Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1370/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki qanunla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təy inat üzrə filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-568/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 14 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2005-ci il 17 mart tarixdə iddiaçıya pensiya, onun orta aylıq əmək haqqı cədvəlinə uyğun olaraq Qaradağ rayon şöbəsi tərəfindən təyin edilib və hazırda da cavabdeh tərəfindən ödənilməkdədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 12 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 23 sentyabr tarixli qanunu ilə 2005-ci il 17 mart tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2004-cü il 12 dekabr tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 23 sentyabr tarixli qanu nunun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı il 1 yanvar tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışırsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçının 52 yaşı tamam olduğu 2004-cü il 27 dekabr tarixinə iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 30 il 3 ay 11 gün təşkil etmişdir. Bu stajın 29 il 3 ay 26 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Ona 2006cı il 1 yanvar tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 2005-ci il 17 mart tarixində aylıq əmək haqqının 100 faizi əsas götürülməklə təyin olunmuş və hazırda p ensiya məbləği 665,0 manat təşkil edir. Aylıq pensiya məbləği müəyyən edilərkən 2006-cı il 1 yanvar tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 23 sentyabr tarixli Qanununun 89-cu maddəsinin tələbləri pozulmuşdur. Əmək pensiyası keçmiş qanunla təyin edildiyindən pensiya haqqı məbləğindəki sonrakı artımlar da həmin qanunla tənzimlənməlidir. “Azneft” İB-nin arayışına əsasən eyni peşələrdə çalışan işçilərin, yəni neft və qaz hasilatı üzrə operatorların orta aylıq əmək haqqı 2015-ci ildə 1591,74 manat, 2016-ci ildə 1698,84 manat, 2017-ci ildə 1815,81 manat, 2018-ci ildə isə 1963,02 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya pensiyanın 2005-ci il 17 mart tarixdə təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 89-cu maddəsinin qüvvədə olması nəticəsini doğurmur. Keçən dövr ərzində dövlətin sosial təminat siyasətində dəyişiklik edilib və bu qanunvericilikdə də öz əksini tapıb. Bir sözlə artıq “Əmək pensiyaları haqqında” qanun və onun gətirdiyi pensiyanın sosial sığorta haqları əsasında hesablanması və ödənilməsi sistemi qüvvədədir. Əmək pensiyalarının hesablanması qaydası “Əmək pensiyaları haqqında” qanunun Vİİ fəsli ilə müəyyən edilir. Həmin fəsildə 2006-cı il 1 yanvar tarixdən keçən müddət ərzində müxtəlif dəyişiklik və əlavələr edilmiş olsa da, fəslin özünün mövcudluğu onu deməyə əsas verir ki, 2006-cı il 1 yanvar tarixədək təyin edilmiş pensiyaların artıq əvvəlki qanunvericiliyə uyğun olaraq yenidən hesablanması istisna edilir. Beləliklə, iddiaçının qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 89-cu maddəsinə istinad edərək orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının yenidən hesablanmasını tələb etməsi qanuni və əsaslı deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 sentyabr tarixli, 2-1(112)-3253/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu əsasında təyin edilsə də, 2006-ci il 1 yanvar tarixdən “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə minmiş, qüvvədə olan Qanunun Vİİ fəsli “Əmək pensiyaların yenidən hesablanmas ı” adlanır, belə olan halda təyin edilmiş bütün pensiyalar üzrə pensiyaların yenidən hesablanması qaydası hazırda qüvvədə olan norma ilə tənzimlənir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən normativ-hüquqi akt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. “Əmək pensiyaları haqqında” Qanunun yalnız 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi n əzərdə tutulur. Qeyd edilən maddə yalnız yaşa və staja münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tətbiq edilməsini nəzərdə tutduğu üçün əmək pensiyasının məbləğinin hesablanması məsələlərində əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiqini özündə ehtiva etmir. İddiaçı pensiya hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu qüvvədə olduğu müddət ərzində qazanmış olsa da, həmin Qanun 2006-ci il 1 yanvar tarixədək qüvvədə olmuş, 2006-cı il 1 yanvar tarixdən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minmiş, bu Qanunda əmək pensiyasının yenidən hesablanması qaydalarını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Belə olan halda, təyin edilmiş əmək pensiyasının hazırkı halda yenidən hesablanmasının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həyata keçirilməm əsi barədə cavabdeh inzibati orqanın hərəkəti qanunazidd olmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-568/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHA TLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
14. İddiaçı işlədiyi zaman əmək haqqı almış və aldığı əmək haqqından sosial sığorta haqqı ödəmişdir. Ona görə də id diaçının əmək pensiyası pensiyaya çıxdığı zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən edilməklə, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edild iyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya 2005-ci ildən pensiya təyin edildikdən sonra 2006-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunla həmin Qanunun qüvvəyə minməsinədək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydaları müəyyən edilmişdir. İddiaçı da, bunun üçün əsaslar olduğu halda (əvvəlki qanunla təyin edilmiş əmək pensiyasının yeni qanuna uyğun olaraq yenidən hesablanmaması və ya düzgün hesablanmaması), əmək pensiyasının yenidən hesablanmasını məhz “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına i stinadla tələb edə bilərdi.
23. Digər tərəfdən, işin məhkəmələr tərəfdən müəyyən edilən hallarına görə, iddiaçıya əmək pensiyası 2005-ci ildə qüvvədə olmuş Qanunun müddəalarına uyğun olaraq təyin edilmişdir. İddiaçı isə inzibati orqanın həmin məzmunda qərarını mübahisələndirməmiş, həmin qərar hər hansı orqan tərəfindən ləğv edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-568/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.