Məhkəmə qərarları › İş №2-1(102)-1370/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1370/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1370/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X15) “çıxar ışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(107)-123/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən 0.1296 ha torpaq sahəsi üzərində X2 1/5 hissə, İddiaçı 1/5 hissə və X8 3/5 hissə paylı mülkiyyət hüququ, həmin torpaq sahəsi üzərində yerləşən 65 kv.m fərdi yaşayış sahəsi üzərində X8 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X8 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilərək atası X 3 adına işlənərək müvafiq çıxarış sənədinin verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, çıxarışın və texniki pasportun ləğv edilməsi inzibati orqanın səlahiyyətində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X8 adına RX seriyalı ******* nömrəli, 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində 03 iyun 2017-ci il tarixdə qeydə alınmış çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası Amin Yusubova məxsus fərdi yaşayış evi 2012-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Həmin ev yenidən tikilmişdir. Evin sənədləri atasının adına işlənməli, bundan sonra vərəsəlik işi açılmalı idi. X8 adına RX seriyalı ******* nömrəli çıxarış 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqəsində 03 iyun 2017-ci il tarixdə qeydə alınmışdır. 30 may 2017-ci il tarixdə inventar nömrəsi olan 1364 olan texniki pasport da verilmişdir. Odur ki, həmin çıxarışı və texniki pasportu ləğv edib atası X3 adına işlənməsi, yəni müvafiq çıxarış sənədinin verilməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı mərhum atasına məxsus olmuş və zəlzələ nəticəsində dağılmış fərdi yaşayış evinin əvəzinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə yeni inşa edilmiş fərdi yaşayış evinə dair X8 adına verilmiş çıxarış və texniki pasportu ləğv edərək həmin evi mərhum atasının adına qeydiyyata alınması ilə bağlı müraciət etmiş, qeyd olunan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı üçün onun ərizəsinin icrası mümkün olmamışdır. İddia ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmetinə aid olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1296 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ləğv edilmiş DTXK-si tərəfindən hazırlanmış AN 242465 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 740 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş FHN tərəfindən inşa edilmiş siyahılarına (X8 adı 131-ci sırada göstərilmişdir) əsasən X4 (torpaq sahəsi ümumbirgə), X8 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə), X2 (torpaq sahəsi ümumbirgə), X11 (torpaq sahəsi ümumbirgə) və İddiaçı (torpaq sahəsi ümumbirgə) adlarına paylı mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, X9 və X16 0,1296 ha həyətyanı torpaq sahəsinin özlərinə düşən paylarını notarial qaydada təsdiq edilmiş xx.xx.2021ci il tarixli, 4Ə-1075 reyestr nömrəli bağışlanma müqaviləsi ilə X12 hədiyyə etmişdir. Həmin müqaviləyə əsasən X8 (fərdi yaşayış evi t am, torpaq sahəsinin 3/5 hissəsi), X2 (torpaq sahəsinin 1/5 hissəsi) və İddiaçı (torpaq sahəsinin 1/5 hissəsi) qeyd olunan daşınmaz əmlak üzərində onların paylı mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

7. Üçüncü şəxs X15 iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır və subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, İddiaçı 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində mərhum atalarına məxsus fərdi yaşayış evinin dağılmasını iddia etsə də, dağılan evin ataları Amin Yusubovun adına olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmədən ləğvini istədiyi çıxarışın xx.xx.2017-ci ildə qeydə alındığı qeyd edilsə də, hazırda atalarına məxs us olduğunu iddia etdiyi və çıxarışın ləğvini istədiyi ev xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ üzrə üçüncü şəxsə məxsus olan evdir və xx.xx.2017-ci ildə qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışda torpaqdan payları olan X13 və X24 öz paylarını X12 bağışlamışlar. Həmin ev DTXK-si tərəfindən hazırlanmış AN:242465 nömrəli plan-ölçü sənədi, həmçinin, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş FHN tərəfindən inşa edilmiş Siyahıya (siyahıda - 139-cu sıra) əsasən özünün adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlər ləğv edilmədən həmin sənədlər əsasında verilən çıxarışın ləğvini tələb etmək absurd və qanu nsuzdur, mümkünsüz bir iddiadır. Atalarına məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin tarixçəsi bundan bir əsr əvvələ dayanır və iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 544 saylı arayışından da görünür ki, həmin ev 1880-ci ildə inşa edilməklə tikinti altı yaşayış sahəsi 35 kv.m təşkil edir. Həmin evi İddiaçı özü 2010-cu ildə sökərək yerində ev tikmək məqsədilə bünövrə inşa etmiş, lakin həmin evi də tamamlamamışdır. Sökdüyü evin əvəzinə isə onun şəxsi əmlakının hesabına 1993-cü ildə inşa etdirdiyi və 2012-ci ildə dağılan evin yerinə dövlət tərəfindən ona tikilmiş evin sənədinin ləğvini tələb edir. Bu da qanunsuzdur (məsələnin daha aydın olması üçün 3 ədəd fotoşəkil əlavə edilir). İddiaçı öz ailəsi ilə birlikdə 2007-ci ildən özünə dövlə t tərəfindən verilən şəhərdəki evində yaşayır. Qarabağ əlili olmasından istifadə edərək əsassız iddialar qaldırır və dövlət tərəfindən verilən iki evi olduğu halda ona məxsus evdən də pay istəyir. Mərhum atası X7 məxsus evi iddiaçı özü 2010-cu ildə sökərək həmin torpaq sahəsində özünəməxsus fərdi yaşayış evinin bünövrəsini qoymuşdur. Əgər məcbur olaraq kənddə yaşamaq istəyirsə buyursun gəlsin atasının yaşadığı evi sökərək bünövrəsini qoyduğu evi tikib tamamlayıb adına çıxarış alıb orada yaşasın. O, buna etiraz etmir. Hazırda dövlət tərəfindən tikilib daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına rəsmiləşdirilmiş fərdi yaşayış evində İddiaçı mülkiyyət hüququ üzrə heç bir payı yoxdur. İş materiallarına dövlət orqanları tərəfindən təqdim edilmiş sənədlərdən də yuxarıda göstərilənl ər aydın olur. Bu səbəblərdən yuxarıda qeyd edilənləri və işə əlavə edilmiş sənədləri nəzərə alaraq məhkəmədən iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılması xahiş edilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-341/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, RX seriyalı ******* nömrəli, 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində 3 iyun 2017-ci il tarixdə qeydə alınmış çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi təsərrüfatbaşına kitabdan çıxarışlarla mü əyyən edilir ki, Sevda Yusubova 20032005-ci illərdə həmin təsərrüfatdan çıxdıqdan sonra bir daha təsərrüfat üzvü kimi qeydə alınmamış və Havva Yusubova vəfat edənədək həmin təsərrüfat ancaq onun adına olmuşdur. Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 97 nömrəli məktubu ilə həmin təsərrüfatda X4 tək olması təsdiq olunur. Məhkəmə bildirir ki, belə olan halda, evin üçüncü şəxs X8 mülkiyyət hüququnun qeydiyyata alınması qanuni olmamışdır. Belə ki, yerli icra nümayəndəliyində mövcud olan təsərrüfatbaşına uçot kitabında təsərrüfatın ancaq bir üzvünün adı qeyd edildiyindən və onunla birlikdə təsərrüfatda digər ailə üzvləri yaşamadığından, tərtib edilmiş siyahıda təsərrüfata heç bir aidiyyəti olmayan Sevda Yusubovanın adını daxil edilməsi qanuni və ədalətli s ayıla bilməz. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi təsərrüfat X5 adına olduğu halda cavabdeh fərdi yaşayış evinə münasibətdə həmin təsərrüfata aidiyyəti olmayan X8 mülkiyyət hüququnu qeydiyyata almaqla səhvə yol vermişdir. Ona görə də iddia təmin edilməli RX seriyalı ******* nömrəli, 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində 03 iyun 2017-ci il tarixdə qeydə alınmış çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

10. Üçüncü şəxs X15 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(107)-123/2023 nömrəli qərarı ilə Şəki İ nzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. X10, X16 və üçüncü şəxs X15 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, çıxarışın ləğvi istənilən ev üçüncü şəxslərin şəxsi əmlakı hesabına 1993-cü ildə atalarına məxsus evə bitişik olan sahəsi 50 kv.m olan yardımçı sahədə inşa etdirilən evdir və həmi n evi Arzu Yusubova 1993-cü ildə ərindən boşanaraq ata evinə gəldikdən sonra birlikdə inşa etdirmiş və digər bacılardan Sevda Yusubova da boşandıqdan sonra həmin evə gəlmiş, yardımçı sahə kimi qeyd edilən və yerində ev inşa etdirilən evdə birlikdə yaşamışdır. Hər iki bacının evlənərək təsərrüfatdan çıxması təsərrüfatbaşına kitabda qeyd edilsə də, Arzunun 1993-cü ildə, Sevdanın isə 2009-cu ildə boşanaraq həmin evə gəlməsi, eyni təsərrüfatda yaşaması barədə icra nümayəndəliyi tərəfindən məhkəməyə heç bir qeyd təqdim edilməmişdir. Səki Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən məlumatları və xüsusatları araşdırmamış, üçüncü şəxslər Arzu Yusubovanın və Sevda Yusubovanın boşanmaları, boşandıqdan sonra hansı təsərrüfatda yaşamaları barədə məlumatları dəqiqləşdirməmiş, atalarına məxsus evin sö külməsi faktını, zəlzələdən ziyan görən evin atalarına məxsus ev olmadığını göstərən sübutları (nikahın pozulması barədə sənəd, fotoşəkillər, təqdim edilən ataya məxsus evin iddiaçı tərəfindən 2009-cu ildə sökülməsində iştirak edən usta) və atalarının öldükdən sonra evin mərhum anasına keçməsi, ananın vəsiyyətnaməsini və payçıların evin Sevda Yusubovaya verilməsinə etiraz etməməli barədə razılıqlarını (bağışlamanı) araşdırmadan natamam qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahis ənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Mə cəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəm ə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.

4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları kassasiya şikayəti vermək hüququna malikdirlər. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə X2 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verildiyindən onlar icraatın iştirakçıları sayılmırlar. Bu səbəbdən də həmin şəxslərin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(107)-123/2023 saylı qərarından şikayət v ermək hüquqları olmamışdır. Qeyd olunanlar məhkəmə bildirişi ilə X2 və X11 nəzərinə çatdırılmışdır.

18. Üçüncü şəxsin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üçüncü şəxsə münasibətdə mümkün hesab edilir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflə ri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

22. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların və ya ümumiyyətlə, izahat verməmələrinin üzərindən sükutla keçə bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi yerli icra nümayəndəliyində mövcud olan təsərrüfatbaşına uçot kitabında təsərrüfatın ancaq bir üzvünün - X4 adının qeyd edildiyinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh orqan mübahisəli fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatını apararkən təsərrüfatda uçotda olan şəxslərin dairəsini müəyyən etməli və təqdim edilmiş siyahıda qeyd edilən məlumatlarla kifayətlənməməli idi. Müvafiq siyahıları tərtib edən Zaqatala RİH və Fövqəladə Hallar Nazirliyi də siyahıya adlarını daxil edilən şəxslərin həmin təsərrüfatda uçotda olub-olmamasını yoxlamalı, qeyd edilən hal təsdiqini tapdıqdan sonra həmin şəxslərin adlarını müvafiq siyahıy a daxil etməli idilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, əgər həmin təsərrüfatda X1 başqa heç kim qeydiyyatda yox idisə, üçüncü şəxsin adının siyahıya salınmasının faktiki səbəbləri və bununla bağlı icraat iştirakçılarının, o cümlədən üçüncü şəxsin dəlilləri araşdırma predmeti olmalı idi. Hazırkı işdə bu, baş verməmiş, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsinin üçüncü cümləsi). Apellyasiya şikayətində göstərilən faktiki hallarla bağlı məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri). Belə bir məlumat, o cümlədən, atanın ölümündən sonra təsərrüfatın başçısı, ata evinin 2012-ci ildə zəlzələnin nəticəsi olar aq deyil, 2009-cu ildə iddiaçının özü tərəfindən söküldüyünə dair üçüncü şəxsin təkrarlanan dəlilləri, əgər ata evi həqiqətən də zəlzələdən əvvəl 2009-cu ildə sökülmüşdürsə, 7 noyabr 2012-ci il tarixli baxış aktının hansı tikili barəsində tərtib olunduğu barədə araşdırma və onun nəticələrinə dair məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmişdir.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.

27. Yuxarıda göstəri lənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(107)-123/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti X6 və X14 münasibətdə mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar