Məhkəmə qərarları › İş №2-1(102)-137/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-137/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-137/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 2-1(103)-1238/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2018-ci il 10 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona pensiyanın düzgün hesablanaraq yenidən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli, 21(82)-346/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin onun iddiasının mümkün sayılmaması barədə 2019-cu il 28 yanvar tarixli, 2-1(82)-346/2019 saylı qərardadını qanunvericiliklə müəyyən olunan müddətdə rəsmi olaraq təhvil almamış və qeyd olunan qərardadla şəxsən tanış olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan iş üzrə qərardadını almaq üçün isə özü şəxsən rəsmi şəkildə məhkəməyə ərizə ilə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli, 21(821-346/2019 saylı qərardadı ona rəsmi ola raq 2021-ci il 18 fevral tarixdə təqdim edilmişdir. Qeyd olunan qərardadla tanış olduqdan dərhal sonra 2021-ci il 22 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli 2-1(82)346/2019 saylı qərardadından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Daha sonra isə vəkili ilə birlikdə işin hallarını araşdırarkən məlum olmuşdur ki, qeyd olunan inzibati işin sənədlərində sözügedən qərardadın İddiaçı çatdırılması ilə bağlı xəbərnamə vardır. Bu xəbərnamə isə onun tərəfindən imzalanmamışdır. Qeydiyyatda olduğu ünvanda isə faktiki olaraq o və qızı yaşayır. Əgər qeyd olunan qərardad həqiqətən də olduğu ünvana çatdırılsaydı, qızı qərardadı ona təqdim edərdi. Hazırkı vəziyyətdə isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar ta rixli qərardadın guya ona çatdırılması barədə xəbərnamə onun qeydiyyatda olduğu ünvana çatdırılmamış, nə ona, nə qızına təqdim edilməmiş və xəbərnamə nə o, nə də qızı tərəfindən imzalanmamışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 2-1(103)-1238/2021 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş, iddiaçının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunmuşdur.

