Məhkəmə qərarları › İş №2-1(102)-1371/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1371/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1371/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-960/2021 saylı, 5 aprel 2021-ci il qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat

1. İddiaçı 18 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə m üraciət edərək ünvan 1 ünvanında yerləşən 500 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddianın əsaslarına görə cavabdehə müraciət edilərək, ünvan 1 ünvanında yerləşən 500 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi xahiş edilmişdir. Lakin, cavabdeh orqan tərəfindən iddiaçı tərəfə ünvanlanmış məktubda ərizənin təmin edilməsindən imtina olunması bildirilmişdir. İmtina məktubunda “Bələdiyyə torpaqlarının idar ə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsi, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müxtəlif maddələri qeyd edilmişdir. İddiaçı cavabdeh orqanın imtina məktubunun qanuni və əsaslı olmadığı qənaətindədir və həmin məktubda qeyd edilənlərlə razı deyildir. Cavabdeh inzibati orqan üzərinə düşən vəzifəsini yerinə yetirməmişdir. İddiaçı bu səbəbdən də məhkəməyə müraciət etmişdir.

3. Cavabdehin iddiaya dair etirazının əsaslarına görə iddiaçının müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi ilə bağlı Binəqədi bələdiyyəsi tərəfindən təqdim edilmiş 15 saylı, 07.03.2013-cü il tarixli qərar qanunvericiliyə uyğun deyildir. Belə k i, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə (23.10.2007-ci il tarixdə edilmiş dəyişiklik) əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, bildirilmişdir ki, keçmiş DT və XK tərəfindən təsdiq edilmiş alqı- satqı aktı təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və vətəndaşa 24.12.2019-cu il tarixli məktub ünvanlanmışdır.

4. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-6566/2020 saylı iş) 27 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 500 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X7məruzəçi, X9 və X10, 2-1(103)-960/2021 saylı iş) 5 a prel 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməmiş, bu məsələnin dəqiqləşdirilməsi üçün sübutlar toplanmamış və araşdırılmamış, o cümlədən iş üzrə məhkəmə ekspertizası təyin edilməmiş, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən zəruri prosessual hərəkətlər edilməmiş, qeyd olunan mübahisəli fakt hər hansı mötəbər sübutla təkzib olunmadan, iddianın formal qaydada təmin edilməsinə üstünlük verilmişdir.

8. İddiaçı 25 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

9. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsi tərəfindən 19.11.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 17.01.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin vətəndaş X8 adına verilmiş 26.10.2007-ci il tarixli qərarda göstərilən 2000 rəqəmi səhv hesab edilmiş və həmin qərarda 2000 rəqəminə 2100 kimi düzəliş edilməsi, eləcə də, Bakı şəhər i, Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən X8 adına verilmiş 2100 kv.metr torpaq sahəsinin 550 kv.metrinin vətəndaş X6, 550 kv.metrinin vətəndaş X3, 500 kv.metrinin İddiaçı və 500 kv.metrinin X1 adına sənədləşdirilməsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.01.2013-cü il tarixli qərarının icrası ilə əlaqədar X2 15 saylı, 07.03.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 26 oktyabr 2007-cİ il tarixli qərarında 2000 rəqəminə 2100 kimi düzəliş edilmiş, eləcə də, Binəqədi rayonu, 6-cı mikrorayonunun qərb hissəsində vətəndaş X11 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 2100 kv.metr torpaq sahəsinin 550 kv.metri vətəndaş X4, 550 kv.metri vətəndaş X3, 500 kv.metri vət əndaş İddiaçı və 500 kv.metri vətəndaş X1 adına rəsmiləşdirilmiş, Binəqədi bələdiyyəsinin 22.10.2007-ci il tarixli qərarı və 26 oktyabr 2007-ci il tarixli müqaviləsi öz hüquqi qüvvəsini itirmiş hesab edilmiş, Binəqədi qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsinin alqı-satqısı üçün Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə bağlanmış, kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyə büdcəsinə müvafiq məbləğdə pul vəsaiti ödənilmişdir.

11. Yəni, 500 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi barədə bələdiyyə qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qəbul edildiyindən həmin qərarın mötəbərliyinə dair cavabdeh tərəfindən göstərilən hallar əsaslı sayıla bilməz. 12. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində təsbit edilmiş “bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” müddəası 23.10.2007-ci il tarixli “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş, 30 noyabr 2007-ci il tarixində isə qüvvəyə minmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.01.2013-cü il tarixli qərarının icrası ilə əlaqədar qüvvəsini itirmiş Binəqədi bələdiyyəsinin 22.10.2007-ci il tarixli qərarı və 26.10.2007-ci il tarixli müqaviləsi isə məlum olduğu kimi 30 noyabr 2007-ci il tarixindən öncə rəsmiləşdirilmişdir.

14. Bələdiyyələrin ümumi is tifadələrində olan torpaqlar “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndinin 3-cü abzasında müəyyən olunmuşdur.

15. Cavabdeh orqan isə nə imtina məktubunda, nə də məhkəmə araşdırması zamanı qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində yaxud bələdiyyəyə ayrılmış ərazilərə aid olmasını inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəm ə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

19. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları topla mağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştir akçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat (-). 87.7. Apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının q anuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət ünvan 3 ünvanda 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh apelyas iya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmiş, apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətini qismən təmin edərək Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edib işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərarına gəlmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni İPM-in 87.7.1-ci maddəsi ilə əsaslandırmışdır.

25. İPM-in 87.7.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda, yəni inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə və ya inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyy ətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

26. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mahiyyəti üzrə qərar qəbul edildiyindən işin geri qaytarılması üçün İPM-in 87.7.2-ci maddəsinin şərtinin mövcud olmadığı mübahisə doğurmur.

27. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.7.1-ci maddəsinin tələbi, yəni birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunmasına hüquqi qiymət verilməlidir.

28. Apelyasiya məhkəməsi qərardadda bildirmişdir ki, mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməmiş, bu məsələnin dəqiqləşdirilməsi üçün sübutlar toplanmamış və araşdırılmamış, o cümlədən iş üzrə məhkəmə ekspertizası təyin edilməmiş, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən zəruri prosessual hərəkətlər edilməmiş, qeyd olunan mübahisəli fakt hər hansı mötəbər sübutla təkzib olunmadan, iddianın formal qaydada təmin edilməsinə üstünlük verilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd əldə edilməli idi. Bu məqsədlə qeyd olunmalıdır ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyə n edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Həmçinin, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində yaxud bələdiyyəyə ayrılmış ərazilərə aid olması barədə mötəbər sübutlar tədqiq edilməmişdir.

30. İPM-in tələblərinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəl lənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır (82-ci maddə). Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə).

31. Birinci instansiya məhkəməsində icraatda olduğu kimi, eynilə apelyasiya instansiyası məhkəməsi işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən qərardadında qeyd edilən göstərişləri xidməti vəzifəsinə görə araşdırmaq səlahiyyətinə malik olmuşdur, lakin apelyasiya məhkəməsinin qərardadından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli s ayda və ya geniş həcmdə sübutların araşdırılmasına zərurət yaranmışdır.

32. Apelyasiya instansiyası məhkəməsinin qərardadında vurğuladığı halların araşdırılması İPM-in 87.7.1-ci maddəsində təsbit edilən yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasını ehtiva edir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli qərarına istinad olunmuşdur. 34. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-232/2013 saylı 17 yanvar 2013-cü il tarixli qərarının qanuni qüvvəyə minməsi, 7 mart 2013-cü il tarixli bələdiyyə qərarının və iddiaçı ilə bələdiyyə arasında bağlanmış 7 mart 2013-cü il tarixli alqı-satqı müq aviləsinin məhkəmə qərarında nəzərdə tutulan torpaq sahəsinə aid olması yoxlanılmalı, zəruri olarsa 2inz(81)-232/2013 saylı inzibati işin sənədləri nəzərdən keçirilməlidir.

35. Bəhs olunanlara əsasən iddiaçının kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-960/2021 saylı, 5 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar