Məhkəmə qərarları › İş №2-1(102)-1371/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1371/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1371/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1371/19 Bakı şəhəri 08 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, üçüncü şəxs X2un iştirakları ilə, üçüncü şəxs X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cı il tarixli, 2-1(107)-8/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət kadastr kitabında 31 iyul 2013-cü il tarixli, 253 nömrə ilə qeydə alınmış və AN 464184 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin 03 oktyabr 2012-ci il tarixli iclas protokolunun 10 saylı qərarından çıxarışa əsasən, Məşəd bələdiyyəsinin alqı-satqı predmeti olan 0,40 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmışdır. 0,40 torpaq sahəsinin yerquruluşu planı Məşəd bələdiyyəsi və DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmiş, tərtib edilmiş AN seriyalı, 464184 nömrəli torpaq sahəsinin planı və ölçüsü X1 kitabında 31 iyul 2013-cü il tarixdə 253 nömrə ilə uçota alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina edərək bildirmişdir ki, torpaq sahəsinin əsas döngə nöqtələr inin koordinatları müəyyən edilərkən X2 tərəfindən inventarlaşma işlərinin aparılmasına maneçilik törədilmiş, həmin şəxs bildirmişdir ki, həmin torpaq sahəsi və torpaq sahəsində inşa edilən tikililər ona məxsusdur. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, AN-464184 saylı sahənin planı və ölçüsü sənədində qeyd olunmuş 0, 40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair aparılmış əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin sahənin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərkən X2 tərəfindən inventarlaşma işlərinin apasrılmasına maneəçilik törədilmişdir. X2 bildirmişdir ki, həmin torpaq sahəsi və torpaq sahəsində inşa edilən tikililər ona məxsusdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2-1(84)-714/2017 saylı zəruri cəlb etmə ha qqında qərardadı (hakim Usaməddin Osmanov) ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2-1(84)-714/2017 saylı qərardadı ilə (hakim Usaməddin Osmanov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 07 noyabr 2017-ci il tarixli, 2-1(107)-352/2017 saylıi qərardadı ilə (sədrlik edən Elçin Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) şikayət təmin edilmiş, qərardad ləğv edilmiş, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Həmin qərardaddan üçüncü şəxs k assasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 17 yanvar 2018-ci il tarixli, 2-1(102)-265/18 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Rahib Nəbizadə) kassasiya şikayəti mümkün sayılmamışdır. Bundan sonra üçüncü şəxs tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, aqrar islahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 avqust 2004-cü il tarixli, 4 saylı iclas Protokolunun qərarına əsasən Məşəd kəndində 1989-cu il tarixdən mövcud olmuş Məşəd, Şəfəq, Azərbaycan Kooperarivlərinin üzvlərinin Məşəd kəndində olması və həmin yerdə onlar tərəfindən xeyli miqdar sərmaye qoyduqları nəzərə alınmaqla onlara orta pay norması daxilində torpaq payı istifadə etdikləri sahədən verilməsi qərara alınmışdır. Həmçinin, Məşəd bələdiyəsinin hüquqi varisi Gürcuva bələdiyyəsidir, Ağdaş bələdiyyəsi Məşəd bələdiyyəsinin hüquqi varisi deyildir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 06 iyul 2018-ci il tаrixli, 2-1(84)-513/2018 saylı qərarı ilə (hаkim Kənan Vəliyev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Ağdaş rayonu Məşəd Bələdiyyəsinin 03 oktyabr 2012-ci il tarixli, 10 saylı qərarında 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışa çıxarmaq məqsədilə qeydiyyata alınma proseduruna başlanıldığı qeyd olunsa da, həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya yararsız olması qərar və sənədlərdə göstərilməmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışa çıxarılması qanunla qadağan olunduğundan, bu kimi torpaq sahəsinin satılması məqsədilə qeydə alınmasına başlanılmış prosedur qanunsuzdur. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019 il tarixli, 2-1(107)-8/2019 saylı qərarı ilə (sədrlik edən hakim Elçin Hüseynov, hakimlər Ayaz Mahmudov və Vəzirxan Məlikov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, cavabdehin üzərinə A seriyalı, 464184 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmiş 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdehin imtina dəlili mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya yararsız olması ilə deyil, həmin torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərkən inventarlaşma işlərinin aparılmasına maneçilik törədilməsi ilə bağlı olduğundan birinci instansiya məhkəməsinin qərarda qeyd etdiyi əsas həmin imtina ilə bağlı olmadığından, qəbul edilə bilməz. Eyni zamanda, torpaq sahəsinin inventarlaşdırma işlərinə maneçilik törədən üçüncü şəxsin həmin torpaq sahəsinə hər hansı hüququnun olmaması öz təsdiqini tapması ilə bərabər, “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 11 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən əsasən Məşəd kəndi ləğv edilə rkən Məşəd bələdiyyəsinin bələdiyyə mülkiyyətində olmuş 79,62 ha torpaq sahəsi Ağdaş bələdiyyəsinin mülkiyyətinə verildiyindən, mübahisə predmeti olan 0, 40 ha torpaq sahəsi də hal-hazırda Ağdaş bələdiyyəsinin mülkiyyətindədir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan üçüncü kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Üçüncü şəxs şikayətində bildirmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənəndlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən, bələdiyyə hərrac və müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının məqsədəuyğunluğu barədə qərarı 3 hal olmazsa qəbul edir ki, byunlardan biri də həmin yerin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməməli olmasıdır. Hazırki işdə mübahisə predmeti olan torpaq sahəsi onun istifadəsində olaqla üzərində ona məxsus tikililər vardır. Daha bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsinin də istinad etdiyi “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 11 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məşəd kəndi ləğv edilərkən, orada yerləşən bələdiyyənin mülkiyyətində olan torpaq sahələri Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. Buna görə də Ağdaş bələdiyyəsi 0.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edilməlidir. Digər halda Ağdaş bələdiyyəsinin mübahisə predmetinə dair hüququları qeydiyyata alına bilməz. Dəlilin hüquqi əsası kimi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənəndlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10, 16-cı bəndləri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Mə cəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Qərarda cavabdehin 25 aprel 2017-ci il tarixli, **********12 nömrəli məktubu, A seriyalı, 464184 nömrəli torpaq sa həsnin planı və ölçüsü sənədinin təsdiq olunmuş surəti, 25 oktyabr 2013-cü il tarixli qəbzin təsdiq olunmuş surəti, Ağdaş Rayon Məşəd Bələdiyyəsinin 03 oktyabr 2012-ci il tarixli, 10 nömrəli iclas protokolundan çıxarışın təsdiq olunmuş surəti, cavabdehin 01 iyun 2017-ci il tarixli, **********38 nömrəli etirazı, 25 mart 2017-ci il tarixli aktın surəti, torpaq sahəsinin yerquruluşu planı, Ağdaş Rayon Məşəd Bələdiyyəsinin 03 oktyabr 2012-ci il tarixli, 10 nömrəli qərarından çıxarış, Ağdaş Bələdiyyəsinin 15 fevral 2017-ci il tarixli, 03 nömrəli məktubu, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 2004-cü il tarixli, 4 nömrəli iclas proktolundan çıxarışın surəti, cavabdehin 29 may 2018-ci il tarixli, **********14 nömrəli məktubu, Ağdaş bələdiyyəsinin 20 noyabr 2918-ci il tarixli, 249 n ömrəli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 04 dekabr 2018-ci il tarixli **********57 nömrəli məktubu və mütəxəssis rəyinə istinad olunduğu qeyd olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35. 1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, lakin iddianın mümkünlük şərtini iddiaçının subyektiv hüququnun olmaması əsası ilə üçüncü şəxs mübahisələndirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymtləndirmənin aparılmasını zəruri hesab edir. İddia tələbi mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Apellyasiya məhkəməsi iddianı öhdəliyin icrası haqqında iddia npvünə aid etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu qəbildən olan iddialar məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İPM-nin məcburetmə haqqında iddia növünü müəyyən edən 2.2.2-ci maddəsi ilə öhdəliyin icrası haqqında iddia növünü müəyyən edən 2.2.3-cü maddəsinin fərqi ondan ibarətdir ki, birinci halda iddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasını, ikinci halda isə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasını xahiş edir. Qeyd edilmiş fərqin müəyyən edilməsi üçün cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydə alınması zamanı inzibati aktın qəbul edilib-edilməməsinə qiymət verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılm asının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunda istifadə edilmiş “hüquqi akt” anlayışı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsində müəyyən edilmiş inzibati aktın anlayışı ilə əhatə etdiyindən, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatının aparılması inzibati aktın qəbul edilməsi kimi və reyestrdən verilmiş çıxarış həmin inzibati aktı əks etdirən rəsmi sənəd kimi qiymətləndirilməlidir. Bu nəticə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər məcburetmə haqqında iddia növünə də aiddir. Məcburetmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçının hazırki iddia üzrə su byektiv hüququnun olub-olmamasına münasibətdə apellyasiya məhkəməsi birbaşa olaraq qiymətləndirmə aparmasa da, lakin iddianın əsaslılığı ilə bağlı apardığı qiymətləndirmə ilə dolayısı ilə iddiaçının subyektiv hüququnun mövcudluğuna əsaslanmıışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. (...) Bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. - 12-ci maddəsinə əsasən, yerli özünüidarəni Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ərazilərdə yaradılan bələdiyyələr həyata keçirirlər. Müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər; - 13-cü maddəsinə əsasən, bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən, birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi onlarda yaranan sosial-iqtisadi vəziyyət tarixi və digər yerli xüsusiyyətlər, müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddələrin tələblərindən göründüyü kimi, bələdiyyə - Qanunla təsdiq edilmiş hüdudları olan ərazi daxilində yerli özünüidarəetmənin formasıdır. Bələdiyyələrin ərazilərinin müəyyənləşdirilməsi və bələdiyyələrin ləğv edi lməsi xüsusi Qanunla tənzimlənən məsələdir. Sonuncu Qanun qismində “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu çıxış edir ki, onun 16 oktyabr 2012-ci il tarixinə olan redaksiyasının 1-ci maddəsinə əsasən, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə bələdiyyələrin siyahısı təsdiq edilsin (əlavə olunur). Bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilir. Həmin siyahının 10.29-cu bəndində bələdiyyənin adı kimi “Məşəd bələdiyyəsi”, əhatə etdiyi ərazi vahidləri kimi Gürcüva, Məşəd və Pirəyir kəndləri göstərilmişdir. “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli Qanunununa əsasən, Azərbaycan Respublikasının Ağd aş rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilsin və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilsin. 3-cü maddəsinə bəndinə əsasən, Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan (..) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin 439,2 ha (bundan dövlət mülkiyyətində olan 72,7 ha, bələdiyyə mülkiyyətində olan 79,62 ha və xüsusi mülkiyyətdə olan 286,88 ha) təşkil edən ərazis i bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Ağdaş şəhərinin inzibati ərazisinə verilsin. «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı»nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 5 mart 2013-cü il tarixli Qanununun 3-cü maddəsinə əsasən, siyahıda «Ağdaş rayonu» bölməsinin 10.29-cu sırasında «Məşəd bələdiyyəsi» sözləri «Gürcüva bələdiyyəsi» sözləri ilə əvəz edilmiş və həmin sıradan «, Məşəd» sözü çıxarılmışdır. Həmin siyahının 10.2-ci bəndində isə Ağdaş bələdiyəsinin ərazi vahidi kimi Ağdaş şəhərinin aid olduğu müəyyən edilmişdir. Qeyd edilmiş müddəalar hazırda da qüvvəsindədir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsinə görə, ləğv edilmiş Məşəd bəl ədiyyəsinin ərazisi hazrıda Gürcüva bələdiyyəsinin ərazisinə daxil edilməklə həmin ərazi hüdudlarında göstərilmiş bələdiyənin yurisdiksiyası müəyyən edilmişdir. Yəni keçmiş Məşəd bələdiyyəsinin yurisdiksiyasını əhatə edən ərazi vahidi hazırda Gürcüva bələdiyyəsinin yurisdiksiyası altına düşmüşdür. Həmin ərazi vahidinin Ağdaş bələdiyəsinə isə hər hansı bir aidiyyəti müəyyən edilməmiş, çünki həmin bələdiyyənin yurisdiksiyası yalnız Ağdaş şəhərinin ərazi vahidini əhatə etmişdir. Apellyasiya məhkəməsinin isə istinad etdiyi və yuxarıda mətni göstərilmiş Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli Qanununu ilə isə bələdiyyələrin səlahiyyətləri və ya mülkiyyətində olan torpaqlarla bağlı məsələlər həll edilməmiş, yalnız inzibati ərazi bölgüsündə dəyişikliklərin aparılması müəyyən edilm işdir ki, bu hal “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənmişdir. Həmin Qanunun: - 2.2-ci maddəsinə əsasən, inzibati ərazi bölgüsü - idarəetmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsidir; - 2.4-cü maddəsinə əsasən, ərazi vahidi - müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd); - 2.5-ci maddəsinə əsasən, inzibati ərazi vahidi - hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (rayon, şəhər, şəhər rayonu). Bu və yuxarı da göstərilmiş maddələrin əlaqəli təhlilinə görə, inzibati ərazi vahidinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan ərazilər aid edilir ki, həmin ərazi hüdudlarında dövlət hakimiyyəti orqanlarının fəaliyyət göstərilməsi müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi 11 dekabr 2012-ci il tarixli Qanununu ilə dövlət hakimiyyəti orqanlarının fəaliyyət göstərdiyi inzibati ərazinin hüdudlarının dəyişidirlməsi müəyyən edilmiş, həmin Qanunla bələdiyyə ilə və ya onun torpaqları ilə bağlı hər hansı bir hüquq müəyyən edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddianın qaldırılması ilə bağlı subyektiv hüququnun mövcudluğuna apellyasiya məhkəməsi tərəfindən yenidən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhk əməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarxili, 5 saylı qərarının 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi pro sessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsas ən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cı il tarixli, 2-1(107)-8/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar