bu halda da Qanunun xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi stajı tələbi yetirilmiş olur. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il (əmək fəaliyyətinə başladığı tarix) tarixədək təhsil aldığı dövr (1 il 6 ay 15 gün) xx.xx.2006-cı il tarixədək cavabdehin mübahisələndirmədiyi 18 il 6 ay 10 gün müddətinə əlavə edildikdə 20 il 15 gün alınır ki, bu da ona 52 yaş ından əmək pensiyasının təyin olunması üçün əsas verir. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətinə əlavədə yeni bir hala – iddiaçı xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğundan əmək haqqı ödənilməyən, ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddətin (ümumilikdə 3 il 7 ay 20 gün) iddiaçının iş stajına daxil edilməsinin mümkün olmaması halına istinad olunmuşdur. Məhkəmə yeni irəli sürülmüş həmin dəlili də əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-576/2023 nömrəli qərarında cavabdeh tərəfindən analıq məzuniyyəti dövrünün sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələbləri nə zidd olduğu və iş stajına daxil edilməli olduğunu təsdiqləmişdir.

4. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüqu q normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan norma ların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə alma dan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

8. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

9. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli; 2-1(102)-1143/2025 nömrəli, xx.xx.2025-ci il tarixli; 2-1(102)-988/2025 nömrəli xx.xx.2025-ci il tarixli; 2-1(102)-864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli; 2-1(102)-763/2025 nömrəli, xx.xx.2025-ci il tarixli; 2-1(102)-511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadları) iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.

10. İddiaçının əmək kitabçasında olan qeydlərdən görünür ki, iddiaçının güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmçinin işdə olan arayışlar və aşağı instansiya məhkəmələrinin verdiyi sorğularda iddiaçının əmək fəaliyyəti və stajının yetərli olması təsdiqini tapır. Belə ki, cavabdeh iddiaçının əyani şöbədə təhsil alması barədə sənəd təqdim edilmədiyinə istinad etmiş və birinci instansiya məhkəməsinin bununla bağlı verdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1983-xx.xx.1986-cı il tarixlərdə texnikumunda əyani şöbədə təhsil almışdır.

11. Cavabdeh kassasiya şikayətində iddiaçının analıq məzuniyyətində olduğu xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrü mübahisələndirərək ümumi iş stajının yetərli olmadığını bildirərək qeyd edir ki, onun əmək haqqı ödənilməyən, ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti (ümumilikdə 3 il 7 ay 20 gün) iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Odur ki, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 20 ildən az (17 il 22 gün (xx.xx.1983-xx.xx.1986-cı il (təhsil müddəti), xx.xx.1986xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.

12. Cavabdehin həmin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası öz mövqeyini təkrarlayır ki, qeyd olunan müddətin cavabdeh tərə findən sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilirdi. Göründüyü kimi, iddiaçının 1990-cı ilin fevral ayından 1993-cü ilin oktyabr ayına üç illik analıq məzuniyyətdə olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən qismən ödənişli analıq məzuniyyət dövrü ümumi və fasiləsiz iş stajı kimi qəbul edilirdi. Qeyd olunmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində, habelə 127-ci maddə sinin 1ci hissəsində də uşağına qulluq etmək üçün işçilərin məzuniyyət hüququ, o cümlədən, uşağa 3 yaşınadək qulluq etmək üçün sosial məzuniyyət almaq hüququ nəzərdə tutulur. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin və həmin maddənin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir.

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə d air araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-872/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar