Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-137/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-137/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 10.03.2020 Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Fəxrəddin Səfərovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tar ixli, 2-1(103)-1792/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxx 2012-ci il tarixli, 0396 saylı əmrinin onun sərəncama çıxarılmasına dair hissədə və sərəncamdan ehtiyata buraxılmasına dair xx xxxxxx 2012-ci il tarixli, 0507 saylı əmrlərin qanunsuz olması səbəbindən ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə həmçinin ötürülmüş iddia müddətinin bərpa olunmasına dair ərizə təqdim edərək, onun barəsində Azərbaycan Respublikası Müdafiə N azirinin xx xxxxxxx 2012-ci il tarixli, 0396 saylı sərəncama çıxarılmasına dair və xx xxxxxx 2012-ci il tarixli, 0507 saylı sərəncamdan ehtiyata buraxılmasına dair əmrlərin qanunsuz olmasına dair mübahisələndirmə növündə qaldırdığı iddia ilə əlaqədar onun tərəfindən buraxılmış iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı ərizədə bildirmişdir ki, cavabdehin onun sərəncama çıxarılmasına dair xx xxxxxxx 2012-ci il tarixli, 0396 saylı və sərəncamdan ehtiyata buraxılmasına dair xx xxxxxx 2012-ci il tarixli, 0507 saylı əmrləri qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul olunmuş və iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı dəfərlərlə, sonuncu dəfə isə xx xxxxxxxx 2018-ci il tarixdə həmin əmrlə rin ona rəsmi qaydada təqdim olunması barədə cavabdehə müraciət etsə də, həmin əmrlər ona təqdim olunmamışdır. Bundan sonra, iddiaçı əmrlərin təqdim olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisələndirilən əmrlər məhz məhkəmə mübahisəsi dövründə, xx xxxxxx 2019cu il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada təqdim olunduqdan sonra iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən, iddiaçı prosessual müddətin onun təqsiri səbəbindən ötürülmədiyini bildirmişdir. Cavabdeh ərizəyə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, mübahisələndirilən əmrlər iddiaçıya elan edilmiş, iddiaçı həmin əmrləri daha əvvəl mübahisələndirmiş və onun iddia tələbi mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)1632/2 019 saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə verilmiş ərizə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrlər barədə uzun müddət məlumatlı olmuş, eləcə də həmin əmrləri məhkəmə qaydasında münbahisələndirmiş və müvafiq məhkəmə qərarlarının qəbul olunmasından 4 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yenidən iddia tələbi ilə müraciət etmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunması və ötürülmüş prosessual müddətin bərpa olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1792/2019 saylı qərardadı ilə (sədrlik edən Vüsalə Baxışova, haki mlər Elmira Nağıyeva və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçı tərəfindən istinad edilən əmrlərin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyü müəyyən edildiyindən (əmrlər rəsmi təqdim edilməsə belə iddiaçıya elan edildiyi nəzərə alınaraq) məhkəmə apellyasiya şikayətinin iddia müddətinin axımının inzibati aktın rəsmi təqdim edildiyi vaxtdan başlanması və müddətin ötürülmədiyinə dair dəlillərinə yenidən hüquqi qiymət verilməsini zəruri hesab etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1, 73.2, 73.3, Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəlləsinin 24.1, 38.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, mübahisəyə aşağı instansiya məhkəmələrində baxılarkən onun mübahisələndirilən əmrləri xx xxxxxx 2019-cu il tarixdən əvvəl rəsmi qayadada alması sübuta yetirilməmiş, lakin apellyasiya məhkəməsi əmrlər rəsmi təqdim edilməsə belə iddiaçıya elan edilməsinə dair düzgün olmayan bir əsasla buraxılmış müddəti bərpa etməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1, 62.3, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 4, 5, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1, 22.1, 24.1, 24.2, 70-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasınd a iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(103)-886/2014 saylı qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxx 2012-ci il tarixli, 0396 nömrəli əmrinin onun sərəncama çıxarılmasına dair hissəsində və sərəncamdan ehtiyata buraxılmasına dair xx xxxxxx 2012-ci il tarixli 0507 nömrəli əmrlərin ləğv oluması barədə 2013-cü ildə iki dəfə iddia qaldırmış, xx xxxxx 2013-cü ildə qaldırılmış iddia üzrə iddia ərizəsi iddiaçının ərizəsinə əsasən geri qaytarılmış, xx xxxxxx 2013-cü ildə iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(103)-886/2014 saylı qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(102)-100/15 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi ötürülmüş prosessual müddətin bərpa edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirildiyi əmrləri rəsmi əldə etməməsi onların ləğv edilməsi barədə iddia qaldırmaq imkanını aradan qaldırmadığından, bu hal müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, onun tərəfindən mübahisələndirilən əmrlər təqdim edilməs i üçün dəfələrlə cavabdehə müraciət edilsə də, mübahisələndirilən əmrlər məhz məhkəmə mübahisəsi dövründə, xx xxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada təqdim olunmuş, və belə olan halda ötürülmüş müddət üzrlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmadığını bildirir. İddiaçı tərəfindən 2012-ci ilə dair əmrlərin mübahisələndirilməsi ilə bağlı prosessual müddətin bərpası barədə ərizə 2019-cu ildə verimişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsin ə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Müddəaların mənasına əsasən, prosessual müddətlər buraxildığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. İddiaçı tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddianın ver ilməməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmadığını iddiaçı bildirməmiş və bu hallara istinad etməmişdir. Belə olan halda məhkəmə kollegiyası bildirir ki, prosessual qanunvericiliyin yuxarıda göstərilmiş tələbindən göründüyü kimi, müddətin buraxılmasından 1 il keçdiyindən həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Res publikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1792/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-137/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-137/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver