Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1370/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1966; FİN:xxxxxxx) ca vabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-302/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
2. İddiaçı 11 iyun 2021-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək, ünvan 3 ünvanında yerləşən 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 26 sentyabr 2021-ci il tarixli **********85 nömrəli bildirişdə qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş Sumqayıt “Sintezkauçuk” zavodu mənzil kommunal kontoru tərəfindən verilmiş 2255 nömrəli, 28 dekabr 1993-cü il tarixli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqan ının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-da yerləşən 52 saylı 1 otaqlı mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabde hin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “Sintezkauçuk” İstehsalat Birliyində işləyən vaxt mənzil növbəsinə götürülmüş və ona zavod Həmkarlar İttifaqı Komitəsinin Mənzil Məişət Məsələləri üzrə Komissiyasının 14 iyun 1993-cü il tarixli 107 saylı Protokolu əsasında ünvan 1-da yerləşən 52 saylı 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. Həmin protokol əsasında iddiaçının adına order verilmiş və orderdə ailə üzvləri kimi qızı X1 adı daxil edilmişdir. İddiaçı həmin order əsasında 1993-cü ildən bu mənzildə yaşayır, mənzil kirayə və kommunal xidmət haqlarını ödəyir və özü də həmin ünvan üzrə pasport qeydiyyatındadır. İddiaçı qanuni əsaslarla ayrılmış bu otağı adına özəlləşdirməklə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ca vabdeh əsassız səbəb gətirməklə 26 avqust 2021-ci il tarixli bildirişlə ona imtina vermişdir. Həmin imtinada əsas səbəb kimi göstərmişdir ki, guya iddiaçıya verilmiş orderin hüquqi əsası yoxdur və özəlləşmənin aparılması üçün icra hakimiyyətinin sərəncamı olmalıdır. Bu imtina əsassızdır, belə ki, qeyd edilən otaq iddiaçıya ayrılan vaxt Sumqayıt şəhər “Sintezkauçuk” İstehsalat Birliyinin balansında olmuş və bu yaşayış sahəsinin İcra Hakimiyyətinə heç bir aidiyyəti olmamışdır. Digər tərəfdən, order ləğv olunmamış və hazırda da qüvvədədir və bu orderi hazırda binanın balansına verildiyi Sumqayıt şəhər İcra Hakimiyyəti də tanıyır. Bundan başqa, iddiaçı həmin mənzilin əsas kirayəçisidir və mənzilin orderində adı olan 18 yaşdan yuxarı ailə üzvü - qızı da mənzilin onun adına özəlləşdirilməsinə razılıq ərizəsi vermişdir. Həmçinin, bu binada iddiaçıdan başqa da bir çox sakinlər eyni orderlər əsasında otaqları öz adlarına özəlləşdirməklə çıxarış almışlar. İddiaçı hesab edir ki, mənzili özəlləşdirməklə bağlı verilmiş imtinanın heç bir hüquqi əsası yoxdur. Bu imtina “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir və ona görə də həmin imtina əsassız hesab edilməli və mənzilin onun adına özəlləşdirilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalıdr.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mə nzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının ünvan 3 ünvanda yerləşən 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə, onun nümayəndəsinə bildiriş göndərilmişdir. Hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır və İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə istinad edilməklə iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1962/2021 nömrəli, 10 dekabr 2021ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia tələbi təmin edilərək cavabdehin hərəkətləri qanunsuz hesab etməklə, ünvan 1-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyul muşdur.
8. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, hazırki işdə aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Bu baxımdan, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələb lərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-302/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1962/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edərək iddia tələbi təmin edilməmişdir.
11. Apellyasiya instan siyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi ünvan 1-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin ikinci cümləsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfin dən özəlləşdirilə bilər. Qeyd edilməlidir ki, həmin qanunun müvafiq maddəsinin 26 dekabr 2006-cı il tarixədək olan redaksiyası, ümumiyyətlə, yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi. Hazırkı halda isə istinad edilən normaya əsasən, iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsi yalnız onunla Sumqayıt şəhər İcra Hakimiyyəti arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilə bilər. İddiaçının təqdim etdiyi “Sintezkauçuk” zavodu Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 28 dekabr 1993-cü il tarixli order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orde ri kimi qəbul edilə bilməz. Çünki həmin normada nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı yerli icra hakimiyyəti orqanlarını nəzərdə tutur. İddiaçı qeyd edilən yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsini nə cavabdeh inzibati orqana, nə də məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etməmiş, belə bir müqavilənin mövcudluğuna istinad etməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, istinad edilən maddədə qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın - hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun un 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin Qanunun 15-ci maddəsinə əsasən onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Birinci instansiya məhkəməsinin qərarını ləğv edən apellyasiya məhkəməsi mübahisə predmeti olan yataqxananın özəlləşdirilməsi üçün əsas şərt kimi yaşayış sahəsinin icarədarı ilə yerli icra hakimiyyəti orqanı arasında mənzil kirayə müqaviləsinin bağlanılmalı olmasını və özəlləşmənin də məhz həmin kirayə müqaviləsi əsası nda aparılmasının mümkünlüyünü qeyd etmişdir.
14. Məhkəmənin bu mövqeyi tam əsassızdır. Belə ki, qeyd edilən yataqxana otağı iddiaçıya işlədiyi müəssisənin balansında (mülkiyyətində) olan vaxt ayrılmış, həmin müəssisə tərəfindən ona order verilmiş, o, həmin order əsasında ailə üzvləri ilə birlikdə bu otağa pasport qeydiyyatına düşmüşdür və daimi olaraq 30 ildir ki, bu otaqda yaşayır.
15. Bundan başqa, iddiaçı ilə əraziyə xidmət edən 1 saylı MİS arasında mənzil kirayə münasibətləri yaranmış, onun ailə üzvlərinin adına qeydiyyat kartı açılaraq mənzil kirayə və kommunal xərclərinin ödənilməsi aparılmışdır. Yəni, artıq yerli icra hakimiyyəti qurumu ilə iddiaçı arasında həmin otaqdan istifadə ilə bağlı kirayə münasibətləri mövcuddur və bu münasibətlər bu gün də davam edir. Qeyd edilən yataqxa na 2010-cu ildən Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Bu müddətə qədər iddiaçının adına olan order əsasında həmin yataqxananı öz adına özəlləşdirmək imkanı və hüququ olmuşdur.
16. Məhkəmənin istinad etdiyi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində göstərilir ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən sosial və xüsusi təyinatlı mənzillərin özəlləşdirilməsinə icazə verilmir. Hazırkı mübahisə predmeti olan mənzil bu kateqoriyadan olan mənzillər qrupuna daxil deyildir. 17. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin ikinci bəndi nə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.
18. Məhkəmənin bu normaya istinad etməklə mübahisəyə qiymət verməsi əsassızdır. Belə ki, iddiaçı qeyd edilən otağa 1993-cü ildə qanuni əsaslarla - order əsasında köçmüş, qeydiyyata alınmış və bu mənzil onun qanuni əsaslarla köçürüldüyü və 30 ilə yaxın bir müddətdə rəsmi olaraq yaşadığı mənzildir.
19. Bundan başqa, iddiaçı ilə həmin mənzilin balansında olduğu müəssisə “Sintezkauçuk” İstehsalat Birliyi arasında mənzil kirayə münasibətləri 1993-cü ildən y aranmış, həmin tarixdə iddiaçının adına order verilmiş, bu order ləğv edilməmişdir və qüvvədədir. Həmin order əsasında iddiaçı bu mənzilə köçmüş, qeydiyyata alınmışdır.
20. Mənzil sahəsi iddiaçıya yataqxana İcra Hakimiyyətinin balansına verilənə qədər ayrılmışdır. Məhkəmənin istinad etdiyi norma yataqxana İcra Hakimiyyətinin balansına verildikdən sonra yataqxana otağına faktiki köçərək orada yaşayan şəxslərə şamil edilir ki, faktiki yaşayanların yaşadığı otağı öz adlarına özəlləşdirmələri üçün onların yerli icra hakimiyyəti orqanı ilə mənzil kirayə müqaviləsi bağlaması əsas şərt kimi irəli sürülmüşdür. Lakin iddiaçı ilə işlədiyi müəssisə-yataqxananın əvvəlki sahibi ilə mənzil kirayə münasibəti 1993-cü ildən yaranmış və həmin yataqxana İcra hakimiyyətinin balansına verildikdən sonra bu müna sibətlər yerli İcra hakimiyyətinin qurumu olan ərazi üzrə 1 saylı MİS ilə davam etmiş, iddiaçı mənzil kirayə haqqını həmin quruma ödəmişdir. Bununla bağlı məhkəməyə rəsmi arayış da təqdim olunmuşdur. Lakin məhkəmə bu halı iddiaçının yaşadığı yaşayış sahəsi ilə bağlı kirayə münasibətlərinin həmin yataqxana İcra Hakimiyyətinin balansına verilənə qədər yaranmasını, iddiaçının adına orderin olmasını, onun həmin yataqxananın yalnız faktiki deyil, həm də rəsmi sakini olmasını nəzərə almayaraq yaranmış mübahisəyə düzgün qiymət verməmiş və qanuni bir qərarı ləğv etmiş, iddia tələbini təmin etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
146. Dövlət mənz il fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nə zərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. 23. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillər in (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 6.... Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları is tisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondunda n yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;...
25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şik ayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şik ayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fak tiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh iddiaçının ünvan 1-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin- Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi ərizəyə əlavə edilməmişdir.
32. İş üzrə iddiaçının üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma sını tələb etdiyi ünvan 1-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin dövlət mənzil fonduna aid olmaqla Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında olması müəyyən olunmuşdur. 33. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində yataqxanaların özəlləşdirilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin maddənin ikinci cümləsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qeyd edilməlidir ki, həmin Qanunun müvafiq maddəsinin 26 dekabr 2006-cı il tarixədək olan redaksiyası, ümumiyyətlə, yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi.
34. Hazırkı iş üzrə isə istinad edilən normaya əsasən, iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsi yalnız onunla Sumqayıt şəhər İcra Hakimiyyəti arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilə bilər. İddiaçının təqdim etdiyi “Sintezkauçuk” zavodu Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 28 dekabr 1993-cü il tarixli order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi kimi qəbul edilə bilməz. Çünki həmin normada nəzərdə tutulan müvafiq icra hakimi yyəti orqanı dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
35. İddiaçı qeyd edilən yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsini nə cavabdeh inzibati orqana, nə də məhkəmə araşdırması zamanı müvafiq instansiya məhkəmələrinə təqdim etməmiş, belə bir müqavilənin mövcudluğuna istinad etməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, istinad edilən maddədə qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın - hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır.
36. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqla rın dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin Qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti, dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-302/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.