6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçıya rəsmi qaydada 2019-cu il 8 aprel tarixdə ünvan 1 ünvanına çatdırılmışdır. Göründüyü kimi, mə hkəmə zərfi hər hansı qeyd ilə geri qayıtmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan 2019-cu il 28 yanvar tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadının elan edilməsi zamanı məhkəmə iclasında iştirak etmişdir. Birinci instansiya məhkəməsinin qərardadının elan olunduğu 2019-cu il 28 yanvar tarixdən və ya qərardadın iddiaçı tərəfindən alındığı 2019-cu il 8 aprel tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüş, iddiaçı 1 il 10 ay sonra məhkəməyə müraciət etmişdir.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini və ve rilmiş apellyasiya şikayətini mümkün hesab edilərək işi apellyasiya icraatı qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli, 2-1(82)-346/2019 saylı qərardadından verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi barədə 2021-ci il 11 iyun tarixli, 2-1(103)-1238/2021 nömrəli Qərardadını qəbul edərkən, əsas olaraq İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsini rəhbər tutmuşdur. Belə ki, həmin maddədə qeyd olunmuşdur ki, "Təbii fəlakət və ya digər qarşısıalınmaz hall ar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz." Qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qeyd olunan normanı mübahisəyə düzgün tətbiq etməmiş və əsassız olaraq təfsir etməklə qanunsuz qərardad çıxarmışdır. Belə ki, həmin normanın tətbiq dairəsi proses iştirakçısının təqsiri olduğu təqdirdə prosessual müddətin buraxıldığı hallara şamil olunur və normanın tələbinə görə əgər bu halda proses iştirakçısının müddətin bərpasına dair ərizə verməsi istisna olunur. Halbuki, prosessual müddətlərin bərpa olunması ilə bağlı məsələləri nəzərdə tutan İnzibati P rosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən "Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir." Hazırkı mübahisə ilə bağlı olaraq, iddiaçı məhkəmə qərardadı məhkəmə tərəfindən özünə rəsmi qaydada gəlib çatmamışdır və bu səbəbdən iddiaçı özü 2021ci il 28 yanvar tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək qərardadı rəsmi qaydada təqdim edilməsini xahiş etmiş və 2021-ci il 18 fevral tarixli məhkəmə qəbzi ilə qərardad iddiaçı tərəfindən qəbul edilmişdir. Qərardad rəsmi qaydada iddiaçı tərəfindən qəbul edildikdən dərhal sonra 2021-ci il 22 fevral tarixdə qərardaddan apellyasiya şikayəti vermişdir. Qeyd edilən məsələ ilə bağlı apellyasiya instansiyas ı öz qərardadını onunla əsaslandırmışdır ki, iş materialları arasında guya iddiaçının qərardadı alması barədə xəbərnamə vardır. Apellyasiya instansiyasının məhkəmə iclasında da iddiaçı tərəfindən bir daha məhkəməyə bildirilmişdir ki, xəbərnamə onun tərəfindən imzalanmamışdır. İddiaçının qeydiyyatda olduğu ünvanda isə faktiki olaraq özü - İddiaçı və onun qızı yaşayır. Əgər qeyd olunan qərardad həqiqətən də iddiaçının olduğu ünvana çatdırılsaydı, qızı həmin xəbərnaməni iddiaçıya təqdim edərdi. Hazırki vəziyyətdə isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli qərardadın guya iddiaçıya çatdırılması barədə xəbərnamə iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmamış, nə iddiaçının özünə, nə ailə üzvlərindən birinə təqdim edilmiş və xəbərnamə nə iddiaçı, nə də qızı tərəfindən imzalanmışdır. Qeyd olunan qərardad, doğurdan da, iddiaçıya vaxtında çatdırılmış olsaydı, iddiaçı daha sonra məhkəmədən qeyd olunan qərardadın özünə təqdim olunması barədə rəsmi olaraq ərizə ilə müraciət etməzdi. Əgər məhkəmə tərəfindən qərardad həqiqətən də iddiaçıya çatdırılmış olsaydı, iddiaçının sonrakı müraciətində həmin qərardad özünə təqdim edilməməli idi. Bu halda məhkəmə tərəfindən həmin qərardadın surəti çıxarılaraq müvafiq olaraq rüsum əsasında iddiaçıya təqdim oluna bilərdi. Əlavə olaraq bildirilməlidir ki, iddiaçı tərəfindən apellyasiya məhkəməsində də həmin xəbərnamənin nə özü, nə də ailə üzvlərindən biri tərəfindən imzalanmadığı bildirilmişdir və bu halda əgər Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan faktla bağlı hər hansı şübhəsi var idisə, şübhələri aradan qa ldırmaq üçün, yəni xəbərnamədəki imzanın iddiaçı və ya ailə üzvü tərəfindən imzalanıb-imzalanmadığını müəyyən etmək üçün ekspertiza təyin edə bilərdi. İşin materiallarından da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən hər hansı ekspertiza təyin edilməmişdir. Beləliklə, iddiaçının prosessual müddəti buraxılarkən təqsirli olmağı məhkəmə tərəfindən sübuta yetirilməmiş və apellyasiya instansiyasının müvafiq qərardadında xəbərnamənin iddiaçı və ya onun ailə üzvü tərəfindən imzalanıb-imzalanmaması barədə münasibət bildirməmiş, nə də qeyd olunan məsələ ilə bağlı hansı şübhələrin olduğunu, əgər varsa bununla bağlı tədbirlər görməmişdir.

9. İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinin tələblərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası apellyasiya şikayət inin mümkünlük məsələsinə dair işə baxarkən məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu idi, yəni birinci instansiya məhkəməsinin qərardadını guya iddiaçının əldə etdiyini bildirən xəbərnamənin iddiaçının və ya onun ailə üzvü tərəfindən imzalanıb-imzalanmadığını sübut etmək üçün apellyasiya məhkəməsi ekspertiza təyin edə bilərdi və şikayətin mümkünlük məsələsinə baxarkən prosessual müddət məsələ üçün böyük əhəmiyyət daşıdığından, məhkəmə iş üzrə ekspert təyin etməli idi və bu onun qanundan irəli gələn xidməti vəzifəsidir. Halbuki, xəbərnamədəki imzanın iddiaçının və ya onun ailə üzvünə aid olub-olmaması ilə bağlı məhkəmə, hər hansı bir şübhənin olmasına dair münasibət bildirməmiş, bu səbəbdən müddətin ötürülməsinin iddiaç ının təqsiri üzündən baş verdiyi də qeyri-məlumdur və sübut edilmədiyi halda, məhkəmə iddiaçının əleyhinə qərardad çıxararaq şikayəti qeyri- mümkün hesab etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

10. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM): Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olu nmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

16. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin 2019-cu il 28 yanvar tarixli, 2-1(82)-346/2019 nömrəli qərardadı poçt rabitəsi vasitəsilə iddiaçının iddia ərizəsində göstərdiyi ünvanda iddiaçıya 2019-c u il 8 aprel tarixdə şəxsən təqdim olunmuşdur.

17. Prosessual müddətin bərpasına dair ərizənin və şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı məhkəmə qərardadı məhkəmə tərəfindən özünə rəsmi qaydada gəlib çatmamışdır və bu səbəbdən iddiaçı özü 2021-ci il 28 yanvar tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək qərardadı rəsmi qaydada təqdim edilməsini xahiş etmiş və 2021-ci il 18 fevral tarixli məhkəmə qəbzi ilə qərardad iddiaçı tərəfindən qəbul edilmişdir. Qərardad rəsmi qaydada iddiaçı tərəfindən qəbul edildikdən dərhal sonra 2021-ci il 22 fevral tarixdə qərardaddan apellyasiya şikayəti vermişdir. Qeyd edilən məsələ ilə bağlı apellyasiya instansiyası öz qərardadını onunla əsaslandırmışdır ki, işin materialları arasında guya iddiaçının qərardadı alması barədə xəbərnamə vardı r. Apellyasiya instansiyasının məhkəmə iclasında da iddiaçı tərəfindən bir daha məhkəməyə bildirilmişdir ki, xəbərnamə onun tərəfindən imzalanmamışdır. İddiaçının qeydiyyatda olduğu ünvanda isə faktiki olaraq özü İddiaçı və onun qızı yaşayır. Əgər qeyd olunan qərardad həqiqətən də iddiaçının olduğu ünvana çatdırılsaydı, qızı həmin xəbərnaməni iddiaçıya təqdim edərdi.

18. Məhkəmə kollegiyası ərizənin və şikayətin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, əvvəla, yuxarıda qeyd olunduğu kimi, təqdim etmə barədə sənəddə məhkəmə aktının iddiaçı tərəfindən 2019-cu il 8 aprel tarixdə şəxsən imzalanaraq qəbul edildiyi təsbit olunmuşdur.

19. Digər tərəfdən, iddiaçının dəlili qəbul edildikdə belə, iddianın mümkün sayılmaması barədə məhkə mə qərardadının 2019-cu il 28 yanvar tarixli məhkəmə iclasında iddiaçının bilavasitə iştirakı ilə elan olunduğu, məhkəmə aktının iddiaçının ünvanına göndərildiyi, lakin onun bildirdiyinə görə məhkəmə aktını almadığı halda, bu barədə məhkəməyə ağlabatan müddətdə müraciət etmədiyi, həmin qərardadın surətinin ona təqdim olunması üçün qərardadın elan olunduğu tarixdən iki il müddət keçdikdən sonra müraciət etdiyi, həmin tarixədək məhkəmə aktını mübahisələndirmək imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı halın müəyyən olunmadığı nəzərə alındıqda, prosessual müddətin ötürülməsində iddiaçı təqsirsiz olmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 21(103)-1238/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar